Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   45   46   47   48   49   50   51   52   53

 
144 
edilir. İslam dini müsəlman olmayanlara zorla İslamı qəbul etdirməyə icazə vermir. 
Cihadda məqsəd isanları basqılardan, hücumlardan xislas etmək, qorumaq, İslamın 
uca  həqiqətlərini  onlara  çatdırmaq  və  onların  öz  razılıqları  ilə  müsəlman  ola 
biləcəkləri şəraiti hazırlamaqdır.  
İstehsal  vasitəsi  –  istehsal  prosesində  işlədilən,  onun  maddi  əsasını  təşkil 
edən vasitələr. Məsələn, torpaq, hava, su kimi.  
İş əxlaqı – iş və işgüzar münasibətlərə dair əxlaq və davranış qaydaları.  
İşkəncə – Vəhşi  və  amansız üsullarla  verilən  cismani  əzab.
 
 
Kainat  –  1.  Bütün  dünya  sistemi  (Yer,    göy,    ulduzlar    və    b.    varlıqların  
məcmusu). 2. Dünya, aləm, bütün yer üzü, bütün varlıq. 2. Mənəv. Allahu Təalanın 
yaratdığı  bütün  varlıq  aləmi  –  yer,  göy,  Günəş,  Ay,  ulduzlar,  planetlər, 
qalaktikalar, sistemlər, hər şey, bütün səma. 
Kainatda  baş  verən  proseslər  –  Kainatda  bizim  görə  bildiyimiz  və  görə 
bilmədiyimiz,  bildiyimiz  və  bilmədiyimiz  hadisələr  baş  verir.  Bu  hadisələr 
qanunlar  çərçivəsində  baş  verir.  Buna  biz  kainatda  baş  verən  proseslər  deyirik. 
Müasir  elm  kainatdakı  varlıqların  və  onda  baş  verən  hadisələrin  yalnız  4  faizini 
bilir, qalan 96 faizi naməlumdur. 
Kəsici  və  deşici  alətlər  –  evdə,  məişətdə,  istehsalatda  bir  şeyi  kəsmək, 
deşmək üçün istifadə edilən alətlərə verilən ümumi ad. 
Kilsə  –  xristianların  toplu  halda  ibadət  etdiyi  yer.  Xristian  dinində  həftənin 
Bazar günləri iş günü hesab edilmir və həmin gün işləmək günah sayılır, camaatla 
ibadət edilməsi əmr edilir. 
Kitab  –  1.  Üzərində  hər  hansı  bir  mətn  olan  vərəqlərin  bir  yerə  toplanaraq 
tikilib cildlənmiş nəşriyyat növü.  
Kobud – qaba, başqalarını incidən söz və davranış sahibi olmaq. 
Konkret  situasiya  –  Tam,  dəqiq,  aydın,  müəyyən,  qəti,  real  mövcud  olan 
vəziyyət, hazırkı vəziyyət. 
Konstitusiya –  Bir dövlətin  ictimai  və dövlət qurulu şunu, seçki  sistemini, 
dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların  əsas hüquq  və 
vəzifələrin müəyyən edən  əsas  qanunu. 


 
145 
Konstitusiyalı monarxiya – Konstitusiya ilə idarə edilən, hakimiyyəti, idarə 
olunması nəsildən nəslə keçən dövlət quruluşu. 
Kurikulum  –  təhsilin  məzmunu,  təşkili  və  qiymətləndirilməsi  ilə  bağlı 
bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. 
Qaba  –  1.  Kobud,  sərt,  cod.  2.  Qeyri-mədəni,  ədəbsiz,  nəzakətsiz,  kobud; 
tərbiyəyə çidd. 
Qadağan edici – hərəkət etməyə icazə verməyən yol nişanı. 
Qanun,  qanunlar –  1.  İctimai   və  hüquqi   münasibətlərin   hər   hansı  bir  
sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. 
2.  Hamı  üçün  məcburi  olan  üsul,  nizam,  qayda.  3.  Obyektiv  aləmin  hadisələri 
arasında  müəyyən qaydada təçahör edən zəruri əlaqə  və qarşılıqlı  asılılıq,  səbəb  
və  nəticə  arasında mövcud olan daxili əlaqə. 
Qanunverici  hakimiyyət  –    Dövlətin  qanun  hazırlayan,  qanunverici  qolu, 
Parlament. 
Qatar – 1. Bir-birinin ardınca sıralanmış  heyvanlar düzümü; qafilə, karvan. 
2.  Dəmiryol  vaqonları  düzümü.  3.  Bir  qayış  üzərinə  düzülmüş  patron  sırası; 
patrondaş. 
Qaydalar  –    1.  Nizam,  səliqə;  bir  şeyin  düzgün  vəziyyəti,  nizamda  olması. 
2. Bir şeyin yerinə yetirilməsi üçün  müəyyən üsullar göstərən qərar və s. 3. Üsul, 
yol, tərz. 
Qazilik – Qəza edən adam. İlayi-Kəlimətullah üçün cihada gedən, döyüşən, 
Allah  yolunda, Allah rizası üçün  mübarizə aparan  müsəlman əsgərlərdən döyüşdə 
iştirak əsgərlərdən döyüşdən geri qayıdanlara qazi deyilir.  
Qənaətcillik –  Qənaət  etmə,  israfçılığa  yol  verməmə,  hər  şeyi  qənaətlə  
işlətmə; aç bir şeylə kifayətlənmə. 
Qəza  və  Qədər  –  Qəza  və  Qədər  bir-birinə  bağlı,  həm  də  ayrı  olan 
anlayışlardır. Qədər Allahın varlığın yaradılması, həyatı və ölümü də daxil olmaqla 
hər  şeyinin  ümumi  planda  yazılması,  Qədər  isə  həmin  yazılanların  həyata 
keçməsidir. Məsələn, Allah biri üçün avtomaşın almağı Qədər planında yazmışdır. 
Həmin  adamın  vaxtı  çatanda  maşını  alması  Qəza  olur.  Lakin  bir  şeyi  unutmamaq 


 
146 
lazımdır: Allah Təala insana cüzi iradə, ağıl, şüur vermişdir. Başqa sözlə, insana bu 
dünyada  seçmək  haqqı  verilmişdir.  İnsan  o  maşını  alarsa,  filan-filan  hadisələr 
olacaq,  almasa,  filan  hadisə  olacaq,  deyə  yazı  vardır.  Allah  sonsuz  elm  sahibi, 
Alim  olduğu  üçün  də  həmçinin  o  adamın  iradəsindən  necə  istifadə  edəcəyini  də 
bilir. 
Qiybət – (Bax: Dedi-qodu).  
Qiymət  –  1.  Bir  şeyin  (əmtəənin)  pul  vahidləri  ilə  ifadə  olunan  dəyəri.  2. 
Məc.  Əhəmiyyət,  dəyər,  rol;  etibar.  3.  Şagirdin,  tələbənin  bilik  dərəcəsi  haqqında 
verilən nömrə. 
Qiymətləndirmə  standartı  –  təhsil  alanların  nailiyyət  səviyyəsinə  qoyulan 
dövlət tələbidir. 
Təlim strategiyası – təhsil prosesində istifadə olunan forma, metod, üsul və 
vasitələrin məcmusudur.  
İnteqrasiya    müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və 
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri 
arasında struktur əlaqələri qurmağı  və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir.  Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla  onun  iki 
növündən istifadə edilir.  
  
Nəticəyönümlülük  –  yeni  kurikulumların  hazırlanmasında  nəzərə 
alınmış  əsas  prinsiplərdən  biridir.  Bu  pirinsipin  tələbinə  görə  müəyyən  olunmuş 
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 
  
Şəxsiyyətyönümlülük – Milli Kurikulumun hazırlanması zamanı nəzərə 
alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurikulumların 
tərkibində    olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri 
şagird  şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan 
keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt  bu  keyfiyyətlər  kompetensiyalar 
(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə