Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

42 

 

qətnamə (qərar) qəbul edilərsə, onda iĢəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək 



o, əvvəlki vəzifəsinə və ya razılığı ilə baĢqa vəzifəyə (iĢə) bərpa olunmalıdır. 

 

 



8. ĠĢ vaxtı 

 

Əmək  hüquq  üçün  o  xarakterikdir  ki,  iĢ  vaxtı  əmək  münasibətlərinin  ünsürü  kimi  çıxıĢ  edir  və  hüquqi 



cəhətdən tənzim edilir. Əmək hüququ üzrə iĢ vaxtı dedikdə, iĢçinin kollektiv və fərdi əmək müqaviləsinə, habelə 

daxili  əmək  nizam  qaydalarına  uyğun  surətdə  iĢəgötürənin  sərəncamlarının  və  əmək  öhdəliklərinin 

(vəzifələrinin) yerinə yetirilməsinə sərf olunan vaxt baĢa düĢülür. Məhz bu vaxt hüquqi cəhətdən tənzim edilir. 

Əmək hüququ üzrə iĢ vaxtına belə bir tərif də vermək olar ki, iĢ vaxtı iĢçinin əmək müqaviləsinə və daxili 

əmək nizam qaydalarına uyğun olaraq iĢəgötürənin sərəncamında olduğu və əmək vəzifələrini yerinə yetirdiyi 

vaxtdır. ĠĢ vaxtının növləri və tənzimlənməsi qaydaları aĢağıdakılardan ibarətdir: 

1. Tam iĢ vaxtı və onun müddəti. 

Tam  iĢ  vaxtı  müddəti  Əmək  Məcəlləsi  ilə  nəzərdə  tutulmuĢ  həftəlik  və  gündəlik  iĢ  saatları  ərzində 

iĢçilərin  əmək  funksiyasını  yerinə  yetirməsi  üçün  müəyyən  edilmiĢ  zamandır.  Gündəlik  normal  iĢ  vaxtının 

müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik iĢ vaxtına uyğun olan həftəlik normal iĢ vaxtının müddəti 40 

saatdan artıq müəyyən edilə bilməz. 

2. Həftəlik tam iĢ vaxtının müəyyən edilməsi. 

Bir  qayda  olaraq,  iki  istirahət  günü  olan  beĢgünlük  iĢ  həftəsi  müəyyən  edilir.  Ġstehsalın,  iĢin,  xidmətin  və 

əmək Ģəraitinin xarakterindən asılı olaraq iĢəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iĢ vaxtının 

müddəti  çərçivəsində  altıgünlük  iĢ  həftəsi  müəyyən  edə  bilər.  Altıgünlük  iĢ  həftəsində  həftəlik  norma  40  saat 

olduqda gündəlik iĢ vaxtının müddəti yeddi saatdan, həftəlik norma 36 olduqda, iĢ vaxtının müddəti 6 saatdan və 

həftəlik norma 24 saat olduqda gündəlik iĢ vaxtının müddəti 4 saatdan çox ola bilməz. 

3. QısaldılmıĢ iĢ vaxtı. 

ĠĢçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaĢı, səhhəti, əmək Ģəraiti, əmək funksiyasının xüsusiyyətləri və 

digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, 

kollektiv  müqavilənin  Ģərtləri  ilə  qısaldılmıĢ  iĢ  vaxtı  müəyyən  edilə  bilər.  QısaldılmıĢ  iĢ  vaxtının  müddəti  həftə 

ərzində 16 yaĢadək iĢçilər üçün 24 saatdan, 16 yaĢdan 18 yaĢadək iĢçilər və 1-ci və 2-ci qrup əlil olan iĢçilər üçün, 

həmçinin habelə və yaĢyarımadək uĢağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. 

4. Əmək Ģəraiti zərərli olan iĢlərdə çalıĢan iĢçilər üçün iĢ vaxtının qısaldılmıĢ müddəti. 

Əmək Ģəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat 

amilləri mövcud olan əmək Ģəraitli istehsalatlarda, peĢə və vəzifələrdə çalıĢan iĢçilərə həftədə 36 saatdan çox 

olmayan  qısaldılmıĢ  iĢ  vaxtı  müəyyən  edilir.  Həmin  istehsalatların  peĢə  və  vəzifələrin  siyahısı  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

5. Natamam iĢ vaxtı. 

Əmək  Məcəlləsinin  94-cü  maddəsinin  tələbinə  görə  əmək  müqaviləsi  bağlanarkən,  habelə  əmək 

münasibətləri  prosesində  iĢçi  ilə  iĢəgötürənin  qarĢılıqlı  razılığı  ilə  natamam  iĢ  vaxtı  natamam  iĢ  günü,  yaxud 

natamam  iĢ  həftəsi  müəyyən  edilə  bilər.  Natamam  iĢ  vaxtının  müddəti  və  onun  qüvvədə  olduğu  zamanın  – 

ayının, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. 

ĠĢçinin  səhhəti  və  fizioloji  vəziyyəti  (hamiləlik,  əlillik),  habelə  xroniki  xəstəliyi  olan  uĢağının  və  digər 

ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iĢ vaxtında yerinə yetirilməsini tələb 

edərsə, habelə 14 yaĢına çatmamıĢ, yaxud 16 yaĢınadək əlil uĢağı olan qadınlara ərizələrilə iĢəgötürən natamam 

iĢ vaxtı (iĢ günü, yaxud iĢ həftəsi) müəyyən edilməlidir. 

Bir qayda olaraq tam olmayan iĢ vaxtı iĢçinin xahiĢi ilə müəyyən olunur. Əgər belə bir iĢ vaxtının tətbiq 

olunmasının  təĢəbbüskarı  iĢəgötürən  olarsa,  onda  o,  bu  barədə  iĢçini  ən  azı  iki  ay  qabaqcadan  xəbərdar 

edilməlidir. 

Natamam iĢ vaxtı barəsində əmək müqaviləsi bağlanması iĢçilər üçün əmək hüquqları barəsində hər hansı 

məhdudlaĢdırmaya  səbəb  olmur.  Natamam  iĢ  vaxtında  iĢləyən  Ģəxslər  ümumi  qayda  üzrə  məzuniyyət 

hüququndan  tam  istifadə  edirlər.  Bu  Ģəxslərin  əmək  stajla  ümumi  əsaslarla  hesablanır,  yəni  iĢlənilmiĢ  faktiki 

müddəti onların ümumi və fasiləsiz əmək stajına daxil edilir. 

Natamam  iĢ  vaxtında  iĢləyən  Ģəxslərin  iĢ  (növbə)  vaxtı  müddəti  bir  qayda  olaraq  4  saatdan,  beĢ  və  altı 

günlük iĢ həftəsinin müddəti müvafiq olaraq 20-24 saatdan az olmamalıdır. 

 

 

9. Ġstirahət vaxtı 



 


43 

 

Əmək hüququ üzrə istirahət vaxtı dedikdə, iĢçinin öz əmək vəzifələrini yerinə yetirməkdən azad olunduğu 



və öz mülahizəsinə görə istədiyi vaxt baĢa düĢülür. Ġstirahət vaxtını iki əlamət xarakterizə edir. Birinci əlamət 

odur ki, iĢçi bu zaman öz əmək vəzifələrini yerinə yetirməkdən azad olunur və ikinci əlamət isə budur ki, iĢçi 

həmin vaxtdan məhz öz mülahizəsinə görə istədiyi kimi istifadə edir. Ġstirahət vaxtının aĢağıdakı növləri vardır: 

1. ĠĢ günü ərzində olan fasilələr; 

2. ĠĢ günü arası (növbəarası) fasilələr; 

3. Həftəlik istirahət günü; 

4. Bayram günləri və məzuniyyətlər. 

Əmək Məcəlləsinin 103-cü maddəsində istirahət və nahar üçün fasilənin hüquqi cəhətdən tənzim edilməsi 

təsbit edilmiĢdir. Maddədə göstərilir ki, iĢ günü (növbəsi) ərzində iĢçilərə istirahət və nahar etmək üçün fasilə 

verməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya 

əmək  müqaviləsi,  kollektiv  müqavilə  ilə  müəyyən  edilir.  Əmək  Ģəraitinin  xarakterinə  görə  iĢi  dayandırmaqla 

fasilənin vaxtını və davamiyyətinin müəyyən etmək mümkün olmadıqda iĢçiyə nahar etməyə Ģərait yaratmalıdır. 

ĠĢçinin bir iĢ günü ilə növbəti iĢ günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəti iĢ 

vaxtı rejimində iĢçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Ġstirahət və nahar 

fasilələrin müddəti iĢ vaxtına daxil edilmir. Ġstirahət və nahar istirahətlərindən iĢçi öz mülahizəsi ilə istədiyi kimi 

istifadə edə bilər. 

Hər  bir  iĢçiyə  həftələr  arası  fasiləsiz  istirahət  günlərində  istifadə  etməyə  Ģərait  yaradılmalıdır. 

Həftələrarası  istirahət  günlərinin  sayı  beĢgünlük  iĢ  həftəsində  iki  gün,  altıgünlük  iĢ  həftəsində  isə  bir  gün 

olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. 

 

 



10. Əmək və icra intizamı 

 

Əmək  intizamı  hər  bir  ümumi  iĢin,  hər  bir  birgə  əməyin  ən  zəruri  Ģərtlərindən  biridir.  Hər  bir  birgə  əmək 



iĢçilərlə iĢəgötürənlərin ümumi qəbul olunmuĢ intizama tabe olmalarını tələb edir. Əmək hüquq elmi əmək intizamını 

hüquqi kateqoriya kimi öyrənir və tənzim edir. 

Əmək qanunvericiliyinə görə müəssisələrdə əmək müqavilələri habelə bağlanmıĢ kollektiv müqavilələr üzrə 

tərəflərin  öhdəliklərin  yerinə  yetirilməsinə  nəzarətin  həyata  keçirilməsi,  əmək  qanunvericiliyinin  tələblərinin 

gözlənilməsi və əmək intizamının təmin edilməsi məqsədilə müəssisə dəxili intizam qaydaları qəbul edilə bilər. 

Əmək  Məcəlləsinin  183-cü  maddəsində  deyilir.  Müəssisə  daxili  intizam  qaydalarına,  bir  qayda  olaraq, 

aĢağıdakılar daxil edilir: 

a) Müəssisənin adı, təĢkilatı-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı; 

b) ĠĢ vaxtının nahar və digər istirahət fasilələrinin baĢlandığı və qurtardığı saatlar; 

c) Növbə cədvəlləri və onun tənzimlənmə qaydaları; 

ç) Əmək Ģəraitinin təmin edilməsi qaydaları; 

d)  Əmək  və  icra  intizamının,  əmək  vəzifələrinin  yüksək  səviyyədə  yerinə  yetirilməsində  fərqlənmiĢ 

iĢçilərin, əmək kollektivlərinin mükafatlandırılması Ģərtləri və qaydaları; 

e) Əmək və icra intizamını pozmuĢ iĢçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin Ģərtləri və qaydaları. 

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri. 

ĠĢəgötürən  və  iĢçi  müəyyən  edilmiĢ  vəzifələrini  yerinə  yetirmədikdə  və  ya  hüquqlarından  sui-istifadə 

etdikdə,  yaxud  əmək  müqaviləsi  üzrə  öhdəliklərini  icra  etmədikdə  intizam  məsuliyyətinə,  qanunvericilikdə 

nəzərdə tutulmuĢ hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 

ĠĢçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, iĢçi 

əsas  vəzifələrini  yerinə  yetirmədikdə,  həmçinin  əmək  müqaviləsi  ilə  müəyyən  edilmiĢ  vəzifələrini, 

müəssisədaxili intizam qaydalarını pozduqda iĢəgötürən ona aĢağıdakı intizam tənbehlərindən birini verə bilər: 

a) Töhmət vermək; 

b) Sonuncu xəbərdarlıqla Ģiddətli töhmət vermək; 

c) Kollektiv müqavilələrdə nəzərdə tutulmuĢdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq 

Ģəraitilə cərimə etmək; 

ç) Əmək müqaviləsini bu məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək, yəni iĢçi özünən əmək 

funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 

ĠĢəgötürən intizam tənbehini verərkən iĢçinin Ģəxsiyyətini, kollektivdə nüfuzunu, peĢəkarlıq səviyyəsini, 

onun  törətdiyi  xətanın  xarakterini  nəzərə  almalıdır.  Yuxarıda  sadalanan  intizam  tənbehlərindən  hər  hansı  biri 

tətbiq olunmadan iĢçiyə yazılı və Ģifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 

Ġntizam tənbehinin verilməsi qaydaları. 

Ġntizam  tənbehi  verilməmiĢdən  əvvəl  iĢəgötürən  iĢçidən  yazılı  izahatın  verilməsini  tələb  edir.  ĠĢçinin 

yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə