I beynəlxalq elmi-texniki konfrans



Yüklə 424,32 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü424,32 Kb.
#79077


 

 

Azərbaycan  Texniki  Universiteti 

Beynəlxalq elmi-texniki konfrans 

“Maşınqayırmada intellektual texnologiyalar” 

Biz təklif olunan Konfransda iştirak etməyə maraq göstərən və elmi-praktiki 

işlərinin  nəticələrini  –  məqalələrini  Konfransa  təqdim  etmək  istəyən    hər  bir 

müəllifi  –  elmi  işçiləri  və  ali  məktəb  müəllimlərini,  texniki  elmlər  sahəsindəki 

mütəxəssisləri, doktorantları,  aspirantları və  tədqiqatçıları   böyük  məmnuniyyətlə 

salamlayır  və  Konfransa,  onun  keçirildiyi  Azərbaycan  Respublikasının  paytaxtı 

Bakı şəhərinə  dəvət edirik. 

 

Konfransın işinin nəticələrinə görə mükafata layiq işlər müəyyən ediləcək və 



bu işlərin müəlliflərinə mükafatlar təqdim olunacaqdır. 

         

       Konfransa  təqdim olunmuş  və  Təşkilat komitəsi tərəfindən  seçilmiş məqalələr 

“Maşınşünaslıq”  beynəlxalq  elmi-texniki  jurnalının  xüsusi  buraxılışında  dərc 

olunacaqdır.  

 

            I.  Konfransın keçirilməsi müddəti:   



             28 - 30  sentyabr  2016-cı il. 

          Konfransın  keçirilməsində  məqsəd  –  maşınqayırmada  intellektual  texnologiyalar 

sahəsində müasir elmi-texniki işləmələr üzrə mütəxəssislərin apardıqları tədqiqatların və 

alınmış  nəticələrin  müzakirəsi:  intellektual  idarəetmə  sahəsində  əldə  olunmuş 

nailiyyətlər,  atomatlaşdırılmış  layihələndirmə  və  ekspert  sistemləri,  yeni  kompozisiya 

materiallarının  materialşünaslığı  və  metallurgiyası,  logistik  sistemlər,  intellektual 

texnologiyaların  inkişaf  ənənələri,  təhsildə  və  istehsalatda  istifadə  olunan  innovativ 

metodlar,  alimlərin  və  mütəxəssislərin  elmi  işləmələrinin  stimullaşdırılması,  texnoloji 

inkişaf  etmiş  ölkələrin  təcrübələri,  MDB  və  digər  xarici  dövlətlərin  alimləri  ilə  elmi 

əlaqələrin və əməkdaşlığın genişləndirilməsidir.     



          II.  Konfransın işi aşağıdakı bölmələr üzrə  təşkil olunacaqdır: 

Bölmə 1. İntellektual idarəetmə sistemləri 

(sədr: prof.  H.Məmmədov, elmi katib, dos. V. Fərhadov). 

   

Bölmə 2. Atomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri 

( sədr: prof.  H.Hüseynov, elmi katib, baş müəllim  A.Ağayev). 

 

Bölmə 3. Maşınların layihələndirilməsində innovativ metodlar. 

(sədr: prof.  A.Abdullayev, elmi katib, dos. İ.Çələbi). 

 



Bölmə 4. Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər 

(sədr: prof.  V.Mövlazadə, elmi katib, dos. E.Rzayev). 

 

Bölmə 5. Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası 

(sədr: prof.  A.Məmmədov, elmi katib, dos R.Həsənli). 

 

Bölmə 6. Bərk cisim, maye və qaz mexanikasının problemləri 

(sədr: prof.  R.İsmayılov, elmi katib, dos. A. Quliyev).  

 

Bölmə 7. Logistik sistemlər 

(sədr: prof. Ə.Tağızadə, elmi katib, dos. B.Namazov). 

 

Bölmə 8. Təhsildə intellektual texnologiyalar və resurslar 

(sədrlər:  prof. S.Namazov  və   dos. Z. Cəfərov, elmi katib, dos. T.Quliyeva).   



Konfransın təşkili ilə bağlı bütün xərclər təşkilatçılar və qismən 

iştirakçılar tərəfindən ödənilir.  

 

III.



 

Konfransın təşkilat komitəsi: 

Sədr:               Prof. Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru 

 

Sədr müavini:  R.ü.e.d.  İlham Pirməmmədov,  Azərbaycan Texniki Universitetinin 

elm və texnika üzrə prorektoru 

   

Üzvlər:        

prof. Albert Albers, Karlsruhe Universiteti, Almaniya                        

prof. Abdullah  Avey, Süleyman Demirel Universiteti, İsparta, Türkiyə 

prof. Alişir Alifov, Rusiya Elmlər Akademiyası, “Maşınşünaslıq” İnstitutu, Moskva 

prof. Andreas Hirsch, Xemnits Texniki Universiteti, Almaniya 

dos. Aqil Babayev, AzTU, “Metallurgiya” fakültəsinin dekanı 

prof. B.M.Bazrov, Rusiya Elmlər Akademiyası, “Maşınşünaslıq” İnstitutu 

dos. Çinaxov Dmitriy Anatoliyeviç, Yurqa Texnoloji İnstitutu, Yurqa, Rusiya 

prof. Dyakunov Aleksandr Anatoliyeviç, Cənubi-Ural Dövlət Texniki Universiteti, 

        Çelyabinski, Rusiya 

prof. Elçin İsgəndərzadə, AzTU, “Metrologiya və standartlaşdırma” kaf. müdiri 

prof. Ələkbər Hüseynov, AzTU, “Maşınların etibarlılığı və təmir texnologiyası”     

         kafedrasının müdiri 

dos.Ərəstun Məmmədov, AzTU, “ Maşınqayırma” fakültəsinin dekanı 

dos. Fazil Həsənov, AzTU,” Nəqliyyat” fakültəsinin dekanı 

drof. Gökhan Kiper, İzmir Yüksək Texnologiyalar İnstitutu, Türkiyə 

prof. Heybətulla Əhmədov, AzTU, “Dəmiryol nəqliyyatının istismarı” kaf. müdiri 

dos. Həsən Qurbanov, AzTU, “Avtomatika və kompüter texnikası” fakül. Dekanı 

prof. İsa Xəlilov, Azərbaycan Texniki Universitetinin prorektoru  

prof. İqnatiyev Aleksandr Anatoliyeviç, Saratov Texniki Universiteti, Rusiya  

prof. İbrahim Həbibov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı                   

dos. İntiqam Əliyev, Sumqayıt Polimer Məmulatları zavodunun direktoru  




dos. Kadir Demirkiran, Qafqaz Universiteti, Bakı  

prof. Məhəmməd Əhmədov, Sumqayıt Dövlət Universiteti  

prof. M.Kosov,“STANKİN” Moskva Dövlət Texnologiya Universiteti, Rusiya 

prof. Nazim Mir-Nasiri, Nazarbayev Universiteti, Astana, Qazaxıstan 

prof. Nizami Yusubov, Lənkəran Dövlət Universitetinin prorektoru 

dos. Natiq Əhmədov, AzTU, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri 

prof. Peter Biegel, Brandenburg Texniki Universiteti, Almaniya 

prof. Rahim Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı 

prof. Rasim Əlizadə, AzTU, “Maşın və mexanizmlər nəzəriyyəsi” kaf. müdiri  

prof. Sylvio Simon, Brandenburg Texniki Universiteti, Almaniya 

prof. Sabir Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı  

prof. Tofiq Qocayev, Azərbaycan Texnologiya Universiteti, Gəncə 

prof. Vaqif  Mirsəlimov, AzTU, “Texniki mexanika” kafedrasının müdiri   

prof. V.Q.Mitrofanov, “STANKİN” Moskva Dövlət Texnologiya Universiteti 

prof. Valeh Baxşəliyev, AzTU, “Texniki mexanika” kafedrası 

prof. Ziyafət Kərimov, AzTU, “ Avtomobil Texnikası” kafedrasının müdiri 

 

 

 



Konfransın katibliyi: 

 

Elmi katib:  prof. Nizami İsmayılov, AzTU, “ Konustruksiya materialları”  kafedrası

 

                      (nizism@mail.ru)  

 

Məsul katib: dos. Elçin Rzayev, AzTU, “ Maşinqayirma Texnologiyası” kafedrası 

                      (elchin_rz@mail.ru).  



  

 

KONFRANSIN  İŞ  QRAFİKİ, İŞÇİ DİLLƏRİ 



     

      Konfransın  işi  plenar  və  bölmə  iclaslarında  azərbaycan,  rus  və  ya  ingilis 

dillərində aparılacaqdır. 

 

KONFRANS MATERİALLARININ HAZIRLANMASI QAYDALARI 

Materialın həcmi – A4 formatında  5 səhifədən çox olmamalıdır. Bütün səhifələrdə 

(sağ,sol,yuxarı və aşağı) 20 mm boş sahə saxlanılmalıdır. 



Məruzənin adı - şriftin ölçüsü 14, çap hərfləri ilə, ortaya görə düzləndirmə, interval 

1,0. 


Müəlliflər - şriftin ölçüsü 12, interval 1,0. Müəlliflərin inisialları soyadından əvvəldə 

yazılır və soyadından probellə ayrılır. 



Təşkilatların  adı  -  şriftin  ölçüsü  12,  kursivlə,  interval  1,0.  Təşkilatların  adları 

arasında  nöqtəli  vergül  qoyulmalıdır.  Əgər  müəlliflər  müxtəlif  təşkilatları  təmsil 




edirlərsə, onda bu təşkilatlar nömrələnməlidir (həm müəllifin adında yuxarı indeksi, 

həm də təşkilatın adında yuxarı indeksi kimi). 



E-mail ünvanlar – təşkilatların arxasınca  ayrıca  sətirdə yazılmalıdır.  Şriftin  ölçüsü 

12, interval 1,0. 



Məruzənin  mətni  -  şrift  Times  New  Roman  şriftində,  ölçüsü  12,  interval  1,0. 

Düsturlar Equation Editor (Math Type) - la yığılmalıdır, şriftin ölçüsü 12.  



Ədəbiyyat  siyahısı  –  nömrələnir,  şriftin  ölçüsü  12,  ədəbiyyatlara  istinadlar  məruzə 

mətnində  kvadrat  mötərizələrdə  göstərilir.  Ədəbiyyat  siyahısında  müəlliflərin 

inisialları soyadından əvvəldə , onlar arasında probel qoyulmadan yazılır. 

Açar sözlər: 5-6 söz.  

Müəlliflər haqqında məlumat: Soyadı A.A., iş yeri və tutduğu vəzifə, elmi adı, elmi 

dərəcəsi , elmi maraqlar dairəsi.  

 

-  qaydalara uyğun tərtib olunmayan materiallar qəbul edilməyəcəkdir. 

-

 



Konfransda iştirak etmək istəyənlər məruzələrini elektron versiyada  

conferenseaztu@gmail.com  və ya  conference@aztu.edu.az

  elektron 

ünvanlarıına göndərməlidirlər. 

 

Konfrans  materiallarının  hazırlanması  nümunəsi  template.doc  faylında 



göstərilmişdir. 

VACİB  TARİXLƏR : 

15 iyun 2016-cı il  – Materialların elektron versiyasının  təqdim edilməsinin son 

tarixi

Materialların qəbul edilməsi barədə təşkilat komitəsinin cavabı materialı 

aldıqdan sonra 10 gün ərzində bildiriləcəkdir. 

01 sentyabr 2016-cı il – Konfransın proqramının göndərilməsi. 

YARANMIŞ SUALLARLA BAĞLI TƏŞKİLAT KOMİTƏSİ İLƏ ƏLAQƏ: 

ƏLAQƏ ÜNVANLARI: 

Baki ş., AZ1073, H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti,  

Təşkilat komitəsinin sədr müavini – professor  İlham Pirməmmədov 

(+99412) 538-33-60   

 E- mail: conferenseaztu@gmail.com  

               conference@aztu.edu.az 




 

Elmi katib – prof.  Nizami İsmayılov 

Tel:    (+99412) 539-13-21;  

           (+99412) 539-09-82 



Məsul katib – dos. Elçin Rzayev 

Теl:    (+99412) 539- 10-27;   

Əlavə olaraq : 

(+99412) 538-94-16;  (+99412) 538-94-03;   

 (+99412) 539-12-21; (+99412) 539-12-25; 

(+99412) 539-11-36;  (+99412) 538-86-65 

 

 

 



 

 

 



 

Yüklə 424,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə