Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə11/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
 
47
 
a)  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirməsi,  ezamiyyətdə,  məzuniyyətdə 
olması,  habelə  iş  yeri  və  vəzifəsi  saxlanılmaqla  qanunvericilikdə  nəzərdə  tutulmuş 
digər  hallarda  müəyyən  səbəbdən  müvəqqəti  olaraq  işə  çıxmaması  ilə  əlaqədar  onun 
əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda
b)  təbii  və  iqlim  şəraitinə  və  ya  işin  xüsusiyyətinə  görə  il  boyu  görülə  bilməyən 
mövsümü işlərin yerinə yetirilməsi zamanı; 
c)  işin  həcminin  və  davamiyyətinin  qısamüddətli  olduğu  təmir-tikinti, 
quraşdırma,  yeni  texnologiyanın  tətbiqi  və  mənimsənilməsi,  təcrübə-sınaq  işlərinin 
aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
 
48
 
ç)  müvafiq  vəzifə  (peşə)  üzrə  əmək  funksiyasının  mürəkkəbliyi,  məsuliyyətliliyi 
baxımından  işçinin  əmək  və  peşə  vərdişlərinin  mənimsənilməsi,  yüksək  peşəkarlıq 
səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
 
49
 
d)  işçinin  şəxsi,  ailə-məişət  vəziyyəti  ilə  bağlı  olan,  o  cümlədən  işləməklə  yanaşı 
təhsil  aldığı,  müəyyən  səbəbdən  müvafiq  yaşayış  məntəqəsində  müvəqqəti  yaşadığı, 
pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;
 
50
 
e)  müvafiq  icra  hakimiyyəti  orqanının  göndərişi  ilə  haqqı  ödənilən  ictimai  işlər 
görülərkən; 
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla 
seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı 
ilə; 
g)  bu  Məcəllənin  46-cı  maddəsinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  qaydada 
işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; 
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 
 
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər 
 
1.  Əmək  müqaviləsi  bağlanarkən  işçi  əmək  kitabçası,  habelə  şəxsiyyətini  təsdiq 
edən  sənədi  və  dövlət  sosial  sığorta  şəhadətnaməsini  (ilk  dəfə  əmək  fəaliyyətinə  başlayanlar 
istisna olmaqla) təqdim edir.
 
51
 
2.  Əmək  müqaviləsinin  bağlanması  işçinin  müvafiq  yaşayış  məntəqəsində 
qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. 
3.  Məcburi  köçkün,  onlara  bərabər  tutulan  şəxs  və  ya  qaçqın  statusu  olan,  habelə 
Azərbaycan  Respublikasında  ilk  dəfə  əmək  fəaliyyətinə  başlayan  işçilərlə,  əcnəbilərlə 
və  vətəndaşlığı  olmayan  şəxslərlə  əmək  kitabçası  təqdim  edilmədən  əmək  müqaviləsi 
bağlanıla bilər.
 
52
 
4.  Əmək  müqaviləsi  bağlanılarkən  işçinin  əmək  funksiyasının  xüsusiyyətlərinə 
uyğun  olan  peşə  hazırlığının  və  ya  təhsilin  olması  zəruri  sayılan  hallarda  işəgötürənə 
təhsili barədə müvafiq sənəd təqdim edilir. 
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və 
təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi 
ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində 
əmək  müqaviləsi  bağlanılarkən  işçilər  sağlamlığı  haqqında  tibbi  arayış  təqdim 


etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən 
peşələrə  və  vəzifələrə  qəbul  edilərkən  insanın  immunçatışmazlığı  virusuna  mütləq  tibbi 
müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
53
 
6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə 
işin  (vəzifənin)  xüsusiyyətlərinə  uyğun  gəlməyən  əlavə  sənədlərin  tələb  edilməsi 
qadağandır. 
 
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
54
 
 
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
əmək  müqaviləsinin  bağlanılması,  ona  dəyişiklik  edilməsi  və  ya  xitam  verilməsi  bununla  bağlı 
elektron  informasiya  sisteminə  gücləndirilmiş  elektron  imza  vasitəsi  ilə  daxil  edilmiş  əmək 
müqaviləsi  bildirişinin  həmin  elektron  informasiya  sistemində  qeydiyyata  alınmasından  və  bu 
barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 
2.  Elektron  informasiya  sisteminə  gücləndirilmiş  elektron  imza  vasitəsi  ilə  daxil 
edilmiş  əmək  müqaviləsi  bildirişinin  qeydiyyata  alınması  barədə  1  iş  günündən  gec  olmayaraq 
sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş  dövlət orqanlarında 
müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış 
əmək  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  o,  tərəflərin  imzaladığı  gündən  hüquqi 
qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda 
qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. 
4.  Əmək  müqaviləsi  bildirişinin  forması  və  onun  elektron  informasiya  sisteminə 
gücləndirilmiş  elektron  imza  vasitəsi  ilə  daxil  edilməsi  qaydaları,  əmək  müqaviləsi 
bildirişinin  qeydiyyata  alınması  ilə  bağlı  işəgötürənə  göndərilən  məlumat  forması,  habelə 
qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə 
bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
55
 
 
Maddə  50.  Müsabiqə  yolu  ilə  vəzifələrin  tutulması  zamanı  əmək 
münasibətlərinin tənzimlənməsi 
 
1.  Yerinə  yetiriləsi  işin,  əmək  funksiyasının  xarakteri  ilə  əlaqədar  olaraq  bəzi 
vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 
2.  Müəyyən  vəzifələrin  müsabiqə  yolu  ilə  tutulması  bir  qayda  olaraq  elm,  təhsil 
müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin 
elan  olunmuş  müsabiqədə  bərabərhüquqlu  iştirakı  təmin  edilməlidir.  Qanunvericilikdə 
nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan 
edilməsinə yol verilmir.
 
56
 
3.  Müsabiqə  işçinin  (müvafiq  vəzifəni  tutmaq  iddiasında  olan  şəxsin)  sənədləri, 
elmi  işləri,  kadr-uçot  məlumatları  üzrə  və  ya  müsahibə,  test  üsulu  ilə  və  yaxud  bu 
üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə