Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

 
135 
Dövlətin məsuliyyəti –  Hər bir dövlətin öz xalqı qarşısında Konstitusiya ilə 
öhdəsinə götürdüyü vəzifələrin icrasına görə daşıdığı məsuliyyət. 
Drenaj  –  Arxlar  və  ya  borular  sistemi    vasitəsilə    torpaqın    qurudulması; 
həmçinin bu məqsəd üçün işlədilən arx və borular  sistemi.  
Dünyagörüşü – Həyat, təbiət və cəmiyyət haqqında görüşlər sistemi. 
Dünyanın dərk olunması –  Varlığın əmələ gəlməsi, dünyada həyatın, canlı 
aləmin,  insanın  əmələ  gəlməsi  barədə  müxtəlif  dünyagörüşləri  sistemi.  Bu  məsələ 
barəsində  əsasən  iki  fəlsəfi  görüş  vardır:  1.  Elmi  dünyagörüşü  və  2.  Dini 
dünyagörüşü.  Elmi  dünyagörüş  varlığı  yalnız  elmə  məlum  olan  faktlara  görə 
formalaşan,  əsasən  dini  dünyagörüşü  rədd  edən  dünyagörüşü,  nəzəriyyədir.  Dini 
dünyagörüş  varlıq  haqqında  Allahın  bildirməsi,  peyğəmbərlərin  izah  və  şərh 
etməsi ilə formalaşmış baxış, dini sistemdir. 
Ekoloji  əxlaq  –  ətraf  mühitlə  münasibət  və  onun  qorunmasında  dari 
münasibətlərin əxlaq və davranış qaydaları.  
Ekoloji  tarazlıq  –    ekologiya  (yun.    oikos  –  ev  və  logos  –  elm,  anlayış) 
Biologiyanın, heyvan və bitki orqanizmlərinin  mühitlə  qarşılıqlı  münasibətindən  
bəhs  edən  şöbəsi. 2. Ekologiyaya  aid, ekologiyaya  məxsus.  
Elektirik avadanlıqları – elektrik enerjisi ilə işləyən cihazlar, aparatlar. 
Elektrik  –  (yun.)  1.  Materiyanın,  yüklü  hissəciklərdən:  elektronlardan, 
pozitronlardan,  protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə. 
2.  Xalq    təsərrüfatının  bütün    sahələrində  və  məişətdə  işlədilən  enerji  növlərindən 
biri.  3.  Bu  energiyadan  hasil  olan  işıq.  4.  Elektriklə  işləyən,  elektriklə  hərəkətə 
gətirilən.  
Elm  əxlaqı  –  elm  öyrənmək,  elmi  münasibətlər,  alimlərlə  münasibət  və 
davranışlara dair əxlaq və davranış qaydaları. 
Elmi, dini dünyagörüşü – (Bax: Dünyanın dərk olunması).  
Emosional aspekt - əşya, hadisə və anlayışlara hissi, emosiya yönü ilə baxış, 
nöqteyi-nəzər. 


 
136 
Enerji  –  Materiyanın    əsas  xassələrindən    biri  –  onun    hərəkət    ölçüsü, 
materiyanın    işıq,    istilik,  elektrik,  mexaniki  hərəkət  və  s.  şəklində  olan  hərəkət 
ehtiyatı. 
Eynilik  –  Tamamilə  oxşarlıq,  tamamilə  bənzərlik,  bir-birinin  eyni  olma. 
Görüşlərin eyniliyi.  
Ədəbi əsər –  Ədəbiyyata  aid  olan. 
1.
 
Əhalidən  vergi  və  mükəlləfiyyətlər  toplamaq  hüququ.  Dövlət  idarəetmə 
strukturlarını mühafizə və müdafiə qurumlarını saxlaməq üçün əhalidən vergilər və 
müxtəlif mükəlləfiyyətlər şəklində vəsaitlər toplayır. 
Əhli-Kitab (İlahi Kitabı olan möminlər) – İslam ədəbiyyatında yəhudilər və 
xristianlar üçün işlədilən bir söz, kitab əhli. 
Əxlaq  –  Xasiyyət,  səciyyələr,  mizaclar  mənasında  işlədilən  ərəbcə  bir 
sözdür. Xülq, xüluq sözlərinin cəm halıdır. Xülq və ya xüluq insanın bədən və ruh 
bütünlüyü  ilə  əlaqədardır.  Əxlaq  bu  baxımdan  "insanın  öz  arzusu  ilə  yaxşı 
davranışlar edib pis əməllərdən uzaq olmasıdır" tərif edilə bilər. 
Əl  əməyi  –  istehsalda  işin  çoxunu,  əksəriyyətini,  bəzən  hamısını  əllə 
görmək. 
Əlaqə –  1. Qarşılıqlı  münasibət, bir-biri  ilə bağlılıq qarşılıqlı  asılılıq, bir-
birindən  asılı olma.   
Əlehqaz  –  Zəhərləyici  maddələrdən,  qazlardan,  tüstüdən  və  s.-dən 
qorunmaq üçün filtrli maska. 
Əmək  –    İnsanın  əqli  və  cismani  gərginlik  tələb  edən  məqsədəuyğun  və 
ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. 
Əmtəə  –    Mübadilə  üçün  istehsal  edilən  əmək  məhsulları;  mal.    Əmtəə 
insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən  şeydir. 
Ənaniyyət –  Mənlik, mənəm-mənəmlik, qürur. 
Əsas  şərt  –  Bir  şeyin  var  olması,  mövcudluğunu  və  ya  sağlamlığını 
qoruması üçün tələb olunan şərt. 
Əvəzetmə yolu – bir şeyi başqası ilə əvəzləşdirməyin yolu, üsulu. 


 
137 
Fakt –  1.  Həqiqətən  olmuş  hadisə,  əhvalat. Nümunə, misal. Bir nəticəyə 
gəlmək, bir  işə  yekun  vurmaq  və  ya  bir  ehtimalın, fərziyyənin düzgünlüyünü 
müəyyən etmək üçün əsas olan şey; dəlil. 2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş 
şey.  
Faktor – Hər  hansı  prosesin,  hadisənin  gedişini şərtləndirən an, fakt; amil 
Feminizm  –    Qadın  hərəkatı.  Qadının  siyasi,  ictimai  və  iqtisadi  sahələrdə 
hüquqları  və  bərabərliyi  tərəfdarlığını  və  qadının  cəmiyyətdəki  rolunu  kökündən 
dəyişdirmək fikrini ifadə edən müasir bir termindir.  
Fəaliyyət – 1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. 2.  
Iş,  işləmə. 
Fədakarlıq –  Hər cür əziyyətə sinə gərərək uğrunda mübarizə apardığı işə, 
ideala çatmağa cəhd etmək. Canını və hər şeyini fəda edərcəsinə iş görmək.  
Fəlakət – Böyük bəla, müsibət, afət, bədbəxtlik. 
Fikrini  sərbəst  ifadə  etmə  –  Fikrini  başqasının  müdaxiləsi,  köməyi 
olmadan öz sözləri ilə, sərbəst şəkildə ifadə edə bilmək bacarığı. 
Fitrət – Yaradılış, quruluş, xarakter, təbiət, mizac. İnsanın yaradılışında olan 
xarakterik xüsusiyyətlər. 
Fiziki  aspekt    əşya,  hadisə  və  anlayışlara  maddi  yönü  ilə  baxış,  nöqteyi-
nəzər. 
Fiziki  və  metafiziki  varlıqlar  –  Fiziki  varlıqlar  maddi  olan,  maddələrdən 
ibarət olan varlıqlardır. Bunlar elektron, proton, atom, molekul kimi çox kiçik, dağ, 
okean kimi çox böyük də ola bilər. Maddi varlığın ən mükəmməli insandır. 
Fövqəladə  hadisə  –  1.  Qeyri-adi,  adətdənxaric,  görünməmiş,  eşidilməmiş. 
Başqalarından  ayrılan,  başqalarına    bənzəməyən;  2.  Təcili,  xüsusi  olaraq  məyyən 
olunmuş,  qəbul    edilmiş,    növbədənxaric.  Ölkənin    həyatında    əmələ    gələn 
müstəsna      vəziyyətdən      törəyən,      onunla  əlaqədar    olan.    Fövqəladə    vəziyyət  
(ölkədə və   ya   onun   hər   hansı   bir   hissəsində müəyyən  vaxt  ərzində  həyata  
keçirilən  və əhalinin  vətəndaşlıq  hüquqlarını  məhdudlaşdırmaqdan, hakimiyyəti 
hər hansı xüsusi orqana  verməkdən  və  s.-dən  ibarət  xüsusi hüquqi  vəziyyət).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə