Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   45   46   47   48   49   50   51   52   53

 
153 
Səcdə  –  yerə  dəyəcək  şəkildə  yerə  qapanmaq  və  dua  etmək  mənasında  bir 
termindir.  Müsəlmanlar  namaz  qılarkən  əvvəlcə  ayaq  üstə  dayanarlar  ki,  buna 
Qiyam deyilir. Sonra bellərini əyər, dua oxuyarlar, buna Rüku deyirlər. Daha sonra 
da alınlarını yerə qoyaraq səcdə edərlər.  
Səciyyə  – 1. Hər hansı bir şeyin və  ya hadisənin başqalarından  fərqləndirən 
xüsusiyyəti; xarakter. 2. Xasiyyət, təbiət.  
Səciyyələndirmə  –  Bir    şeyin    səciyyəvi  xüsusiyyətlərini  vermək, 
göstərmək. Bir şəxsin və ya şeyin fərqləndirici xüsusiyyətini təşkil etmək. 
Sədəqə – Zəkat, Allah rizası üçün edilən  yaxşılıq və ya  verilen şey. Sədəqə 
insanın malından sırf Allah rizası üçün mühtac olanlara verilmək üçün çıxardığı bir 
vergi  növü  mənasında terminidir. Möminlərin “Mənim sizə verdiklərimdən siz də 
başqalarına  verin”  və  bunun  kimi  Allahın  başqa  əmrlərinə    tabe  olmaqda 
sədaqətlərini göstərdiyi üçün zəkata "sədəqə" də deyilir.  
Səhifə  –  Bizə  məlum  olduğuna  görə  Həzrəti-Adəm  peyğəmbərdən 
başlayaraq  Həzrəti-Musa  peyğəmbərədək  gəlmiş  peyğəmbərlərə  Allah  tərəfindən 
gələn əmrlər. Bunların sayı az olduğu üçün onlara Kitab yox, Səhifə deyilir. 
Səmimiyyət  –  ürəkdən,  xalis,  riya,  göstəriş  məqsədi  olmayan  fikir,  söz  və 
davranışlar. 
Səsvermə  –  Seçki  zamanı  və  ya  bir  işi,  məsələni    kollektiv    surətdə    həll  
etdikdə    zç  səsini    vermə,    səs    vermək    vasitəsilə    rəyini  bildirmə;  səs  vermək 
vasitəsilə seçmə və ya bir məsələni həll etmə. 
Sığınacaq,  sığınaq  –  Sığınılacaq  yer,  daldalanmağa  yarar  yer;  daldanacaq; 
sığınacaq.  Bombadan,  mərmidən,  güllədən  və  ya  zəhərləyici  maddələrdən 
qorunmaq  üçün  xüsusi  surətdə  düzəldilib  təchiz edilmiş yer, bina və s. Bomba 
sığınağı. 
Sığorta – Təbii fəlakət və bədbəxt hadisə nəticəsində zərər görmüş şəxsə və 
ya  təşkilata  xüsusi  təşkilat  tərəfindən  müntəzəm  olaraq  pul  vermək  vasitəsilə 
zərərini ödəməkdən ibarət təminat  vasitələrindən biri. 


 
154 
Sineqoq – yəhudilərin toplu halda ibadət etdiyi yer. Yəhudi dinində həftənin 
Şənbə günləri iş günü hesab edilmir və həmin gün işləmək günah sayılır, camaatla 
sineqoqda ibadət edilməsi əmr edilir. 
Sitayiş –  Pərəstiş, tapınma; dərin ehtiram, hörmət.  
Sitayiş etmək – 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. 
Siyasət əxlaqı – siyasi münasibətlərə dair əxlaq və davranış qaydaları. 
Siyasi  hüquq  –  1.  Siyasətlə  bağlı,  siyasətə  aid  olan,  siyasəti    həyata 
keçirməklə bağlı olan hüquq.  
Siyasi idarəetmə – cəmiyyətin idarə edilməsini siyasi yolla, siyasi partiyalar 
vasitəsi ilə həyata keçirmək. 
Siyasi  partiyalar  –  siyasətlə  məşğul  olan,  siyasi  hakimiyyətə  gəlməyi 
qarşısına məqsəd qoyan  insan birlikləri. 
Sosial həyat – ictimai həyat. 
Sosial hüquq – ictimai həyata, ictimai təşkilatlara dair hüquq normaları. 
Sosial  idarəetmə  –  idarəetmədə  ictimai  təşkilatların,  xalqın  özünüidarə 
strukturlarının iştirakı ilə həyata keçirilməsi. 
Sosial  qrup  –  cəmiyyətin  tərkibindəki  müəyyən  sosial  struktura  aid  insan 
qrupu. 
Sosial  qurumların  əxlaqı  –  sosial  qurumlar  arasında  bir-birləri  ilə 
münasibətlərə dair əxlaq və davranış qaydaları. 
Sosial  müvazinət  –  cəmiyyətin  fərqli  sinifləri  və  təbəqələri  arasında 
bərabərliyin qorunması, təmin edilməsi. 
Sosial proseslər –  ictimai həyatda baş verən hadisələr. 
Sosial struktur – ictimai quruluşun təşkil olunduğu təbəqələr, cərəyanlar. 
1.
 
Sosial vəzifələr, yəni sosial proqramın yerinə yetirilməsi. 
Suverenlik  –  Suverenlik  müəyyən  ərazidə  ali  hakimmiyyəti  nəzərdə  tutur. 
Hamı  üçün,  hər  bir  təşkilat  və  təsisat  üçün  məcburi  xarakter  daşıyan  hakimiyyət 
yalnız dövlətə mənsubdur. 


 
155 
Şagird naliyyətləri – bilik və bacarıqlar əsasında qazanılan dəyərlərdir. 
Şəhidlik – Şəhid, kəlimə olaraq nəticəsi qəti olan bir xəbəri verən, bildiyini 
söyləyən,  hazır  olan,    bir  hadisəyə  şahid  olan,  şahidlik  edən.  Dini  mənada  Allah 
rizası üçün, Onun yolunda canını fəda edən müsəlmana verilən addır. Ona bu adın 
verilməsinin  səbəbi,  cənnətlik  olduğuna  şahidlik  edilmiş  olması  və  ya  onun  Uca 
Allahın  hüzurunda  yaşamaqda  olması,  yaxud  öldüyü  zaman  mələklərin  hazır 
olması, yaxud da ruhunun birbaşa Darüs-Salamda (Cənnətdə) olması, və ya Allah 
tərəfindən müxtəlif mükafatlarla mükafatlandırılmış olmasıdır.  
Şəkk  –  ortaq,  şərik  olma  deməkdir.  Dini  mənada  Allaha  şərik  və  ortaq 
qoşma mənasını verir. 
Şimşək – ildırım. 
Şirin su ehtiyatları – İçməli su ehtiyatları, məsələn, çaylar, göllər, bulaqlar, 
çeşmələr, yeraltı sular. 
Şüur  –  1.  Dərrakə,  anlaq,  düşünmə;  dərk  etmə,  anlama  qabiliyyəti.  Şüuru 
dolaşmaq  –  sözünü,    işini,  hərəkətini  bilməmək;  ağlı  çaşmaq.  2.  Düşüncə,  ağıl, 
fəhm. 3. İctimai həyatın insan və ya bir qrup adam tərəfindən  dərk  edilməsi,  başa  
düşülməsi,  anlaşılması.  Siyasi  şüurun  artması.  Vətəndaşlıq  şüuru.  4.  fəls.  psix. 
İnsan beyninin gerçəkliyi əks etdirmə prosesi. 
Taksonomiya  –  yunan  sözdür  (taxus-qayda  ilə  yerləşmə+qanun  deməkdir), 
təlim  məqsədlərinin  şəbəkəli  və  ya  sistemli  təsnifatıdır.  Elmi  termin  kimi  ilk  dəfə 
botanika  və  zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdən psixologiyada istifadə 
olunmağa başlanmışdır.  
     Fəal (interaktiv) təlim – şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  
     İdrak  fəaliyyəti  –  idrak  prosesində  həyata  keçirilən  fəaliyyətdir.  Psixoloqların 
fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tətbiq  etmək,  təhlil  etmək,  sintez 
etmək  və  dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil 
konsepsiyasına  görə,  şagirdin  təlim  fəaliyyətinin  psixo-pedaqoji  əsasını  məhz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə