Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 
125 
 
1.1.
 
 Varlıq  və  hadisələrə,  onların  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və  bacarıqlar 
nümayiş etdirir. 
 
1.1.1. 
Materiyanın 
quruluşunun və kainatda baş 
verən  proseslərin  ümumi 
qanunlara  tabe  olmasını 
əsaslandırır. 
Materiyanın iki forması: maddə və sahənin olması, maddələrin quruluşu- bərk, maye və qaz 
halında olmaları, eyni  maddələrin tərkibini təşkil  edən zərrəciklər eyniliyi,  bütün  maddələr 
atom və molekullardan təşkil olunması barədə izahat verməsi. 
Kainatda baş verən proseslərdən ona tanış olanların ümumi cəhətlərini şərh etməsi və onların 
ümumi qanunlara tabe olduğunu əsaslandırması. 
Materiyanın 
quruluşu, 
eyniliyi,  kainatda  baş 
verən  proseslər,  ümumi 
qanunlar,  işıq,  istilik 
hadisələri,  Günəş  və  Ay 
tutlmaları. 
 
 
1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir. 
 
1.2.1.  Ekoloji  tarazlığın 
qorunması,  bərpasına  dair 
layihələr hazırlayır. 
Təbiətdə  ekoloji  tarazlığın  mövcudluğunu  faktlarla  sübut  etməsi,  ekoloji  tarazlığın 
pozulmasının  fəsadlarından (havanın çirklənməsi, şirin su ehtiyatlarının tükənməsi,  yaşıllıq 
sahələrinin  azalması,  torpaqların  şoranlaşması,  yoluxucu  və  müalicəsi  çətin  xəstəliklərin 
artması)  bəzilərinin  səbəblərini  şərh  etməsi,  ekoloji  tarazlığın  bərpasanın  zəruriliyini  sübut 
etməsi, bunun üçün özünün layihələrini hazırlaması və müdafiə etməsi. 
Havanın 
çirklənməsi, 
şirin 
su 
ehtiyatları, 
yaşıllıq 
sahələri, 
torpaqların 
şoranlaşması,  yoluxucu 
və 
müalicəsi 
çətin 
xəstəliklər. 
 
2.Fərd və cəmiyyət 
 
 
2.1.  Cəmiyyətin  sosial  mahiyyətinə  və  idarəetmə  formalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
 
2.1.1. 
Cəmiyyətin 
inkişafında 
sahələrarası 
inteqrasiyanın  əhəmiyyətini 
əsaslandırır. 
Cəmiyyətin inkişafında iqtisadi, sosial, siyasi, mənəvi sahələrin qarşılıqlı təsirinin, bir-biri ilə 
inteqrasiyasının əhəmiyyətini əsaslandırması. 
İnteqrasiya, 
qarşılıqlı 
təsir 
2.1.2. 
Cəmiyyətin 
idarə 
olunmasında 
dövlət 
hakimiyyətinin  bölünməsini 
əsaslandırır. 
Hüquqi dövlətin əsas əlamətlərindən biri kimi dövlət hakimiyyətinin bölünməsi prinsipinin-
qanunvericilik  hakimiyyətinin  Milli  Məclis,  icra  hakimiyyətinin  Prezident,  məhkəmə 
hakimiyyətinin Respublika məhkəmələri tərəfindəndən həyata keçirilməsinin əsaslandırması, 
qanunvericilik,  icra  və  məhkəmə  funksiyalarının  müvafiq  dövlət  orqanları  tərəfindən 
müstəqil  icra  olunması,  bir  dövlət  orqanının  əlində  həm  qanunvericilik,  həm  də  icra 
funksiyasının cəmləşdirilə bilməməsinin cəmiyyət həyatının xalqın mənafeyinə uyğun olaraq 
demokratik formada idarə olunmasına təsir etdiyini bilməsi. 
Qanunverici hakimiyyət, 
İcraedici 
hakimiyyət, 
Məhkəmə hakimiyyəti. 
 
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
 
2.2.1. 
Əsas 
insan 
hüquqlarını fərqləndirir. 
Beynəlxalq  və  ölkə  sənədlərində,  qanunvericiliyində  təsbit  edilmiş  əsas  insan  hüquqlarını 
sadalaması  və  şərh  etməsi,  onları  əhəmiyyətlilik  dərəcəsinə  görə  sıralaması  və  onların 
pozulmasının  nə  demək  olduğunu  şərh  etməsi,  fikir  və  söz  azadlıqları,  mətbuat,  sərbəst 
toplanmaq kimi azadlıqlar barədə öz fikrini ifadə etməsi, onları insan hüquqları baxımından 
İnsan hüquqları, işkəncə, 
yaşama,  fikrini  sərbəst 
ifadəetmə. 


 
126 
fərqləndirməsi, işgəncə və cəza arasında fərqi izah etməsi. 
2.2.2.  Tarixi  hadisələrin, 
faktların  və  ədəbi  əsərlərin 
nümunəsində 
insan 
hüquqlarının 
pozulmasına 
dair təqdimatlar hazırlayır. 
İnsan  hüquqlarının  pozulmasına  dair  tarixi  faktlar,  ədəbi  əsərlərdən  parçalar  toplaması, 
topladığı materiallar əsasında hüquq pozuntularına dair təqdimatlar hazırlaması. 
Tarixi  hadisələr,  faktlar, 
ədəbi  əsərlər,  nümunə, 
insan 
hüquqları, 
pozulma. 
 
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
 
2.3.1. 
İstehsal 
infrastrukturlarına  (maliyyə, 
vergi, 
sığorta) 
dair 
təqdimatlar hazırlayır. 
Bazar  iqtisadiyyatının  inkişafının  vacib  amillərindən  birinin  onun  infrasturukturu  olmasını 
izah  etməsi,  infrastrukturun  əsasən  aşağıdakılardan  ibarət  olmasını  -  birjalar  (özlərində 
əsasən  pərakəndə  ticarəti  birləşdirir),  maliyyə  (iqtisadiyyat  ücün  tələb  olunan  maliyyə 
resuslarının  idarə  olunmasını),  vergi,  sığorta  (iqtisadi  və  təbii  risklərdən  qorunmasından) 
əsaslandırması və təqdimatlar hazırlaması. 
İnfrostruktur, 
birja, 
pərakəndə 
ticarət, 
maliyyə,  resurs,  idarə 
olunma, vergi, sığorta. 
 
3. Mənəviyyat 
 
 
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
 
3.1.1. 
İnsanlararası 
münasibətlərdə 
ümumi 
cəhətlərin 
əhəmiyyətini 
dəyərləndirir 
İnsanlardakı  eynilikləri  və  fərqlilikləri  ayırd  edərək, onları  dəyərləndirməsi,  xalqın  fərdləri 
arasında cinsi, milli, dil, din, irq, məzhəb fərqliliklərinin, zahiri (fizioloji), sinfi fərliliklərin, 
təbiiliyini  izah  etməsi,  bu  fərqliliklərin  insanın  öz  iradəindən  asılı  olmadığını  əsas  qəbul 
edərək  insanlararası  münasibətlərdə  fərqliliklərin  önə  çıxarılmasının  həsədin,  kinin, 
düşmənçiliyin,  irqçiliyin  oyanıb  qol-qanad  açması,  müharibələr,  dağıntılar,  fəlakətlər, 
müsibətlərlə nəticələndiyini izah və şərh edərək dəyərləndirməsi. 
İrqçilik,  milliyyətçilik, 
feminizm,  ayrı-seçkilik, 
məzhəbçilik. 
 
3.2.  İnsan  mənəviyyatını  formalaşdıran  amillərə  dair  bilik  və  bacarıqlar 
nümayiş etdirir. 
 
3.2.1.  İnsan  mənəviyyatının 
formalaşmasında  vəzifə  və 
məsuliyyətlərin 
əhəmiyyətini dəyərləndirir. 
İnsanın vəzifələrini təsnif etməsi: 
a) İlahi vəzifələri (Allah qarşısında; Peyğəmbər qarşısında);  
b) Şəxsi vəzifələri (Bədənin tərbiyəsi, sağlamlığı qorumaq; zərərli məşğələlərdən uzaq 
durmaq. İradəni gücləndirmək. Ağılı və zehni elm nuru ilə aydınlatmaq, qəlbdə faydalı və ali 
duyğular oyatmaq, elm və mərifət əldə etmək də əhəmiyyətli vəzifələrdən bəziləridir.) 
c)  Ailəvi  vəzifələri  (Ərin  və  arvadın  əsas  vəzifələri;  Ana-atanın  uşaqlarına  qarşı 
vəzifələri;  Uşaqların ana-atalarına və qardaş-bacıları qarşısında əsas vəzifələri).  
ç)  İctimai  vəzifələri  (Cəmiyyət  üzvlərinin  həyatını  qorumaq;  Fərdlərin  azadlığını, 
vicdanlarını,  elmi  görüşlərini  nəzərə  almaq,  namus  və  şərəflərini,  mülki  hüquqlarını 
qorumaq) şərh etməsi və dəyərləndirməsi. 
Haqq,  hüquq,  vicdan 
azadlığı, halal, haram. 
3.2.2. 
Vətən 
və 
dovlət 
qarşısında  mənəvi  borcunu 
dərk 
etdiyini 
nümayiş 
etdirir. 
Vətən və dövlət qarşısında borclarını sadalamaq (Dövlətin vergisini ödəmək, maliyyə 
gücünün artmasına  yardırm etmək; Vətəni  müdafiə etmək,  əsgəri  borcunu  yerinə  yetirmək; 
Vətənin  bölünməzliyini,  bütövlüyünü,  təhlükəsizliyini  qorumaq;  Vətənin  xalqın  əmin-
amanlığını qorumaq) və onlara əməl etdiyini həyati misallarla nümayiş etdirməsi. 
Cihad  (kiçik  və  böyük 
cihad), şəhidlik, qazilik.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə