Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə12/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

4.  Müsabiqənin  keçirilməsi  şərtlərini  və  vəzifələrin  müsabiqə  yolu  ilə  tutulması 
qaydasını  tənzimləyən  normativ  hüquqi  aktı  müvafiq  icra  hakimiyyəti  orqanı  qəbul 
edir. 
5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən 
müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
57
 
6.  Müsabiqə  yolu  ilə  vəzifəni  tutmuş  işçinin  əmək  müqaviləsinə  xitam  verilməsi, 
habelə  onların  digər  əmək  münasibətləri  heç  bir  istisnaya  yol  verilmədən  yalnız  bu 
Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. 
7.  Keçirilmiş  müsabiqənin  nəticələri  ilə  razılaşmayan  iddiaçı  müsabiqə 
komissiyasının  qərarı  qəbul  edildiyi  gündən  bir  ay  müddətində  məhkəməyə  müraciət 
edə  bilər.  Məhkəmə,  müsabiqənin  qanunvericiliyin  tələblərini  pozmaqla  və  ya  qeyri-
obyektiv  keçirildiyini  müəyyən  etdikdə  onun  nəticələrini  ləğv  edir.  Bu  halda 
qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. 
 
Maddə 51. Sınaq müddəti 
 
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra 
etmək  bacarığını  yoxlamaq  məqsədi  ilə  sınaq  müddəti  müəyyən  edilməklə  bağlanıla 
bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. 
2. Sınaq müddəti  işçinin faktiki olaraq əmək funksiyasını  icra etdiyi  iş vaxtından 
ibarətdir.  İşçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  iş  yeri  və  orta  əmək 
haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 
3.  Sınaq  müddəti  göstərilməyən  əmək  müqaviləsi  sınaq  müəyyən  edilmədən 
bağlanmış hesab olunur. 
 
Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar 
 
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti: 
yaşı 18-dən az olan şəxslərlə; 
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına 
böyüdən kişilərə;  
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;  
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;  
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; 
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
 
58
 
 
Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası 
 
1.  Sınaq  müddəti  qurtaranadək  tərəflərdən  biri  digərinə  üç  gün  əvvəl  yazılı 
xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb 
etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan 


etibarən  əmək  müqaviləsinə  yalnız  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  və 
əsaslarla xitam verilə bilər. 
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində 
işçinin  sınaq  zamanı  özünü  doğrultmadığına  görə  işəgötürən  tərəfindən  əmək 
müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 
 
4.  Sınaq  müddətində  özünü  doğrultmamış  işçinin  əmək  müqaviləsinə 
işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 
 
Səkkizinci fəsil 
 
Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları 
 
 
Maddə 54. Əmək şəraitinin təmin edilməsi 
 
1.  İşçilər  tərəfindən  əmək  funksiyasının  yerinə  yetirilməsi  üçün  işəgötürən 
aşağıdakı əmək şəraitini təmin etməlidir: 
peşə  (vəzifə)  adlarının,  ixtisasların,  əməyin  ödənilməsi  dərəcələrinin  müəyyən 
edilməsi
əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; 
əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; 
sanitariya  və  gigiyena  normalarına  cavab  verən  iş  yerinin  və  iş  şəraitinin 
yaradılması; 
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; 
əmək  funksiyasının  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  iş  vaxtı  müddətindən  artıq 
olmayan iş vaxtında yerinə yetirilməsini
bu  Məcəllə  ilə  müəyyən  edilmiş  istirahət  vaxtından,  məzuniyyətlərdən  istifadə 
olunmasını; 
işçilərin  qanunvericiliklə  müəyyən  olunmuş  məcburi  dövlət  sosial  sığorta 
edilməsini; 
işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, 
texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
 
 
insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün 
münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi 
müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması;
 59
 
əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
 
60
 
2.  Bu  Məcəllə  ilə  müəyyən  olunmuş  hallar  istisna  edilməklə  əmək  şəraitinin 
şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 
 
Maddə 55. Əmək şəraitinin əlavə şərtləri 
 
Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən 
imkanı  hesabına  bu  Məcəllədə,  yaxud  kollektiv  müqavilədə  nəzərdə  tutulmuş  əmək 


şəraitinin  şərtlərindən  daha  yüksək  əlavə  əmək  haqqı,  əlavə  məzuniyyət  müddəti, 
qısaldılmış  və  ya  natamam  iş  vaxtı,  əlavə  fərdi  sığorta  məbləği,  sosial  təminat  və 
yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən 
edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə 
onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 
 
Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi 
 
1.  İstehsalın  və  əməyin  təşkilində  dəyişikliklər  edilməsi  zəruriyyəti  olduqda 
işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin 
dəyişdirilməsinə yol verilir. 
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə 
tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya 
əmri  (sərəncamı)  ilə  xəbərdar  etməlidir.  Əgər  işçi  yeni  əmək  şəraiti  ilə  işi  davam 
etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda 
isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci  maddəsinin  ikinci hissəsinin «c» bəndində 
nəzərdə tutulan əsasla xitam verilə bilər. 
3.  Bu  Məcəllənin  55-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  işəgötürən 
tərəfindən  müəyyən  edilən  əmək  şəraitinin  əlavə  şərtlərinin  dəyişdirilməsi  əmək 
müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 
4.  Azı  50  nəfər  işçi  çalışan  müəssisədə  işçilərin  ümumi  sayının  on  faizindən 
çoxunun  əmək  şəraitinin  şərtlərinin  pisləşməsinə  səbəb  olan  dəyişikliklər  aparılarkən 
bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti 
orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin 
əsaslı  və  qanunauyğun  həyata  keçirilməsini  araşdırıb  səlahiyyətləri  çərçivəsində 
müvafiq tədbirlər görə bilər. 
 
Maddə 57. İşçinin əmək funksiyası 
 
1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, 
bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin 
və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 
2.  Əmək  funksiyasının  həcmi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq 
edilmiş  Vahid  Tarif-İxtisas  Sorğu  Kitabçasına  əsasən  və  ya  işəgötürən  tərəfindən 
müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 
3.  Əmək  funksiyasının  dəyişdirilməsinə  yalnız  tərəflərin  qarşılıqlı  razılığı  ilə  yol 
verilir.  Birtərəfli  qaydada  əmək  funksiyasının  dəyişdirilməsinə,  onun  dairəsinin 
azaldılmasına və ya artırılmasına yol verilmir. 
4.  Əgər  müəyyən  səbəblərdən  işəgötürən  göstərilən  işlərlə  işçini  təmin  edə 
bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin 
işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. 
 
Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə