Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

53 

 

Qanunla  müəyyən  edilmiĢ  Ģərtlərin  pozulması  nəticəsində  bağlanmıĢ  nikahın  etibarsızlığı  haqqında 



məhkəmə tərəfindən qətnamə çıxarılanadək, onu heç kəs etibarsız hesab edə bilməz. 

Nikahı  etibarsız  hesab  etmək  o  deməkdir  ki,  nikah  əvvəldən  qanunauyğun  olmamıĢdır,  yəni  hüquqi 

cəhətdən ümumiyyətlə mövcud olmamıĢdır. 

Nikahın məhkəmə tərəfindən etibarsız hesab edilməsi haqqında iĢlərə iddia qaydasında baxılır. Lakin bu 

iĢlərə boĢanma iĢləri üçün müəyyən edilmiĢ qaydalar üzrə baxılmır. Bu, onunla izah edilir ki, boĢanma haqqında 

iĢlərdə məhkəmə əvvəldən qanuni olan nikahın pozulması barəsində ər və arvadın (ya da onlardan birinin) xahi-

Ģinin nikaha və ailəyə qeyri-ciddi münasibətdən irəli gəldiyini müəyyən edirsə və nikahı saxlamağın zəruriliyi 

və məqsədəuyğunluğu qərarına gələrsə, onda məhkəmə nikahı saxlamaq üçün tədbirlər görməyə, ər və arvadı 

barıĢdırmağa borcludur. Nikahın etibarsız hesab edildiyi iĢlərdə, yəni əvvəldən qeyri-qanuni olan nikah iĢlərində 

isə  məsələni  bu  cür  qoymaq  olmaz.  Çünki  qanunsuz  olan  nikahda  tərəflərin  barıĢdırılmasından  söhbət  gedə 

bilməz. 

Ailə  qanunvericiliyinə  görə  yalnız  vətəndaĢlıq  vəziyyəti  aktlarını  qeydə  alan  dövlət  orqanlarında 

bağlanmıĢ nikah tanınır. 

Ailə Məcəlləsinin 10 və 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuĢ Ģərtlər pozulduqda, 

eləcə  də  tərəflərdən  birinin  və  ya  hər  ikisinin  ailə  qurmaq  niyyəti  olmadıqda  bağlanın  nikah  (saxta  nikah) 

etibarsız sayılır. Yəni nikahın bağlanmasına aĢağıdakı hallarda yol verilmir: 

1.

 

Nikah üçün müəyyən olunmuĢ yaĢa çatmadıqda; 



2.

 

Yaxın  qohumlar  (valideynlər  və  uĢaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və  ögey  bacı  və  qardaĢlar) 



arasında; 

3.

 



Övladlığa götürülənlər və övladlığa götürənlər arasında; 

4.

 



Ġkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət 

qabiliyyəti olmayan hesab edilən Ģəxslər arasında; 

5.

 

Nikaha  daxil  olan  Ģəxslərdən  biri  özündə  dəri-zöhrəvi  xəstəliyinin  və  insanın  immunçatıĢmazlığı 



virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə. 

Nikah  məhkəmə  qaydasında  etibarsız  sayılır.  Məhkəmə  nikahın  etibarsız  sayılması  barədə  qanuni 

qüvvəyə  minmiĢ  qətnamədən  çıxarıĢı  3  gün  müddətində  nikahın  bağlandığı  müvafiq  vətəndaĢlıq  aktlarının 

dövlət qeydiyyatı orqanına göndərməyə borcludur. 

Ailə  qurmaq  niyyəti  olmadan  nikah  bağlanması  halı Azərbaycan  Respublikası Ailə  Məcəlləsinin  12-ci 

maddəsində  göstərilən  nikahın  bağlanmasına  mane  olan  hallar  siyahısına  daxil  edilməmiĢdir.  Deməli  ailə 

qurmaq niyyəti olmadan nikahın bağlanması halı nikahı etibarsız hesab etmək üçün müstəqil əsas sayıla bilməz. 

Çox  ehtimal  ki,  saxta  nikahın  qanunsuzluğu  nikahın bağlanması  üçün  ən  mühüm  Ģərtlərdən  biri  hesab  edilən 

nikaha  daxil  olan  Ģəxslərin  qarĢılıqlı  razılığının  pozulmasındadır.  Saxta  nikahda  qarĢılıqlı  razılıq  yalnız  zahiri 

xarakter daĢıyır, görünüĢ üçündür, əslində isə nikaha daxil olanların məqsədi (iradəsi) ailənin, ər-arvadın hüquq 

və vəzifələrinin yaradılmasına yönəldilmir. Saxta nikahın qeydə alınması isə tamamilə baĢqa məqsəd, məsələn, 

evə  yazılmaq,  mənzil  sahəsinə  hüquq  əldə  etmək,  pensiya  və  ya  digər  əmlak  hüququna  malik  olmaq  və  s. 

daĢıyır.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  ailə  hüququ  üzrə,  həqiqətən  kiĢi  ilə  qadının  qarĢılıqlı  razılığı 

əsasında  bağlanmayan,  həqiqətən  ailə  qurmaq  məqsədi  güdməyən,  nikaha  daxil  olanların  hər  ikisinin  razılığı 

yalnız zahiri xarakter daĢıyan nikah saxta, etibarsız hesab edilməlidir. 

Ailə  Məcəlləsinin  26-cı  maddəsinə  görə  aĢağıdakı  Ģəxslər  nikahın  etibarsız  sayılmasını  tələb  etmək 

hüququna malikdirlər: 

-  Nikah  yaĢına  çatmayan  Ģəxslə  və  nikah  yaĢına  çatana  qədər  nikaha  daxil  olmaq  üçün  ailə 

qanunvericiliyində nəzərdə tutulmuĢ icazə almadıqda nikah bağlanarsa – yetkinlik yaĢına çatmayan ər (arvad), 

onun  valideynləri  (onları  əvəz  edən  Ģəxslər)  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı  (yerli  icra  hakimiyyəti 

orqanı); 

-  Nikah  tərəflərdən  birinin könüllü razılığı  olmadan,  yəni  məcburiyyət,  aldatma,  yanılma  nəticəsində  və 

ya  nikaha  daxil  olan  Ģəxs  nikahın  bağlanmasının  dövlət  qeydiyyatı  anında  öz  hərəkətlərinin  mahiyyətini 

anlamaq  və  onları  iradə  etmək  iqtidarında  olmadıqda  bağlanarsa  –  nikah  bağlanarkən  hüquqları  pozulmuĢ  ər 

(arvad); 

-  Nikahın  bağlanmasına  mane  olan  hallar  barədə  məlumatı  olmayan  ər  (arvad),  məhkəmə  qaydasında 

fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu. 

- PozulmamıĢ əvvəlki nikah üzrə ər (arvad); 

- Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 

- AĠDS xəstəliyi olan Ģəxs bunu gizlətdikdə, hüquqları pozulmuĢ ər (arvad). 

Nikah yaĢına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən Ģəxslərlə 

bağlanan  nikahın  etibarsız  sayılması  barədə  iĢə  baxılarkən  yerli  icra  hakimiyyətlərinin  qəyyumluq  və  himayə 

orqanları iĢdə iĢtirak etməyə cəlb olunmalıdır. 



54 

 

Yetkinlik  yaĢına  çatmayan  ərin  (arvadın)  mənafeyi  tələb  etdikdə,  eləcə  də  nikahın  etibarsız  sayılması 



barədə  onun  razılığı  olmadıqda,  nikah  yaĢına  çatmayan  Ģəxslə  bağlanmıĢ  nikahın  etibarsız  sayılması  barədə 

iddianı məhkəmə rədd edə bilər. 

Saxta nikaha daxil olmuĢ Ģəxslər məhkəmədə iĢə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə 

nikahı saxta hesab edə bilməz. 

Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 

gün ərzində doğulan uĢaqların hüquqlarına təsir etmir. 

Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiĢ Ģəxslə nikaha daxil olmaq, nikahı etibarsız hesab etmək üçün 

əsasdır. Yalnız tibbi komissiya tərəfindən Ģəxsin sağalmasının müəyyən edilməsi və buna əsasən onun fəaliyyət 

qabiliyyəti olmayan Ģəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsinin ləğv edilməsi həmin nikahı etibarsız 

hesab etməyə əsas ola bilər. 

Nikahın bu və ya digər səbəbə görə etibarsız hesab edilməsini həmin nikahda olmuĢ ər (arvad) öləndən 

sonra da tələb etmək olar. Məsələn, arvad özünün ölmüĢ ərinin sağlığında onun baĢqa qadınla bağladığı ikinci 

nikahın etibarsız sayılması haqqında iddia irəli sürür. Ġkinci nikah etibarsız sayıldıqda, ölmüĢ kiĢinin varisi onun 

ikinci arvadı deyil, birinci arvadı hesab edilməlidir. Bu nikahın ərin (arvadın) baĢqa vərəsələrinin, habelə dövlət 

orqanlarının və ictimai orqanların da marağı ola bilər. 

 

Nikahın etibarsız hesab edilməsinin nəticələri 

Nikahın  etibarsızlığı  haqqında  qanuni  qüvvəyə  minmiĢ  məhkəmə  qətnaməsinə  əsasən  vətəndaĢlıq 

vəziyyəti aktlarını qeydə alan dövlət orqanı həmin nikahın qeyri-qanuni qeydini ləğv edir. 

Nikah etibarsız sayıldıqda ər və arvad üçün nikahdan əmələ gələn qarĢılıqlı hüquq və vəzifələr ləğv edilir. 

Biz yuxarıda qeyd etdik ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12-ci maddələrində müəyyən 

edilmiĢ Ģərtlər pozulduqda nikah etibarsız hesab edilir. Bu tamamilə doğrudur. Lakin demək lazımdır ki, əgər 

nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə nikahı etibarsız hesab edə bilməz. Məsələn, 

övladlığa götürülən qızla nikaha daxil olmaq, hərçənd bu olduqca nadir haldır, lakin buna baxmayaraq, o, heç də 

həmiĢə nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məsələn, iĢə məhkəmədə baxılan zaman müəyyən 

olur  ki,  artıq  qızlığa  götürmə  haqqında  rayon  icra  hakimiyyəti  orqanının  qərarı  ləğv  edilmiĢdir.  Bu  halda 

keçmiĢdə  qeyri-qanuni  hesab  edilən  nikaha  qanuni  (qanunauyğun)  xarakter  verilir.  Ailə  hüququ  dilində  bu 

sanirovanie  (lam.  Sanarel  müalicə  eləmək)  adlanır,  yəni  sağalmaq.  BaĢqa  bir  misal.  Əgər  ruhi  xəstə  vətəndaĢ 

məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyətini  itirmiĢ  hesab  ediləndən  sonra  nikaha  daxil  olmuĢ,  lakin  nəticədə 

sağalmıĢdırsa,  belə  halda  məhkəmənin  onun  fəaliyyət  qabiliyyətinin  bərpa  edilməsi  haqda  qətnaməsi  qanuni 

qüvvəyə mindiyi vaxtdan həmin nikahı etibarsız hesab etməyin əsası aradan qalxmıĢdı. Əgər ər (arvad) nikahın 

saxlanmasını  arzu  edirsə,  onda  buna  qanuni  nöqteyi-nəzərdən  artıq  maneçilik  yoxdur.  Məlumdur  ki,  nikahın 

bağlanmasına Mane olan hallardan biri də nikaha daxil olan Ģəxslərdən heç olmazsa ikisindən birinin baĢqa Ģəxs 

ilə nikahda olmasıdır. Lakin nikahı etibarsız hesab etmək haqqında iĢə məhkəmə tərəfindən baxılarkən müəyyən 

olunur  ki,  həmin  Ģəxsin  birinci  nikahda  olan  əri  (arvadı)  ölmüĢdü.  Beləliklə,  ikinci  nikahı  etibarsız  hesab 

etməyin əsası aradan qalxmıĢdı. Nəhayət, qeyd etmək lazımdır ki, nikahın bağlanmasına mane olan hal yaxın 

qohumluqdur. 

 

5. Ər-arvadın hüquq və vəzifələri 

 

Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  edilmiĢ  qadın  və  kiĢinin  hüquq  bərabərliyinə  uyğun 



olaraq ər və arvad ailə münasibətlərində bərabər Ģəxsi və əmlak hüquqlarına malikdirlər. 

Nikahın qeydə alınması nəticəsində ər-arvad arasında əmələ gələn hüquqi münasibətlər iki qrupa: 

a) ġəxsi, yəni qeyri-əmlak münasibətlərinə; 

b) Əmlak xarakterli münasibətlərə. 

ġəxsi hüquq münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, bu münasibətlərin iqtisadi məzmunu yoxdur. 

Onların  təbiəti  əmtəə-pul  dəyərindən  azaddır.  Ailənin  simasını  Ģəxsi  hüquq  münasibətləri  təĢkil  edir.  ġəxsi 

hüquq münasibətləri əmlak münasibətlərinə nisbətən həlledici rol oynayır. Bu isə təsadüfi deyildir. Çünki Ģəxsi 

hüquq münasibətləri ər-arvadın məhəbbətə, dostluğa, qarĢılıqlı hörmətə və Ģəxsi meylə əsaslanaraq bağladıqları 

nikahın mahiyyətindən irəli gəlir, nikaha daxil olanların məqsədi ümumi əmlak qazanmaq (əldə etmək) yox, əsl 

ailə qurmaqdır. 

Ər-arvadın Ģəxsi hüquqlarına aiddir: 

a) Ġstədiyi məĢğuliyyəti, sənəti və yaĢayıĢ yerini seçmək hüququ; 

b) Ailə həyatının məsələlərini birlikdə həll etmək hüququ. 

Analıq, atalıq, uĢaqların tərbiyəsi və təhsili eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi 

prinsiplərinə  uyğun  olaraq  birgə  həll  edilir.  Ər  (arvad)  özünə  məĢğuliyyət,  sənət  və  yaĢayıĢ  yeri  seçməkdə 

azaddır. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə