Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə15/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   11   12   13   14   15   16   17   18   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

62 


2.4.
 
Didaktik oyunların təşkili zamanı etnopedaqoji 
nümunələrdən istifadə imkanları 
Məktəbəqədər pedaqogikanın ən vacib problemlərindən 
biri də oyundur. İstər planlı və mütəşəkkil şəkildə, istərsə asudə 
vaxtda təşkil olunan oyun uşaqlann ən səmərəli məşğuliyyət 
vasitəsidir. Oyunun düzgün təşkili məktəbəqədər yaşlı uşaqlann 
dünyagörüşlərini formalaşdırmaqla yanaşı, onları ətraf mühitin 
dərk olunmasına hazırlayır. 
Oyunlardan bir tərbiyə vasitəsi kimi geniş surətdə istifadə 
etməyin zəruriliyini xüsusi vurğulayan rus pedaqoqu 
A.S.Makarenko valideynlərə bu barədə zəruri tövsiyələr 
vermişdir. O, göstərmişdir ki, gələcəyin adamının tərbiyəsi 
oyunlann düzgün təşkilindən çox asılıdır, onu elə formada təşkil 
etmək lazımdır ki, oyun kimi qalmaqla yanaşı, gələcək işçinin və 
vətəndaşın keyfiyyətləri tərbiyə oluna bilsin. 
Oyım o zaman düzgün tərbiyə vasitəsi olur ki, o, bütöv 
şəkildə pedaqoji formada tətbiq edilir. Oyun prosesinə rəhbərlik 
edən tərbiyəçi oyunu elə qurmalıdır ki. uşaqların yaradıcı fəallığı 
təmin olunsun və onlann qarşılıqlı münasibətləri normallaşsın. 
Tərbiyəçi uşaq şəxsiyyətinin bütün tərəflərinə, düşüncəsinə, 
hisslərinə, iradəsinə, münasibətlərinə, hərəkətlərinə və 
bütövlükdə özünü aparmasına təsir göstərməyi bacarmalıdır. 
Oyunun əsas qiymətini pedaqoq verir. O, çalışmalıdır ki, oyunda 
iştirak edən bütün uşaqlar ədalətlə qiymətləndirilsin. Əgər belə 
olarsa, tərbiyəçi uşaqlarda çox münasib adətlər formalaşdınr. 
Bütün bunlar isə uşaqlara həm də düzgün, məqsədyönlü rəhbərlik 
etmək deməkdir. Deməli, düzgün təşkil olunmuş oyun özlüyündə 
potensial tərbiyə məktəbidir. 
Oyun eyni zamanda ibtidai təhsil vasitəsi olmaqla qalmır, o 
həm də uşaqlar tərəfindən «elmdən-elmədək» prinsipinin 
mənimsənilməsinə aparan etibarlı yoldur. Uşaqlar oyun 
prosesində ətraf aləmi, həyatı dərk etməyə başlayırlar. Lakin 
məktəbəqədər yaşdan yuxan olanlar belə oyımda baş verənlərin 
yalnız kənar tərəflərini dərk edir. Səbəbləri və 
63 


əlaqələri daha az dərəcədə başa düşürlər. Odur ki, oyundan ətraf 
mühitlə tanış olmaq vasitəsi kimi istifadə olunduqda tərbiyəçi 
balacaların diqqətini onların təsəvvürlərinin genişləndirilməsinə 
əhəmİ
3
^ətli dərəcədə təsir göstərən hallara yönəltməlidir. 
Bununla yanaşı, tərbiyəçi uşaqlarda hər şeyə maraq göstərmək 
oyunun məzmununu zənginləşdirməklə müxtəlif şəraitlərdə 
biliklərə səylə yiyələnmək vərdişləri aşılamağa borcludur. 
Pedaqoq oyuna mütəmadi rəhbərlik etdikdə nə isə axtarmaq, 
öyrətmək, uşaqlann mənəvi dünyasını zənginləşdirmək sahəsində 
fəal cəhdlər tərbiyə edir. Unutmaq olmaz ki, balacalan müvafiq 
bilik və bacanqlarla silahlandırmaq imkanlan didaktik oyunlarda 
daha genişdir. 
Məktəbəqədər yaşlı uşaqlann əqli tərbiyəsində didaktik 
oyunlann rolu böyükdür. Hər bir didaktik oyun, bir tərəfdən 
uşaqlara yeni təsəvvür, yeni bilik və vərdişlər aşılayır, digər 
tərəfdən, onlann məşğələlərdə qazandıqlan bilik, bacanq və şəxsi 
təcrübələrinin möhkəmləndirilməsinə, anlayışlannm daha da 
genişlənməsinə kömək edir. Didaktik oyunlar uşağın hiss 
üzvlərini inkişaf etdirməklə əşyalann ayn-ayn xassələrini dərk 
etıriəkdə yardımçı olur, başlıcası isə əqli fəaliyyətin daha 
mürəkkəb proseslərinin (iradi diqqətin, məntiqi təfəkkürün) 
inkişafına və xarakter tərbiyəsinə müsbət təsir göstərir. Oyunda 
qarşıya qoyulmuş bu və ya digər təlim-tərbiyə vəzifələri müvafiq 
və mütəmadi fəaliyyət formasında yerinə yetirilir. Hər bir 
didaktik oyun müəyyən qaydaya tabe olmaqla oyunun məzmunu, 
əyləndirici xüsusiyyətləriylə əlaqədardır. Eyni zamanda oyunun 
qaydaları uşaqlann bu prosesdəki davranışım tənzimləyir, 
normallaşdınr. 
Mövcud 
qaydalann 
uşaqlar 
tərəfindən 
mənimsənilməsi və onlann düzgün tətbiqi özünə- nəzarət və 
qarşılıqlı nəzarət vərdişlərinin tərbiyə olunmasına da təsir 
göstərir. Uşaqların oyundakı fəallığı iştirakçılann sayından da 
asılıdır. İştirakçılar çox olarsa, şübhəsiz, oyun daha maraqlı və 
şən keçər. Yaşdan asılı olaraq ojomun gedişi və xarakteri də 
müxtəlif olur. Belə ki, kiçik yaşlı uşaqlann oyunlannda əməliyyat 
əsas etibarilə əşyalann yerinin dəyişdirilməsi, müqayisəsi, 
rənginə və ölçüsünə görə seçilib 
64 


ayniması, şəkillərin düzülməsi və iştirakçılann həmin hərəkətləri 
təqlid etmələrindən ibarətdir. Böyük qrupun əməliyyatı isə 
onların fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqəsinə və 
ardıcıllığına əsaslanır. 
Didaktik oyunun müəyyən nəticəsi olur ki, buna da oyunun 
finalı (sonu) deyilir. Qoyulmuş vəzifənin icrası, tapşınğın yerinə 
yetirilməsi, tapmacanın düzgün cavabı əyləncənin məntiqi 
nəticəsidir. Uşaqlar bu nəticəni öz parlaq uğurlan kimi 
dəyərləndirir və hədsiz qürur hissi keçirirlər. 
Deməli, oyunun finalı uşaqlann müxtəlif biliklərə səylə 
yiyələnməsi və əqli fəaliyyətlərinin real göstəricisi kimi meydana 
çıxır. Uşaqlar oyunun müsbət sonluğundan, tapşınqlann düzgün 
yerinə yetirilməsindən sonsuz həzz alırlar. 
Oyunun məzmunu, mahiyyəti, məramı, oyun əməliyyatı və 
mövcud qaydası bir-biri ilə qarşılıqlı əlaqədədir. Bunlardan birinə 
əməl olunmaması istənilən nəticəni verməz. Oyun prosesində 
həm də uşaq şəxsiyyətinin bir çox ümdə cəhətləri formalaşır. Bu 
zaman qarşıya qoyulan müəyyən vəzifə yerinə yetiririr. Mövcud 
qaydanı gözləməklə, mütəşəl^llik, yekdillik, təmkinlilik, 
əzmkarlıq, kollektivçilik, doğruçuluq, düzgünlük kimi müsbət 
əxlaqi-mənəvi keyfiyyətlər tərbiyə olunur. 
Didaktik oyunlarda uşaq hər hansı əşyanı bu və ya digər 
əlamətlərinə görə fərqləndirir, müqayisə edir, növlərə ayınr, 
qruplaşdmr, təhlil və ümumiləşdirmələr apanr. 
Tərbiyəçi oyun - məşğələlərdə uşağa oyunun məzmununu 
fikirləşməyə imkan yaradır, oyunun keçirilməsi üçün müvafiq 
üsulların seçilməsində ona kömək edir. Çalışır ki, didaktik 
tapşınq bütün uşaqlar tərəfindən qəbul edilsin və şüurlu surətdə 
yerinə yetirilsin. 
Bunlann içərisində uşaqlan ən zəruri əşyalarla tanış etməyə 
xidmət göstərən oyunlar xüsuşi qeyd olunmalıdır. Onlardan biri 
«əşyaların əlifbası» didaktik oyundui’. 
«Əşyaların əlifbası» didaktik oyununun məqsədi əlifl^aya 
dair «Bu nədir?» sualına cavab verməkdən ibai’ətdir. C>yun 
zamanı əşyaların xarici xüsusiyyətləri haqda uşaqlann wəlki 
6 5


illərdə mənimsədikləri bilikləri təzələnir, və onlar eyni zamanda 
yeni həyati əlaqələr haqda biliklər də əldə edirlər. Bununla da 
təsəvvürlərin, lüğətin, əlaqəli-izahedici nitqin dairəsi xeyli 
genişlənir. Göstərmək lazımdır ki, dərketmə prosesinin 
romantikasına görə bilik hazır şəkildə verilmir, uşaqlann özləri 
tərəfindən qazanılır. Əşyalar haqqında, özlərinin «köməkçiləri» 
barəsində biliklərin fəal axtanş xarakteri uşaqların həyatını daha 
maraqlı edir və onlann düşüncə tərzinin inkişafına təkan verir. 6 
yaşlı uşaqlann əşyalarla tanışlığının başlanğıc nöqtəsi 
yaxınlıqdakı əşyalar (ev, uşaq bağçası, bütövlükdə küçə, şəhər, 
bəzən də ölkə) hesab olunur. 
Böyük uşaqlan əhatə edən əşyalar təkcə fərdi və kollektiv 
qaydada kəşf olunan sadə və daha mürəkkəb «ağıllı» əşyalar 
sayılır. Uşaqların yararlandıqlan əşyalann özlərinin təşəkkül 
tapması tarixi vardır. Belə ki, onlar xarici fərqləndirici əlamətlərə 
malikdirlər: rəngi, forması, kəmiyyəti, bəzən səsi, iyi və s. ilə 
seçilirlər. 
Bizi əhatə edən bir sıra əşyalann dərk olunması 
təhlilçilərin fəaliyyəti ilə şərtlənir. Uşaqlar yaşlılar kimi 
köməkçilərdən (təhlilçilərdən) istifadə edirlər, lakin onlan hələ 
başa düşmürlər. Odur ki, oyun zamanı onlarla tanışlıq (kəşf) 
hesab edilir və müəyyən maraq doğurur. 
Hələ uşaq yaşlarından əşyaları təkcə təyinatına və 
əlamətlərinə görə fərqləndirməyi və qruplaşdırmağı öyrənməklə 
yanaşı, həm də onlara çəkilən əməyə düzgün qiymət verməyi 
bacarmaq lazımdır. Unutmaq olmaz ki, hər bir xalq müxtəlif 
əşyalan yaradan zaman təkcə onlardan hansı məqsədlər üçün 
istifadə edilməsi haqqında fikirləşmir, həm də bunlan sözün əsl 
mənasında incəsənət əsəri kimi qiymətləndirirlər. Ona görə də 
fıkrimizcə, uşaqlara kiçik yaşlanndan hər bir əşyanı gözəl rəngdə, 
formada və onlann bütövlüyü, əlaqəliliyi şəklində görməyi 
qavramağı öyrətmək vacibdir. Əşyalann estetik cəhətdən dərk 
olunması mühüm şərtlərdən biridir. Uşaqlarda hələ lap kiçik 
yaşlanndan dadı, eləcə də ətrafdakı əşyaların xassəsini, estetik 
zövqləri, səliqə- 
6 6


liliyi, rahatlığı və gözəlliyi tərbiyə etmək zəruridir. Yalnız belə 
olduqda əşyalar insanlann dostuna çevrilər və qorunar. Əks 
təqdirdə uşaqlarda əşyalara qarşı biganəlik və istehlakçı hissələri 
yaranar. Məlumdur ki, bir çox hallarda uşaqlar eybəcərliyi, 
qabalığı, zövqsüzlüyü görə bilmirlər. Odur ki, onlarda ətraf 
mühitə qarşı fəal münasibəti tədricən formalaşdırmaq gərəkdir. 
Bilik və bacanqların mənimsənilməsinin təcrübi 
fəaliyyətində, qeyri-ixtiyari diqqət və yaddaş prosesində baş 
verməsi, materialın daha yaxşı mənimsənilməsinin təmin 
edilməsi didatkik oyun-məşğələnin əsas xüsusiyyətlərindən- dir. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə