Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə10/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   6   7   8   9   10   11   12   13   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

2.2.
 
Ətraf mühitin qorunması uşağa məktəbəqədər 
dövrdən aşılanmalıdır 
Təbiətin mühafizəsi qlobal, ümumbəşəri problemdir. 
Həmin problemin həll edilməsi cəmiyyətin, insanın və ətraf 
mühitin qarşılıqlı fəaliyyətinin xarakteri ilə əlaqədardır. 
Ölkəmizdə sənaye və kənd təsərrüfatının inkişafı ilə 
əlaqədar lazımi ekoloji qaydalara əməl edilmədiyindən sənaye 
tullantılan havam, torpağı, bağlan, çəmənlikləri, çiçəkləri, 
çaylan, vadiləri, su hövzələrini, gölləri, hətta dənizləri 
çirkləndirir, müxtəlif fəsilədən olan canlı aləmə ciddi ziyan 
vurur, insanlann həyat şəraitini pisləşdirir, xüsusilə onların 
səhhətinə ləkə vurur, sağlamlığını pozur. Bu məsələ ilə 
43 


əlaqədar olaraq ətraf mühitin çirklənməsinə qarşı mübarizə 
tədbirləri genişləndirilir. 
Mütəxəssislərin fikrincə, dünyada iki on böyük ekoloji 
bəla mövcuddur. Biri təbiətdə anlarm azalması, ikincisi isə 
meşələrin qınimasıdır. Statistik məlumata görə anlann azalması 
nəticəsində yüzdən artıq çiçəklər fasiləsi məhv olmuş, Böyük 
Britaniyanın ərazisi qədər qınimış meşə şahəsində isə minlərlə 
biosfer komponentləri təbiətdən silinmişdir. 
Təəssüflə qeyd etmək lazımdn ki, ölkəmizdəki ekoloji 
bəlalann sayı o qədər artmışdır ki,, onlann sayı ağlagəlməz 
sensasiyaya səbəb olmuşdur. Akademik Həsən Əliyev «Həya- 
can təbili» kitabında göstərir ki, nadir ağadan, çiçəkləri, quşlan, 
heyvanlan qıranlar ölkəmizi ekoloji bəlaya düçar edirlər. 
Bu gün şəhər və kəndlərimizdə ağaclanınızı kəsərək 
gerində firmalar, şirkətlər, özəl struktur yaradan işbazlar, kapital 
toplamaq məqsədilə nadir quşlanmızı, balıqlanmızı ovlayan 
brokonyerlər, gülzara bənzəyən çəmənzanımzı, bağlanmızı 
məhv edərək yerində marketlər,, barlar, restoranlar, şadlıq evləri, 
sexlər yaradan kommersantlar bu bəlalan gözümüzün qabağmda 
bizə «bəxş» edirlər. 
Elmi termin kimi ilk dəfə alman bioloqu Emest Hekkel 
tərəfindən işlədilən, elmi əsası ingilis alimi Ç.Darvin tərəfindən 
qoyulan ekologiya yunan sözü olub mənası eko (olikos)-ev, 
yurd, məskən, loqos-təlim, elm (məskən haqqında təlim) 
deməkdir. 
Ç.Darvinə görə təbiətdə bütün canlılann yaşayış uğrundakı 
mübarizəsi ekoloji təlimin əsasım təşkil edir. Hazırda isə ekoloji 
mühit anlayışına həm təbii mühit, həm də sosial mühit, 
iqtisadiyyat, texnika, texnologiya daxildir. Bildiyimiz kimi,. 
insanın həyat və fəaliyyətini ətraf mühit- təbiət-cəmiyyət 
sistemindən kənarda təsəvvür etmək olmaz. Bu vəhdət 
pozulduqda isə ekoloji böhran baş verir. Buna görə uşaqların 
ekoloji tərbiyəsini günün tələbləri səviyyəsinə qaldıniması 
xüsusi aktuallıq kəsb edir. 
4 4


Həqiqətən insanlann hərtərəfli düşünülməmiş tədbirləri 
nəticəsində təbiətə çox zərərlər vurulmuş, müəyyən ərazilərdə 
onun gözəlliyi, zənginliyi itirilmiş, bir çox sahələr səhralara 
çevrilmişdir. &san təbiət qanımlarmı öyrənərək ona şüurlu təsir 
göstərdikdə isə təbiəti daha da gözəlləşdirir, onun nemətlərini 
artuir, təbii sərvətlərindən səmərəli istifadə edir. 
Ətraf mühiti dərindən dərk etmək üçün onun haqqında 
insanda elmi təsəvvürlə yanaşı, elmi bilik də olmalıdır. Belə 
olmadıqda təbiətin qorunmasmda insanın düzgün mövqeyini, 
rolunu'müəyyən etmək mümkün deyil. Çünki bir çox təbii 
proseslərin mərkəzində bilavasitə insan durur. İnsan təbiətə əl 
gəzdirdikdən sonra təbiət özü mürəkkəb prosesləri qanşdınr, 
birləşdirir. Meydana çıxmış yeni prosesi insan yenidən dərk edir 
və sonra onun mənbəyini axtarmağa başlayır. 
Elm və texnikanın inkişaü insanlann biosferə mənfi təsirini 
artırmışdır. Təbii ehtiyatlarm tükənıhesi, erroziya, havanm, 
suyun, torpağın çirklənməsi, bəzi bitki və heyvan növlərinin insan 
fəaliyyəti nəticəsində yoxa çıxması, bilavasitə məhv edilməsi 
insanın təbiətə qeyri-münasib, mənfi təsirinin nəticəsidir. Artıq bu 
gün bir sıra sahələrdə insanın təbiətə qayğısız münasibəti böhranlı 
vəziyyətə çatmışdır. Ətraf mühitə fasiləsiz olaraq müxtəlif 
tullantılar daxil olur, sənaye tullantılan atmosferi, suyu, torpağı 
çirkləndirir, tullantı qazlar isə havanı zəhərləyir, saysız-hesabsız 
maşın və mexanizmlər səs-küyü çoxaldır, müxtəlif yanacaqlardan 
intensiv surətdə istifadə nəticəsində suyun, havanm temperaturu 
yüksəlir. Bu faktlar onu göstərir ki, cəmiyyətin ətraf mühitə 
laqeyd münasibəti müasir dövrün ən zəruri probleminə 
çevrilmişdir. 
Ona görə də biz ümumtəhsil məktəblərimizdə ekoloji 
bəlalar haqqmda ş^agirdlərə məqsədyönlü, planlı və mütəşəkkil 
surətdə məlumatlar verməliyik. Əgər gənc nəsil Sumqayıtdakı 
zavodlann kimyəvi tullantılanmn törətdiyi ekoloji bəlalann 
faciələrindən xəbərdar olsalar, onda gələcəkdə bu bəlalann 
yaranmasına imkan verməzlər. 
Təbiət indiyə qədər mövcud olanlarm, indi yaşayanlann. 
45 


gələcəkdə yaşayacaq insanlann mülkiyyətidir. Təbiətin 
mühafizəsi sahəsində şagirdlərin mənəvi məsuliyyəti bütövlükdə 
həyatın qorunmasına aid olan mənəvi məsuliyyətdir. Ona görə 
gənc nəslin, xüsusilə məktəbəqədər yaşlı uşaqlann təbiətə 
məhəbbət ruhunda tərbiyə etmək məktəblərimiz qarşısında duran 
ən mühüm vəzifələrdən biridir. 
Təbiətə insani münasibətləri, əxlaqi cəhətləri uşaqlarda 
fonnalaşdırmaq üçün bu müsbət əxlaqi bilikləri vərdiş halına 
keçirmək, qayğılı münasibət hissi tərbiyə etmək vacibdir. 
Bu günümüzdə yaşayan və işləyən hər bir adama təbiətin 
qorunması, onun sərvətlərindən qənaətçiliklə istifadə və sair 
anlayışların verilməsinə elə kiçik yaşlardan başlanılmalıdır. 
Çünki orta məktəbi bitirmiş şagirdin təbiəti sevən, onun 
sərvətlərindən qənaətlə istifadə edən mütəxəssis olması üçün 
ekoloji biliklərin böyük əhəmiyyəti vardır. 
Buna görə də hər bir müəllim-tərbiyəçi uşağa ancaq qanun 
və anlayışlan öyrətməklə kifayətlənməməli, onlann diqqətini 
ekoloji məsələlərə də cəlb etməlidirlər. İşin bu cür aparılması 
təbiətlə tərbiyənin üzvü surətdə əlaqələndirilməsi üçün geniş 
zəmin hazırlayır. 
Müasir dövrümüzdə torpaqlanmızm düşmən işğalı altında 
olması, özəlləşdirilmiş torpaqlardan düzgün istifadə edilməməsi, 
ictimai-iqtisadi işlərin miqyasının genişlənməsi şəraitində təbii 
sərvətlərin qorunması və onlardan düzgün istifadə edilməməsi 
ölkəmizdə ciddi ekoloji təhlükə törətməkdədir. 
Respublikamızda son illər torpağın, sulann, meşələrin 
mühafizəsinə, habelə digər sərvətlərin qorunmasma və onlardan 
səmərəli istifadə edilməsinə diqqət xeyli azalmışdır. 
Hər bir insan dövlət qanunlanna əməl etməklə yanaşı, 
təbiət qanunlanna da düzgün riayət etməyə məcburdur. Çünki 
təbiəti sevmək, onu qorumaq - Vətəni sevmək, onu müdafiə 
etmək deməkdir. 
Təbiətin respublikamıza bəxş etdiyi zəngin faydalı 
qazıntılar, yerüstü və yeraltı ehtiyatlar, su, torpaq, bioloji və meşə 
sərvətləri, zəngin bitki örtüyü xalqımızın milli 
46 


sərvətləridir. 
Bu təbii sərvətlərdən düzgün istifadə edilməsi ekoloji 
mühitə ziyan verən tullantıların miqdannı azaldır. |Məktəblidə 
təbiətə və onun sərvətlərinə məhəbbət, qayğı bilavasitə kiçik 
yaşlanndan təşəkkül tapmağa başlayır. Buna görə də məktəblərdə 
ətraf mühitə, təbii sərvətlərə, təbiətin gözəlliyinə məhəbbət 
ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləminin 
əhəmiyyətini şagirdlərə izah etmək, təbiətə qayğı hissini bacanqla 
aşılamaq diqqət mərkəzində olmalıdır. | 
İnsan-təbiət probleminin vahid yolu haçalanmış, vəzifə 
ikiləşmişdir. İki əsas fəaliyyət xətti meydana çıxmışdır. Əgər 
əvvəllər təbiəti daha yaxşı öyrənmək, onun sirləri aləminə 
dərindən nüfuz etmək yeganə bəşəri məqsəd idisə, indi bununla 
yanaşı təiətin qorunması, onun «hüquqlarının» müdafiə edilməsi 
zamanın ən aktual məsələlərindən birinə çevrilmişdir. 
Təbiətə və onun sərvətlərinə insanın təsirinin xarakteri 
onun hazırlığından, tərbiyəsindən, əqidəsindən, inamından, bir 
sözlə əsil vətəndaş olmasından asılıdır. Elə bu səbəbdən də 
məktəblərimizin təlim-tərbiyə vəzifələri sırasında təbiəti 
mühafizə tərbiyə.si özünəməxsus yerlərdən birini tutmalı, 
şagirdlərə ekoloji məzmunlu biliklər verilməli, onlara ekoloji 
tərbiyənin aşılanmasına diqqət artınlmalıdır. 
Tərbiyəçi əgər ekoloji tərbiyə işini müasir tələblər əsasında 
qurarsa, onda uşaqlar ekologiya və təbiətin mühafizəsi kimi 
mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edərlər. 
Ekoloji tərbiyə hər şeydən əvvəl elmlərin əsaslan 
öyrədilərkən aşılanır. Tərbiyə prosesində şagirdlərdə Vətənin 
təbiətinə sonsuz məhəbbət hissi tərbiyələndirmək üçün böyük 
imkanlar vardır. 
Təbiətlə rəftann əsasını xeyirxahlıq, qayğıkeşlik, həssaslıq, 
ədalətlilik kimi yüksək əxlaqi keyfiyyətlər təşkil edir. Ona görə 
də bu keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirilməlidir. 
r Bağçada tərbiyəçi yeri düşdükcə məşğələdə təbiətin insana 
göstərdiyi mənəvi-estetik təsiri də izah etməlidir. 
47 


Meşələrin, yaşıllıqlann, çaylann, dağlann və sairin gözəlliyi, 
rəngarəngliyi uşaqlarda təbiətə qarşı qayğı hissi yaradır, j I 
Təbiətə təşkil olunmuş ekskursiyalar zamanı uşaqıann topladığı 
bitki toxumlanndan kolleksiya düzəldir və onlardan məşğələ 
prosesində əyani vasitə kimi istifadə edilir. Toplanmış toxumlann 
müəyyən hissəsi bağçayam sahədə əkilərək həmin yerdə 
müşahidə təşkil edilir və s. | 
1
Kütləvi tədbirlər zamanı ekoloji tərbiyənin vəzifəsi 
şagirdlərdə təbiəti daha dərindən öyrənmək, sevmək, qorumaq, 
omm təbii sərvətlərindən daha qənaətçiliklə, daha səmərəli 
istifadə etmək təbiətin korlanmasına qarşı dözül- məzlik kimi 
keyfiyyətlər yaratmaqdadır. [ 
Uşaqlann ekoloji tərbiyəsində bağçanın ailə ilə birgə işi 
təşkil olunmalıdır. Ekoloji tərbiyə çox mühüm əxlaqi-mənəvi 
keyfiyyət olmaq etibarilə məktəbdə, ailədə, bağçada tərbiyə işinin 
özəyini təşkil edir. 
f Bağçanın, ailənin qarşılıqlı fəaliyyətində, yekdillik olmasa, 
uşaqlann nəinki elmi dünyagörüşündə, hətta əxlaq, ideya-siyasi, 
əmək tərbiyəsi və peşəyönümü, estetik, fiziki, ekoloji və sair 
tərbiyəsində heç bir nailiyyət əldə etmək olmaz, j 
Uşağm bir şəxsiyyət kimi formalaşması, əməyə 
hazırlanması, zehni, əqli, fizi^, estetik, ekoloji, hüquqi və iqtisadi 
tərbiyəsi məktəblə yanaşı ailələrin də diqqət mərkəzində durarsa, 
bu yolda xeyli nailiyyət qazanmaq olar. Belə ki, ailə uşaqlann 
tərbiyəsini düzgün təşkil etmək üçün məktəblə, bağça ilə sıx əlaqə 
saxlamalı, ondan vaxtında lazımi məsləhətlər almalıdır. 
Məktəbdə və bağçada uşağm təlim- tərbiyəsi mütəxəssislər 
tərəfindən apanlır. Həm də ailələrdə olduğundan çox, daha planh 
şəkildə apanlır. Uşaq ağlınm və xarakterinin formalaşdığı bir 
dövrdə məktəb ona günümüzün tələblərinə uyğun şəkildə təhsil 
verir, uşağın dünyagörüşünü formalaşdınr. 
Qarşısma qoyulmuş vəzifələri lazımi səviyyədə yerinə 
yetirməkdən ötrü məktəb və bağçanın bütün tərbiyə işini 
günümüzün problemlərini, inkişaf qanunlanm şagirdlərə. 
48 


uşaqlara başa salmağa, onlan xalqımızın adət və ənənələri 
mhunda formalaşdırmağa, uşaqlarda vətənpərvərlik hissini 
inkişaf etdirməyə xüsusi fikir verir. Qlobal problem olan ekoloji 
problem isə uşaqların ən kiçik yaşlannda öyrənməli olduğu 
problemlərdən biridir. Uşaqlann ekologiya ilə tanışlığını təşkil 
etmək və onları ekologiyaya zidd normalara qarşı qətiyyətlə 
mübarizə apannağı öyrətmək də yenə məktəb, bağça və ailənin 
üzərinə düşür. Bu məqsədlə məktəb həm tədris fənnlərinin 
imkanlarından, həm də dərsdənkənar tədbirlər sistemindən 
bol-bol istifadə edir. 
j
Yuxanda deyilənlərdən aydın olur ki, gənc nəslin ekoloji 
tərbiyəsində səmərəli nəticələr əldə etməkdən ötrü bağça, məktəb, 
ailə birgə işləməlidir. Belə əlaqə həm fərdi, həm də kollektiv 
formada ola bilər, s 
1 Məsələn: evdə, bağçada, məktəbdə otaq bitkiləri olarsa və 
onların əhəmiyyəti haqqında müəllimlər, tərbiyəçilər və ya 
valideynlər tərəfindən uşaqlara izah edilərsə, onlara birlikdə 
qulluq olunarsa, bu uşaqlara təbiəti sevməkdə və qorumaqda çox 
kömək edəcəkdir. | 
I Otaqlann həftədə bir və ya iki dəfə uşaqlar tərəfindən 
təmizlənməsi və zibillərin ancaq zibil qutulanna atılmasının 
onlara ekoloji baxımdan daha düzgün olduğunu başa salmaq çox 
faydalıdır. | 
I Evlərdə heyvan bəsləməyə (əgər şərait varsa) icazə vermək 
və çox kiçik yaşlarda heyvan sevgisini uşaqlara aşılamaq, onların 
da bizimlə bərabər dünyada yaşamaq haqlan olduğunu öyrətmək 
lazımdır. | 
[Təbiətin gözəl guşələrinə birgə səyahət etmək, uşaqlan 
maraqlandıran suallara düzgün cavab vermək və erroziyaya 
uğramış torpaqlar, qurumuş çaylar, çirklənmiş sular, natəmiz 
küçələr və sair barədə onlara məlumat vermək, gözəl təbiətin 
hansı yollarla bu hala düşdüyünü onlara ətraflı şəkildə izah etmək 
vacibdir, f 
/ Yalnız bu yolla ətraf mühitin saflaşdırılması uğınnda əsil 
vətəndaş tərbiyə etmək mümkündür. ^ 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə