Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

65 

 

qeydiyyat  kitablarından  övladlığa  götürənlərin  övladlığa  götürülənin  doğma  valideynləri  olmadığını  göstərən 



çıxarıĢlar vermək qadağan edilir. 

130.3.  Övladlığa  götürənin  iradəsi  ziddinə  övladlığa  götürmə  sirrini  yaymıĢ  Ģəxslər  qanunla  müəyyən 

edilmiĢ qaydada məsuliyyətə cəlb olunurlar. 

Beləliklə,  övladlığa  götürmə  nəticəsində  aĢağıdakı  Ģəxslər  arasında  qarĢılıqlı  hüquq  və  vəzifələr  əmələ 

gəlir: 

a) Övladlığa götürülənlərlə övladlığa götürənlər arasında; 



b) Övladlığa götürülənlərlə övladlığa götürənin nəsli (uĢaqları, nəvələri) və övladlığa götürən arasında; 

q) Övladlığa götürülənin nəsli və övladlığa götürənin qohumları arasında. 

 

 

 

Övladlığa götürmənin ləğv edilməsi 

Övladlığa götürmənin ləğv edilməsi haqqında iĢlərə iddia qaydasında baxılır: 

1.

 

Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri; 



2.

 

UĢağın valideynləri; 



3.

 

Övladlığa götürülən 14 yaĢına çatmıĢ uĢaq və; 



4.

 

Yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanları həyata keçirirlər. 



Övladlığa  götürmənin  ləğv  edilməsi  haqqında  tələblərə  iddia  müddəti  Ģamil  edilmir,  çünki  burada  çox 

mühüm və müstəsna əhəmiyyət kəsb edən Ģəxsi, yəni qeyri-əmlak ailə hüququ münasibətlərinə toxunulur. 

Övladlığa  götürmənin  ləğv  olunması  məhkəmə  qaydasında  həyata  keçirilir.  Övladlığa  götürmənin  ləğv 

olunması barədə iĢə qəyyumluq və himayə orqanının iĢtirakı ilə baxılır. Məhkəmənin övladlığa götürməni ləğv 

etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. 

Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3 gün ərzində 

həmin  qətnamədən  çıxarıĢı  övladlığa  götürmənin  dövlət  qeydiyyatına alındığı ərazi  üzrə  Ədliyyə  Nazirliyinin 

vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı orqanına göndərməlidir. 

Övladlığa götürmə aĢağıdakı hallarda ləğv edilir. 

132.1. Övladlığa götürənlər onlara həvalə edilmiĢ valideynlik vəzifələrini yerinə yetirmədikdə. 

132.2. Övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə. 

132.3. Övladlığa götürənlər övladlığa götürülən uĢağa qəddar münasibət bəslədikdə. 

132.4. Övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda. 

Məhkəmə  uĢağın  rəyini  nəzərə  almaqla  onun  mənafeyi  naminə  digər  əsaslarla  da  övladlığa  götürməni 

ləğv edə bilər. 

Övladlığa  götürülənlər  və  onların  övladları  övladlığa  götürənlərə  və  onların  qohumlarına  münasibətdə, 

eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz 

Ģəxsi və qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənĢəcə qohumlarla bərabər tutulurlar. 

Övladlığa götürülən uĢaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə Ģəxsi geri-əmlak və əmlak hüquq 

və vəzifələrini itirirlər. 

Məhkəmə  övladlığa  götürülməni  ləğv  etdikdə,  övladlığa  götürülmüĢ  uĢağın  və  övladlığa  götürənlərin 

(onların qohumlarının) qarĢılıqlı hüquq və vəzifələrinə xitam verilir. UĢağın mənafeyi bunu tələb edərsə, onunla 

valideynləri (onun qohumları) arasında qarĢılıqlı hüquq və vəzifələr bərpa olunur. 

Övladlığa  götürmə  ləğv  olunduqda,  uĢaq  məhkəmənin  qətnaməsi  ilə  valideynlərlə  qaytarılır.  Bu  halda 

uĢağın valideynləri olmadıqda, yaxud uĢağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, uĢaq yerli 

icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanının himayəsinə verilir. 

Məhkəmə uĢağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanılıb – saxlanılmasını da həll edir. 10 

yaĢı tamam olmuĢ uĢağın adı və soyadı onun öz razılığı ilə dəyiĢdirilə bilər. 

UĢaq  yetkinlik  yaĢına  çatdıqda  övladlığa  götürmənin  ləğvinə  yol  verilmir.  Lakin  övladlığa  götürən, 

övladlığa  götürülən  və  övladlığa  götürülənin  valideynləri  (valideynlər  sağdırsa,  valideynlik  hüquqlarından 

məhrum  olunmamıĢdırsa,  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməmiĢdirsə)  arasında 

qarĢılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. 

 

 

8. UĢaqlar üzərinə qəyyumlun və himayəçilik 



 

Qəyyumluq və himayə ailə qanunvericiliyi ilə müəyyən edilmiĢ elə bir hüquqi aktdır ki, bu valideynlərini 

itirmiĢ  uĢaqlara  onların  saxlanması,  tərbiyə  olunması,  təhsil  alması,  habelə  onların  hüquq  və  vəzifələrinin 

qorunması məqsədilə müəyyən olunur. 

Qəyyumluq 14 yaĢınadək, himayəçilik 14 yaĢından 18 yaĢınadək olan uĢaqlar üzərində təyin edilir. 



66 

 

Qəyyumluq və himayəçilik həmçinin səhhətinə görə müstəqil olaraq öz hüquqlarını həyata keçirməyə və 



vəzifələrini  yerinə  yetirməyə  qadir  olmayan  yetkinlik  yaĢına  çatan  Ģəxslərin  Ģəxsi  və  əmlak  hüquqları  və 

mənafeyinin müdafiəçi üçün və onlara lazımi qulluq edilməsinin və qayğı göstərilməsinin təmin olunması üçün 

müəyyən  edilir.  Qəyyumluğun  və  himayəçiliyin  əsas  məqsədi  valideyn  himayəsindən  məhrum  olan  uĢağın 

yaĢaması və tərbiyəsi üçün münasib Ģərait yaratmaqdır. 

Ailə Məcəlləsinin 20-ci fəsli və 136-145-ci maddəsində deyilir. «Yalnız yetkinlik yaĢına çatmıĢ və tam 

fəaliyyət qabiliyyəti olan Ģəxslər qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və baĢqa 

cəhətləri,  onun  qəyyumluq  (himayə)  vəzifəsini  yerinə  yetirə  bilməsi,  onun  və  ailəsinin  uĢaqla  ünsiyyəti  və 

münasibəti,  habelə  mümkünsə,  uĢağın  öz  arzusu  nəzərə  alınmalıdır.  Alkoqolik  və  narkomanlar,  qəyyumlun 

(himayə)  vəzifələrini  icra  etməkdən  kənarlaĢdırılmıĢ,  valideynlik  hüquqları  məhdudlaĢdırılmıĢ  Ģəxslər,  keçmiĢ 

övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuĢsa və səhhətinə görə uĢağı tər-

biyə etmək vəzifəsini həyata keçirə bilməyən Ģəxslər qəyyum (himayəçi) ola bilməzlər». 

Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləĢən 

uĢaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərlərinə həvalə edilir. UĢaqların 

müvəqqəti olaraq belə müəssisələrə yerləĢdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdud-

laĢdırır. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  qəyyumluqda 

(himayədə) olan uĢaqlar aĢağıdakı hüquqlara malikdirlər: 

1.

 



Qəyyumun  (himayəçinin)  ailəsində  tərbiyə  almaq,  onlardan  qayğı  almaq,  qəyyum  (himayəçi)  ilə 

birlikdə yaĢamaq; 

2.

 

Onların  saxlanması,  tərbiyəsi,  təhsili,  hərtərəfli  inkiĢafı  və  insan  ləyaqətinə  hörmət  edilməsi  üçün 



Ģəraitlə təmin olunmaq; 

3.

 



Onlara düĢən pensiya, müavinət, aliment və s. sosial ödəniĢləri almaq; 

4.

 



YaĢadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq 

ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq. 

Valideyn  himayəsindən  məhrum  olub,  tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi  müəssisələrində  və 

digər analoji müəssisələrdə qalan uĢaqlar aĢağıdakı hüquqlara malikdirlər: 

140.1.  Saxlanılmaq,  tərbiyə  və  təhsil  almaq,  hərtərəfli  inkiĢaf  etmək,  ləyaqətinə  hörmət  göstərmək  və 

maraqlarını təmin etmək. 

140.2. Onlara düĢən pensiya, müavinət və baĢqa sosial ödəniĢləri almaq. 

140.3.  Mənzil  (ev)  sahəsi  üzərində  mülkiyyət  hüququnu,  mənzildən  (evdən)  istifadə  etmək  hüququnu 

saxlamaq, mənzili (evi) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil sahəsi almaq. 

140.4.  Qeyd  edilən  müəssisələrdən  qayıtdıqdan  sonra  Azərbaycan  Respublikasının  əmək 

qanunvericiliyinə uyğun olaraq iĢə düzəlməkdə güzəĢtlərdən istifadə etmək. 

 

Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri 

UĢağı  tərbiyə  etmək,  onun  sağlamlığının,  fiziki  və  psixi,  mənəvi  və  əxlaqi  inkiĢafının  qeydinə  qalmaq 

uĢağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Qəyyumluqda (himayədə) olan uĢağın qəyyumunun 

(himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və uĢağın rəyini nəzərə almaqla, onun tərbiyə 

üsullarını  sərbəst  müəyyənləĢdirmək  hüququ  vardır.  Qəyyum  (himayəçi)  uĢağın  rəyinə  uyğun  olaraq  onun 

ümumi  orta  təhsil  alması  üçün  təhsil  müəssisəsini  və  təhsilin  formasını  seçmək  hüququna  malikdir,  uĢağın 

ümumi orta təhsil almasını təmin etməlidir. 

Qəyyumluqdan (himayədə) olan uĢağın hər hansı təĢkilat, Ģəxs və ya yaxın qohum qanuni əsas olmadan 

saxlayarsa, qəyyumun  (himayəçinin)  məhkəmə  yolu  ilə  uĢağın  qaytarılmasını tələb etmək  hüququ  var.  UĢağın 

valideynləri, yaxın qohumları ilə ünsiyyət uĢağın maraqlarına cavab vermədiyi hallarda baĢqa, qəyyumun (hi-

mayəçinin) uĢağın onlarla ünsiyyət saxlamasına icazə verməmək hüququ yoxdur. 

UĢağa  qəyyumluq  (himayəçilik)  vəzifəsi  təmənnasız  yerinə  yetirilməlidir.  Hər  ay  uĢağın  qəyyumuna 

(himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiĢ maddi vəsait verilir. 



 

Himayədar ailənin yaranması 

Himayədar ailə uĢağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu müqavilə qəyyumluq 

və  himayə  orqanı ilə  himayədar  valideynlər (uĢağı tərbiyə  olunmaq  üçün  ailəyə  götürmək  arzusunda  olan ər-

arvad  və  ya  ayrı-ayrı  vətəndaĢlar)  arasında  bağlanır.  Himayədar  ailəyə  tərbiyə  üçün  yalnız  yetkinlik  yaĢına 

çatmamıĢ uĢaq və yalnız müqavilə ilə nəzərdə tutulmuĢ müddətə verilə bilər. 

Himayədar ailə haqqında əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur. 

UĢağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilədə hökmən onun yaĢayıĢ, tərbiyə və təhsil Ģəraiti, 

himayəçi valideynlərin hüquq və vəzifələri, qəyyumluq və himayə orqanının himayədar ailə qarĢısında vəzifələ-

ri, bu müqavilənin ləğv olunmasının əsasları və nəticələri göstərilir. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə