QəRBİ kaspi universiteti SƏRBƏst iŞ FƏNN: TƏŞKİlati davraniş



Yüklə 132,38 Kb.
səhifə1/5
tarix30.09.2023
ölçüsü132,38 Kb.
#125087
  1   2   3   4   5
Təşkilatı davranış





QƏRBİ KASPİ UNİVERSİTETİ

SƏRBƏST İŞ

FƏNN:

TƏŞKİLATİ DAVRANIŞ
MÖVZU:

TƏŞKİLATİ DAVRANIŞ NƏDİR

TƏLƏBƏ:

İMANOVA İNCİ MƏHƏMMƏDƏLİ QIZI

MÜƏLLİM:

SADİQ ƏFƏNDİYEV

BAKI- 2023
GİRİŞ
Müasir dünyada baş verən proseslər- ətraf mühitin dəyişilməsi, iqtisadiyyatın beynəlmiləlləşməsi, ikinci nəsil informasiya texnologiyalarının tətbiqi, istehlakçıya əsaslanaraq keyfiyyətin idarə edilməsi, işçilərin müxtəlifliyinin tanınması və onların idarə edilməsi idarəçilik paradiqmasının dəyişilməsinə səbəb olub. Yeni yanaşma təşkilatda şəxsiyyətin birinciliyini tanıyır. İşə gəlmiş individ öz davranışına dair bir sıra məhdudiyyətləri qəbul edir. Bu məhdudiyyətlər təşkilatın normaları, korporativ davranış kodeksi tərəfindən diktə edilir. XX əsrdə işə götürən şəxs əməkdaşlarla mənəvi müqavilə imzalayırdı. Bu müqaviləyə görə, təlimatların yerinə yetirilməsi və təşkilata sədaqət göstərilməsi müqabilində işçi məşğulluq, karyera inkişafı, maddi mükafatlandırılmaya dair qarantiyalar əldə edirdi. Müasir dövrdə işə götürən şəxs üçün işçinin biliyi, onun icraçılıq intizamından və instruksiyaları yerinə yetirmək hazırlığından daha vacibdir. Öyrənmək bacarığı hər şeydən daha çox qiymətləndirilməyə başlayır. Bunun nəticəsində işə götürən şəxslər və işçilər arasında münasibətlər dəyişir. Təşkilati davranışın məğzi individlərin, qrupların, təşkilatların davranışının sistematik, elmi analizindən ibarətdir. Bu zaman əsas məqsəd xarici mühitin təsirini nəzərə almaqla təşkilatın və individin fəaliyyətini inkişaf etdirməkdir. Təşkilati davranış qarşıya qoyulan məqsədlərin yerinə yetiril-məsi və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin, qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını nəzərdə tutur. Təşkilati davranış çoxtərkibli nizama malikdir, belə ki, o digər nizamlardan (təşkilati nəzəriy-yələr, psixologiya, sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürülmüş prinsip, metodlardan istifadə edir. Öz növbəsində təşkilati davranış idarəçilik nizamlarının bütöv kompleksinin öyrənilməsi üçün əsas rolunu oynayır. Təşkilati davranış qrup daxilindəki şəxsiyyətə, onun davranışına istiqamətlənir: qrup daxilində insanlar, onların hissləri, yeniliklərin qəbulu, ətraf mühitə reaksiya. Təşkilat daxilində insan davranışının idarə edilməsi elm və incəsənətin vəhdətini özündə ehtiva edir. Bu nəzəri və praktiki fəaliyyət möhkəm elmi təmələ əsaslanır. İnsanların idarə edilməsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılmasının vacib şərtidir.

Yüklə 132,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə