Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

49 

 

 



MÖVZU 8. 

 

AĠLƏ HÜQUQUNUN ƏSASLARI 

 

Plan: 

1.

 



Ailə hüququn anlayıĢı və predmeti. 

2.

 



Nikahın anlayıĢı. Nikahın bağlanma Ģərtləri və qaydaları. 

3.

 



Nikahın xitam edilməsi 

4.

 



Nikahın etibarsız hesab edilməsi. 

5.

 



Ər-arvadın hüquq və vəzifələri. 

6.

 



Valideynlərin və uĢaqların aliment vəzifələri. 

7.

 



Övladlığa götürmə. 

8.

 



Qəyyumluq və himayəçilik. 

 

Ədəbiyyat 

1.

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı, «Hüquq» nəĢriyyatı, 2000. 



2.

 

Q.Ġ.Manayev. Ailə hüququ. Bakı, 1999 



3.

 

Resensev V.A. Semeynoe provo. M.,1917. 



4.

 

Oridoroqa M.T. Rastorjenie braka. M., Qosizdat, 1958. 



5.

 

Ġsmayılov Ġ.Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, Qanun, 2002. 



6.

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Bakı: “Hüquq ədəbiyyatı” nəĢriyyatı, 2010. 



 

 

 



1. Ailə hüququn anlayıĢı və predmeti 

 

Ailə  hüququ  vahid  hüququnun  müstəqil  bir  sahəsi  olub  nikahdan,  qohumluqdan,  uĢaqları  övladlığa  və 



daimi  tərbiyəyə  götürməkdən  əmələ  gələn  Ģəxsi,  yəni  qeyri-əmlak  münasibətlərini  və  bunlarla  əlaqədar  əmlak 

münasibətlərini tənzim edir. Ailə hüququ qeyri-əmlak və əmlak münasibətlərini tənzim etdiyinə görə, onu mülki 

hüququn bir hissəsi hesab etmək düzgün deyildir. 

Ailə  hüququ  ilə  tənzim  edilən  Ģəxsi  münasibətlərin  təbiəti  mülki  hüququn  institutları  (müəlliflik, 

ixtiraçılıq, kəĢf və s.) üçün səciyyəvi olan Ģəxsi münasibətlərdən keyfiyyətcə fərqlənir. Belə ki, mülki hüquqa 

görə bu məsələlərdən əmələ gələn hüquq münasibətlərinin subyektləri həm vətəndaĢlar, həm də təĢkilatlar ola 

bilər. Ailə hüquq münasibətlərinin subyektləri isə yalnız vətəndaĢlar ola bilər. 

Hüquq  ədəbiyyatında  haqlı  olaraq  qeyd  edilir  ki,  Sovet  dövlətinin  inkiĢaf  tarixi  boyunca  mülki  və  ailə 

qanunvericiliyinin məcəllə halına salınması məsələsi də bir-birindən ayrı olmuĢ və olmaqdadır. 

Ailə  hüququnun  müstəqilliyi  onun  öz  predmetinin  olması  ilə  də  təsdiq  edilir.  Bu  və  ya  digər  hüquq 

sahəsinin  predmeti  dedikdə,  həmin  hüquq  sahəsinin  normaları  ilə  tənzim  edilən  ictimai  münasibətlər  baĢa 

düĢülür.  Bu  baxımdan  ailə  hüququnun  predmetinə  ailədə  ərlə  arvad  arasında,  ailənin  digər  üzvləri  arasında 

əmələ gələn Ģəxsi və əmlak münasibətləri daxildir. 

Birinci  qrup  münasibətlərə  ərlə  arvad  arasında  olan  elə  münasibətlər  daxildir  ki,  onlar  Ģəxsi  azadlığın, 

müstəqilliyin və hüquq bərabərliyinin ailə həyatında ər-arvad tərəfindən həyata keçirilməsi ilə əmələ gəlir. Bu 

qrup münasibətlərə, habelə uĢaqların tərbiyə edilməsi prosesində valideynlərlə uĢaqlar arasında, uĢaqlarla onları 

tərbiyəyə götürmüĢ digər Ģəxslər arasında əmələ gələn münasibətlər də daxildir. 

Ġkinci qrup münasibətlərə isə ərlə arvad arasında olan elə münasibətlər daxildir ki, onlar ər-arvadın nikah 

müddətində qazandıqları əmlakla və bir-birinə qarĢılıqlı aliment (maddi yardım) vermək vəzifələri ilə əlaqədar 

olaraq əmələ gəlir. Bu qrup münasibətlərə həm də valideynlərin öz uĢaqlarını və ailənin digər üzvlərini saxla-

maq vəzifələri ilə əlaqədar əmələ gələn münasibətlər daxildir. 

Milli Məclisdə müzakirə olunan və qəbul olunan məcəlləsi 28 dekabr 1999-cu ildə Azərbaycan prezidenti 

tərəfindən imzalanmıĢ və 2000-ci il iyun ayının 1-dən qüvvəyə minmiĢdir. 

Bu  məcəllə  Azərbaycan  Respublikası  Konstitusiyasında  nəzərdə  tutulan  əsas  insan  və  vətəndaĢ 

hüquqlarına  və  azadlıqlarına  uyğun  olaraq  ailə  münasibətlərinin  yaranmasının  və  möhkəmlənməsinin,  onlara 

xitam verilməsinin prinsiplərinin, ailə münasibətlərinin iĢtirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının 

bu sahədə vəzifələrini, habelə vətəndaĢlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları 

müəyyən edir. 

Azərbaycan  Respublikasında  ailə  dövlətin  himayəsindədir.  Analıq,  atalıq,  uĢaqlıq  qanunla  mühafizə 

olunur. 



50 

 

Ailə  qanunvericiliyi  ailənin  möhkəmləndirilməsi  zəruriyyətindən,  ailə  münasibətlərinin  qarĢılıqlı 



məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin iĢinə hər kəsin qarıĢmasının yol verilməzliyindən, 

ailə  üzvlərinin  ailə  qarĢısında  qarĢılıqlı  yardım  və  məsuliyyətindən,  onların  hüquqlarının  maneəsiz  həyata 

keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 

Azərbaycan  Respublikasında  nikah  və  ailə  münasibətlərinin  hüquqi  baxımdan  tənzimlənməsi  dövlət 

tərəfindən həyata keçirilir və yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaĢlıq aktlarının dövlət 

qeydiyyatı orqanında bağlanmıĢ nikah tanınır. 

Dini  kəbinkəsmə  (dini  nikah)  hüquqi  əhəmiyyətə  malik  deyildir.  Bu  müddəa  müvafiq  icra  hakimiyyəti 

orqanının  yaradılmasınadək  bağlanmıĢ  dini  nikahlara  və  onların  təsdiqinə  dair  sənədlərə,  doğum,  nikahın 

bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. 

Ailə Məcəllənin 2-ci maddəsində deyilir: «Azərbaycan Respublikası Ailə Məcəlləsi nikahın bağlanması, 

nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və Ģərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, 

valideynlər və uĢaqlar, eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuĢ hallarda və hədd baĢqa qohumlar və 

digər  Ģəxslər  arasında  yaranan  əmlak  və  Ģəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyir,  habelə  valideyn 

himayəsindən məhrum olan uĢaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir). 

Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kiĢinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, 

ailədaxili  məsələlərin  qarĢılıqlı  razılıq  əsasında  həll  olunması,  uĢaqların  ailə  tərbiyəsinin  üstünlüyü,  onların 

rifahına və inkiĢafına qayğı, ailənin yetkinlik yaĢına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və 

mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir». 

Bu məcəllənin vəzifələri aĢağıdakılardır: 

1.

 



Ailənin ümumbəĢər prinsiplər əsasında qurulması; 

2.

 



Ailə  münasibətlərinin  qadın  və  kiĢinin  könüllü  nikah  ittifaqı,  bütün  ailə  üzvlərinin  maddi 

mülahizələrindən azad olan qarĢılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; 

3.

 

Ailədə uĢaqların ictimai tərbiyə ilə üzvü əlaqədar Ģəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi; 



4.

 

Ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 



5.

 

UĢaqlarda ailə və cəmiyyət qarĢısında məsuliyyət hissinin tərbiyə edilməsi. 



 

 

2. Nikahın anlayıĢı, Ģərtləri və bağlanması qaydası 

 

Nikah  kiĢi  ilə  qadının  ailə  qurmaq  məqsədi  ilə  vətəndaĢlıq  aktlarının  dövlət  qeydiyyatı  orqanında 



qeydiyyata alınan könüllü ittifaqdır. 

Nikaha  daxil  olarkən  və  ailə  münasibətlərində  sosial,  irqi,  milli,  dini  və  dil  mənsubiyyətinə  görə 

vətəndaĢların hüquqlarının hər hansı formada məhdudlaĢdırılması qadağandır. 

Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafeyin, həm də ər-arvadın və uĢaqların Ģəxsi 

əmlak  hüquqları  və  mənafeyinin  mühafizəsi  məqsədini  güdür. Ailə  hüququna  görə  nikahın  mövcud  olmasına 

yeganə və Ģəxsi sübut onun müəyyən edilmiĢ qaydada qeydə alınmasıdır. 

Nikahın  dini  mərasimi  hüquqi  əhəmiyyətə  malik  deyildir.  Lakin  bu  qayda  vətəndaĢlıq  vəziyyəti  aktlarını 

qeydə  alan  orqanların  yaradılmasına  və  ya  bərpa  olunmasınadək  dini  qaydada  bağlanmıĢ  nikahlara  aid  deyildir. 

Belə ki, Rusiya Federativ Respublikasında vətəndaĢlıq nikahı haqqında dekret 20 dekabr 1917-ci ildə qəbul edil-

miĢdir. Buna  görə Rusiya  FR-da 20 dekabr 1917-ci ilədək dini ayinlər üzrə bağlanmıĢ nikahlar indi də hüququ 

əhəmiyyətini saxlayır. 

Azərbaycanda  1923-cü  il  sentyabrın  8-dək,  yəni  Azərbaycan  SSR  ilk  mülki  məcəlləsi  qəbul  edilən 

günədək dini ayinlər üzrə qeyd edilmiĢ nikahlar indi də hüquqi qüvvəyə malikdir. 

Nikah ailənin əsasıdır – onun ictimai əhəmiyyəti də elə bundadır. 

«Nikah müvafiq icra hakimiyyəti orqanında (VVAQ) nikaha daxil olmaq istəyən Ģəxslərin bu barədə ərizə 

verdikləri gündən bir ay sonra onların iĢtirakı ilə bağlanır.» 

Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və 

ya bir aydan çox olmayan müddətə uzadıla bilər. 

Xüsusi hallarda (hamiləlik, uĢağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. 

Ər-arvadın  hüquq  və  vəzifələri  müvafiq  icra  hakimiyyəti  orqanında  nikahın  bağlanmasının  dövlət 

qeydiyyatı  günündən  yaranır.  Nikahın  qeydiyyatından  imtina  edilərsə  nikaha  daxil  olmaq  istəyən  Ģəxslər 

(onlardan biri) məhkəməyə Ģikayət edə bilərlər. 

Azərbaycan Respublikasında nikah yaĢı kiĢilər üçün 18 yaĢ, qadınlar üçün 17 yaĢ müəyyən olunur. 

Üzürlü  səbəblər  olduqda  nikaha  daxil  olmaq  istəyən  və  nikah  yaĢına  çatmamıĢ  Ģəxslərin  yaĢadıqları 

ərazinin müvafiq icra hakimiyyəti orqanı (Yerli Ġcra Hakimiyyəti Orqanları) onların xahiĢi ilə nikah yaĢının 1 

ildən  çox  olmayaraq  azaldılmasına  icazə  verilə  bilər.  Nikah  yaĢının  azaldılması  üçün  əsas  həddi  buluğa 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə