Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə17/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli 
saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; 
e)  əmək  fəaliyyəti  zamanı  yol  verdiyi  kobud  səhvləri,  hüquq  pozuntuları 
nəticəsində  işəgötürənin,  müəssisənin  və  ya  mülkiyyətçinin  qanuni  mənafeyinə  ciddi 
xələl gətirməsi
ə)  əmək  funksiyasını  pozduğuna  görə  əvvəllər  işəgötürən  tərəfindən  verilmiş 
intizam  tənbehindən  nəticə  çıxarmayaraq  altı  ay  ərzində  təkrarən  əmək  funksiyasını 
pozması; 
f)  iş  vaxtı  ərzində  bilavasitə  iş  yerində  inzibati  xətalara  və  ya  cinayət tərkibi  olan 
ictimai-təhlükəli əməllərə yol verməsi.
 
82
 
 
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası 
 
1.  Müddətli  əmək  müqaviləsinin  müddəti  qurtardıqda  xitam  verilir.  Müddətli 
əmək  müqaviləsində  göstərilən  müddət  qurtardıqda  əmək  münasibətləri  davam 
etdirilərsə  və  müddət  bitdikdən  sonrakı  bir  həftə  ərzində  tərəflərdən  heç  biri 
müqaviləyə  xitam  verilməsini  tələb  etmirsə,  həmin  əmək  müqaviləsi  əvvəl  müəyyən 
olunmuş müddətə uzadılmış hesab olunur. 
2.  İşçinin  müəyyən  üzürlü  səbəbdən  (xəstələnməsi,  ezamiyyətdə,  məzuniyyətdə 
olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək 
haqqı  saxlandığı  hallarda)  iş  yerində  olmadığı  dövrdə  müddətli  əmək  müqaviləsinin 
müddəti  qurtardığı  hallarda  həmin  müqaviləyə  işçi  işə  çıxdıqdan  sonra  işəgötürənin 
müəyyən  etdiyi  gündə,  lakin  onun  işə  çıxdığı  gündən  bir  təqvim  həftəsi  keçməmiş 
xitam verilə bilər. 
 
Maddə  74.  Tərəflərin  iradəsindən  asılı  olmayan  hallarda  əmək  müqaviləsinə 
xitam verilməsinin əsasları 
 
1.  Tərəflərin  iradəsindən  və  ya  istəyindən  asılı  olmayaraq  əmək  müqaviləsinə 
aşağıdakı hallarda xitam verilir: 
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; 
b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi 
barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. 
c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin 
fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını 
yerinə yetirə bilmədikdə
ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə,  müəyyən  müddətə 
azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edildiyi 
barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
 
83
 
d)  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  ilə  işçinin  fəaliyyət 
qabiliyyətsizliyi təsdiq edildikdə; 
e) işçi vəfat etdikdə


ə)  əvvəllər  həmin  müəssisədə  çalışan  işçi  müddətli  həqiqi  hərbi  xidmətdən  ehtiyata 
buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
 
84
 
2.  Əgər  qanunsuz  və  ya  əsassız  işdən  çıxarılmış  işçi  işinə  bərpa  olunması  üçün 
məhkəməyə  iddia  ərizəsi  ilə  müraciət  edərsə  və  məhkəmə  tərəfindən  iddiası  təmin 
olunaraq  işinə  (vəzifəsinə)  bərpa  edilməsi  haqqında  qətnamə  (qərar)  qəbul  edilərsə, 
onda  işəgötürən  tərəfindən  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  (qərarı) 
dərhal  icra  edilərək  o,  əvvəlki  vəzifəsinə  və  ya  razılığı  ilə  başqa  vəzifəyə  (işə)  bərpa 
olunmalıdır.  Bu  zaman  işə  bərpa  edilən  işçinin  yerinə  götürülmüş  işçi  ilə  bağlanmış 
əmək  müqaviləsinə  bu  Məcəllənin  71-ci  maddəsinin  1-ci  hissəsində  nəzərdə  tutulmuş 
müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
 
85
 
Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi 
ilə  müəyyən  edilir.  Əmək  qabiliyyətinin  tam  itirilməsi  dedikdə,  icra  hakimiyyəti 
orqanının qərarı  ilə  işçiyə  müvafiq dərəcədən əlillik qrupu  və ya 18 yaşınadək sağlamlıq 
imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz 
hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti 
itirilməsi  əmək  müqaviləsinə  xitam  verilməsi  üçün  əsas  ola  bilməz.  Əmək  qabiliyyətini 
müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  və  miqdarda  işəgötürənin  vəsaiti, 
qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları  hesabına müavinət ödənilir. Əmək 
qabiliyyətini  bir  ildən  çox  olmayan  müddətə  qismən  itirmiş  işçilər  üçün  isə  müvafiq 
icra hakimiyyəti orqanının rəyi nəzərə alınır.
 
86
 
 
Maddə  75.  Əmək  müqaviləsində  nəzərdə  tutulan  hallarda  ona  xitam 
verilməsinin tənzimlənməsi 
 
1.  Tərəflər  əmək  müqaviləsi  bağlayarkən  ona  xitam  verilməsinin  bu  Məcəllədə 
nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə 
aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: 
a) tərəflərin qarşılıqlı razılığı; 
b)  səhhəti  ilə  əlaqədar  olaraq  işçinin  müvafiq  vəzifədə  (peşədə)  çalışması 
sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə
c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə 
xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; 
ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr 
keçdikdən  sonra  işçi  ilə  hökmən  yenidən  əmək  müqaviləsi  bağlayacağı  şərti  ilə 
işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə
d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin 
etmək  məqsədi  ilə  bu  maddənin  2-ci  hissəsində  nəzərdə  tutulmuş  hallardan  işçinin 
əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 
4.  Əmək  müqaviləsinə  ona  xitam  verilməsi  barədə  tərəflərin  nəzərdə  tutduqları 
hallar  bu  Məcəllənin  2-ci  maddəsinin  üçüncü  hissəsi  ilə  müəyyən  edilmiş  işçinin  və 
işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə