Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qlobal  ekoloji  problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   45   46   47   48   49   50   51   52   53

 
147 
Qlobal  ekoloji  problemləri  –  Ətraf  mühitin  korlanması  nəticəsində 
dünyanın  bütün  dövlətlətini,  xalqlarını  təsiri  altına  salan  meydana  çıxmış 
problemlər. 
Qlobal istiləşmə – Yer kürəsinin hər yerinə təsir edən istiləşmə prosesi. 
Qoltuqaltı  ağac –  Ayaqlarını  hərəkət etdirə bilməyən, ayaqlarını  yerə basa 
bilməyən  adamın  qoltuğu  altına  yerləşdirərək  onların  köməyi  ilə  yeridiyi  xüsusi 
ağacdan, metaldan hazırlanmış vasitə. 
Qövm  –  Bir  peyğəmbərə  tabe  və  bağlı  insan  toplusu.  Aralarında  dil,  adət, 
ənənə, mədəni birliyi olan camaat, topluluq. Millət. 
Qul  edilmə  –    2.    Xidmət    üçün    satın    alınmış    adam;    hər  cür    istehsal  
vasitəsi  və  hüquqdan  məhrum olan  və  tamamilə  öz  sahibinin  ixtiyarında olub, 
bir mal kimi alınıb satılan adam; kölə. 
Qulluq  –  1.    Xidmət,    iş,    vəzifə.  2)  baxmaq,    xidmət    etmək,    qeydinə 
qalaraq kömək etmək. 2. Buyuruq, əmr, tapşırıq; xahiş, iş. Qul  olmuş  adamın halı; 
köləlik. 
Qurani-Kərim  –  Son  vəhy  dini  olan  İslamın  müqəddəs  Kitabı.  Qurani-
Kərim  iyirmi  üç  il  ərzində  əvvəlcə  Məkkədə,  sonra  Mədinədə  Peyğəmbərimiz 
Həzrəti-Məhəmmədə (s.a.s.) nazil olmuş ən son Allah kəlamıdır.  
Qurum –  Qurmaq işi, quruluş. 
Ləyaqət  –  1.  İnsanda  yüksək  mənəvi  keyfiyyətləri  göstərən  xassələrin 
məcmusu,  həmçinin  bu  xassələrin  dəyərini  dərk  edən    şəxsin    özünə    qarşı  
duyduğu ehtiram hissi. 2. Qabiliyyət,  bacarıq,  istedad,  iqtidar. 
Maddə – 1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey.  
Maddənin  daxili  quruluşu  –  Maddənin  təşkil  olunduğu  zərrəciklərin 
quruluşu nəzərdə tutulur.  
Maddənin  halı (Bərk, maye, qaz) – Təşkil olunduğu zərrəciklərin bir-birinə 
olan məsafəsinə görə maddi varlığın halı – bərk, kristal şəklində, maye şəklində və 
ya qaz halında ola bilər. 
Maliyyə  –  1.  Dövlətə,  yaxud  ayrı-ayrı  şəxslərə  məxsus  pul  vəsaiti;  pul.  2. 
Pul işlərinin təşkili, pul dövriyyəsi və kreditlə bağlı olan.  


 
148 
Materialist  –  Fəlsəfi  materializm  tərəfdarı.  Hər  şeyin  maddədən  ibarət 
olduğunu,  maddənin  əzəli  və  əbədi  olduğunu,  Allahı  inkar  edən  fikir  cərəyanı, 
ideologiya. 
Materiyanın  quruluşu  –    Materiyanın,  maddənin  təşkil  olunma  qayda-
qanunu. 
Metafizik  varlıqlar  maddədən  ibarət  olmayan,  bizim  görə  bilmədiyimiz, 
lakin  varlığını  hiss  etdiyimiz,  bildiyimiz  varlıqlardır.  Məsələn,  ağıl,  iradə,  şüur 
kimi metafizik varlıqlar kimi mələklər, çinlər kimi də metafizik varlıqlar vardır. 
Metro – elektrik enerjisi ilə hərəkət edən qatarların hərəkət etdiyi yer altında 
qazılmış  tunel.  İlk  metro  1868-ci  ildə  İngiltərədə,  London  şəhərində  istifadəyə 
verilmişdir. Bakıda ilk metro xətti 1968-ci ildə açılmışdır. 
3.
 
Məcburetmə  – Heç kim dövlətdən kənar olması və dövlət hakimiyyətinə 
tabe  olmaması  haqqında  özbaşına  qərar  qəbul  edə  bilməz,  çünki  dövlət 
mənsubiyyəti ictimai zərurətdir. 
Mədəni  hüquq  –  Mədəni-tərbiyə  vəzifələr.  Bura  təhsilin,  mədəniyyətin, 
elmin  inkişaf  etdirilməsi,  bir  sözlə,  cəmiyyətin  mənəvi  həyatının  daimi 
təkmilləşdirilməsi daxildir. 
Mədəniyyətlərarası (dinlərarası) dialoq – müxtəlif dinləri təmsil edənlərin 
mövcud problemləri həll etmək üçün bir araya gəlməsi və problemlərin həlli üçün 
yollar axtarması. 
Məhkəmə  hakimiyyəti  –  Demokratik  dövlət  quruluşunda  hakimiyyətin 
insanların, müəssisə və təşkilatların hüquqlarını qoruyan qolu. 
Məişət  –  1.  Ümumi  yaşayış  tərzi;  yaşayış,    yaşama,  həyat.  2.    Dolanacaq,  
güzəran. 
Mənəvi  aspekt    əşya,  hadisə  və  anlayışlara  maddi  yönü  ilə  deyil,  mənəvi 
yönündən baxış, nöqteyi-nəzər. 
Mənəvi  borc  –  İnsanın  daxilən,  özünün  varlığına,  onda  olan  maddi  və 
mənəvi hər şeyə görə əvvəlcə Allah, sonra Peyğəmbər, daha sonra Allahın verdiyi 
nemətlər  –  ardıcıllıqla  valideyinləri,  qohumları,əllimləri,  dostları,  yoldaşları, 


 
149 
qonşuları,  kimsəsizlər,  möhtaclar,  tənəffüs  etdiyi  hava,  üzərində  yaşadığı  torpaq, 
su, mənəvi olanlar – ağıl, şüur, qəlb, hər şey qarşısında borclarının məcmusu. 
Mənəvi  hərəkət  qüvvələri  –  Buna  mənəvi  qüvvətlər  də  deyilir.  İnsanı 
hərəkətə gətirən mənəvi güclərə ağıl, qəzəb, şəhvət, iradə və s. daxildir. 
Mənəvi  hiss  və  duyğular  –    İnsanın  təmin  olunduğu,  heç  bir  yerdən  ala 
bilməyəcəyi çox sayda hiss və duyğular, məsələn, sevgi, məhəbbət, kin, mərhəmət, 
nifrət, qısqanclıq, şəfqət, xəsislik, səxavət, iffət, həya və s. 
Məscid  –  müsəlmanların  toplu  halda  ibadət  etdiyi  yer.  İslam  dinində 
ibadətləri toplu halda icra etməyin savabının tək halda ibadət etməkdən qat-qat çox 
olduğu bildirilir. Cümə günləri camaatla namaz qılınması əmr edilir. 
Məsuliyyət –  Məsulun cəm  halı. Məsul -  1.  Üzərinə   məsuliyyət qoyulan, 
cavabdeh  olan;  cavabdeh,  sorğulu.  Məsul  olmaq  –  cavabdeh  olmaq,  üzərində 
məsuliyyət olmaq. 
Məzhəbçilik  –  Lüğətdə  getmək,  izləmək,  gedilən  yol  deməkdir.  Məcazi 
olaraq  şəxsi  görüş,  inanc  ve  doktrina  mənasında  da  işlədilir.  Termin  olaraq  bir 
müctəhidin,  dinin  xüsusiyyətlərin  ilə  əlaqədar  özünə  görə  qayda  və  üsullarla 
formalaşdırdığı inanc, ya da hüquq sistemi mənasında işlədilir. 
Millət  –  1.  İnsanların  tarixən  dil,  ərazi,    iqtisadi    həyat    və    psixika  
ümumiliyi  əsasında  təşəkkül  tapan  və  milli  xarakterin  mədəniyyətin    milli  
özünəməxsusluğunda təzahür edən sabit birliyi. 2. Dövlət, ölkə mənasında. 
Milli  kurikulum    ölkə  miqyasında  təhsilin  hər  bir  pilləsindəki 
fəaliyyətlərin  həyata          keçirilməsinə  imkan  yaradan  və  onları  istiqamətləndirən 
konseptual sənəddir.  
  
    Fənn  kurikulumu    fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən 
konseptual sənəddir. 
Müalicəsi  çətin  xəstəliklər    müalicəsi  uzun  müddət  davam  edən,  çoxlu 
maddi vəsait tələb edən və müalicəsi əziyyətli olan xəstəliklər.  
Müdafiə  –    1.  Özünü  və  ya  başqasını  hücumdan  qoruma,  hücuma  qarşı 
durma. 2. Birinin əleyhinə deyilən sözlərə cavab verməklə  onun  tərəfini  saxlama,  
ona    tərəf  çıxma.  3.  Düşməni  dəf  etmək  üçün  lazımi  vasitələrin  məcmusu.  4. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə