Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

55 

 

Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri 



nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləĢdirə bilər. 

Nikaha daxil olanların biri və ya hər ikisi qoĢa soyada malik olduqda soyadların birləĢməsinə yol verilmir. 

Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək 

hüququna malikdir. 

Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müddətində 

ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 

Ər-arvadın ümumi birgə mülkiyyətinə aĢağıdakılar daxildir: 

1.

 



Onların  hər  birinin  əmək,  sahibkarlıq  və  intellektual  fəaliyyəti  nəticəsində  əldə  etdikləri  gəlirlər, 

aldıqları pensiya və müavinətlər, ödəmələr (Ģikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində 

əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 

2.

 



Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daĢınar və daĢınmaz əĢyalar, qiymətli kağızlar, kredit 

idarələrinə və s. kommersiya təĢkilatlarına qoyulmuĢ paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-

arvaddan  kimin  adına  əldə  olunmasından,  yaxud  əmanətin  kimin  adına  əldə  olunmasından,  yaxud  əmanətin 

kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı 

sair əmlak; 

3.

 



Nikah  dövründə  ev  təsərrüfatı  ilə  uĢaqlara  qulluq  etməklə  məĢğul  olduğundan  və  ya  digər  üzürlü 

səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 

Ər-arvadın ümumi əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir 

ki, o, digərinin razılığı ilə hərəkət edir. 

Ər-arvadın  ümumi  əmlakı  üzərində  sahiblik,  istifadə  və  sərəncam  hüququ  onların  qarĢılıqlı  razılığı 

əsasında həyata keçirilir. 

Ər-arvaddan birinin daĢınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən 

və  (və  ya)  qeydiyyata  alınan  əqdlər  bağlaması  üçün  digər  tərəfin  notariat  qaydada  təsdiq  edilmiĢ  razılığı 

lazımdır.  Ərin  (arvadın)  bu  barədə  notariat  qaydada  təsdiq  olunmuĢ  razılığı  olmadıqda,  o,  əqdin  həyata 

keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 (bir) il ərzində həmin əqdin etibarsız 

sayılmasını. 

Nikaha daxil olanadək onlara məxsus olan əmlak habelə nikah dövründə hədiyyə Ģəklində və ya vərəsəlik 

qaydasında,  digər  əvəzsiz  əqdlər  üzrə  əldə  etdikləri  əmlak  ər-arvadın  hər  birinin  ayrıca  mülkiyyətindədir  (ar-

arvadın hər birinin əmlakıdır). 

Zinət əĢyaları istisna olmaqla, fərdi istifadə Ģeyləri (geyim, ayaqqabı və s.) 

Nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, 

ona məxsusdur. 

Ər-arvadın  ümumi  əmlakı  onların  saziĢi  əsasında  bölünə  bilər.  Belə  saziĢ  ər-aradın  arzusu  ilə  notariat 

qaydasında təsdiq edilə bilər. 

Mübahisə  olduqdu,  ər-arvadın  ümumi  əmlakının  bölünməsi,  eləcə  də  bu  əmlakda  ər-arvadın  paylarının 

müəyyən  olunması  məhkəmə  qaydasında  həyata  keçirilir.  Məhkəmə  ər-arvadın  ümumi  əmlakını  bölərkən 

onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini 

alan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya baĢqa kompensasiya verilə bilər. 

Məhkəmə  ər-arvadın  ailə  münasibətlərinə  xitam  verdiyi  və  ayrı  yaĢadığı  dövrdə  hər  birinin  qazandığı 

əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 

Yetkinlik yaĢına çatmayan uĢaqların tələbatını ödəmək üçün əldə olunan Ģeylər (geyim, paltar, ayaqqabı, 

məktəbli, idman ləvazimatları, musiqi alətləri, uĢaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uĢaqları 

ilə birgə yaĢayan valideynə verilir. 

Ər-arvadın  ümumi  əmlakı  hesabına  yetkinlik  yaĢına  çatmayan  ümumi  uĢaqların  adına  qoyulmuĢ 

əmanətlər həmin uĢaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 

Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti 

tətbiq olunur. 

Nikah  müqaviləsi  nikaha  daxil  olan  Ģəxslər  arasında  bağlanan,  nikah  dövründə  və  (və  ya)  nikah 

pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziĢdir. 

Nikah  müqaviləsi  ilə  ər-arvad  birgə  mülkiyyətin  qanunla  müəyyən  olunmuĢ  ritmini  dəyiĢərək,  ümumi 

əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi 

tətbiq edə bilərlər. 

Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. 

Ər-arvadın  nikah  müqaviləsində  bir-birinin  qarĢılıqlı saxlanması,  bir-birinin  gəlirlərində iĢtirak  üsulları, 

hər birinin ailə xərclərində iĢtirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düĢəcək 

əmlakı və ər-arvadın əmlak  münasibətlərinə dair hər hansı baĢqa müddəanı müəyyənləĢdirmək hüququna ma-

likdirlər. 




56 

 

Nikah  müqaviləsində  ər-arvadın  hüquq  və  fəaliyyət  qabiliyyətini,  öz  hüquqlarının  müdafiəsi  üçün 



məhkəməyə müraciət etmək hüququnu, uĢaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı 

Ģəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyən,  ehtiyacı  olan  və  əmək  qabiliyyəti  olmayan  ərin  (arvadın) 

saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaĢdıran, ər-arvaddan birini çox əlveriĢsiz vəziyyətə salan və 

ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. 

Nikah  müqaviləsi  nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  qədər,  eləcə  də  nikah  dövründə  istənilən 

vaxtda bağlanıla bilər. 

Nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  qədər  bağlanmıĢ  nikah  müqaviləsi  nikahın  bağlanmasının 

dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Bu müqavilə yazılı formada bağlanır və notariat qaydada 

təsdiq olunur. 

Nikah  müqaviləsinin  bağlanması,  dəyiĢdirilməsi  və  pozulması  barədə  ər  (arvad)  öz  kreditoruna 

(kreditorlarına)  məlumat  verməlidir.  Bu  vəzifəni  yerinə  yetirmədikdə  ər  (arvad)  nikah  müqaviləsinin  məz-

munundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daĢıyır. 



 

 

 

 

Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət 

Ər-arvaddan  birinin  öhdəlikləri  üzrə  ödəmə  yalnız  onun  Ģəxsi  əmlakına  və  ər-arvadın  ümumi  əmlakı 

bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 

Ər-arvadın  ümumi  öhdəlikləri  üzrə,  habelə  ər-arvaddan  birinin  öhdəlikləri  üzrə  alınmıĢ  vəsaitin  ailə 

ehtiyacları  üçün  istifadə  olunduğu  məhkəmə  tərəfindən  müəyyən  edildikdə,  həmin  ərin  (arvadın)  öhdəlikləri 

üzrə  ödəmə  onların  ümumi  əmlakına  yönəldilir.  Bu  əmlak  kifayət  olmadıqda,  həmin  öhdəliklər  üzrə  ər-arvad 

onların hər birinin əmlakı ilə birgə məsuliyyət daĢıyırlar. 

Yetkinlik  yaĢına  çatmayan  uĢaqlarının  vurduğu  zərərə  görə  ər-arvad  mülki  qanunvericiliklə  müəyyən 

olunmuĢ qaydada məsuliyyət daĢıyırlar. 

 

 



6. Ailə üzvlərinin aliment öhdəlikləri 

 

Azərbaycan  Respublikasının Ailə  Məcəlləsinin  5-ci  bölməsi Ailə  üzvlərinin  aliment  öhdəliklərinə  həsr 



olunmuĢdur. Məcəllənin 13-cü fəsli «Valideynlərin və uĢaqların aliment öhdəlikləri»ni nizama salır. 

Valideynlər yetkinlik yaĢına çatmayan, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan 

yetkinik  yaĢına  çatmıĢ  uĢaqlarını  saxlamağa  borcludurlar.  Ailə  hüququna  əsasən  uĢaqlara  aliment  vermək 

vəzifəsi valideynlərin hər ikisinin üzərinə düĢür. 

Aliment hüququ münasibətində hüququn subyekti uĢaqdır. UĢağın xeyrinə alimentin tutulması haqqında 

iddia  verən  valideyn  isə  onun  qanuni  nümayəndəsidir.  Bu  qayda  uĢağın  həm  atasına,  həm  də  anasına  aiddir. 

Məsələn,  ana  uĢağın  saxlanması  üçün  iddia  irəli  sürərkən  o,  Ģəxsən  öz  adından  deyil,  uĢağın  adından  onun 

qanuni nümayəndəsi kimi çıxıĢ edir. Bu zaman ana alimentin tutulması barədə özünün hüququnu yox, uĢağın öz 

atasından aliment almaq hüququnu həyata keçirir. 

UĢaqlarını  saxlamağın  qayda  və  formasını  valideynlər  müstəqil  müəyyən  edilər.  Valideynlər  yetkinlik 

yaĢına  çatmayan  uĢaqlarını  saxlamaq  barədə  saziĢ  (aliment  ödənilməsi  barədə  saziĢ)  bağlamaq  hüququna 

malikdirlər. 

Valideynlər  öz  uĢaqlarının saxlanması  üçün  könüllü  surətdə  vəsait  verməkdən  boyun  qaçırdıqda,  vəsait 

məhkəmə qaydasında tutula bilər. Aliment ödənilməsi barədə valideynlər arasında saziĢ olmadıqda, valideynlər 

(onlardan  biri)  uĢaqları  saxlamadıqda  və  məhkəməyə  bu  barədə  iddia  verilmədikdə Yerli  icra  hakimiyyəti  or-

qanının  qəyyumluq  və  himayə  orqanı  yetkinlik  yaĢına  çatmayan  uĢaqlar  üçün  aliment  tutulması  barədə 

valideynlərə (onlardan birinə) qarĢı iddia qaldırmaq hüququna malikdir. 

Aliment ödənilməsi barədə razılıq almadıqda uĢaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 

hər ay aĢağıdakı miqdarda aliment tutulur: 

1.

 



Bir uĢağa görə – qazancın və (və ya) valideynlərin baĢqa gəlirlərinin dörddə bir hissəsi; 

2.

 



Ġki uĢağa görə – qazancın (baĢqa gəlirlərin) üçdə bir hissəsi; 

3.

 



Üç və daha çox uĢağa görə – qazancın (baĢqa gəlirlərin) yarısı. 

Bu  payların  miqdarı  məhkəmə  tərəfindən  tərəflərin  ailə  və  maddi  vəziyyəti,  eləcə  də  diqqətəlayiq  olan 

baĢqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

Valideyn himayəsindən məhrum olunmuĢ  və tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində 

və  digər  analoji  müəssisələrdə  yerləĢdirilən  uĢaqların  valideynlərindən  tutulan  aliment  həmin  müəssisələrin 

hesabına keçirilir və hər bir uĢağın özünə xərclənir. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə