Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi



Yüklə 22,13 Kb.
səhifə4/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
Təklif nədir?

Təklif dedikdə bazarda mövcud olan və ya bazara çıxarıla biləcək məhsul və xidmətlərin məcmusu nəzərdə tutulur. Təklif satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyyən qiymətə, müəyyən miqdarda satmaq arzusu və imkanıdır. Təklifin həcmi, quruluşu və inkişaf meyli istehsalla müəyyənləşir. Buna görə də istehsalçı iqtisadiyyatın əsas prinsipini nə qədər dolğun yerinə yetirərsə, təklifin həcmi yüksək, çeşidi isə rəngarəng olur.
Bazarda təklifin səviyyəsi təklif qanununa əsasən formalaşır. Bu qanunun tələbinə görə təklifin səviyyəsi məhsul və xidmətin səviyəsi ilə düz mütənasibdir. Belə ki, qiymət yüksək olduqda istehsalçı daha çox istehsal etməyə cəhd göstərir. İstehsalçıların bu cəhdi bəzi hallarda tələbatdan xeyli çox məhsul və xidmət istehsalına səbəb olur. Təklifin səviyyəsinə qeyri-qiymət amilləri də təsir edir:

  1. Texnologiyanın səviyyəsi yüksək olarsa, təklif çox, aşağı olarsa təklif az olur.

  2. Vergilərin səviyyəsi yüksək olarsa, istehsalçı məhsul və xidmətləri istehsal etməyə az maraqlı olur və təklf azalır, yaxud əksi. Dövlət tərəfindən təmin olunan dotasiyaların həcmi çox olduqda, istehsalçı daha çox məhsul istehsal etməyə maraqlı olur və təklif çoxalır.

Təklifin qiymət və digər amillərdən asılılığı təklifin funksiyası adlanır. Təklifin qiymət funksiyası aşağıdakı kimi işarə olunur: S=f(P). Burada S- təklif, f- funksiya, P- qiyməti bildirir.
Təklifin digər amillərdən asılılığı isə aşağıdakı kimi işarə olunur: S=f(P,Pres,C) Burada S-təklif (supply), f-funksiya (function), P- qiymət (price), Pres- resursların qiyməti (Resource`s price), C- kapitalı (capital) əks etdirir.
  1. Bazar qanunları


Bazar mexanizmini dərk etmək üçün onun əsasında duran bazar qanunlarının bilmək vacibdir. Bazar qanunları bunlardır:

  1. Dəyər qanunu – dəyərin pulla ifadə olunmuş qiymət qanunudur. Yəni ki, əmtəə mübadiləsinin nisbətlərinin müəyyənləşməsində əmtəə istehsalına sərf olunan fərdi əmək və iş vaxtı deyil, yanlız bazarın qəbul etdiyi əmək və iş vaxtı əhəmiyyət kəsb edir.


  2. Yüklə 22,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə