Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi


K.Marksın qiymət nəzəriyyəsinə



Yüklə 22,13 Kb.
səhifə7/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
K.Marksın qiymət nəzəriyyəsinə əsasən qiymət əmtəə dəyərinin pulla ifadəsidir. Qiymətin Kəmiyyətə görə dəyərin kəmiyyəti ilə üst-üstə düşməməsi və ya qiymətin dəyərdən fərqli olması qiymətin forması ilə əlaqədardır. Yəni ki, qiymət forması özündə təkcə kəmiyyət ifadəsini, eyni zamanda keyfiyyət ifadəsini də birləşdirir. Məsələn, misdən hazırlanmış əşyanın kəmiyyət dəyəri 100 $-dısa, həmin əşya muzey eksponatı kimi əlavə keyfiyyət dəyəri qazanmış olur və dəyəri 500 $-a çatmış olur.

K.Marksa görə, əmtəənin qiyməti onun dəyərinin kəmiyyəti, nisbi dəyəri, dövriyyədə olan pul materialının miqdarından, W bazar dəyərinin kəmiyyətindən asılıdır. Bazar dəyəri isə müxtəlif maddi istehsal şəraitlərində istehsal olunan əmtəə kütləsi dəyərindən irəli gələn müxtəlif fərdi əmtəə dəyərləri əsasında formalaşa bilir.
Məsələn, X bazarında almanın 1 kq-ı 2 man, Y bazarında 3 man, Z bazarında 1,80 man-dırsa, almanın bazar dəyəri təxminən 2.30 man təşkil edir.



    1. Qiymətin tənzimlənməsində dövlətin rolu – bəzən bazarın özünütənzimləmə mexanizmi iqtisadi həyatda bir çox xoşagəlməz hallara (inhisar, böhran, infliyasiya, işsizlik) səbəb ola bilər. Ona görə də müasir mərhələdə dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir. Dövlətin iqtisadi həyata müdaxiləsi üsullarından biri də qiymətin yaranması prosesində dövlətin fəal iştirakıdır. Belə ki, dövlət cəmiyyətdə baş verə biləcək sosial gərginliyi müəyyən qədər zəiflədir. Dövlət özünün qiymət siyasətində bəzi əmtəələrin maksimal mümkün olan qiymətini, bəzi əmtəələrin isə minimal mümkün olan qiymətini müəyyən edir.

Dövlətin qiymət siyasəti - cəmiyyətin ictimai mənafeyinin ayrı-ayrı istehsalçıların və istehlakçıların mənafeləri ilə uyğunlaşmasına xidmət etməlidir. Dövlətin qiymətlərin qərarlaşması prosesinə təsiri iqtisadi və inzibati metodlarla tənzimlənir:

  1. İqtisadi metodlarla tənzimləmə dövlətin vergi, maliyyə - büdcə, kredit, valyuta və

s. siyasəti vasitəsilə həyata keçirilir

  1. İnzibati ünsürlər əsasən, ictimai istifadə (istehlak) sahələrində, bəzən isə iqtisadiyyatda fövqəladə hallar baş verdikdə (böhran, sürətli inflyasiya və s.) tətbiq olunur.




  1. Yüklə 22,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə