Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 
132 
Əməkdaşlıq  Müşavirəsi  (ATƏM)  adlanmışdır  (
ing.
  Conference  for  Security  and 
Cooperation in Europe - CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın 
ən böyük 
regional təşkilat
ıdır.
 
ATƏT  "
soyuq  müharibə
"nin  qurtarmasından  sonra  ümumavropa 
təhlükəsizlik  sistemini  formalaşdıran,  yeni  Avropanın  siyasi  və  iqtisadi  həyatının 
sivil  birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  münasibətləri  rəqiblik 
və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir 
təşkilat funksiyasını icra edir. 
Avropa  Şurası  –  Avropa  Birliyinə  namizəd  ölkələrin  Parlamentlərindən 
seçilən deputatların iştirak etdiyi Parlament.  
Avtobus – çoxyerli minik avtomobili. 
Ayrı-seçkilik  –  Tərəfgirlik,    üzgörəlik;  ədalətsiçlik,    bir    tərəfin    üstün  
tutulması, obyektiv  münasibət  göstərilməməsi. 
Azad  seçkilər  –  maneə,  qadağan  və  kənar  təsir  olmadan  vətəndaşların 
seçmək və seçilmək hüququnun təmin edilməsi, belə şəraitdə keçirilən seçkilər.  
Bacarıq  –  Bilik,  təcrübə,  vərdiş  nəticəsində    əldə    edilmiş    işgörmə  
qabiliyyəti, təcrübə.  Hər  işdə  bacarıq  laçımdır. 
Beynəlxalq  hüquq  normaları  –  Beynəlxalq  təşkilatlar  tərəfindən  qəbul 
olunmuş,  həmin  təşkilatlara  üzv  olan  dövlətlərin  tabe  olduğu  hüquqi  sənədlərin 
tələbləri. Milli hüquqi sənəd – Bir xalqa, millətə aid hüquqi sənəd. 
Bənd – Bir  yeri  seldən,  daşqından  qorumaq, yaxud suyun (arxın, kanalın) 
kənara axmasının qarşısını almaq üçün çəkilən sədd. 
Bərabər  seçkilər  –  hamı  üçün  bərabər  hüquqlardan  istifadə  etməklə 
keçirilən seçkilər.  
Bərabərlik  –  Cəmiyyətdə  insanların  bütün  cəmiyyətin  istehsal  vasitələrinə 
bir cür münasibətdə  və bərabər siyasi və vətəndaşlıq  hüququna  malik olmalarını 
təmin edən vəziyyəti. 
Birgə  fəaliyyət  –  birlikdə,  bərabər  şərtlər,  eyni  hüquqlar  çərçivəsində  iş 
görmək, fəaliyyət göstərmək. 


 
133 
Birgəyaşayış  qaydaları –  Bir  yerdə  yaşama, ictimai  mühit, ictimai həyat 
normaları. 
Birja – Müxtəlif maliyyə və  ticarət  sazişləri  bağlanan  idarə. Əmək birjası  
–  fəhlələri  işə  götürdükdə, onlarla sahibkarlar arasında vasitəçilik edən idarə.  
Biznes  qurumları  –  işgüzar  fəaliyyətlə  məşğul  olan  idarə,  müəssisə  və 
təşkilatlar. 
BMT – Birləşmiş Millətlər Təşkilatı. 
Büdcə  –  Dövlətin    və    onun    idarə  və  müəssisələrinin  illik  gəlir  və  çıxar 
cədvəli. Dövlət büdcəsi. Büdcə ili. // Bir adamın  müəyyən vaxt  ərzindəki gəlir və 
çıxarı. 
Bütxana  –  Bütpərəstlərin  ibadət  etdiyi  yer.  Bütpərəstlər  burada  həm  fərdi, 
həm də cəm halda ibadət edirlər. 
Cəmiyyət  –  1.    Konkret    tarixi-  maddi  həyat  şəraiti  ömumiliyi  əsasında 
birləşmiş  insan  toplusu.  İnsan  cəmiyyəti.  2. Hər hansı (mənşə, vəziyyət, mənafe 
və s.) ümumiliyi əsasında birləşən adamlar mü-hiti. 3.  Qarşılarına  ümumi  məqsəd  
qoymuş adamlar birliyi; təşkilat. 
Cihad  (kiçik  və  böyük  cihad)  –  Çalışmaq,  cəhd  etmək,  çabalamaq,  səy 
göstərmək. İslamıın  yüksəlməsi, qorunması  və yayılması üçün  hər cür fəaliyyətdə 
olmaq, çalışıb səy göstərmək və bu yolda mübarizə aparmaq. Bu mübarizə isti və 
ya soyuq  mübarizə ola bilər. Daha açıq bir sözlə, Allah (c.c.) tərəfindən qullarına 
verilmiş olan bədəni, malı və əqli qüvvətləri Allah yolunda istifadə etmək, o yolda 
fəda etməkdir. İnsanın maddi-mənəvi bütün varlığını Allah yolunda ortaya qoyaraq 
Haqqın düşmənlərini aradan qaldırmaq üçün vuruşması cihaddır. 
Cisim  –  is.  1.    Fəzanın    müəyyən    bir  qismini  dolduran  maddə,  materiya, 
şey; fəzada ayrıca şey. Bərk cisimlər. Maye cisimlər. 2. Bədən, vücud.  
Daşqın  –  1.  is.  Sahildən  çıxan  çay  və  ya  dəniz    suyunun    qurunu,    ətrafı  
basması;  sel. 2. sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış.  
Davranış – Davranma tərzi; hərəkət, rəftar. 
Davranış  qaydaları  –  Başqaları  ilə  rəftarın,  özünü  aparmağın  qayda-
qanunları toplusu. 


 
134 
Davranış  mədəniyyəti – Davranış qaydalarına riayət etməklə bütün bunları 
özündə xasiyyətə çevirmək. 
Dedi-qodu  (Sin.)  Qiybət.  –Boş,  gərəksiz  söz,  arxasınca  danışmaq.  Qiybət 
deyə  bilinən  pis  xasiyyətin  Azərbaycan  dilində  qarşılığıdır.  Bir  insanın  bəzi 
qüsurlarını  nəzərdə  tutaraq  onu  pisləməkdir.  Bir  adamın  arxadan  eşitdiyi  zaman 
xoşuna  gəlməyəcək şeyləri deməkdir. Bu haram bir davranış olub  əxlaqdan kənar 
hərəkətdir. 
Dedi-qodu  başqalarında  qüsur  axtarmaq  vərdişinin  nəticəsidir.  Bəziləri  öz 
qüsurlarını  görüb  düzəltmək  əvəzinə,  başqalarının  xəta,  qüsur,  əskikliklərini 
araşdırıb ətrafa  yaymağa çalışırlar. Bu davranışın  pis, yaramaz olduğunu deyəndə 
də,  dedikləri  sözün  yalan  olmadığını  bildirərərk  özlərini  müdafiə  edirlər.  Əslində, 
qeybət edən edən, yalancı deyildir. Çünki yalan desəydi, o zaman gördüyü iş dedi-
qodu deyil, iftira olardı. (əl-Münziri, “Ət-Tərqib və't-Tərhib,” Misir, 1962, V, 157). 
Dəyər  və  əxlaq  –  Dəyərlər  bəşəriyyətin  əldə  etdiyi  mənəvi,  əxlaqi,  etik 
sərvətlərin ümumi adıdır.  
Dəyərlər – şəxsiyyəti şərtləndirən kefiyyətdir. 
Din,  dini  –  Allah  tərəfindən  insanlara  göndərilmiş  həyat,  yaşamaq,  qulluq, 
əxlaq qaydaları.  
Dini  eqoizm  –  Dini  təəsübkeşlik  əsasında  eqoistlik  göstərmək,  yalnız 
özünün məxsus olduğu dini görüşləri müdafiə etmək, başqalarının dini görüşlərini 
qəbul etməmək. 
Dini  həssasiyyət  –  Dini  əmr  və  qadağanların  yerinə  yetirilməsinə  həssas 
münasibət bəsləmək, onlara həssaslıqla əməl etmək. 
Dövlət – Ölkənin  hakim  sinfinin, mövcud idarə üsulunu qorumaq və başqa  
siniflərin    möqavimətini    aradan    qaldırmaq  məqsədini  daşıyan  siyasi  təşkilatı, 
habelə bu cür siyasi təşkilatı olan ölkənin özü. 
Dövlətin  xarici  funksiyaları  –  Xarici  funksiyaya  ölkənin  müdafiəsi, 
beynəlxalq aləmdə onun mənafeyinin qorunması və suverenliyinin təmin olunması 
aiddir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə