Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/75
tarix08.09.2018
ölçüsü1,54 Mb.
#67165
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

7.  Attestasiya  komissiyası  işçinin  tutduğu  vəzifəyə  (peşəyə)  uyğun  olduğu  və  ya 
uyğun  olmadığı  haqqında  iki  qərardan  yalnız  birini  qəbul  edir.  Bununla  yanaşı 
attestasiya  komissiyası  bu  qərarlarında  işçinin  başqa  vəzifədə  (peşədə)  istifadə 
edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 
8.  Bu  maddə  ilə  müəyyən  edilmiş  işçilərin  attestasiyası  keçirilməsinin  digər 
qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  normativ  hüquqi 
aktla tənzimlənir. 
 
Maddə 66. Attestasiya olunmayan işçilər 
 
Aşağıdakı işçilərin attestasiyası keçirilmir: 
vətənin  müdafiəsi,  azadlığı  və  ərazi  bütövlüyü  uğrunda  hərbi  əməliyyatlarda 
xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;
 
70
 
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi 
şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər
bir  vəzifədə  (peşədə)  beş  ildən  az  müddətdə  çalışan  məcburi  köçkün  və  qaçqın 
statusu olan işçilər
hamilə qadınlar; 
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən 
sonra  bir  ildən  az  müddətdə  müvafiq  vəzifədə  (peşədə)  çalışan  qadınlar  (uşağını 
təkbaşına böyüdən kişilər);
 
71
 
yaşı 18-dən az olan işçilər
bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; 
eyni  vəzifədə  (peşədə)  azı  üç  dəfə  attestasiya  olunaraq  tutduğu  vəzifəyə  uyğun 
olduğu müəyyən edilmiş işçilər
kollektiv  müqavilələrdə  (sazişlərdə)  nəzərdə  tutulan  hallarda  attestasiya 
olunmayan işçilər; 
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər.
 
72
 
 
Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi 
 
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı 
haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» 
bəndinə  müvafiq  olaraq,  71-ci  maddəsində  nəzərdə  tutulan  qaydalara  əməl  edilməklə 
işəgötürən tərəfindən ləğv edilə bilər. 
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı 
ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 
3.  İş  yerlərinin  attestasiyasının  keçirilməsi  nəticəsində  onların  kütləvi  şəkildə 
ixtisar edilməsi yolverilməzdir. 
4.  İş  yerinin  attestasiyasının  keçirilməsinin  nəticələrinə  əsaslanaraq  işəgötürən 
tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 
5.  İşçilərin  və  iş  yerlərinin  attestasiya  komissiyalarının  qərarlarını  qanunsuz, 
əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 


6.  Attestasiya  komissiyasının  qərarı  ilə  tutduğu  vəzifəyə  (peşəyə)  uyğun 
olmadığına  görə  işəgötürən  tərəfindən  əmək  müqaviləsi  ləğv  edilən  və  ya  başqa 
vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə 
ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 
 
Maddə  67-1.  Azərbaycan  Respublikasında praktik  tibb və  ya  əczaçılıq  fəaliyyəti 
ilə məşğul olan işçilərin sertifikasiyası
73
 
 
1.  Azərbaycan  Respublikasında  praktik  tibb  və  ya  əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olan 
işçilərin  peşəkarlıq  səviyyəsinin  və  peşə  yararlılığının  yoxlanılması  məqsədi  ilə  həmin  işçilər 
“Əhalinin  sağlamlığının  qorunması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 
nəzərdə  tutulmuş  qaydada  sertifikasiyaya  cəlb  edilirlər.  Sertifikasiya  zamanı  praktik  tibb  və  ya 
əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olan  işçilərə  onların  fəaliyyət  sahəsinə  bilavasitə  aid  olmayan 
sualların  verilməsi,  habelə  onların  siyasi  baxışlarına  və  etiqadına  görə  qiymətləndirilməsi 
yolverilməzdir.
74
 
2.  Hamilə  qadınların,  uşağının  üç  yaşınadək  sosial  məzuniyyətdə  olan  və  həmin 
məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların 
(uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. 
3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər 
qanunvericiliyə  uyğun  olaraq  təhsilini  təsdiq  edən  sənədin  verildiyi,  ixtisasını  qanunvericiliyə 
uyğun  olaraq  dəyişdirmiş  səhiyyə  mütəxəssisləri  yeni  ixtisasını  təsdiq  edən  sənədin  verildiyi 
gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. 
4.  Sertifikasiyadan  qanunvericiliyə  uyğun  olaraq  keçməyən  işçilərin  praktik  tibb  və  ya 
əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.  
5.  Sertifikasiyadan  “Əhalinin  sağlamlığının  qorunması  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq 
fəaliyyətinə  buraxılmaması  onunla  bağlanmış  əmək  müqaviləsinin  bu  Məcəllənin  70-ci 
maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. 
 
Onuncu fəsil 
 
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları 
 
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 
 
1.  Əmək  müqaviləsinə  yalnız  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  əsaslarla  və 
qaydada xitam verilə bilər. 
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: 
a) tərəflərdən birinin təşəbbüsü
b) əmək müqaviləsinin müddətinin qurtarması; 
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
ç)  müəssisənin  mülkiyyətçisinin  dəyişməsi  ilə  əlaqədar  (bu  Məcəllənin  63-cü 
maddəsinin ikinci hissəsində göstərilən işçilər); 
d) tərəflərin iradəsindən asılı olmayan hallar; 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə