Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

44 

 

Ġntizam  tənbehi,  iĢçi  tərəfindən  əmək  və  ya  icra  intizamının  pozulduğu  aĢkar  edildiyi  gündən  bir  ay 



keçənədək  verilə  bilər.  ĠĢçinin  xəstə  olduğu,  yaxud  məzuniyyətdə,  ezamiyyətdə  olduğu  vaxt  həmin  müddətə 

daxil edilmir. 

Ġntizam  xətasının  törədildiyi  gündən  altı  ay  keçdikdən  sonra  iĢçiyə  intizam  tənbehi  verilə  bilməz. 

Müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  yəni  yoxlanılmasının,  təftiĢinin  aparılmasının  nəticələri  ilə  aĢkar 

edilmiĢ vəzifə hüquq pozması ilə bağlı intizam xətalarına görə isə iĢçiyə həmin xətadan törədildiyi gündən bir il 

keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət iĢi üzrə icraatı bu müddətə daxil edilmir. 

Ġntizam  tənbehi  yalnız  iĢçi  ilə  əmək  müqaviləsi  bağlamaq,  onun  Ģərtlərini  dəyiĢdirmək  və  ona  xitam 

vermək səlahiyyətinə malik olan iĢəgötürən tərəfindən verilə bilər. 




45 

 

 



MÖVZU 7. 

 

MÜLKĠ HÜQUQUN ƏSASLARI 

 

Plan: 

1.

 

Mülki  hüququn  anlayıĢı  və  predmeti.  Mülki  hüquq  münasibətləri.  Mülki  hüquq  münasibətlərinin 



subyektləri. 

2.

 



Fiziki Ģəxsin mülki hüquq və mülki fəaliyyət qabiliyyəti. 

3.  Mülki  hüquqda  əqd  anlayıĢı  və  əqdin  icra  olunma  formaları.  Müqavilələr  və  öhdəliklər  Müqavilə 

anlayıĢı. 

 

Öhdəlik anlayıĢı. 



 

Öhdəliklərin icra yeri. 

 

Öhdəliyin icrası müddəti. 



 

Öhdəliklərin icrası müddətlərinin müəyyənləĢdirilməsi. 

 

Ədəbiyyat 

1.

 



 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002. 

2.

 



 Ġsmayılov Ġ. «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları». Bakı, Qanun, 2002. 

3.

 



 Mülki hüquq (dərslik). Bakı, 2002. 

4.

 



 «Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2000. 

 

 



 

1.  Mülki  hüququn  anlayıĢı  və  predmeti.  Mülki  hüquq  münasibətləri.  Mülki  hüquq 

münasibətlərinin subyektləri 

 

Mülki  hüquq Azərbaycan  Respublikasının  hüquq  sahələrindən  biridir.  Bu  hüquq  sahəsi  hüquqi  Ģəxslər 



arasında, fiziki Ģəxslərlə hüquqi Ģəxslər arasında, fiziki Ģəxslərlə fiziki Ģəxslərin özləri arasında yaranan əmlak 

və  qeyri-əmlak  münasibətlərini  nizama  salır.  Əmlak  münasibətləri  dedikdə  əmlak,  əĢya,  istehsal  vasitələri  və 

baĢqa maddi vasitələr üzrə olan ictimai münasibətlər anlaĢılır. 

Qeyri-əmlak  münasibətləri  dedikdə  insanın  özünəməxsus  olan  həyatı,  sağlamlığı,  Ģərəfi,  ləyaqəti, 

həmçinin müəlliflik hüququna aid ictimai münasibətləri nəzərdə tutmalıyıq. 

Beləliklə, Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət 

hüququnun  və  baĢqa  əmlak  hüquqlarının  əmələ  gəlməsi  əsaslarını  və  həyata  keçirilmə  qaydasını 

müəyyənləĢdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı 

olan Ģəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 

Mülki hüquqla nizama salınan əmlak münasibətləri iki niĢanəsi ilə xarakterizə edilir. Birinci münasibətdə 

iĢtirak  edən  tərəflərin  əmlaklarının  özlərinə  məxsusluğu,  ikinci  tərəflərin  hüquq  bərabərliyi.  Belə  ki,  mülki 

münasibətdə iĢtirak edən hər bir subyektin özünə məxsus əmlakının, əĢyasının, alət vəsaitinin və sairənin olması 

və hüquqi cəhətdən biri-digərinə tabe olmaması bu hüquq sahəsinin əsas tələbləridir. 

Qeyri-əmlak  münasibətləri  isə  insan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  üçün  vacib  təminatdır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  26-cı  maddəsində  göstərilir  ki,  insanların  qanunla  qadağan 

olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmə hüquqları var və dövlət bu hüquq və 

azadlıqların müdafiəsinə təminat verir. 

Konstitusiyanın  29-cu  maddəsi  mülki  hüquq  sahəsində  yaranan  ictimai  münasibətlərin  qanunla 

qorunmasını təsbit edir. Göstərilir ki, insanların mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük 

verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 

Mülki hüquq sahəsində yaranan münasibət iĢtirakçıları üçün qarĢılıqlı hüquq və vəzifələr müəyyən edilir, 

bu  münasibətlər  mülki  hüquq  münasibətləri  adlanır.  Mülki  hüquq  münasibətləri  aĢağıdakı  normativ  aktlarla 

nizama salınır: 

1. Azərbaycan Respublikasının Konstitusiyası; 

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 

3. Prezident, Milli Məclis və Nazirlər Kabineti tərəfindən verilən qanun, sərəncam və qərarlarla. 

Sadalanan və digər hüquqi normativ aktlar Azərbaycan Mülki qanunvericiliyini təĢkil edir. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  5-ci  maddəsində  deyilir  ki,  istər  sahibkarlıq  fəaliyyəti  ilə 

məĢğul  olan,  istərsə  də  məĢğul  olmayan  hər  hansı  fiziki  və  ya  hüquqi  Ģəxslər  mülki  hüquq  münasibətlərinin 



46 

 

subyektləri  ola  bilərlər  Mülki  hüquq  münasibətlərinin  subyektləri  öz  hüquq  və  vəzifələrini  vicdanla  həyata 



keçirməyə borcludurlar. 

 

 

2. Fiziki Ģəxsin mülki hüquq və mülki fəaliyyət qabiliyyəti 

 

Mülki münasibətdə Ģəxs hüquq və vəzifə əldə etməsi üçün onun hüquq və fəaliyyət qabiliyyəti olmalıdır. 



Fiziki Ģəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daĢımaq 

qabiliyyətidir. Bütün fiziki Ģəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki Ģəxsin hüquq qabiliy-

yəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. 

Fiziki Ģəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. 

Fiziki  Ģəxsin  mülki  hüquqi  fəaliyyət  qabiliyyəti  Ģəxsin  öz  hərəkətləri  ilə  mülki  hüquqlar  əldə  etmək  və 

həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 

Fiziki Ģəxsin mülki hüquq fəaliyyəti, o, yetkinlik yaĢına, yəni 18 yaĢına çatdıqda tam həcmdə əmələ gəlir. 

7  yaĢınadək  olan  yetkinlik  yaĢına  çatmayanların  (azyaĢlılar)  fəaliyyət  qabiliyyəti  yoxdur.  7  yaĢından  18 

yaĢınadək olan yetkinlik yaĢına çatmayanların məhdud fəaliyyəti vardır. 16 yaĢı tamam olmuĢ yetkinlik yaĢına 

çatmayan əmək müqaviləsi üzrə iĢləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumun razılığı 

ilə sahibkarlıq fəaliyyəti ilə məĢğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa 

götürənlərin  və  qəyyumun  razılığına  əsasən  qəyyumçuluq  və  himayəçilik  orqanının  qərarı  ilə  belə  razılıq 

olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaĢına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır. 

Valideynlər,  övladlığa  götürənlər  və  himayəçi  tam  fəaliyyət  qabiliyyətli  sayılmıĢ  yetkinlik  yaĢına 

çatmayanın  öhdəlikləri  üçün,  o  cümlədən  onun  ziyan  vurması  nəticəsində  əmələ  gəlmiĢ  öhdəliklər  üçün 

məsuliyyət daĢımırlar. 

18  yaĢına  çatanadək  nikaha  girməyə  qanunun  yol  verdiyi  halda,  18  yaĢına  çatmamıĢ  fiziki  Ģəxs  nikaha 

girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiĢ fəaliyyət 

qabiliyyəti nikahın 18 yaĢına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır. 

Ağıl  zəifliyi  və  ya  ruhi  xəstəlik  nəticəsində  öz  hərəkətlərinin  mənasını  baĢa  düĢməyən  və  ya  öz 

hərəkətlərinə rəhbərlik edə bilməyən Ģəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 

Onlar  üzərində  qəyyumluq  müəyyənləĢdirilir.  Fəaliyyət  qabiliyyəti  olmayan  sayılmıĢ  fiziki  Ģəxsin  adından 

əqdləri  onun  qəyyumu  bağlayır.  Fəaliyyət  qabiliyyəti  olmayan  sayılmıĢ  Ģəxsin  sağaldığı  və  ya  sağlamlıq 

vəziyyətinin  xeyli  yaxĢılaĢdığı  halda  məhkəmə  onu  fəaliyyət  qabiliyyətli  sayır.  Onun  üzərində 

müəyyənləĢdirilmiĢ qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. 

 

 



3. Mülki hüquqda əqd anlayıĢı və əqdin icra olunma formaları. Müqavilələr və öhdəliklər 

 

Mülki hüquq münasibətlərinin yaranması üçün vacib olan hüquqi faktlar ayrı-ayrı münasibətlərin əmələ 



gəlməsi, dəyiĢməsi, xitam edilməsi ilə əlaqədar olur. Qanun bu hüquqi faktların sırasına əqdləri aid edir. Mülki 

qanunvericiliyə  görə  əqd  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsinə  dəyiĢdirilməsinə  və  ya  xitamına 

yönəldilmiĢ birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə Ģəklində (ikitərəfli 

və ya çoxtərəfli) ola bilər. 

Məsələn:  Müəyyən  əmlakın  əldə  edilməsi  üçün  qarĢılıqlı  saziĢ,  müəllifin  özünəməxsus  məəyyən 

incəsənət  əsərini  müqavilə  əsasında  satması  və  sairə  əqdin  bağlanması  üçün  göstərilən  təĢəbbüs  müxtəlif 

üsullarla edilə bilər. Buna əqdin icra olunma forması deyilir. Əqd yazılı və ya Ģifahi formalarda icra edilə bilər. 

Bu tərəflərin arzusundan asılıdır. 

Lakin  elə  əqdlər  var  ki,  onlar  mütləq  yazılı  formada  icra  edilməlidir.  Bu  yazılı  formaya  əməl  edilməsi 

münasibətdə  iĢtirak  edən  tərəflərin  maraqları  üçün  daha  əlveriĢlidir,  ona  görə  ki,  borclu  öz  vəzifələrini  icra 

etməkdən  boyun  qaçırdığı  halda  kreditorun  öz  hüquqlarının  təmin  edilməsi  üçün  tədbirlər  qəbul  etməsini 

asanlaĢdırır. Əqdin yazılı forması iki qaydada olur, sadə yazılı formada, hansında ki, tərəflər öz aralarında yazılı 

saziĢ,  yaxud  müqavilələr  bağlayırlar  və  öz  imzaları  ilə  onu  təsdiq  edirlər.  Ġkinci  forma  –  əqdin  notariat 

qaydasında qeydi və təsdiqidir. 

 

Sadə yazılı formada bağlanan əqdlər 

Maddədə göstərilir ki, sadə yazılı formalı əqdin etibarlı olması üçün əqddə iĢtirak edən Ģəxslərin imzaları 

kifayətdir.  Notariat  qaydasında  təsdiqlənməsi  tələb  edilən  əqdlər  istisna  olmaqla,  aĢağıdakı  əqdlər  sadə  yazılı 

formada bağlanmalıdır: 

1.

 

Hüquqi Ģəxslərin öz arzularında və fiziki Ģəxslərlə əqdləri; 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə