Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


İnhisarçı rəqabətli bazar



Yüklə 22,13 Kb.
səhifə9/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
İnhisarçı rəqabətli bazar şəraitində bazarda müəyyən məhsul satışının çox hissəsi inhisarlar tərəfindən həyata keçirildiyi üçün, azad rəqabət məhdudlaşır, qiymətlərə təsir imkanları genişlənir və nəticədə bazarda inhisar qiymətləri qərarlaşdırmış olur. Belə bazarlara daxil olma nisbətən çətindir.

  • Oliqapoliya rəqabətli bazarda isə satıcıların sayı daha az olur və onlar qiymətlərə daha çox təsir göstərə bilirlər. Bazara daxil olma xeyli çətinləşir. Satıcılar

    öz əmtəələrini satmaq üçün reklam tədbirlərindən geniş istifadə edirlər.

    1. Xalis inhisarçı bazarda isə adətən bir satıcı olur. Başqalarının oraya daxil olması demək olar ki, müşküldür. Bazarda əmtəənin qiyməti həmin satıcı tərəfindən təyin olunur və yeganə satıcı olduğu üçün yüksək qazanc əldə edir.



    Qərb iqtisadi ədəbiyyatlarda rəqabətin intensivliyini qiymətləndirmək üçün M.Y.Porterin «rəqabətin 5 qüvvəsi modeli»ndən istifadə olunur:

      1. Bir-biri ilə bəhşləşən satıcılar arasında rəqabət.

      2. Əvəzləyicisi olan və qiymət cəhətdən rəqabət qabiliyyətli əmtəələr tərəfindən rəqabət.

      3. Yeni rəqiblərin meydana gəlməsi təhlükəsi.

      4. Təchizatçıların iqtisadi imkanları və ticarət qabiliyyətli.

      5. Alıcıların iqtisadi imkanları və ticarət qabiliyyətli.

    ~Rəqabətin metodlarına rəqiblərin istifadə etdikləri vasitələr başa düşülür. Bunlar qiymət və qeyri- qiymət metodlarıdır:

    1. Rəqiblərdən biri digərini üstələmək üçün əmtəələrin qiymətini aşağı salmaqla rəqibini sıradan çıxartdıqdan sonra qiymətləri yenidən yüksəldir. Bu, dempinq siyasəti adlanır.

    2. Qeyri-qiymət metodlarına isə reklam, keyfiyyətin yüksəldilməsi, ETT-nin nailiyyətlərindən, mütərəqqi əmək üsullarında istifadə edilməsi və sairələr aiddir.

    Nəzarət sualları:


    1. Bazar mexanizmi nədir və onun əsas elementləri nələrdir?

    2. Marketinq nədir və onun təşkili hansı istiqamətlərdə öyrənilir?

    3. Marketinq və reklam anlayışlarını fərqləndirin.

    4. Firmanın marketinq strategiyası nədir və hansı məqsədləri vardır?

    5. Firmanın marketinq taktikası nədir və hansı məqsədləri vardır?

    6. Tələb və tələbat anlayışlarını fərqləndirin.

    7. Tələbin səviyyəsinə təsir edən əsas və digər amilləri sadalayın.

    8. Təklif nədir və ona təsir edən qeyri-qiymət amillərini sadalayın.

    9. Tələb və Təklifin funksiyası necə ifadə olunur?

    10. Bazarın qanunlarını ifadə edin.

    11. Qiymətin əmələ gəlməsində hansı komponentlər mühümdür?

    12. Qiymətin müəyyənləşməsinə hansı növləri və hansı vəzifələri vardır?

    13. A.Marşalın qiymət konsepsiyasını izah edin.

    14. K.Marksın qiymət nəzəriyyəsini izah edin.

    15. Dövlətin qiymətlərin tənzimlənməsində rolunu aydınlaşdırın.

    16. Rəqabət nədir və onun hansı növləri vardır?

    17. Rəqiblərdən biri digərini üstələmək üçün əmtəələrin qiymətini aşağı salır və rəqibini sıradan çıxartdıqdan sonra qiymətləri yenidən yüksəldir. Belə siyasət necə adlanır?




    Yüklə 22,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə