İnsan resurslari departamenti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü0,59 Mb.
#65353


İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

MÜHASİB 

VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR 

1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu; 

2.Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

 

3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:  

Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları 

Əmək normaları və işəmuzd qiymətləri 

Əməyin ödənilməsi normaları 

Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar 

Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar 

Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması 

 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 

İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar 

İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası 

İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti 

Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması 

İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası 

 İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi və əmək haqqının saxlandığı hallar 

 Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması 

Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda başqa işə keçirmə 

Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 

Uşağın yedizdirilməsi üçün fasilələr 

Qadınlar  üçün  natamam  iş  vaxtı  müəyyən  edilən  hallar  və  həkim  müayinəsi  zamanı  əmək  haqqının 

saxlanılması 

Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsi xüsusiyyətləri 

Tətildə iştirakdan imtina etmiş şəxslərin təminatları 

Tətil iştirakçılarının əmək haqqının ödənilməsi 

Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 

İşçilərin sosial sığorta olunması 

  



4.Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  sahə  üzrə  qərar  və 

sərəncamları üzrə: 

-  Məzuniyyət  vaxtı  üçün  orta  əmək  haqqının  hesablanması  zamanı  nəzərə  alınan  və  alınmayan 

ödənişlərin müəyyən edilməsi; 

-Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi 

- Ezamiyyə xərclərinin hesablanması 

-  Məcburi  dövlət  sosial  sığortası  üzrə  ödəmələrin  və  əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə 

müavinətin hesablanması  

- Ciddi hesabat blanklarının tətbiqi və uçotu qaydaları 


İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

5.Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə: 

“Mal-material ehtiyatları” adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

”Pul vəsaitinin hərəkəti haqqında” 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı 8 №-li Mühasibat 

Uçotunun Beynəlxalq Standartı 

“Hesabat tarixindən sonra baş vermiş hadisələr” adlı 10 №-li Mühasibat Uçotunun Beynəlxalq 

Standartı 

“Mənfəət vergisi” adlı 12 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Torpaq, tikili, avadanlıqlar” adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Gəlir” adlı 18 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 №-li Mühasibat Uçotunun Beynəlxalq 

Standartı 

“Borclar üzrə məsrəflər” adlı 23 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Aktivlərin dəyərdən düşməsi” adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı 

“Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun 

Beynəlxalq Standartı 

“Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı. 

 

Ədəbiyyat 

1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, www.maliyye.gov.az;  

2.Azərbaycan Respublikasının Vergi Məcəlləsi;  

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; 

4.“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, 716- IIQ, 29 iyun 2004-cü il; 

5.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, 250-IQ, 18 fevral 1997-ci il; 

6.”Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə 

sığortaedənin  vəsaiti  hesabına  ödənilən  müavinətin  hesablanması  və  ödənilməsi  haqqında 

Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 

sentyabr tarixli 189 nömrəli qərarı.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu, 

223-IIQ, 4 dekabr 2001-ci il; 

7. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, 55-IIIQ, 7 fevral 2006-cı il; 

8.“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 

yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı; 

9.“Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı; 

10.Məzuniyyət  vaxtı  üçün  orta  əmək  haqqının  hesablanması  zamanı  nəzərə  alınan  və  alınmayan 

ödənişlərin  müəyyən  edilməsi  və  məzuniyyət  vaxtı  üçün  orta  əmək  haqqının  əmsallaşdırılması 

qaydasının  təsdiq  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  25  avqust 

1999-cu il tarixli 137 nömrəli Qərarı; 

11.“Ciddi  hesabat 

blanklarının  tətbiqi  və  uçotunun  aparılması  Qaydaları”nın  təsdiq 

edilməsi haqqında” Azərbaycan  Respublikası  Maliyyə  Nazirinin  2013-cü  il  9  yanvar  tarixli  Q-02 

nömrəli Qərarı. 

12.Q.S.Süleymanov. Dövlət qulluğuna müsabiqə yolu ilə qəbul. Bakı - 2017. 



İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

 

1.“Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 



Milli  Mühasibat  Uçotu  Standartları  hansı  orqan  tərəfindən  təsdiq  edilən 

mühasibat uçotu standartlarıdır? 

A) Azərbaycan Respublikası Nazirlər Kabineti 

B) Müvafiq icra hakimiyyəti orqanı 

C) Azərbaycan Respublikası Prezidenti Administrasiyası 

D) Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası 

E) Mühasiblərin Beynəlxalq Federasiyası 



 

2.“Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən 

bu qanunda istifadə olunan digər anlayışlar əsasən hansı normativ hüquqi aktda 

müəyyənləşdirilmiş mənaları ifadə edir? 

A) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda 

B) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda  

C) “Tender haqqında” Azərbaycan Respublikasının Qanununda 

D) Azərbaycan Respublikasının Mülki Məcəlləsində 

E) Azərbaycan Respublikasının Əmək Məcəlləsində  

 

3.Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  əsasən  hüquqi  şəxsin 

balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir? 

A)3 faizədək 

 

 

B)Amortizasiya olunmur  



 

 

C)15 faizədək 



D)7 faizədək 

E)14 faizədək  

 

4.Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  əsasən  təmir  xərclərinin 

məhdudlaşdırılan həddən artıq olan hissəsi hansı qaydada gəlirdən çıxılır? 

A) Gəlirdən tam həcmdə çıxılır 

B) Növbəti vergi ilinin xərclərinə aid edilir 

C) Mənfəətin azaldılmasına aid edilir 

D) Gəlirdən çıxılmır və əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir 

E) Mənfəətin çoxaldılmasına aid edilir. 



 

 


İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

5.Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  əsasən  iş  vaxtından  artıq 

vaxtda  görülən  işə  görə  işçiyə  əmək  haqqının  ödənilməsi  hansı  qaydada 

aparılmalıdır? 

A)Əməyin  vaxtamuzd  ödənilmə  sistemində  saatlıq  tarif  (vəzifə)  maaşının  üçqat 

məbləğindən aşağı olmamaqla ödənilməli 

B)Tarif cədvəlinə uyğun olaraq adi qaydada əmək  haqqı  ödənilməli 

C)Saatlıq tarif (vəzifə) maaşının birqat məbləğindəödənilməli 

D)Saatlıq tarif (vəzifə) maaşının 1.5 misli məbləğində ödənilməli 

E)Əməyin  vaxtamuzd  ödənilmə  sistemində  saatlıq  tarif  (vəzifə)  maaşının  ikiqat 

məbləğindən aşağı olmamaqla ödənilməli.  

 

6.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən aşağıda göstərilənlərdən 

hansılar əmək haqqının tərkibinə daxildir? Tam və doğru cavabı tapın.  

A) Aylıq tarif (vəzifə) maaşı 

B) Aylıq tarif (vəzifə) maaşı və ezamiyyə xərcləri 

C) Aylıq tarif (vəzifə) maaşı və mükafatlar 

D) Əlavələr və mükafatlar 

E) Aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar 

 

7.Aşağıdakı  ödənişlərdən  hansı  məzuniyyət  vaxtı  üçün  orta  aylıq  əmək  haqqı 

hesablanarkən nəzərə alınmalıdır? 

A) Ezamiyyə xərcləri 

B) Maddi yardım şəklində verilən müxtəlif ödəmələr 

C) Birdəfəlik xarakter daşıyan ödəmələr  

D) Faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı 

E) Yemək xərci 

 

8.İşçiyə  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  ilk  14  təqvim  ğünü 

müddətində ödəniş kim tərəfindən ödənilməlidir? 

A) Azərbaycan Respublikası Dövlət Büdcəsinin ehtiyatları hesabına 

B) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 

C)Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 

D) İşlədiyi müəssisə tərəfindən 

E) Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 

 

 



İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

9.Azərbaycan  Respublikası  Vergi  Məcəlləsin  əsasən  aşağıda  göstərilənlərdən 

hansılar amortizasiya olunmayan aktivlər qrupuna aiddir? Tam və doğru cavabı 

seçin. 

1. İstismar vaxtı çatmayan çoxillik əkmələr 

2. İş heyvanları 

3. Nəqliyyat vasitələri 

4. Konservasiya edilmiş əsas vəsaitlər 

5. Məhsuldar heyvanlar 

A) 1,2,3 

 

B) 2,3,5 



 

C) 1,4,5 

 

D) 3,4,5 



         E) 2,4,5 

 

10.“Torpaq,  tikili,  avadanlıqlar”  adlı  16  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartına  əsasən  amortizasiya  ilə  bağlı  aşağıdakı  ifadələrdən  hansı  biri 

doğrudur? 

A)Bütün uzunmüddətli aktivlər amortizasiya olunmalıdır 

B)Amortizasiya metodunda dəyişiklik uçot siyasətində dəyişiklikdir və bu, ayrılıqda 

açıqlanmalıdır. 

C)Amortizasiya xərclərinin hesablanması yalnız düzxətt metodu əsasında 

aparılmalıdır. 

D)Amortizasiya- amortizasiya edilmiş dəyərin həmin aktivin faydalı istifadə müddəti 

ərzində hər uçot dövrünə sistematik əsasda bölüşdürülməsidir. 

E)İstifadəsiz uzunmüddətli aktivlər üzrə amortizasiya  xərci hesablanmamalıdır. 

 

11.“Gəlir” adlı 18 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən pul 



vəsaitləri  və  ya  pul  vəsaitlərinin  ekvivalentlərindən  istifadə  edilməsi  üçün  təyin 

edilmiş  haqqlar  və  ya  müəssisəyə  ödənilməli  məbləğlər  aşağıdakılardan 

hansılardır? 

A) Təxirəsalınmış gəlir 

B) Dividendlər 

C) Faiz gəliri 

D) Royaltilər 

E) İcarə haqqları  

 

  

 



 


İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

12.“Mal-material  ehtiyatları”  adlı  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartına əsasən mal-material ehtiyatları ilkin dəyər əsasında qiymətləndirilən 

zaman aşağıdakı metodlardan hansından istifadə etmək mümkündür? 

A) Normativ dəyər  

B) Orta dəyər 

C) LİFO 


D) Çəkili orta dəyər 

E) Mümkün xalis satış dəyəri 

 

13.“Qeyri-maddi  aktivlər”  adlı  38  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartına əsasən müəssisə daxilində çəkilən hansı məsrəflər qeyri-maddi aktiv 

kimi tanınmır: 

1) Başlanğıc fəaliyyəti üzrə məsrəflər 

2) Reklam məsrəfləri 

3) Təlim məsrəfləri 

4) Hazırlanmış, lakin həyata keçirilməmiş kompaniyalar üçün elan və marketinq 

məsrəfləri 

A) 1, 2, 3, 4 

B) yalnız 1,2 

C) yalnız 2,3 

D) yalnız 1,4 

E) yalnız 2,3,4 

 

14.“Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı 8 

№-li  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartına  əsasən  aşağıdakılardan 

hansılar kapitalda dəyişikliklər haqqında hesabatda təqdim edilməlidir? 

1. Kapitallaşdırılmış təcrübə-konstruktor məsrəfləri 

2. Maliyyə ili üzrə mənfəət 

3. Uzunmüddətli aktivlərin satışından yaranan zərər 

A) Yalnız 1 

B) 1 və 2 

C) Yalnız 2 

D) 2 və 3 

E) Yalnız 3 

 

 




İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

15. “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı 8 

№-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən uçot siyasəti nədir? 

A)Maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsi  zamanı  müəssisə 

tərəfindən tətbiq edilən müəyyən prinsiplərdir 

B)Maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsi  zamanı  müəssisə 

tərəfindən tətbiq edilən müəyyən əsaslardır 

C)Maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsi  zamanı  müəssisə 

tərəfindən tətbiq edilən müəyyən şərtlərdir 

D)Maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsi  zamanı  müəssisə 

tərəfindən tətbiq edilən müəyyən qaydalardır 

E)Maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsi  zamanı  müəssisə 

tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar,çərtlər və qaydalardır 

 

16.“Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 №-li 

Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aşağıdakı ifadələrdən hansı 

doğrudur? 

1)Şərti  aktivlərin  meydana  cıxacağı  ehtimal  edildikdə  onlar  maliyyə  hesabatlarına 

aktiv kimi daxil edilir 

2)Şərti öhdəliklərin meydana cıxacağı ehtimal edildikdə onlar maliyyə hesabatlarında 

göstərilməlidir 

3)Qiymətləndirilmiş öhdəlik- vaxtı və ya məbləği qeyri-müəyyən olan öhdəlikdir. 

4)Qiymətləndirilmiş öhdəlik kimi uçota alınan məbləğ hesabat dövrünün sonunda cari 

öhdəliyi  yerinə  yetirmək  üçün  tələb  olunan  xərcin  ən  yaxsı  hesablanmış  dəyəri 

olmalıdır 

5)Aktivlərin  gözlənilən  satışından  əldə  ediləcək  qazanc  qiymətləndirilmiş  öhdəliyin 

hesablanmasında nəzərə alınmalıdır. 

A) 1, 2 və 3 

B) 2, 3 və 4 

C) 1, 3 və 4 

D) 1, 3 və 5 

E) 2, 4 və 5 



 

 

 

 


İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

17.“Pul  vəsaitinin  hərəkəti  haqqında”  7  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq 

Standartına  əsasən  pul  vəsaitinin  hərəkəti  haqqında  hesabatda  investisiya 

fəaliyyətindən pul vəsaitləri axınına aşağıdakılar hansı biri aiddir? 

A) Uzunmüddətli aktivlərin satışından daxilolma 

B) Cəlb edilmiş borclar üzrə faizlərin ödənilməsi 

C) Dividendlərin ödənilməsi 

D Kredit alınması 

E) Mal-material ehtiyatlarında artım 



 

18. “Aktivlərin dəyərdən düşməsi” adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq 

Standartına əsasən dəyərdən düşmə zərəri nədir? 

A)Aktivin balans dəyəri ilə aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri arasında 

olan fərqdir 

B)Aktivin balans dəyərinin onun bərpa edilə bilən dəyərinə qədər azalmasıdır 

C)Aktivin balans dəyərinin onun istifadə dəyərinə qədər azalmasıdır 

D)Aktivin balans dəyərinin onun bərpa edilə bilən dəyərinə qədər artmasıdır 

E)Aktivin balans dəyərinin onun son qalıq dəyərinə qədər azalmasıdır 

 

19.“Borclar  üzrə  məsrəflər”  adlı  23  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq 



Standartına  əsasən  borclar  üzrə  məsrəflərə  hansı  məsrəflər  aiddir?  Tam  və 

doğru cavabı müəyyən edin.  

1. Bank overdraftları və qısamüddətli və uzunmüddətli borc vəsaitləri üzrə faizlər 

2. Borc vəsaitlərinə aid olan endirimlər və ya mükafatların amortizasiyası 

3. Borc vəsaitlərinin alınması ilə əlaqədar yaranan məsrəflərin amortizasiyası 

4. “İcarə” adlı 17 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına uyğun olaraq 

maliyyə icarəsi ilə bağlı maliyyə məsrəfləri 

5. Faiz məsrəflərinə düzəliş kimi qəbul edildiyi dərəcədə xarici valyuta ilə götürülmüş 

borc vəsaitlərindən yaranan məzənnə fərqləri 

 A) 1, 2, 5 

B) 2, 4, 5 

C) 1, 2, 3 

D) 1, 3, 4 

E) 1, 2, 3, 4, 5 

 

 




İNSAN RESURSLARI DEPARTAMENTİ 

 

 

 

                       TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

 

 

 

            

“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK” 

 

20.“Mənfəət  vergisi”  adlı  12  nömrəli  MUBS-a  əsasən  vergi  tutulan  mənfəət 

(vergi zərəri) hansıdır? 

A)Hesabat dövrü üzrə uçot mənfəətidir 

B)Hesabat  dövrü  üzrə  vergi  qanunvericiliyinə  uyğun  olaraq  müəyyən  olunan  və 

mənfəət vergisinin ödənildiyi (bərpa olunduğu) mənfəətdir 

C)Vergi xərclərinin çıxılmasından əvvəl dövr üzrə xalis mənfəət və ya zərərdir. 

D) İstifadə olunmamış vergi zərərinin gələcək dövrə keçirilən hissəsidir 

E)İstifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilən hissəsidir 

 

 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə