Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

51 

 

çatmamıĢ qızın hamilə olması və ya uĢaq doğması, oğlanın hərbi qulluğa çağırılması, yaxud digər ciddi səbəblər 



ola bilər. 

Azərbaycan dövləti nikahın mahiyyətini və məqsədini habelə vətəndaĢların ictimai və Ģəxsi mənafeyinin 

ahəngdar  Ģəkildə  əlaqələndirildiyi  Azərbaycan  ailəsinin  möhkəmləndirilməsini  özünün  ən  mühüm 

vəzifələrindən biri olmasını nəzərə alaraq nikahın bağlanması üçün bir sıra Ģərtlər müəyyən etmiĢdir: 

a) Nikaha daxil olan Ģəxslərin qarĢılıqlı razılığı; 

QarĢılıqlı  razılığın  mahiyyəti  ondan  ibarətdir  ki,  müasir  cəmiyyətimizdə  nikah  baĢqasının 

məcburiyyətindən tamamilə asılı olmayaraq, yalnız evlənmək arzusunda olanların iradəsi ilə bağlanılır. 

«QarĢılıq  razılıq»  anlayıĢı  o  deməkdir  ki,  evlənmək  arzusunda  olanlar  nikahın  bağlanması  üçün 

məcburiyyət  olmadan,  Ģüurlu  və  könüllü  sürətdə  nikahın  qeydə  alınmasının  mənasını  və  nəticələrini  baĢa 

düĢərəkdən öz iradələrini ifadə edilər. 

b) Nikah yaĢı. 

Göstərmək  lazımdır  ki,  tələb  olunan  minimum  yaĢ  qanunla  müəyyən  edilmiĢdir  ki,  nikah  qeyd  edilən 

zaman ona riayət olunsun, nikah bağlayan Ģəxslər cismani, psixoloji və mənəvi cəhətdən yetkin olsunlar. 

AĢağıdakı Ģəxslər arasında nikahın bağlanmasına yol verilir: 

1.

 

Yaxın qohumlar (valideynlər və uĢaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası 



olan) qardaĢ və bacılar); 

2.

 



Övladlığa götürənlər və övladlığa götürülənlər arasında; 

3.

 



Ġkisindən biri və ya hər ikisi baĢqası ilə nikahda olan Ģəxslər arasında; 

4.

 



Ġkisində biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət 

qabiliyyəti olmayan hesab edilən Ģəxslər arasında. 

Evlənmək istəyən Ģəxslərdən heç olmasa biri baĢqası ilə pozulmamıĢ nikahdadırsa, belə Ģəxslər arasında 

nikah qeyd edilmir. ġəxs ancaq bir rəsmi nikahda ola bilər: nə qədər ki, boĢanma yolu ilə pozulmamıĢdır, Ģəxsin 

yeni nikaha daxil olması qadağandır. 

Nikahın  daxil  olan  Ģəxslərin  tibbi  müayinəsi,  tibbi  genetik  və  ailənin  planlaĢdırılması  məsələləri  üzrə 

məsləhət verilməsi onların razılığı ilə yaĢayıĢ yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata 

keçirilir. 

Nikah daxil olan Ģəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. 

Nikaha  daxil  olan  Ģəxslərdən  biri  özündə  dəri  zöhrəvi  xəstəliyinin  və  insanın  immun  çatıĢmazlığı 

virusunun  törətdiyi  xəstəliyin  (AĠDS)  olmasını  o  birindən  gizlətdikdə,  digər  tərəf  nikahın  etibarsız  sayılması 

tələbi ilə məhkəməyə müraciət edə bilər. 

Nikaha  daxil  olma  qaydasının  müəyyən  edilməsində  məqsəd  ailə  qanunvericiliyi  ilə  müəyyən  olunmuĢ 

nikahın bağlanması Ģərtlərinə ciddi əməl olunmasına fəal kömək etməkdir. 

 

 

3. Nikahın xitam edilməsi 



 

Nikaha xitam verilməsi əsasları Ailə Məcəlləsinin IV fəslində öz əksini tapmıĢdır. 14-cü maddəyə görə: 

1.

 

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüĢ elan edildikdə nikaha xitam verilir; 



2.

 

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcədə də məhkəmə qaydasında fəaliyyət 



qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. 

ġəxsin məhkəmə qaydasında ölmüĢ elan olunması nəticəsinə nikahın xitam edilməsi onun ölmüĢ güman 

edilməsinə əsaslanır. Buna görə də həmin adamın sağ olması istisna edilmir. Həmin Ģəxs gəlib çıxdıqda və ya 

onun yeri aĢkar olunduğu halda onun ölmüĢ elan olunması haqqında məhkəmənin qətnaməsi yeni açılmıĢ hallara 

görə Azərbaycan  Respublikasının  MTM-nin  tələbinə  görə  ləğv  edilir  və  bu  vaxtdan  nikah  avtomatik  surətdə 

bərpa  olunmuĢ  hesab  edilir.  Belə  hallarda  nikah  ər-arvadın  iradəsindən  asılı  olmadan  bağlandığı  vaxtdan 

bilavasitə qanunun göstəriĢinə əsasən bərpa olunur. Əgər onlar birgə ailə həyatını davam etdirmək istəməsələr, 

öz nikahlarını boĢanma yolu ilə poza bilərlər. Nikahı aĢağıdakı hallarda bərpa etmək olar: 

a)  Əgər  ərin  (arvadın)  ölmüĢ  elan  olunması  haqqında  məhkəmənin  qətnaməsi  ləğv  olunmuĢsa, 

məhkəmənin bu yeni qətnaməsinə əsasən ərin (arvadın) ölmüĢ elan olunması haqqında qeyd ləğv edilir; 

b) Əgər ölmüĢ elan edilən Ģəxsin əri (arvadı) yeni nikaha daxil olmamıĢsa, belə halda nikah Ģəxsin ölmüĢ 

elan  edilməsi  haqqında  məhkəmənin  qətnaməsi  ləğv  edildiyi  vaxtdan  avtomatik  surətdə  bərpa  edilir.  ġəxs 

özünün ölmüĢ elan olunmasını bildikdə, əvvəlki nikah boĢanma yolu ilə xitam edilmədən, o, yeni nikaha daxil 

ola bilməz. Əks halda yeni nikah etibarsız hesab edilməlidir. 

Qüvvədə olan Ailə qanunvericiliyi üzrə nikah iki qaydada pozulur: 

1.

 



Nikahın məhkəmə tərəfindən pozulması; 

2.

 



Nikahın vətəndaĢlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozulması. 


52 

 

Ailə məcəlləsinin 15-ci maddəsinə görə arvad hamilə olduğu vaxt və uĢaq doğulduqdan sonra 1 (bir) il 



müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu qaydanın əsas 

məqsədi ananın və uĢağın səhhətini qorumaqdır. BoĢanma prosesi həyəcanlanmaqla bağlı olduğu üçün hamiləlik 

dövründə ananın və uĢağın səhhətinə təhlükə törədə bilər. 

Hamilə  qadının  razılığı  olmadan  boĢanma  haqqında  iddia  ərizəsini  məhkəmə  qəbul  etməkdən  imtina 

etməli, əgər ərizə artıq qəbul olunubsa, məhkəmə iĢ üzrə icraatı xitam etməlidir. 

Ər-arvadın  yetkinlik  yaĢına  çatmayan  ümumi  uĢaqları  olmadıqda,  nikaha  onların  razılığı  əsasında 

vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı orqanında xitam verilə bilər. 

Yetkinlik  yaĢına  çatmayan  ümumi  uĢaqları  olmasından  asılı  olmayaraq  ərin  (arvadın)  ərizəsi  əsasında 

nikaha xitam verilməsi aĢağıdakı hallarda müvafiq vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı orqanında aparılır. 

1.

 



Ər (arvad) məhkəmə qaydasında itkin düĢmüĢ hesab edildikdə; 

2.

 



Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 

3.

 



Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. 

Nikahın pozulması və bu barədə Ģəhadətnamənin verilməsi ərizə verildiyi gündən 1 ay keçdikdən sonra 

müvafiq vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən həyata keçirilir. 

Ailə məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuĢ hallar istisna olmaqla ər-arvadın yetkinlik yaĢına 

çatmayan ümumi uĢaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda məhkəmə qaydasında 

pozulur. 

Ər-arvadın  razılığı  olduqda,  lakin  onlardan  biri  VVAQ-da  nikahın  pozulmasından  yayındıqda  (ərizə 

verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması 

məhkəmə qaydasında həyata keçirilir. 

Ər-arvadın birgə yaĢamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən 

edildikdə, nikah məhkəmə qaydasında pozulur. 

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barıĢması üçün 3 

ay  müddət  müəyyən  etməklə  iĢi  təxirə  sala  bilər.  BarıĢıq  olmadıqda  və  ya  onlar  (onlardan  biri)  nikahın 

pozulmasında təkid etdikdə nikah pozulur. 

Yetkinlik yaĢına çatmayan ümumi uĢaqları olan ər-arvadın nikahın pozulmasına qarĢılıqlı razılığı olduqda 

nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araĢdırılmadan pozulur. 

Nikahın  məhkəmə  qaydasında  pozulması  ər-arvadın  bu  barədə  ərizə  verdikləri  gündən  1  aydan  tez 

olmayaraq həyata keçirilir. 

Nikah  məhkəmə  qaydasında  pozularkən,  ər-arvad  məhkəməyə  yetkinlik  yaĢına  çatmayan  uĢaqlarının 

kiminlə qaldığını, uĢaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün 

vəsaitin  ödənilmə  qaydasını,  bu  vəsaitin  miqdarını  və  ər-arvadın  ümumi  birgə  mülkiyyətinin  bölünməsini 

müəyyən edən saziĢ təqdim edə bilərlər. Göstərilən bu məsələlər üzrə ər-arvad arasında saziĢ olmadıqda, eləcə 

də bu saziĢ uĢaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 

1.

 



BoĢanmadan sonra  yetkinlik  yaĢına çatmayan uĢaqların valideynlərindən hansının yanında qaldığını 

müəyyən etməli; 

2.

 

UĢaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 



3.

 

Ər-arvadın  (onlardan  birinin)  tələbi  ilə  onların  birgə  mülkiyyətindən  olan  əmlakın  bölgüsünü 



aparmalı; 

4.

 



Ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən 

(arvaddan) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan tutulmalı 

olan vəsaitin miqdarını müəyyən etməlidir). 

Əmlak  bölgüsü  üçüncü  Ģəxsin  mənafeyinə toxunduqda,  məhkəmə  əmlak  bölgüsü  haqqında  pozulmanın 

dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin 

qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiĢ sayılır. 

Nikahın  pozulması  barədə  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə  mindiyi  gündən  3  gün  müddətində 

məhkəmə bu qətnamədən çıxarıĢı müvafiq VVAQ orqanına göndərməyə borcludur. 

Ər (arvadın nikahın pozulması haqqında Ģəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz). 

 

 



4. Nikahın etibarsız hesab edilməsi 

 

Azərbaycan  Dövləti  Nikahın  qeydə  alınmasının  həm  dövlət  mənafeyi  və  ictimai  mənafeyi,  həm  də  ər-



arvadın və uĢaqların Ģəxsi və əmlak hüquqların və mənafeyinin mühafizəsi məqsədini əsas tutaraq, nikaha daxil 

olmaq üçün zəruri Ģərtlər etibarsız hesab edilir. Bu Ģərtlərə əməl olunmasa nikah etibarsız hesab edilir. Qanuni 

olmayan nikah ancaq məhkəmə tərəfindən etibarsız sayıla bilər. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə