Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 
II. Təlim strategiyaları 
Təlim strategiyaları - müəllimin təlim prosesində istifadə etdiyi forma, üsul 
və  texnikaları  əhatə  edir.  Bu  vaxta  qədər  Azərbaycan  pedaqoji  ədəbiyyatında 
həmin  anlayışdan  istifadə  edilmirdi.  Lakin  son  vaxtlar  təhsil  islahatının  həyata 
keçirildiyi bir dövrdə fənn kurikulumları hazırlanarkən təlim strategiyası anlayışına 
müraciət edilməyə başlanılmışdır.  
Yeni  kurikulumlarda  təlim  strategiyaları  anlayışının  işlənməsi  və  pedaqoji 
prosesin  təşkilində  ondan  daha  səmərəli  şəkildə  istifadə  olunması,  ilk  növbədə, 
əsas  pedaqoji  anlayışlardan    biri  kimi təhsilin  müasir  tələblər  baxımından  izahını 
tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə proses kimi deyil, daha 
geniş  məna  çalarına  malik  ifadə  tərzi  kimi  yanaşılması  lazım  gəlir.  Xüsusən 
təhsilin şəxsiyyətyönümlü  xarakteri ona bir neçə  mövqedən  yanaşmağı tələb edir: 
təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir.  
İlk növbədə, təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənələri 
ehtiva  edən  dəyər  kimi  baxılır.  Bu  dəyərlərin  formalaşmasında  şəxsiyyətin 
istiqamətləndirilməsi,  mədəniyyətlilik,  kollektivcililik,  sistemlilik,  bütövlük  əsas 
aparıcı prinsiplər kimi çıxış edir. 
Özünəməxsus sistemə malik olan təhsil, pillələri
 
ilə mövcuddur. Gözlənilən 
nəticələri  ilə  fərqlənən  bu  pillələr  bir-birini  tamamlayır  və  ardıcıl  sıralanmaqla 
təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu 
zaman 
demokratikləşmə, 
humanistləşdirmə, 
differensasiya, 
fərdiləşmə, 
sosiallaşdırma, variativlilik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.  
Təhsil  insanın  sosiallaşma  prosesində  ümumbəşəri  və  milli  dəyərlərə 
yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi 
yanaşılır.  Onun  didaktik  əsasını  isə  təbiətə  müvafiqlik,  praktiklik,  istiqamətlilik, 
variativlik,  mərhələlilik,  fərdi  ehtiyacların  nəzərə  alınması  və  fasiləsizlik  təşkil 
edir.  
Təhsil  həm  də  bütövlükdə  müəllim  və  şagird  fəaliyyətinin  yekunu 
olduğundan  ona  nəticə  kimi  baxılır.  Bütöv  bir  mərhələli  prosesin  sonu  kimi 
dəyərləndirilir. 


 
Yeni  fənn  kurikulumlarında  təlim  strategiyaları  aşağıdakı  məsələləri  əhatə 
edir: 

 
pedoqoji prosesin təşkili prinsipləri 

 
fənn üzrə təlimin planlaşdırılması 

 
təlimin təşkilində istifadə olunan forma və üsullar 
Təlim  prosesi  daima  ardıcıl  olaraq  inkişaf  edir.  Müxtəlif  zamanlarda 
özünəməxsus  xarakter  kəsb  edir.  Şəxsiyyətyönümlü  təhsil  sistemində  pedaqoji 
prosesin  mərkəzində  dayanan  müəllim  və  şagirdlərin  funksiyaları  dəyişir.  Onların 
fəaliyyəti  əvvəlcədən  müəyyən  olunmuş  nəticələrə  əsasən  qurulur.  Müəllim 
kurikulumlara  uyğun  inteqrasiya  olunmuş  planlarla  yanaşı,  yeni  texnologiyalar 
hazırlayır,  yaxud  mövcud  olanların  içərisindən  ən  münasibini  seçir.  Bu 
texnologiyaların  müəyyən  olunmasında  müəllim  və  şagird  şəxsiyyəti  təlimin 
aparıcı  subyekti  kimi  çıxış  edir.  Münasibətlər  “subyekt+subyekt”  formulasına 
uyğun  üfüqi  istiqamətdə  qurulur.  Bu  zaman  şagirdlər  öz  təfəkkürünün, 
düşüncəsinin,  müəllimlər  isə  şagirdin  inkişafı  ücün  şəraitin  təşkilatçısı  olur. 
Müəllimlərin  rəhbərlik  funksiyası  dəyişir,  informasiya  vermək  sahəsindəki 
fəaliyyəti  məhdudlaşır.  O,  daha  çox  sinif  şəraitində  təlim  fəaliyyətini 
əlaqələndirən,  istiqamətləndirən  məsləhətci  kimi  şagirdlərin  müstəqil  idraki 
fəaliyyətini,  fəal  yaradıcılığını  təşkil  edən  subyektə  çevrilir.  Pedaqoji  prosesin 
düzgün  qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur. Azərbaycan dili 
fənnində yeni kurikulumlara uyğun  pedoqoji prosesin təşkilində aşağıdakı ümumi 
prinsiplərin  əsas götürülməsi zəruri hesab edilir: 

 
pedaqoji  prosesin  tamlığı  -  Azərbaycan  dili  fənninin  təlimi  zamanı 
pedaqoji  prosesdə  təlim  məqsədləri  kompleks  (inkişafetdirici,  öyrədici, 
tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird 
fəaliyyətini əhatə edir; 

 
təlimdə  bərabər  imkanların  yaradılması  –  Azərbaycan  dilinin  hamı 
tərəfindən  yüksək  səviyyədə  mənimsədilməsi  üçün  bütün  şagirdlərə  eyni 
təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə 
alınmaqla tənzimlənir; 


 

 
şagirdyönümlülük  -  şagird  pedaqoji  prosesin  mərkəzində  dayanır.  Bütün 
tədris və təlim işi şagirdlərin  ana dilinə olan maraq və tələbatlarının ödənilməsinə, 
onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; 

 
inkişafyönümlülük  -  şagirdlərin  idrak  fəallığı  izlənilir,  nailiyyətləri  təhlil 
edilir, Azərbaycan dilində ədəbi dil normalarına əməl etməklə danışıq  bacarığı və 
vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir; 

 
fəaliyyətin  stimullaşdırılması  -  pedaqoji  prosesin  səmərəli  və  effektiv 
qurulması, şagirdlərin ana dilini yüksək səviyyədə mənimsəməsi və təlimə marağın 
artırılması  üçün  onların  fəaliyyətindəki  bütün  irəliləyişlər  qeyd  olunur  və 
dəyərləndirilir,  nəticə  etibarı  ilə  şagirdlərin  daha  uğurlu  təlim  nəticələrinə 
istiqamətləndirilməsi təmin olunur; 

 
dəstəkləyici  mühitin  yaradılması  –  pedaqoji  prosesin  münasib  maddi-
texniki  baza  əsasında  və  sağlam  mənəvi-psixoloji  mühitdə  təşkil  edilməsi 
Azərbaycan  dilinin  təlimində  keyfiyyətin  və  səmərəliliyin  yüksəldilməsi  üçün 
əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. 
Ayrı-ayrı fənlərin təlimində bu prinsiplərlə yanaşı, xüsusi metodik prinsiplərin 
də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir. 
 
2.1. Azərbaycan dili təliminin təşkilinə verilən əsas tələblər 
 
Azərbaycan  dili  təlimini  səmərəli  qurmaq,  ümumi  məqsədə  çatmaq  üçün 
mühüm  vəzifələrin  həyata  keçirilməsinə  nail  olmaq  həm  də  aşağıdakı  tələblərin 
nəzərə alınmasından asılıdır:  

 
Azərbaycan  dilinin  düşünmə,  öyrənmə  və  danışma  vasitəsi  olmasının 
dərk edilməsi; 

 
nitq  və  dil  bacarıqlarına  yiyələnməklə  ümumi  nitq  inkişafının  təmin 
olunması; 

 
davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik 
və bacarıqların mənimsənilməsi. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə