Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə16/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 
 
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 
 
1.  İşçi  bir  təqvim  ayı  qabaqcadan  işəgötürəni  yazılı  ərizəsi  ilə  xəbərdar  etməklə 
əmək müqaviləsini ləğv edə bilər. 
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son 
haqq-hesabının  aparılmasını  tələb  etmək  hüququna  malikdir.  Bu  halda  işəgötürən 
işçinin tələblərini yerinə yetirməyə borcludur. 
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq 
təhsil  müəssisəsinə  daxil  olduqda,  yeni  yaşayış  yerinə  köçdükdə,  başqa  işəgötürənlə 
əmək  müqaviləsi  bağladıqda,  seksual  qısnamaya  məruz  qaldıqda  və  qanunvericilikdə 
nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə 
bilər.
 
75
 
4.  Əmək  müqaviləsini  ləğv  etmək  barədə  ərizə  vermiş  işçi  xəbərdarlıq  müddəti 
bitənədək  istədiyi  vaxt  ərizəsini  geri  götürə  və  ya  onu  etibarsız  hesab  etmək  barədə 
işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə 
ki,  işəgötürən  həmin  vəzifəyə  (peşəyə)  yeni  işçinin  götürülməsi  barədə  işçiyə  rəsmi 
qaydada  yazılı  xəbərdarlıq  etməmiş  olsun.  Əmək  müqaviləsi  bu  maddə  ilə  müəyyən 
edilmiş  qaydalara  əməl  olunmaqla  ləğv  edildikdən  sonra  işçinin  əvvəlki  ərizəsini  geri 
götürmək  və  ya  onu  etibarsız  hesab  etmək  barədə  edilən  müraciətin  hüquqi  qüvvəsi 
yoxdur. 
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, 
xəbərdarlıq  müddəti  bitənədək  bu  maddə  ilə  müəyyən  edilmiş  əsasla  əmək 
müqaviləsinin ləğv edilməsinə yol verilmir. 
6.  İşçi  məzuniyyət  hüququndan  istifadə  etməklə  ona  müvafiq  iş  ilinə  görə 
məzuniyyətin  verilməsi  və  məzuniyyət  müddətinin  qurtardığı  gündən  əmək 
müqaviləsinin  ləğv  edilməsi  xahişi  ilə  işəgötürənə  ərizə  verə  bilər.  İşçi  məzuniyyət 
müddəti  bitənədək  bu  maddənin  4-cü  hissəsi  ilə  müəyyən  edilmiş  qaydada  əmək 
müqaviləsinin  ləğv  edilməsi  barədə  ərizəsini  geri  götürə  və  ya  onu  etibarsız  hesab 
etmək  barədə  işəgötürənə  yazılı  müraciət  edə  bilər.  Bu  halda  işçinin  xahişi  təmin 
edilməlidir. 
7.  İşəgötürən  tərəfindən  zor  işlədilərək,  hədə-qorxu  gələrək,  yaxud  hər  hansı 
başqa  üsulla  işçinin  iradəsinin  əleyhinə  əmək  müqaviləsini  ləğv  etməyə  onu  məcbur 
etmək qadağandır. 
 
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları 
 
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 
a) müəssisə ləğv edildikdə
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə 
işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq 
qərar qəbul edildikdə; 


ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə 
yetirmədikdə,  yaxud  bu  Məcəllənin  72-ci  maddəsində  sadalanan  hallarda  əmək 
vəzifələrini kobud şəkildə pozduqda; 
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
 
76
 
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
 
77
 
Qeyd:  Bu  maddənin  «c»  bəndində  «səlahiyyətli  orqan»  dedikdə,  işçilərin 
ixtisasına,  peşə  dərəcəsinə,  təcrübəsinə,  peşəkarlıq  səviyyəsinə  görə  tutduğu  vəzifəyə 
uyğun  olduğunu  müəyyən  etmək  məqsədi  ilə  yaradılan  və  müvafiq  səlahiyyətlərə 
malik  olan  attestasiya  komissiyası,  praktik  tibb  və  ya  əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olan 
işçilərin  sertifikasiyasını  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqan  başa  düşülməlidir. 
İşçilərin  attestasiyası  bu  Məcəllənin  65-ci  maddəsi  ilə  müəyyən  edilmiş  qaydada 
keçirilir.
 
78
 
 
Maddə  71.  Əmək  müqaviləsi  işəgötürən  tərəfindən  ləğv  edilərkən  görülən 
tədbirlər
79
 
 
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin 
tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  barədə  səlahiyyətli  orqan  tərəfindən  müvafiq  qərar  qəbul 
edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
 
80
 
2.  Bu  Məcəllənin  70-ci  maddəsinin  «ç»  bəndində  nəzərdə  tutulan  əsasla  əmək 
müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, 
etinasızlıqla  əmək  funksiyasını,  vəzifə  borcunu  (öhdəliklərini)  yerinə  yetirmədiyinə 
görə  müvafiq  iş  yerində  işin,  istehsalın,  əmək  və  icra  intizamının  normal  ahəngi 
pozulmuş  olsun  və  ya  mülkiyyətçinin,  işəgötürənin,  habelə  əmək  kollektivinin  (onun 
ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada 
ziyan dəymiş olsun. 
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı 
biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 
 
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar 
 
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab 
edilir: 
a)  özünün  xəstəliyi,  yaxın  qohumunun  xəstələnməsi  və  ya  vəfat  etməsi  istisna 
olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr 
qəbul  edərək  sərxoş  vəziyyətdə  işə  gəlməsi,  habelə  işə  gəldikdən  sonra  iş  yerində 
həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
 
81
 
c)  təqsirli  hərəkətləri  (hərəkətsizliyi)  nəticəsində  mülkiyyətçiyə  maddi  ziyan 
vurması; 
ç)  təqsirli  hərəkətləri  (hərəkətsizliyi)  nəticəsində  əməyin  mühafizəsi  qaydalarını 
pozaraq  iş  yoldaşlarının  səhhətinə  xəsarət  yetirməsi  və  ya  onların  bu  səbəbdən  həlak 
olması; 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə