Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi



Yüklə 22,13 Kb.
səhifə3/10
tarix28.11.2023
ölçüsü22,13 Kb.
#136546
1   2   3   4   5   6   7   8   9   10
Marketinq taktikası dedikdə isə yaxın dövrə aid olan tədbirlər kompleksi nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
  1. Tələb və Təklif anlayışları





      • Tələb tələbat nədir?

Tələbat dedikdə canlı orqanizmin, ayrı-ayrı şəxslərin, qrupların və bütövlükdə cəmiyyət üzvlərinin həyat fəaliyyətini saxlamaq üçün zəruri olan hər hansı bir şeyə (məhsula, xidmətə və s.) olan ehtiyacı nəzərdə tutulur. Tələbatı ödəmək məqsədilə insanlar təbiətə təsir edir, maddi və mənəvi nemətlər istehsalını həyata keçirirlər.
İstehlak isə mövcud məhsul və xidmətlərdən istifadə etmək prosesidir, yəni tələbatların ödənilməsi prossesidir. Con Keynsin yazdığı kimi, «istehlak-bütün iqtisadi fəaliyyətin yeganə, son məqsədidir».
Tələb isə ayrı-ayrı şəxslərin, cəmiyyət üzvlərinin müəyyən dövr ərzində məhsul və xidmətlərdən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusudur. İnsanın tələblərinin yerinə yetirilməsi onun malik olduğu pulunun miqdarından asılıdır. Deməli, tələb həmişə tələbatdan kəmiyyətcə azdır, o, bazara pul formasında çıxarılan tələbatdır.
Tələbat və tələb daim dəyişilən, inkişaf edən dinamik prosesdir. Belə ki, tələbat tələbi müəyyən edir, onu yaradır. Tələbin səviyyəsinə təsir edən əsas amillər aşağıdakılardır:

  1. sosial-iqtisadi amillər: ölkənin iqtisadi inkişaf səviyyəsi, milli gəlirin ümumi həcmi və adambaşına düşən hissəsi, əhalinin pul gəlirləri, qiymətlərin səviyyəsi;

  2. demoqrafik amillər: əhalinin sayı, onun yaş cins tərkibi, ailələrin sayı və tərkibi, şəhər və kənd əhalisinin nisbəti və s;

  3. təbii iqlim şəraiti;

  4. tarixi milli amillər.

Tələbin qiymət və digər amillərdən asılılığı tələbin funksiyası adlanır. Tələbin qiymət funksiyası aşağıdakı kimi işarə olunur: D=f(P). Burada D- tələb, f- funksiya, P- qiyməti bildirir.
Tələbin digər amillərdən asılılığı isə aşağıdakı kimi işarə olunur: D=f(P,I,T,W...) Burada D-tələb (demand), f-funksiya (function), P- qiymət (price), I- gəlir (income), T- zövqlər (taste), W- gözləmələri (waiting) əks etdirir.


1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə