Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 
138 
Fövqəladə hallar – Həyatın normal axışına zidd, gözlənilməyən, adi haldan 
çıxıb  çox  şiddətli  hal  alan  hadisələrin  nəticəsində  meydana  çıxmış  vəziyyət. 
Məsələn, sel, daşqın, sunami, zəlzələ və s. kimi. 
Gəmi – 1. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. 
2. Hava gəmisi – təyyarə və s. uçan nəqliyyat vasitəsi.. 
Gigiyena – Xarici  mühitin  müxtəlif  amillərinin  insan orqanizminə  təsirini  
və    sağlamlığı    qoruma  tədbirlərini  öyrənən  elm.  Gigiyena  qaydaları.  Sağlamlığı 
qoruyan təcrübi tədbirlərin məcmusu. Əmək gigiyenası. 
Giriş  qadağandır  –  nəqliyyat  vasitələrinin,  insanların,  heyvanların 
girməsini qadağan edən nişan. 
Göy qurşağı – yağışdan sonra yağış damlalarına düşən işığın üfüqdə spektri. 
Günah – Allahın əmrlərinə, buyuruğlarına zidd olan davranışlar.  
Günəş  və  Ay  tutlmaları  –  Günəş  tutulması  ayın  yerlə  günəş  arasına 
girməsi,  Ay  tutulması  isə  Yerin  Ayla  Günəş  arasına  girməsi  nəticəsində  onların 
işığının görünməsinin müvəqqəti olaraq əngəllənməsi. 
Hakimiyyət  –  İdarə    etmək    hüququ,  siyasi    hökmranlıq.  2.  Dövlət  idarə 
orqanları,  hökumət. Hakim olmaq. Hökm  etmək. Amirlik. Üstünlük. Müdaxilə  və 
rəqibi qəbul etməmək halı.  
Haqq – 1.  sif.  Doğru,  düz,  düzgün, həqiqi. Hüquq, ixtiyar. 3.  is.  Gördüyü  
işin  müqabilində  birinə verilməli olan pul, muzd və s. 
Haqq  və  hüquqda  bərabərlik  –  1.  Konstitusiyada,  qanunlarda  və 
qanunvericilikdə  müəyyən  edilmiş  haqq  və  hüquqda  bərabər  olmaq.  2.  Dini 
mənası: insanı  Allah  yaratmışdır, onların  hamısına da eyni  haqları  vermiş, onların 
haqlarının  qorunmasını  (hüquqlarını)  da  müəyyən  etmiş  və  əmr  etmişdir.  İnsan 
haqlarına o qədər yüksək dəyər vermişdir ki, insan haqlarını tapdalayan heç kəsin 
hallıq almadan Cənnətə girə bilməyəcəyini bildirmişdir. 
Haqqın növləri də vardır və bunlar haqq sahibu baxımından aşağıdakılardır: 
Allahın haqqı, insan haqqı və müştərək haqq. 
Halal – Allah tərəfindən edilməsinə icazə verilən şeylər. Ziddi: haram.  
Haram – İslam dinində qəti olaraq edilməsi/görülməsi qadağan edilən şey. 


 
139 
Havanın  çirklənməsi  –  havaya  istər  insanlar,  istər  nəqliyyat  vasitələri, 
istərsə  də  sənaye  müəssisələri  tərəfindən  atılan  zəhərli  qazların  təsiri  nəticəsində 
havanın keyfiyyətinin pisləşməsi. 
Həlim  –  Yumşaq  xarakterli.  Uca  Allahın  gözəl  isimlərindən  biri  olub 
"İnsanın  özünü  və  ya  yaradılışında  müvcud  olan  hirs  və  əsəbiliyini  nəzarət altına 
alması  və  hirsi olduğu anda  nəfsinə  hakim olub daha  irəli  getməməsi"  mənalarını 
verən "hilim" sözündən törəmişdir. 
Həyat  tərzi  –  İnsanların  vərdiş  etdiyi  yaşamaq  tərzi,  alışdıqları  tərz  və 
davranışlar. 
Hübbu-cah – Vəzifə, mövqe sevgisi. 
Hüquq – 1. Dövlət  tərəfindən   müəyyən   olunan  və tətbiq edilən, insanlar 
arasında  ictimai  münasibətləri  nizama  salan  və  hakim  sinfin  iradəsini  ifadə  edən 
normaların, qaydaların məcmusu  cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər 
hansı bir cəhətinə aid olan dövlət  hüquq və qərarlarının  məcmusu. Hər hansı bir 
məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq 
sazişlərin,  müqavilələrin  məcmusu.  Həmin  qayda  və  normalar  haqqındakı  
qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi.  
Hüquq  pozuntusu  –  Qanunla  insanlara,  digər  canlılara  verillən,  müəyyən 
edilən qanunların tələblərinin pozulması, onlara əməl edilməməsi. 
Hüquq və azadlıqlar – Dövlətin Konstitusiya, qanunlar və qanunvericiliklə 
əhaliyə  aid  edilən  hüquqları,  bu  sənədlərdə  onların  fikir  və  davranışlarda  azad 
olduqlarının müəyyən edilməsi. 
2.
 
Hüquq.  Dövlət  onun  müəyyən  etdiyi  hüquq  qaydaları  və  normaları 
çərçivəsində fəaliyyət göstərir. 
Hüquqi  sahələr  –  Hüququn 
Ailə  hüququ ,  Konstitusiya  hüququ ,  Mülki 
hüquq ,  Vətəndaş  hüququ ,  İnformasiya  hüququ   ki
mi  qruplaşdırılan  hüquq 
normaları, bu normalara dair sənədləri 
Hüququn  obyekti – hüqüq sənədi ilə qorunması, müdafiəsi nəzərdə tutulan 
obyekt.  Məsələn  hüququn  obyekti  insan  ola  bilər,  insanlar  arasında  qadın,  uşaq, 
qocalar ola bilər, heyvanlar ola bilər, bitkilər ola bilər və s. 


 
140 
Hüququn  subyekti  –  hüququ  təyin  edən,  tətbiq  edən,  tələb  edən,  müdafiə 
edən. 
Xalq  –  1.  Ölkənin,  dövlətin  sakinləri,  əhalisi.  2.  Millət.  3.  Eyni    yerdə 
yaşayan    adamlar,  Camaat.  4.  Ölkənin  (istismarçı    dövlətlərdə)  əsas,  əməkçi 
kütləsi. 5. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. 
Xasiyyət (xarakter) – Avtomatlaşmış vərdiş, təbiət, əxlaq, adət. 
Xəbərdar  edici  –  yolda  təhlükə  olduğunu  və  ya  yaxında  bir  xidmət 
müəssisənin olduğunu bildirən yol nişanı. 
Xərək  –  hərəkət  etmək  qabiliyyətində  olamayan  adamı  daşımaq  üçün  dörd 
tərəfindən  tutula  bilmək  üçün  iki  ağacdan  və  onları  bir-birlərin  bağlayan  bərk 
parçadan ibarət əşya.  
Xəsarət  –  Ziyan,  zərər.  Bədən  orqanına,  orqanlarına  dəyən/vurlan  zərər. 
Bunun nəticəsində sağlamlığın müvəqqəti, qismən və ya tamamilə itirilməsi. 
Xidmət  –  1.  Bir  idarədə,  müəssisədə  və  s.-də  maaşla  qulluq  etmə,  işləmə, 
rəsmi  vəzifə  yerinə  yetirmə.  Xidmət  etmək,  bir  idarədə,  müəssisədə    və    s.-də 
maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə yerinə yetirmək. 
Xilasedici  –  insanları  düşdüyü  fövqəladə  həyati  təhlükəli  vəziyyətdən  xilas 
etmək üçün təyin edilmiş xüsusi insan.  
Xoşagəlməz hal – ictimaiyyat tərəfindən bəyənilməyən hal, davranış. 
Xoşgörü,  Xöşməramlılıq  –  Düşüncədən  başlayaraq  əşya  və  hadisələrə 
müsbət  baxış,  müsbət  münasibət.  Əşya  və  hadisələrdə  mənfiliklər  deyil,  həmişə 
müsbət, gözəl olanı axtarmaq. 
Xoşməramlılıq – qarşıya müsbət, xoş, gözəl məqsədlər qoyub bu məqsədlər 
üçün fəaliyyət göstərmək. 
Xürafə  –  Din  adına  uydurulmuş  hekayə  və  rəvayət,  davranış.  Məsələn,  pir 
adı  ilə  ağaclara  əski  parçaları  bağlamaq,  şam  yandırıb  ondan  niyyətinin  qəbil 
olacağına  ümid  etmək  və  s.  Başqa,  pozulmuş,  qüvvədən  düşürülmüş  dinlərə  aid 
əsilsiz hərəkətləri İslam dininə gətirib tətbiq etmək. 
İcraedici  hakimiyyət  –  Hakimiyyətin  qollarından  biri.  Qəbul  olunmuş 
qanunların,  qaydaların  icrasını  həyata  keçirən  şəxs  və  ya  dövlət  orqanı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə