Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   45   46   47   48   49   50   51   52   53

 
150 
Tənqidə,  etiraza  qarşı  dayanma,  öz  fikrində  dayanma.  5.  Elmi  mübahisə  və 
müzakirələrdə  müəyyən  nöqteyi-nəzəri,  fikri  isbat  etmə,  isbat  etməyə 
çalışmalarinin  üstündə  durma,  ondan  dönməmə.  6.  hüq.  Məhkəmə  prosesində 
müdafiə  edən  tərəf  (ittiham  qarşılığı).  7.  idm.  Futbol,  xokkey  və  b.  oyunlarda 
komandanın, meydanın müəyyən sahəsini qoru- yan, mödafiə edən hissəsi. 
Mühit – 1. Hər hansı boşluğu dolduran  və  müəyyən  xassələrə  malik  olan 
maddə,  cisimlər.  2.  İçərisində  hər  hansı  bir  orqanizmin  fəaliyyəti  cərəyan  edən 
təbii  və  ya  ictimai  şəraitin  məcmusu.  3.    məs.    Insanın    yaşadığı    ictimai    məişət 
şəraiti, habelə bu şərait ümumiliyi ilə bağlı olan adamlar. 
Mükəmməllik  –  Yaradılış  qayəsinə  görə  inkif  edərək/etdirlilərək  ən  son 
şəklə düşən/düşmüş. 
Mülki  hüquq  –  Vətəndaşların  mülkə,  vara  aid  hüquqlarını  təmin  edən, 
onların pozulmasına görə cəzaları müəyyən edən qanunvericilik. 
Mütləq  monarxiya  –  Hakimiyyətin  atadan  oğula,  nəsildən  nəslə  keçdiyi, 
dövlət başçısının müstəsna hüquq və səlahiyyətlərə malik olduğu dövlət quruluşu. 
Nazirlər  Kabineti  –  Prezidentin  ali  icra  orqanının  rəhbəri  olduğu  dövlət 
sistemində icra hakimiyyətini təşkil edən qurum. 
Nəsil  –  1.  Əcdadı  bir  olan  qohumlar  silsiləsi;  soy.  2.  Eyni  vaxtda  (dövrdə) 
yaşayan  və  bir-  birinə  yaxın  adamlar.  3.  xüs.  Heyvan  və  bitki  sistematikasında: 
ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup. 
Nitq  –  1.  Danışma,  fikrini  sözlərlə  ifadə    etmə    qabiliyyəti.  2.  İclasda, 
yığıncaqda, mitinqdə və s.-də camaata,  dinləyicilərə  xitabən  irad  olunan söz.  
Nizamlı  həyat  –  İnsanın  qayda-qanunla  davam  etdirdiyi,  icazə  verilənləri 
etdiyi, qadağan edilənləri etmədiyi, etdiklərini də vaxtlı-vaxtında edən həyat tərzi. 
Mənəv.  Allahın  əmr  və  qadağanlarına,  peyğəmbərin  tövsiyələrinə  hərfən  əməl 
edərək yaşanan həyat. 
Normativ  hüquqi  sənəd  –  Nazirlik,  idarə  və  təşkilatların  iş  həyatını, 
məişətini, münasibətlərini tənzim edən qanun hökmündə sənədlər. 
Nümayiş etdirmə – göstərmək, izah edərək, şərh edərək göstərmək. 


 
151 
Nümunə  –    1.  Hər  hansı  bir  mə-  mulatın,  şeyin  haqqında  təsəvvür  yarada 
biləcək hissəsi, örnəyi, qismi. 
Ozon  təbəqəsi – Oksigenin dəyişilmiş şəkli olub, qövvətli oksidləşdirici  və 
çərərsiçləşdirici  xassəyə  malik  qaç.  Yer  kürəsini  Günəşdən  və  kainatdakı  başqa 
zəzərli şüalardan qoruyan ozon qazlarından ibarət təbəqə. 
Parlament  –  Bütünlüklə  və  ya  qismən  seçilmiş  nömayəndələrdən  təşkil 
olunmuş ali qanunverici məclis. 
Parlamentli  respublika  –  Ölkə  prezidentini  və  hökuməti  parlament 
tərəfindən seçilən və parlament tərəfindən vəzifələrinə xitam verilən konstitusiyalı 
respublika quruluşlu ölkə. 
Pedaqoji  innovasiya  –  təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə, 
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul 
və  vasitələrində,  idarəetmədə,  məqsəd  və  nəticələrdə,  ümumən,  pedaqoji  sistemdə 
baş verən yeniliklərdir.                
Peyğəmbərimiz  Həzrəti-Məhəmməd  (s.a.s)  cihadı  iki  qrupa  ayırmışdır:  1) 
Böyük  cihad  və  2)  Kiçik  cihad.  Böyük  cihad  insanın  öz  nəfsi  ilə,  özündə  olan 
mənfi  xasiyyətləri  aradan  qaldırmaq,  özünü  tərbiyə  etmək  məqsədi  ilə  apardığı 
mübarizədir.  Kiçik  cihad  isə  əldə  silah  yer  üzündən  fitnəni  qaldırmaq  və  haqqı 
ucaltmaqdır.  
Piyada  keçidi  –  küçədə  piyadaların  keçməsi  üçün  müəyyən  edilən  yol 
işarəsi. 
Prezidentli  Respublika  –    Respublika  quruluşlu  olub  ali  icraçı  şəxsi 
prezident olan ölkə.  
Prezident-Parlamentli  respublika  –  Respublika  quruluşlu  olub  ali  icraçı 
şəxsi  prezident olan  ölkə.  Prezidentli  respublikada  hökuməti  Prezident təyin  edir, 
Parlament təsdiq edir. 
Proses  –    1.  Hər  hansı  bir  hadisənin  gedişi.//Müəyyən  nəticə  əldə  etmək 
məqsədilə  görölən  ardıcıl  işlərin  məcmusu  2.  Xəstəliyin  aktiv  inkişafı,  gedişi.  3. 
hüq. Məhkəmədə işlərə baxılma qaydası, mühakimə üsulu. 


 
152 
Rejim  –  1.    Dövlət    quruluşu,    idarə  üsulu.  2.  Yaşamaq,  işləmək,  istirahət 
etmək,  yemək-içmək,  yatmaq  və  s.  üçün  dəqiq  müəy-  yən  olunmuş  qayda,  üsul; 
nizam. 
Reproduktiv sağlamlıq – insanın tam fiziki, psixoloji sosial rifahıdır. Buna 
yenidən hasil və xəstəliklərin yoxluğuda daxildir
.   
Resurs –  ehtiyat. Təbii ehtiyatlar, əmək ehtiyatları, maddi ehtiyatlar və s. 
Resurslar-məzmun standartlarında istifadə olunan təlim vasitələridir. 
Riayət etmək – Müəyyən edilmiş qayda-qanuna, normalara əməl etmək. 
Sağlam  ailə  –  1.  biol.  Xəstəliklərdən  qorunmağı  bacaran,  qoruna  bilən, 
qorunmuş  ailə.  2.  Mənəv.  Əxlaqi  qaydalara,  tələblərə  əməl  edən,  zərərli 
vərdişlərdən,  haramlardan,  Allahın  qadağan  etdiyi,  Peyğəmbərin  çəkindirdiyi 
şeylərdəm qorunan ailə. 
Sağlam həyat tərzi – 1. biol. Xəstəliklərdən, zərərli vərdişlərdən qorunaraq 
yaşanan  həyat.  2.  Mənəv.  Əxlaqi  qaydalara,  tələblərə  əməl  edərək,  zərərli 
vərdişlərdən,  haramlardan  qorunaraq,  Allahın  qadağan  etdiyi,  Peyğəmbərin 
çəkindirdiyi şeylərdəm qorunaraq yaşanan həyat.  
Sağlamlıq – 1.  Orqanizmin  sağlam  vəziyyəti; bədən  üzvlərinin  hamısının 
düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq.  
Sanitariya – Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə 
yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi. 
Savab  –  Yaxşı  bir  davranışa  görə  Allah  tərəfindən  veriləcək  mükafat; 
Allahın  rizasına  uyğun  və  axirət  mükafatına  layıq  yaxşı  iş.  İslam  dininə  uyğun 
olaraq edilən yaxşı davranışlara görə Allahdan umulan mükafatların hamısı.  
Sel  –  1.  Güclü  yağmurlardan  və  ya  əriyən  qarlardan  əmələ  gəlib,  qarşısına 
gələn  nə  varsa  alıb  aparan  su  daşqını;  daşqın.  2.  məc.  Arası  kəsilmədən  hərəkət 
edən insan kütləsi, izdiham, axın haqqında. 3. Bir yerdən çıxan maqnit, işıq, qaz və 
s. kütləsi. İşıq seli. Qaz seli. 
Səbrlilik  –  Əzaba,  əziyyətə  dözmək,  çətinlik  və  məşəqqətlərə  qarşı 
soyuqqanlılıqla müqavimət göstərmə, ağılın və dinin göstərdiyi yolda olmaq.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə