Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


Faydalılığın (son hədd) azalması qanunu



Yüklə 22,13 Kb.
səhifə5/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
Faydalılığın (son hədd) azalması qanunu - iqtisadi nemətin qiymətliliyi müəyyən tələbatı ödəyən həmin nemətin sonuncu (son hədd) vahidinin faydalılığı ilə müəyyənləşir. Son hədd faydalılığı nəzəriyyəsinə görə istehlakçı özü şəxsən özü üçün nemətin faydalılığını müəyyənləşdirə bilər və buna görə də əmtəənin qiyməti əsasında bu və ya digər nemətin faydalılığı dura bilər. Məsələn, Iphone 8 modelinin gənc nəsil arasında istifadə üçün faydalılığı yaşlı nəsillə müqayisədə fərqlidir.

  • Tələb və təklifin dəyişməsi qanununa – əsasən qiymətlə təklif arasında düz, qiymətlə tələb arasında tərs müntənasiblik mövcuddur.

  • Azalan tələb qanununa - əsasən bütün digər bazar şərtləri sabit qalmaqla hər hansı bir əmtəənin qiyməti qalxdığı təqdirdə həmin əmtəəyə tələb aşağı düşür. Başqa sözlə desək, bazara çoxlu əmtəə daxil olduqda və başqa şərtlər eyni olduqda belə onun qiyməti aşağı düşür.

  • Təklifin dəyişməsi qanununun mahiyyəti odur ki, qiymət artıqda təklif olunan əmtəənin həcmi artıq, azaldıqda isə həcmi də azalır.

  • Qiymət tarazlığı qanunu – göstərir ki, əmtəə alıcıya lazım olan qədər istehsal olunu. Belə tarazlıq baar iqtisadiyyatının maksimum səmərəliliyinin ifadəsidir, çünki taralıq vəiyyətindı bazar balanslaşmışdır.
    1. Bazar tarazlığının təmin edilməsində qiymətin rolu


      1. Qiymətin əmələgəlmə prosesi – dedikdə əsasının məhsul və xidmət istehsalına çəkilən ictimai əmək məsrəfləri başa düşülür. Yəni, onun əmələ gəlməsində əmtəəyə olan tələb və təklif, onun nadirliyi, keyfiyyəti mühüm yer tutur. Qiymətin qərarlaşmasında siyasi, sosial və iqtisadi amillərin də rolu vardır.

    *Qiymətlərin müəyyən edilməsinə görə aşağıdakı növləri vardır:

    1. dövlət tərəfindən müəyyən olunan;

    2. tərəflərin razılığı ilə müəyyən edilən müqavilə şərtlərində;

    3. dövlət tərəfindən müəyyən təsirlərlə tənzimlənən qiymətlər;

    4. bazarda tələb və təklifin təsirindən asılı olaraq formalaşan sərbəst qiymətlər.

    *Qiymətin aşağıdakı vəzifələri vardır:

    1. Uçot – istehsal amillərinin pulla hesablanması

    2. Xəbərverici – yəni istehsalçıya və istehlakçıya əmtəənin carı dəyəri haqqında məlumat verir

    3. Tarazlıq – istehlak və istehsal arasında müvazinəti yaradır





      1. Yüklə 22,13 Kb.

        Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə