82
Pedaqoq yetkinlik yaĢına çatmayanın psixi inkiĢafının patologiyası haqqında Ģəhadət verən əlamətləri
göstərə bilər.
Cinayət iĢi üzrə həqiqətə nail olunmasını təmin edən prosessual təminatlardan biri ittihamın elan edildiyi
andan ibtidai istintaqda müdafiəçinin iĢtirakıdır. Müdafiəçinin iĢdə iĢtiraka vaxtında buraxılmasının təmin
edilməsi öz əhəmiyyət kəsb etmir. Bu məsələnin həlli yeniyetməyə ittihamın vaxtında elan edilməsindən asılıdır.
Təcrübədə ittihamın cinayət iĢi üzrə istintaqın qurtarmasından əvvəl, bəzən isə ibtidai istintaqın qurtarması ilə
eyni vaxtda elan edilməsi hallarına da təsadüf olunur. Belə təcrübə müdafiə hüququnun kobudcasına
pozulmasıdır.
Barəsində təqsirləndirilən Ģəxs qismində cəzbetmə haqqında qərar çıxarılmıĢ yetkinlik yaĢına çatmayan
və onun qanun nümayəndələri ittihamın elan edildiyi andan müdafiəçiyə malik olmaq hüququ barədə qabaqdan
xəbərdar oluna bilərlər.
Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə yeniyetmələrin psixologiyasının əsas cəhətlərinə, hüququ
pozmuĢ yetkinlik yaĢına çatmayanlara tərbiyəvi təsir metodları haqqında tövsiyələrə, ayrı-ayrı istintaq
hərəkətlərinin aparılmasının taktiki xüsusiyyətlərinə bələd olan vəkilin iĢtirakı məqsədəuyğundur.
7
Ġstintaqın obyektivliliyini təmin edən mühüm prosessual təminat qanunun iki təqsirləndirilən Ģəxsin
müdafiəsinin bir vəkilə həvalə edilməməsi haqqında (əgər təqsirləndirilən Ģəxslərdən birinin mənafeyi digərinin
mənafeyinə zidd olarsa) tələbidir. Ġttihamın elan edildiyi andan cinayətin hər bir iĢtirakçısının rolunun axıradək
aydınlaĢdırılmadığı vaxt həmin prosessual norma yetkinlik yaĢına çatmayanların iĢləri üzrə xüsusi əhəmiyyət
kəsb edir.
Məlum olduğu kimi, təqsirləndirilən yetkinlik yaĢına çatmayanın müdafiəçidən imtina etməsi müstəntiq
və prokuror üçün məcburi deyil. Belə Ģəraitdə imtinanın səbəblərini aydınlaĢdırmaq, vəkilin ibtidai istintaqda və
məhkəmədə iĢtirakının zəruriliyinə və bunun faydalı olmasına yetkinlik yaĢına çatanı inandırmaq zəruridir.
Hüququ pozmuĢ yetkinlik yaĢına çatmayanın müdafiəsini ibtidai istintaqda və məhkəmədə eyni vəkilin
həyata keçirməsi mümkün hesab olunur.
8
Vəkil əvəz edildikdə, bir qayda olaraq, yeniyetimə ilə psixoloji əlaqə
pozulur, yetkinlik yaĢına çatmayana tərbiyəvi təsir zəifləyir. Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə əlavə pro-
sessual təminatlar ibtidai istintaq prosesində hüququ pozmuĢ yetkinlik yaĢına çatmayana yaĢlı birgə iĢtirakçının
zərərli təsirinin qarĢısının alınmasını təmin edir.
AĢağıdakılar müəyyən edildiyi hallarda yetkinlik yaĢına çatamyan təqsirləndirilən Ģəxs haqqındakı iĢi
ayrıca icraata ayırmaq məqsədəuyğundur:
a) yeniyetmə yaĢlı təqsirləndirilən Ģəxslərin cinayətkar fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarında və ya
vasitəçi, cinayəti gizlədən, onun edilməsini xəbər verməyən qismində çıxıĢ etdikdə;
b) yaĢlı cinayətkar cinayətin törədilməsindən qabaqkı dövrdə və ya istintaq prosesində yetkinlik yaĢına
çatmayana təsir göstərdikdə;
c) ictimai-təhlükəli əməlin hərtərəfli, tam və obyektiv istintaqın üçün mühüm mənafelər yaradıldıqda.
Cinayət prosessual qanunvericilik Ģübhə edilən və təqsirləndirilən yetkinlik yaĢına çatmayanlar tutulub
saxlanarkən, qətiimkan tədbiri seçilərkən, dindirməyə çağırılarkən, habelə qanuni nümayəndələri cinayət iĢinin
materialları ilə tanıĢ olarkən yeniyetmələrin hüquq və mənafelərinin mühafizəsini təmin edən müəyyən
prosessual təminatları nəzərdə tutur.
Yeniyetmənin tutulması, hər Ģeydən əvvəl, cinayətin törədilməsindən bilavasitə sonra və ya hadisəni gözü
ilə görənlərin yeniyetməni cinayəti etmiĢ Ģəxs kimi göstərdikləri zaman baĢ verir.
Yeniyetmənin tutulması haqqında prokurora xəbər verilir. Prokuror tutmanın əsaslı və yeniyetmənin
həbsdə saxlanması zərurətinin olub-olmamasını yoxlayır.
Tutma və Ģəxsi axtarıĢ haqqında protokolların düzgün tərtib edilməsi mühüm sübutedici əhəmiyyətə
malikdir. Protokollarda tutmanın əsasları, motivləri, yeri və vaxtı, Ģəxsi axtarıĢ zamanı aĢkar edilən sənədlər və
predmetlər göstərilir. ġəxsi axtarıĢ protokolunda cinayətin aĢkar edilmiĢ izləri də qeyd edilə bilər.
ġübhə edilən və təqsirləndirilən yetkinlik yaĢına çatmayanların hüquqlarının və onların qanuni
nümayəndələrinin müdafiə hüququnun realizəsini təmin edən mühüm tədbir yeniyetmənin valideynlərinin
yeniyetmənin tutulması və ya həbsi barədə vaxtında xəbərdar edilməsidir.
Təqsirləndirilən yetkinlik yaĢına çatmayanın müstəntiqin yanına çağırılmasının xüsusi qaydası da
yeniyetmənin mənafelərinin müdafiəsinə istiqamətləndirilmiĢdir. ÇağırıĢa valideynlər və ya digər qanuni
nümayəndələr vasitəsilə həyata keçirilir.
Xuliqanlıq törətmiĢ Ģəxsləri xarakterizə edən hallar içərisində yaĢ əlaməti mühüm yer tutur. Müəyyən
mənada məhz bu əlamətə görə Ģəxsin ictimai vəziyyəti, onun maraq və tələbatının dairəsi, həyat yolu və mənəvi
dəyərlilər yönümü barədə mühakimə yürütmək olar. Ġnsanın yaĢ «pilləkəni» üzrə hərəkəti, bir qayda olaraq,
7
Левинов Н.Д. Детская и педагогическая психология. М., 1994, стр.53.
8
Дан Н. Особенности показаний малолетних и несовершеннолетних свидетелей и тактика их допроса. М., 1993, стр.17.
83
onun ictimai rolunun, dünyagörüĢünün, ətraf mühit barədə təsəvvürlərinin və buna münasibətinin dəyiĢilməsinə
gətirib çıxarır.
9
ġəxsiyyətdə baĢ verən dəyiĢikliklər təkcə yaĢ xüsusiyyətləri ilə əlaqədar olmayıb, xeyli dərəcədə onun
əhatəsinin və Ģəxsin malik olduğu konkret məzmunu real fəaliyyət formalarının təsirindən də asılıdır.
10
Bütün bunlar son nəticədə insanın davranıĢı, o cümlədən cinayətkar davranıĢı qismində özünü göstərir.
Cinayətin xarakteri və cinayətkarın kriminal fəallığı ilə yaĢ arasında müəyyən əlaqə alması kriminologiya
sahəsində yazılan elmi tədqiqat iĢlərində dəfələrlə qeyd olunmuĢdur.
«YaĢ, Ģəxsiyyət haqqında geniĢ və hərtərəfli informasiya daĢıyan göstəricilər sarısına daxildir. Bir yaĢ
qanundan digərlərinə keçilməsi yalnız sadəcə olaraq Ģəxsin qocalmasını əks etdirmir. Bunun dalında həmin
Ģəxsin də qoĢulduğu ictimai münasibətlərin məzmunun dəyiĢilməsi, tələbatında, maraq, motiv, fəaliyyət tərzin-
də, eləcə də ümumi ictimai Ģəraitə baxıĢlarında, onun konkret təzahürlərinə yanaĢmada və s. baĢ verən
dəyiĢikliklər dayanır. Ġnsanın davranıĢına mühüm dərəcədə təsiri olan kriminal təcrübənin əldə olunmasının
müxtəlif imkanları da yaĢla əlaqədardır».
11
Buradan da yaĢ haqqında bilgi fərqləndirilmiĢ, məqsədyönlü qabaqlama tədbirlərin iĢləyib hazırlamağa və
həyata keçirməyə imkan verir.
Ġctimai-demoqrafik və psixofiziki kateqoriya kimi yaĢın öz-özlüyündə hüquqa zidd davranıĢa səbəb
olmamasını apardığımız tədqiqat prosesində lap əvvəlcədən nəzərə almıĢıq. YaĢ ilə cinayət arasında səbəbli
əlaqə yoxdur, lakin cinayətkar, eləcə də xuliqanlıq tərkibli davranıĢın tədqiq zamanı Ģəxsiyyətin ictimai-
demoqrafik xüsusiyyətlərini, o cümlədən də yaĢını tamamilə kənara qoymaq olmaz.
Cinayətkarların yaĢı ilə cinayətlərin xarakteri arasında müəyyən asılılıq olduğunu tədqiqatçılar çoxdan
müəyyən etmiĢlər.
Doğrudan da məlum olduğu kimi, insan bir ictimai varlıqdır və buna görə də yaĢın dəyiĢilməsi ilə insanın
da ictimai-psixoloji və fizioloji dəyiĢməsi baĢ verir. Ġctimai dəyiĢikliklər isə təkcə Ģəxsin özündə deyil, onun
əhatəsində, mikromühitində də baĢ verir. Bu zaman insanın yaĢadığı, iĢlədiyi mühit və Ģərait də, onun ictimai
funksiyaları, rolu ictimai təcrübəsi, vərdiĢləri, meylləri, maraq dairəsi, tələbatı və bunları təminetmə formaları
da dəyiĢir. Bir sözlə, Ģəxsiyyətin formalaĢması, təĢəkkülü və sonrakı inkiĢafı baĢ verir.
Adətən, hər bir yaĢ dövrünün (yeniyetməlik, gənclik, yetkinlik və qocalıq) özünün müəyyən fizioloji,
ictimai-demoqrafik və ictimai-psixoloji parametrləri və əlamətləri vardır ki, bunlar da müxtəlif yaĢ qrupundan
olan adamları bir-birindən fərqləndirir.
Cinayət statistikasında, hüquq mühafizə orqanlarının statistik hesabatlarında adamların (müttəhimlərin,
məhkumların, zərərçəkmiĢlərin və s.) əsasən aĢağıdakı yaĢ qruplarına bölünməsi qəbul olunmuĢdur: 14017
(yetkinlik yaĢına çatmayanlar): 18-24: 25-29: 30-49 və 50 yaĢdan yuxarı olanlar.
Bu yaĢ qruplarına daxil olan Ģəxslər üçün xarakterik olan əsas əlamətlərə nəzər yetirək.
Yetkinlik yaĢına çatmayanlarda (14-17 yaĢ) həyat təcrübəsi demək olar ki, yoxdur
12
. Bu yaĢda olan
Ģəxslərin fizioloji və psixoloji xüsusiyyətlərinin ədəbiyyatda ətraflı tədqiq edildiyini qeyd edərkən
F.Y.Səməndərov yazır: «Yetkinlik yaĢına qədər olan dövrdə Ģəxsdə həyat idealının və onun həyata baxıĢlarının,
mənəvi varlığının, fiziki və intellektual qüvvələrinin formalaĢması prosesi gedir. Onlarda ictimai borc, vicdan,
Ģərəf və ləyaqət, yoldaĢlıq və dostluq haqqında təsəvvürlər dayaz və səthi, qətilik, cürətlilik və mərdlik və s. bu
kimi mənəvi sima üçün xarakterik olan xüsusiyyətlər isə hələ ictimai həyat üçün tələb olunan səviyyədə
püxtələĢməmiĢ olur. Bu da ilk növbədə yetkinlik yaĢına çatmayanlarda həyat təcrübəsinin az olması, təlim və
tərbiyənin tamamlanmaması və onların hələ intellektual yetkinliyə çatmamaları ilə əlaqədar olur». Emosional
təsirlənmə, özünü saxlaya bilməmə, hətta sadə, az əhəmiyyətli münaqiĢəli vəziyyətlərin belə nail olunmasında
səriĢtələrinin olmaması, çox vaxt onların qanunlarla toqquĢmaya gətirib çıxarır. Halbuki, eyni Ģəraitdə yaĢlı
adam qanunu pozmadan keçinə bilərdi. Bu yaĢ qrupunda olan Ģəxslər əsasən a) fəallıq, qorxmazlıq, igidlik,
qətiyyətlilik, əxlaq normalarına nifrət, kobudluq və s. göstərmək həvəsi ilə; b) sadəlövhlük, köməksizlik, qeyri-
kamilliklə əlaqədar; v) özünü yaĢlı kimi aparmaq, dost-tanıĢlara özünü göstərmək həvəsi, baĢqa sözlə, özü-
nütəsdiq məqsədilə hüquqazidd hərəkətlər, cinayətlər, o cümlədən də xuliqanlıq əməlləri törədirlər.
Xuliqanlığa görə məhkum olunmuĢların ən böyük hissəsi 20-24 (26,6%) və 30-39 (23,8%) yaĢlılardır.
Belə bir vəziyyəti bütün cinayətlər üzrə məhkum olunmuĢların ümumi göstəricilərində də müĢahidə etmək olar
(20-24 yaĢlılar – 20%, 30-39 yaĢlılar – 28%). Xuliqanlığa görə məhkum olunmuĢlar arasında çoxluq 14-29 yaĢ-
lılar (65%) məxsusdur. Bu faizi də tam hesab etmək olmaz, çünki xuliqanlıq törədənlərin müəyyən qismi,
xüsusilə də 14-17 yaĢda olanların xeyli hissəsi, materialların yetkinlik yaĢına çatmayanların iĢləri üzrə
9
Портнов И.П. Характеристика хулиганства. М., 1981.
10
Личность преступника. М., 1975, стр.21.
11
Мустафаев Ч.Ф. Вопросы криминологической характеристики лиц, совершивших хищение. «Ганунчулуг»
12
Сямяндяров Ф.Й. «Йеткинлик йашына чатмайанлар барясиндя яхлагсыз щярякятляря эюря ъинайят мясулиййяти щаггында».
«Ганунчулуг», № 3, 1998, с.12.
84
komissiyalara, yoldaĢlıq məhkəmələrinə, ictimaiyyətin zaminliyinə verilməsi yolu ilə cinayət məsuliyyətindən
azad olunurlar.
Beləliklə də göründüyü kimi, xuliqanların əsas kütləsini gənclər təĢkil edir. Bizi maraqlandıran məsələnin
izahı zamanı bu amillərlə hesablaĢmaq vacibdir. Gənclərin onları əhatə edən mühitin təsirinə həssaslıqlarının
yüksək olması, onların Ģüuruna təkcə ictimai-faydalı deyil, eləcə də xuliqanlıq törətməyə zəmin yaradan baxıĢla-
rın da nisbətən tez nüfuz etməsini Ģərtləndirə bilər.
Ġlk cinayətin 18 yaĢa qədər törətmiĢ xuliqanlığa görə cəza çəkən Ģəxslər arasında sorğu apararkən,
Ģəxsiyyətin cəmiyyətə zidd baxıĢlarının formalaĢmasında bilavasitə və ya yanaĢı da olsa təsir imkanı olan
ailədəki həyat Ģəraiti barədə suallar da qoyulmuĢdur. Nəticədə əldə olunmuĢ məlumat və göstəricilərdən belə
məlum olmuĢdur ki, əvvəla, yetkinlik yaĢına çatana qədər cinayət törətmiĢlərin böyük əksəriyyətinin (70,3%)
valideynlərindən biri və ya hər ikisi yoxdur. Sorğuya cəlb olunanların 68,7%-nin atası olmamıĢdır. Sonuncu halı
xüsusi qeyd etmək lazımdır, zira, burada söz oğlan uĢaqlarından gedir ki, onların da tərbiyəsində atanın rolu
daha mühümdür. Ġkincisi, bunlardan 64,5%-i atalarını 13 yaĢa qədər olan dövrdə itirmiĢlər. Halbuki, məhz
həmin dövrdə yeniyetmə ətraf mühitin təsirinə daha həssasdır və onun üçün nüfuz olan bir Ģəxsin, bir qayda
olaraq, atasının gündəlik və möhkəm rəhbərliyinə möhtacdır.
Burada atanın itirilmə səbəbinə də diqqət yetirilməlidir. Sorğu iĢtirakçılarının 38,6%-i atalarını
öldüklərinə görə, 22,7%-i isə ailədən ayrıldıqlarına görə itirmiĢlər.
Ailənin dağılması bir sıra yeniyetmələrə ağır zərbə vurmuĢdur. Bu da onlarda cəmiyyətə zidd meyillərin
formalaĢmasına Ģərait yaratmaya bilməzdi.
Nəhayət, üçüncü, ailənin qeyri-normal təsirinin bir də bu məlumatlar təsdiq edir ki, sorğu iĢtirakçılarının
43,7%-nin məlumatlarına görə, onların ilk dəfə cinayət törətmələrinə səbəb ailədəki vəziyyət olmuĢdur. Bu
hallar arasında ən çox ailədəki sərxoĢluq və dava-dalaĢın adı çəkilmiĢdir (müvafiq olaraq 18,8 və 9,4%).
Ayrı-ayrı yeniyetmələrin Ģüurunda cəmiyyətəzidd psixologiyanın yaranmasına rəvac verən Ģərait kimi
tərbiyə prosesindəki pisliklərdən danıĢarkən, məktəbdəki və digər təhsil ocaqlarındakı tərbiyəni də qeyd etmək
lazımdır. Burada da Ģagirdlərlə aparılan tərbiyəçilik iĢində özlülük, formalizm kimi hallar aradan qalxmamıĢdır.
Canlı Ģəxslərin məhkəmə-tibbi ekspertizası istintaq orqanlarının qərarı, yaxud məhkəmənin qərardadı ilə
təyin edilir. Xüsusi ittiham iĢləri üzrə məhkəmə-tibbi ekspertizası təhqiqat orqanının, yaxud məhkəmənin
göndəriĢi ilə də aparıla bilər. Ġnzibati idarə və müəssisələrin, ictimai təĢkilatların və xüsusi Ģəxslərin təĢəbbüsü
ilə ekspertiza aparılmasına yol verilmir.
Məhkəmə-tibbi ekspertizası bir qayda olaraq ali – tibbi təhsili olan məhkəmə-tibbi ekspertləri tərəfindən
aparılır. Müstəsna hallarda ekspertizanın aparılması ekspert olmayan ali təhsilli həkimlərə də tapĢırıla bilər. Orta
tibbi təhsilli Ģəxslərə ekspertizanın tapĢırılmasına yol verilmir. Mürəkkəb iĢlər üzrə, xüsusilə də əmək qabiliy-
yətinin itirməsi dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi eksperti və digər ixtisaslı həkimlərdən
(cərrah, pediatr, terapevt, mamagenekoloq və s.) ibarət komissiya təĢkil edilir ki, belə komissiyanın sədri Ģtatda
olan məhkəmə-tibbi eksperti təyin edilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinə müvafiq olaraq müstəntiq bütün hallarda
ekspertizanın aparılmasında iĢtirak etməyə haqlıdır.
Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə təyin edilən ekspertizalardan biri də yetkinliyin müəyyən
edilməsi üçün məhkəmə tibbi ekspertizasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyi
göstərir ki, müqəssirin, Ģübhə edilən Ģəxsin və zərər çəkmiĢ Ģəxsin yaĢı haqqında lazımi sənədlər yoxdursa və bu
sənədlərin alınması mümkün deyildirsə, iĢ üçün əhəmiyyəti olan halda onların yaĢını müəyyən etmək üçün
ekspertizanın təyin edilməsi məcburidir.
Bu sahədə ekspertiza praktikasının öyrənilməsi göstərir ki, baĢqa yetkinliyin müəyyən edilməsi üçün
ekspertizanın təyin edilməsinin digər məcburi halları da vardır. Bunlar həqiqi yaĢın qəsdən gizlədilməsi və
yeniyetmənin yaĢı haqqında sənədin həqiqiliyinə Ģübhə yaranması hallarıdır.
Yetkinlik yaĢına çatmayan müttəhimin, zərər çəkməsi Ģəxsin və Ģahidlərin psixi vəziyyətinin və
intellektual inkiĢaf səviyyəsinin müəyyən edilməsi məqsədi ilə təyin edilir. Yeniyetmənin psixikasındakı
qüsurlar. Xroniki ruhu xəstəliklər və s.
85
ƏDƏBĠYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2002.
2. Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Dərslik, Bakı: Qanun,
2002.
3. Ġsmayılov Ġ., Əmirov M. Azərbaycan Respublikası Konstitusiyanın əsasları. Bakı, 1998.
4. Əsgərov Z.A. Konstitusiyanın mahiyyəti haqqında // Qanunçuluq. 1972.
5. Əsgərov Z.A. Konstitusiya hüquq normaları // Qanun. 1996, №3.
6. Əsgərov Z.A. Konstitusiya hüquq elminin mənbələrinin anlayıĢı və təsnifatı // Qanun, 1996, №7.
7. Ələsgərov Z.A. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası. Azərbaycan qəzeti, 26 oktyabr,
1995-ci il.
8. Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiya əsasları // Qanunçuluq, 1993, №2.
9. Cəmilzadə H. Bayrağımız, Gerbimiz, Himnimiz. Bakı, 2004.
10. Naimov H.V. Cinayət hüququ. Bakı: Qanun, 1998.
11. Səməndərov F.Y. “Cinayət hüququ” ümumi hissə. Dərslik, 1999, 2002.
12. Uqolovnoe pravo. Obhaə çastğ. Moskva, 1997.
13. Qafarov T., Hüseynov V., Səməndərov F. Həddi-buluğa çatmayanların məsuliyyəti. Bakı: Elm, 1979.
14. Qafarov T. Cinayət və cinayət məsuliyyəti. Bakı: Azərbaycan Dövlət NəĢriyyatı, 1978.
15. Dolqova A.Ġ. Soüialğno-psixoloqiçeskie aspektı prestupnosti nesoverĢennoletnix. Moskva, 1991.
16. Levitov N.D. Detskaə i pedaqoqiçeskaə psixoloqiə. Moskva, 1994.
17. Mustafaev Ç.F. Voprosı kriminoloqiçeskoy xarakteristiki liü, soverĢivĢix poxihenie // Qanunçuluq,
№1, 1994.
18. Səməndərov F.Y. Yetkinlik yaĢına çatmayanlar barəsində əxlaqsız hərəkətlərə görə cinayət
məsuliyyəti haqqında // Qanunçuluq, №3, 1998.
19. Ġstintaq taktikası. Bakı: Maarif, 1991.
20. Azərbaycan Respublikasının VətəndaĢlığı haqqında. Bakı: Azərbaycan Respublikasının qanunu, 1998.
21. Ġnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası (Roma 4 noyabr,
1950). Qanun, 1997, №5.
22. BarnaĢov A.M. Teoriə razdeleniə vlastey, stanovlenie, razvitie, primenenie. Tomsk, 1988.
23. Əliyev ġ.M. Prezidentlik Ġnstitutu. Bakı: BDU-nun nəĢriyyatı, 1994.
24. Xroponyuk B.H. Dövlət və hüquq nəzəriyyəsi. M., 1993; Bakı, 1995.
25. Pravo. M., 1984.
26. Rəsulov M., Qasımov A., Ġsmayılov. Əmək hüququ. Bakı, 1996.
27. Manayev Q.Ġ. Ailə hüququ. Bakı, 1999.
28. Səməndərov F.Y. Cinayətin subyektiv cəhəti. Bakı, 1989.
86
A.H.Dəmirov, ġ.N.Ġsmayılov, Q.F.Hüseynov
Azərbaycan Respublikasının konstitusiyası
və hüququn əsasları (mühazirə kursu)
Dərs vəsaiti
Bakı – Mütərcim – 2010.
87
Operator:
Nail İsmayılov
Kitab «Mütərcim» TM Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap edilmişdir.
Çapa imzalanıb: 15.12.2010.
Format: 60x84 1/16. Qarnitur: Times.
Həcmi: 12.25 ç.v. Tiraj: 100. SifariĢ № 114.
Qiyməti müqavilə ilə.
ТЯРЪЦМЯ
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
Dostları ilə paylaş: |