Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

26 

 

nəzərə  alınması  təklif  olunurdu.  Bütün  bunlar  son  nəticədə  daha  realist  və  universal 



BƏB modelinin qurulmasına öz müsbət töhvəsini vermiş oldu.  

Müasir dövrdə  BƏB-in daha  da dərinləşdirilməsi həmçinin  modernizasiyası və 

beləliklə  də  B M-in  inkişafının  yeni  mərhələlərə  qaldırılması  üçün  yeni 

təkliflər,ideyalar,  nəzəriyyələr  irəli  sürülür.  Bu  ideyaların  əsas  mahiyyəti  ondan 

ibarətdir  ki,  inkişaf  etməkdə  olan  ölkələrə  süni  maneələrin  ləğv  edilməsi, 

proteksionizm  siyasətindən  imtina  etmək,  iqtisadiyyata  xarici  investisiyaları  geniş 

surətdə cəlb etmək məsləhət görülür. 

Qərb iqtisadçılarının və siyasətçilərinin “Cənubun, yəni  EOÖ-in proteksionizm 

siyasətini  yumşaltmaq  çağırışlarına  cavab  olaraq  “cənublular”  da  inkişaf  etmiş 

“şimal”dan  eyni  addımların  atılmasını,  həmçinin  bəzi  əlavə  imtiyazlar  tələb  edirlər. 

Qərb  iqtisadçılarının  nöqteyi-nəzərincə  “təzə”  və  “modernləşdirilmiş”  BƏB 

ideyalarının  əsas  praktiki  mahiyyəti  EOÖ-in  yeni  sahəvi  ixtisaslaşmasını  təmin 

etməkdir.  EOÖ-in  tələbini  ödəmək  məqsədilə  ixracına  istiqamət  olmaq  təklif  edilir. 

EOÖ  öz  növbəsində  qüvvələrini  iqtisadiyyatın  yüksəkixtisaslı  əməyin  və  ETT-nin 

nailiyyətlərinin  intensiv  istifadə  edildiyi  sahələrində  cəmləşdirməlidirlər.  Lakin 

aydındir ki, bu əksər  EOÖ-in strateji maraqlarına uyğun gəlmir. 

Beləliklə,  yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  istənilən  dövlətin  B M-də 

iştirakı məsələsini bu və ya digər aspektdən araşdırarkən nəzərə almaq lazımdır ki, hər 

bir dövlətin burada müəyyən istiqamətdə iştirakının obyektiv əsasını BƏB təşkil edir. 

BƏB  ona  görə  təşəkkül  tapmışdır  ki,  istənilən  ölkə  çərçivəsində  tələb  olunan 

ə

mtəələrin  bütün  nomenklaturasının  istehsalını  yüksək  texnoloji  səviyyədə  təmin 



etmək  praktiki  cəhətdən  qeyri-mümkündür.  Ona  görə  də  ölkələr  müəyyən  üstünlüyə 

malik olduqları sahələrdə ixtisaslaşmış və həmin məhsulları ixrac etmişlər. Üstünlüyə 

malik olmadıqları sahələrin məhsullarını isə onlar idxal etməyə başlamışlar. Nəticədə 

ayrı-ayrı  ölkələrin  BƏB  sistemində  müxtəlif  istiqamətlərdə  ixatisaslaşmaları 

beynəlxalq mübadiləni zəruri etmiş, beləliklə də B M-in əsası qoyulmuşdur. 



27 

 

Eyni  zamanda,  onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkənin  BƏB-də  bir  və  ya  bir 



neçə əmtəə istehsalı üzrə ixtisaslaşması və digər əmtəələrin istehsalından imtina etməsi 

heç  də  onun  həmin  əmtəələrin  istehlakından  da  imtina  etməsi  demək  deyildir.  Bu 

səbəbdən  də  ixtisaslaşma  və  BƏB-də  iştirak  ölkələri  istehsalından  imtina  edilmiş 

ə

mtəələrə olan daxili tələbin ödənilməsi üçün milli sərhədlərdən kənara çıxmağa vadar 



edir və bununla da B M-in təşəkkülü, inkişafı üçün ilkin ünsürlər formalaşır. 

Digər  tərəfdən  BƏB-də  iştirak  etmək  ölkələrə  öz  istehsal  güclərini  və  iqtisadi 

potensiallarını  müəyyən  bir  sahə,  əmtəə  üzərində  cəmləşdirməyə  imkan  verir.  Ona 

görə  də  həmin  sahə,  yaxud  əmtəə  istehsalı  üzrə  əmək  məhsuldarlığı  ölkədə  sürətlə 

yüksəlir, beləliklə BƏB-də hər hansı istiqamətdə ixtisaslaşmaqla çıxış edən ölkə daxili 

istehlakı və istehsal tələbini ödəməkdən əlavə məhsul istehsal edir. Belə vəziyyət özü-

özlüyündə  artıq  qalan  əmtəələrin  reallaşdırılması  üçün  dünya  bazarına  çıxmağa,digər 

ölkələrlə  B M  qurmağa  məcbur  edir.  Həm  də  təsərrüfat  subyektləri  özləri  bilə-bilə 

artıq  məhsul  buraxaraq  həmin  əmtəələri  dünya  bazarında  realizə  etməklə  onlar  üçün 

zəruri  və  digər  ölkələrdə  bol  olan  əmtəələri  əldə  edirlər.  Müəyyən  əmtəə  qrupunun 

istehsalı  üzrə  ixtisaslaşmanı  dərinləşdirməklə,  möhkəmləndirməklə  ölkələr  özlərinə 

lazım  olan  məhsulları  beynəlxalq  bazarda  həmin  əmtəə  qrupu  üzrə  ixtisaslaşmış 

ölkələrlə mübadilə etmək vasitəsilə daha ucuz qiymətlərlə əldə edirlər. 

Bütün  bunlar  belə  bir  fikir  söyləməyə  imkan  verir  ki,  BƏB  B M-in  təşkilati 

formasıdır. 

Nəticə  etibarı  ilə  qeyd  etmək  olar  ki,  məhz  BƏB-in  dərinləşməsi  B M-in 

inkişafını  şərtləndirən  ən  əsas  amildir.  Çünki,  BƏB  B M-in  inkişafı  üçün  ilkin  əsas 

yaradır. 

B M-in  özünü  isə  BƏB-ə  əsaslanmış  xüsusi  fəaliyyət  sferası  kimi  xarakterizə 

etmək  olar.  B M  –  imkanları,  perspektivi  və  rolu,  onun  əsas  formalarının  nisbəti  və 

inkişaf  istiqamətləri  BƏB-in  dərinləşməsi,  onun  daha  yüksək  formalarına  keçidlə 



28 

 

şə



rtlənmişdir.  BƏB  ilk  növbədə  qarşılıqlı  asılılıq  doğurur,  bu  isə  B M-in  daha  da 

sürətlə inkişafına səbəb olur. 

Lakin onu da qeyd etmək lazımdır ki, hazırki dövrdə B M-in coğrafiyası BƏB-

dən  əlavə  ölkələrin  siyasi  orientasiyasından  da  ciddi  şəkildə  asılılığa  düşmüşdür. 

Müasir  dövrdə  beynəlxalq  hüquq  normalarını  pozmuş  ölkələrə  qarşı  ticarət 

sanksiyaları və iqtisadi blokada geniş tətbiq edilir (məsələn,  raq, Serbiya ilə ticarətə 

qoyulan  beynəlxalq  qadağalar).  Şərqi  Avropanın  da  beynəlxalq  iqtisadi 

münasibətlərinin  coğrafiyası  II  Dünya  müharibəsindən  sonra  onların  xarici  siyasəti 

SSR -nin  təsiri  altına  düşdükdən sonra  əsaslı şəkildə  dəyişdi,  sosialist  respublikasına 

istiqamətləndi. Əlbəttə, bunu II Dünya müharibəsindən sonra iqtisadiyyatı demək olar 

ki,  dağılmış  SSR -nin  müharibə  nəticəsində  bu  və  ya  digər  sahədə  müqayisəli 

üstünlüklər əldə etməsi ilə izah etmək çox gülünc olardı. Təəssüf ki, bütün bu siyasi 

amillər  ölkələrin  BƏB-də  malik  olduqları  müqayisəli  üstünlükləri  B M  vasitəsilə 

vaxtında,  dövlətin  milli  mənafeyinə  tam  uyğun  şəkildə  reallaşdırmağa  imkan  verir. 

Hazırda  da  buna  bir  çox  misallar  göstərmək  olar.  Məsələn,  ranın  ABŞ-la  soyuq 

münasibəti  ilə  əlaqəldar  birincinin  dünya  təsərrüfat  əlaqələrindən  sıxışdırılması, 

həmçinin  eyni  səbəbdən  ABŞ-ın  səyi  ilə  Kubanın,  Şimali  Koreyanın  B M-dən 

izolyasiyasını  göstərmək  olar.  Hərçənd,  bu  halda  ran,  Kuba,  Şimali  Koreya 

ölkələrinin milli iqtisadi mənafelərinə uyğun olmasını, yaxud həmin dövlətlərin heç bir 

müqayisəli  üstünlüklərə  malik  olmadığını  söyləmək  ən  azı  “iqtisadi  yaxıngörənlik” 

olardı.  Bütün  bunlar  nəticəsində  B M  sisteminin  kökündən  yenidənqurulmasına  

obyektiv tələbin artması onu göstərir ki, təşəkkül tapmış BƏB və ona əsaslanan dünya 

təsərrüfat əlaqələri artıq bir qrup ölkələrin, xüsusən də  EOÖ-in həm iqtisadi, həm də 

siyasi maraqları ilə toqquşmuşdur. BMT tərəfindən səsləndirilmiş fikirlərdə göstərilir 

ki,  BƏB  və  B M  artıq  kor-təbii  şəkildə,  yalnız  rəqabət  mübarizəsinin  qanunlarının 

təsiri  altında  formalaşdırıla  bilməz,  bazar  mexanizmi  dünya  iqtisadiyyatı  miqyasında 

resursların  səmərəli  inkişafı  və  istifadəsini  təmin  edə  bilmir.  Lakin  onu  da  qeyd 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə