Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   45   46   47   48   49   50   51   52   53

 
141 
Azərbaycanda  Ali  İcraedici  şəxs  Azərbaycan  Respublikasının  Prezidentidir.  Ali 
Dövlət  İcra  Orqanı  Azərbaycan  Nazirlər  Kabineti  başda  olmaqla  Azərbaycan 
hökumətidir. 
İctimai inkişaf – cəmiyyətdə hamıya, hər kəsə aid olan ümumi inkişaf. 
İctimai  mühit  –  cəmiyyətin  hər  bir  üzvü  tərəfindən  istəyərək  və  ya 
istəməyərək  formalaşmış  ümumi  hal,  əhval-ruhiyyə,  şərait.  İctimai  mühiti 
cəmiyyətin  üzvləri  formalaşdırır,  ondan  razı  qalıb-qalmamaqda  isə  bir-birlərindən 
fərqli fikirlər irəli sürürlər.  
İctimai  nəqliyyat  –  hər  kəsin  eyni  hüquqda  istifadə  edə  biləcəyi  nəqliyyat 
növü (avtobus, troleybus, tramvay, metro, qatar, gəmi, təyyarə). 
İctimai  təşkilatlar  və  birliklər  –  vətəndaşların  qarşılarına  qoyduqları 
məqsədi  və  ya  məqsədləri  həyata  keçirmək  məqsədi  ilə  könüllü  birləşmələri 
nəticəsində meydana çıxan qurum. 
İctimai yerlər – Hər kəsin (ictimaiyyatın) istifadə etdiyi, xalqa açıq yerlər. 
Məsələn, parklar, küçə, bulvarlar, mağazalar,  kino və teatrlar, kafe, bufet, restoran 
və s. 
İdarə  olunma – İşi, davranışları bir başqası tərəfindən, yaxud hər hansı bir 
hüquqi sənədə görə idarə edilən. 
İdeya – 1. İnsan  şöurunda  varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən 
və onun bizi əhatə  edən  mühitə  münasibətini ifadə edən anlayış, təsəvvür.  
2. Dünyagürüşünün əsas və ən mühüm prinsipi;  məfkurə, məslək, əqidə. 3. 
Fikir, qayə, məqsəd. 
İftar    din.  Oruc  açma,  oruc açdıqda  yeyilən  yemək.  
İftira – Olmayan bir şeyi olmuş kim danışmaq və ya nağıl etmək.  
İftira  son  dərəcə  pis  hadisədir.  Həm  iftira  edən,  həm  də  ona  iftira  edilən 
adam üçün olduqca narahatedici edici bir davranışdır.  
İqtisadi  hüquq  –  insanlararası  iqtisadi  münasibətləri  tənzim  edən  hüquq 
normaları. 
İqtisadi  idarəetmə  –  təsərrüfatı,  idarəni,  müəssisəni  iqtisadi  baxımdan, 
iqtisadi qayda və qanunların tələblərinə görə idarə etmək. 


 
142 
İqtisadiyyat  –  1.  Hər    hansı    bir    ictimai    quruluşun,  Cəmiyyətin  istehsal 
qövvələrinin  inkişafına  uyğun  olan  istehsal  münasibətlərinin  məcmusu.  2.  Hər 
hansı bir ölkənin, rayonun və s.-nin təsərrüfatının vəziyyəti. Təsərrüfatın hər hansı 
bir sahəsinin maliyyə və maddi cəhətdən quruluşu, vəziyyəti. 3. Xalq təsərrüfatının 
hər hansı bir sahəsinin maliyyə və maddi tərəfini öyrənən elm. 
İlahi  riza  –  Allahın  razı  qalması  deməkdir.  İnsan  nə  edirsə  etsin,  gördüyü 
işin Allah tərəfindən bəyənilib-bəyənilmədiyini nəzərə almalı, gördüyü işdən onun 
razı qalıb-qalmadığını hesaba almalıdır. İlahi  riza, daha çox  insanın Allahın onun 
üçün  yazdığına  razı  olması,  ona  qarşı  çıxmaması  deməkdir.  İslam  əxlaqında  İlahi 
rizaya qarşı çıxmaq axmaqlıq sayılır. 
İlayi-Kəlimətullah  –  Allahın  adını  ucaltmaq  üçün  iş  görmək,  Allahı  inkar 
edənlərə qarşı mübarizə aparmaq. Cihad sözünün sinonimi kimi işlədilir. 
İlğım  –  Quru  (susuz)  çöllərdə  buxarın  yerə  yayılıb  uzaqdan  su  kimi 
görünməsi hadisəsi. 
İncil  –  Allah  tərəfindən  Həzrəti-İsaya  göndərilən,  Tövratın  əslini  təsdiq 
edən,  Qurani-Kərim  tərəfindən  təsdiq  edilən  və  bir  mənası  da  "yol  göstərici, 
aydınladıcı" olan (əl-Maidə, 5/46-48), dörd böyük kitabdan biri. Bu gün əldə olan 
İncil  dörd  variantdan  ibarətdir.  Bu  da  onun  insanlar  tərəfindən  necə 
dəyişdirildiyinə sübutdur. Qurani-Kərimdə Uca Allah buna işarə edərək İncilə görə 
hökm çıxarılmamasını, ona görə hərəkət edilməməsini əmr edir: 
İnfaq – Nəfəsə verib keçindirmə, bəsləmə, Allah yolunda xərcləmək.  
İnfrasturuktur  –    latın  dilindən  alınma  söz  olub infra —  «aşağı»,  «alt». 
lаt. structura — «quruluş»,  «yerləşmə,  mövqe»  mənalarını bildirir. Termin olaraq 
sosial,  nəqliyyat,  mühəndislik,  iqtisadiyyat,  hərbi  və  b.  sahələrin  mövcud 
olmasında iştirak edən vasitələrə verilən ümumi addır. 
İnkişaf  –  İrəliyə  doğru  tərəqqi  etmə,  artma,  yüksəlmə;  tərəqqi,    yüksəliş. 
İnkişaf    etdirmək    –    1)    irəlilətmək,    tərəqqi    etdirmək,  yüksəltmək.  2)  
kamilləşdirmək,  təkmilləşdirmək,  daha  da  artırmaq,  daha  da  yaxşılaşdırmaq,  
möhkəmləndirmək,  qüvvətləndirmək. Inkişaf etmək – 1) tərəqqi etmək, irəliləmək,  
artmaq,    yüksəlmək,    genişlənmək.  2)  kamilləşmək,  yetkinləşmək,  artmaq.  3)  


 
143 
böyümək,    yetişmək,    möhkəmlənmək,  qüvvətlənmək.  İnkişaf    etmiş.  1)  yüksək  
səviyyəyə  çatmış, sənaye, mədəniyyət  və  s.  cəhətdən  çox  irəli  getmiş, tərəqqi 
etmiş. İnkişaf etmiş ölkələr; 2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş,  göröş dairəsi 
geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam. 
İnsan – 1. Adam, bəşər. Ruh və bədən meydana gələn ağıl sahibi varlıq. 
İnsan fəaliyyəti – 1. İnsanın bütün sahələrdə fiziki, əqli çalışması. 
İnsan  hüquqları  –  Konstitusiya  ilə  insana  verilən  hüquq  və  səlahiyyətlər 
məcmusu.  
İnsan  hüquqları  üzrə  beynəlxalq  sistem  –  Beynəlxalq  təşkilatlar 
tərəfindən  hüquqlarının  qorunması  məqsədi  ilə  qurulmuş  sistem.  Haaqadakı 
Beynəlxalq İnsan Haqları Məhkəməsi də bu sistemə daxildir. 
İnteqrasiya,  qarşılıqlı  təsir  –  Əlahiddə  hissələrin  tamda  birləşməsi 
haqqında sistemlər nəzəriyyəsi  anlayışı  və  bu  nəzəriyyənin obyekti olan təbii və 
ya ictimai proseslər. 
İrq  –  Mənşə  və  bəzi  irsi  xüsusiyyətlərinə  (saçlarının,  dərilərinin  rənginə, 
başlarının  quruluşuna  və s.)  görə bir olan tarixən təşəkkül tapmış insanlar qrupu. 
Heyvan və bitki təsnifatını bildirmək üçün  bir termin kimi də işlənir. 
İrqçilik    is.  “Yüksək”  və  “aşağı”,  “kamil”  və  “qeyri-kamil”  insan  irqləri 
olması  fikrinə    əsaslanan    ifrat  mürtəce,  dinə  və  elmə  zidd  nəzəriyyə  və  siyasət;  
irqlər  (xalqlar)  arasında nifaq və ədavət salma. 
İslam  dininə  görə  haqqın,  hüququn  qaynağı  İlahi  iradədir.  Buna  görə  də 
İslamda  hüquq  dini  hökmlərin  çıxarıldığı  qaynaqlara  (kitab,  sünnət,  icma,  qiyas) 
istinad edən ilahi ehsanlardır. Hər hansı bir dini dəlilə istinad etməyən dini haqdan 
söz edilemez. Haqqın qaynağı  Allahu Təaladır, çünki ondan başqa hakim  yoxdur. 
Dini haqlarda, haqqın sahibi  Allah, digər  haqlarda  həqiqi və  ya  hökmi şəxslərdir. 
İslam  hüququna  görə  şəxsiyyət  sağlam  doğulmaq  şərti  ilə,  uşağın  ana  bətninə 
düşdüyü andan etibarən başlayır və onu hər hansı şəkildə öldürmək cinayət yətlərə 
görə də müvafiq cəzalar tətbiq edilir.  
İslamda  müharibə  intiqam  almaq,  öldürmək,  yağmalamaq,  təzyiq  altına 
salmaq  və zülm etmək  üçün deyildir, əksinə bu cür  halları aradan qaldırmaq  üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə