Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   2   3   4   5   6   7   8   9   ...   40

genişləndirilməsi,  şifahi  və  yazılı  nitq  prosesində  nitq  mədəniyyətinin  tələblərinə 
riayət edilməsi, natiqlik vərdişləri elementlərinin yaradılması təmin olunur. 
 
I. Azərbaycan dili təliminin məzmunu 
1.1.Ümumi təlim nəticələri 
 
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 

 
danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə 
edir; 

 
düzgün,  sürətli,  şüurlu,  ifadəli  oxuyur,  oxuduğu  mətnlərə  münasibət 
bildirir; 

 
kiçikhəcmli rabitəli mətnlər qurur; 

 
lüğətlərdən, məlumat kitablarından istifadə edir; 

 
Azərbaycan  xalqının  dili,  tarixi,  əxlaqi-mənəvi  dəyərləri,  incəsənəti, 
adət-ənənələri  haqqında  öyrəndiyi  məlumatları  sadə  formada  təqdim 
edir; 

 
yazılı  və  şifahi  nitqində  fonetik,  leksik,  qrammatik  qaydalara  yiyələn-
diyini nümayiş etdirir.  
Ümumi  orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:  

 
dinlədiyi mətnlərə münasibət bildirməklə mövqeyini əsaslandırır;  

 
mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;  

 
dil  vahidlərindən  istifadə  etməklə  müxtəlif  tipli  (nəqli,  təsviri, 
mühakimə)  və  formalı  (inşa,  esse,  hekayə)  mətnlər  qurur,  onları 
təkmilləşdirir; 

 
müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir; 

 
şifahi  və  yazılı  nitqində  zəruri  dil  qaydalarını  mənimsədiyini  nümayiş 
etdirir. 
 
Tam orta təhsil səviyyəsi  (X-XI siniflər) üzrə şagird: 



 
müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət 
bildirir; 

 
mətnləri  üslubi-struktur  xüsusiyyətlərinə  görə  təhlil  edir  və 
qiymətləndirir; 

 
mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; 

 
müzakirə,  görüş,  diskussiya  tədbirlər  üçün  məruzə,  təqdimat  və 
ssenarilər hazırlayır; 

 
nitqin  dəqiqliyi,  düzgünlüyü  və  ifadəliliyi  üçün  zəruri  olan  normaları 
şifahi və yazılı nitqində tətbiq edir.  
 
1.2. Məzmun xətləri  
Məzmun  xətləri  ümumi  təlim  nəticələrinin  reallaşdırılması  üçün  müəyyən 
olunan  fənn  kurikulumunun  zəruri  hissəsi  olub,  şagirdlərin  əldə  edəcəyi  bilik  və 
bacarıqları daha aydın təsvir etmək  və onu sistemləşdirmək məqsədi daşıyır. 
Azərbaycan  dili  təliminin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq,  məzmun 
xətləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi  təyin  edilmişdir:   

 
Dinləyib – anlama və danışma 

 
Oxu  

 
Yazı 
 

 
Dil qaydaları 
 
Dinləyib-anlama və danışma 
Bu  məzmun  xətti  danışanı  dinləyə  bilmək,  onun  fikrinə
 
münasibət 
bildirmək, 
müxtəlif 
informasiya 
mənbələrindən  alınan 
məlumatlardan 
bəhrələnmək,  əsas  ideyanı  ikinci  dərəcəli  məsələlərdən  seçmək,  fikrini  inandırıcı 
şəkildə  təqdim  etmək  bacarıqlarının  formalaşdırılmasını  təmin  edir.  Dinlənilmiş 
mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və dəqiq mühakimə 
yürütmək,  qoyulmuş  məqsədə  və  auditoriyanın  səviyyəsinə  müvafiq  məntiqi, 
rabitəli  və  inandırıcı  çıxışlar  etmək,  müxtəlif  əyani  və  texniki  vasitələrlə 
təqdimatlar keçirmək imkanı yaradır. 


Oxu 
Oxu  şagirdlərin  dil  duyumunun  inkişafını,  fikrin  ifadə  olunmasında  sözün 
məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin 
məqsədyönlü  şəkildə  təkmilləşdirilməsini,  dilin  gözəlliyinə,  üslubi  imkanlarının 
zənginliyinə  şagirdlərin  maraq  və  məhəbbətinin  formalaşmasını  təmin  edir.  Bu 
məzmun  xətti  müxtəlif  üslublarda  yazılmış  mətnlərin  məzmun  və  struktur 
elementlərinin  müstəqil  qavranılmasına  imkan  yaradır,  ana  dilinə,  bu  dildə 
yazılmış  elmi-kütləvi  və  ədəbi-bədii  nümunələrə  marağı  dərinləşdirməyə,  ümumi 
nitq  mədəniyyətinin  inkişafı  üçün  lüğət  ehtiyatını  daha  da  zənginləşdirməyə 
xidmət edir. 
Yazı 
Yazı  şagirdlərin  duyğu  və  düşünçələrinin  dil  normalarına  uyğun  qaydada 
nəqli,  təsviri  və  mühakimə  xarakterli  rabitəli  mətnlər  formasında  ifadəsini  təmin 
edir. Oxu prosesində qazanılan baçarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək 
qarşılıqlı  əlaqəyə  çevrilir.  Yazı  qoyulmuş  hər  hansı  problem,  yaxud  mövzu  ilə 
bağlı  fikir  və  mülahizələrin  müvafiq  formada  verilməsini,  görülmüş  işin 
hesabatının  hazırlanmasını  təmin  edir.  Ədəbi  dilin  normaları  gözlənilməklə 
şagirdlərin  tədqiqatçılıq  və  təşkilatçılıq  bacarıqlarını  nümayiş  etdirməyə  imkan 
yaradır.                                  
Dil qaydaları 
Bu  məzmun  xətti  dilin  fonetik,  leksik  və  qrammatik  quruluşu  ilə  bağlı  ən 
zəruri  biliklərin  yığcam,  sadə,  aydın  qayda  və  şərhlər  formasında  şagirdlərə 
catdırılmasını, orfoqrafiya qaydalarına riayət edilməsini, durğu işarələrindən yerli-
yerində düzgün  istifadə olunmasını təmin  edir. Şagirdlərin  həm  oxu,  həm də  yazı 
qabiliyyətlərinin  inkişafı  üçün  zəmin  yaradır.  Şagirdlərin  şifahi  və  yazılı  nitq 
bacarıqlarının  formalaşmasında  mühüm  rol oynayan ən zəruri  linqvistik  biliklərin 
öyrənilməsini,  mədəni  nitq  üçün  vacib  sayılan  mühüm  tələblərin  qavranılmasını, 
ədəbi  dilin  funksional  və  fərdi  üslublarının  səciyyəvi  xüsusiyyətlərinin  dərk 
olunaraq fərqləndirilməsini və təcrübədə tətbiqini təmin edir.  
 
 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə