Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Tədqiqatın  predmetini  dünya  iqtisadiyyatının  yaranması,  formalaşması,  inkişafı 



və tənzimlənməsi  məsələlərinin tədqiqi təşkil edir 

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Tədqiqatın  məqsədi  dünya 

iqtisadiyyatının formalaşması və ölkələrin dünya iqtisadiyyatındakı yerini təhlil edərək 

araşdırılmasından ibarətdir. 

Müəyyən  olunmuş  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələr  qarşıya 

qoyulmuşdur: 

-Dünya iqtisadiyyatının yaranması və formalaşmasının araşdırılması;  

- Dünya təsərrüfat sisteminin formalaşması mərhələlərinin araşdırılması; 

-  Beynəlxalq  əmək  bölügüsünün  beynəlxalq  iqtisadi  münasibətlərdə  yeri  və 

rolunun öyrənilməsi; 

- Dünya ölkələrinin dünya iqtisadiyyatında yerinin müəyyənləşdirilməsi; 

- Dünya ölkələri arasında iqtisadi inteqrasiya proseslərinin araşdırılması; 

- Dünya iqtisadiyyatının qlobal problemlərinin araşdırılması; 

- Qloballaşmaya aid olan müxtəlif yanaşmaların təhlil edilməsi; 

- Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə yerinin müəyyən edilməsi. 



Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Statistik məlumatların 

və  qrafiklərin  qurulmasında  Dövlət  Statistika  Komitəsinin  və  Azərbaycan  Mərkəzi 

Bankının  rəsmi  statistik  məlumatlarından  istifadə  olunub.  Dünya  iqtisadiyyatının 

yaranması,  formalaşması,  dünya  ölkələrinin  iqtisadi  inkişaf  səviyyələri,  dünya 

iqtisadiyyatının  qlobal  problemləri  məsələlərini  araşdırarkən  müxtəlif  yerli  və  xarici 

iqtisadi ədəbiyyatlardan istifadə edilib. 



Tədqiqatın  elmi  yeniliyi.Proqnozlar  və  statistik  məlumatlar  araşdırııb 

hazırlanarkən  arzuolunan  kimi  yox,    real  həyatda  olduğu  kimi,  tənqidi 

qiymətləndirmək  lazımdır. Azərbaycan Respublikasının  tədiyyə  balansının,  idxalının, 

ixracının strukturu statistik olaraq tərtib edilərək araşdırılmışdır. 




 

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Tədqiqatda  dünya  iqtisadiyyatının  müasir 

dövrdəki  vəziyyətə  gəlib  çatması  üçün  hansı  mərhələrdən  keçməsi,  formalaşması 

ə

hatəli  şəkildə  əks  etdirilmişdir.  Dünya  ölkələrinin  beynəlxalq  iqtisadi 



münasibətlərdəki  yeri  aydın  şəkildə  izah  edilmişdir.  Dissertasiya  işindəki  araşdırma, 

təhlil və tövsiyyələrdən növbətш araşdırmalarda istifadə oluna bilər. 



Dissertasiyanın  strukturu.  Magistr  dissertasiyası  giriş,  3  fəsil,  nəticə  və 

təkliflər,  habelə  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla  94  səhifədən 

ibarətdir.  Dissertasiyada  6  cədvəl  qurulmuşdur.  Dissertasiya  işinin  birinci  fəslində 

nəzəri və konseptual mövzular araşdırılmışdır. Dissertasiya işinin ikinci fəslində dünya 

ölkələrinin  inkişaf  səviyyəsi  araşdırılmışdır.  Tədqiqat  işinin  üçüncü  fəslində  dünya 

iqtisadiyyatının qlobal problemləri araşdırılıb təhlil edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

I FƏS L: DÜNYA  QT SAD YYATININ YARANMASI,FORMALAŞMASI VƏ 



NK ŞAF MƏRHƏLƏLƏR  

1.1.

  Dünya təsərrüfatının yaranması, təkamülü və formalaşması 

Dünya  təsərrüfatının  yaranmasından  çox-çox  əvvəllər  də  qədim  məhdud 

təsərrüfatçılıq sistemləri mövcud olmuşdur. Beləki, Nil, Tiqra, Evrat, Qanq vadilərində 

və  sonralar  Yunanıstan,  taliya,  Latın  Amerikası  ərazilərində  təsərrüfatçılıqlar 

yayılmışdır.  Bu  kimi  mərkəzləşdirilmiş  təsərrüfat  sistemlərində  istehsalın  əsas  sahəsi 

ə

kinçilik və heyvandarlıqdan ibarət idi. Eləcə də həmin yerlərdə filiz çıxarılması, metal 



ə

ridilməsi,  əmək  alətləri  və  silah  düzəldilməsi,  parça  hazırlanması  da  mövcud  idi. 

Aydındır ki, bu iqtisadi zonalar biri-biri ilə o qədər də qarşılıqlı əlaqədə deyildilər. 

Köçəri və əkinçilik tayfaları arasında çox hallarda toqquşmalar baş verirdi ki, bu 

da  o  dövr  üçün  mövcud  olan  iqtisadi  quruluşun,  sosial  əlaqələrin,  siyasi  sistemin 

dağılmasına  səbəb  olmuşdur.  Bütün  bu  kimi  qədim  təsərrüfatçılıq  formaları  müxtəlif 

xalqlarda – regionlarda özünəməxsus xüsusiyyət kəsb etmişdir. 

Qədim  təsərrüfatçılıq  sistemlərində  (Çindən  başqa)  əsas  yeri  çar  və 

ibadətxanaların təsərrüfatları, vəzifəli şəxslərin, xüsusi adamların (vərəsəlik əsasında) 

təsərrüfatları tuturdu.  Bütün iri təsərrüfatlar eyninövlü idi.  Torpağın ömürlük istifadə 

edilməsi  prinsipi  mövcud  idi.  Ona  görə  də  idarəçilik  təbəqələrinin  dəyişilməsi 

çətinləşirdi. Ailə icmaları kök sala bilmir, xüsusi səviyyədə yığım yaranmırdı. 

Bir çox yerlərdə və xüsusilə Hindistanda torpağın birgə becərilməsi icması əsas 

idi.  Hər  bir  icma  üzvü  məhsuldan  öz  payını  alırdı.  Bu  əsasda  da  icma  daxilində 

sənətkarlıq və əkinçilik əməyi fərqlənirdi. Bu icmalar biri-digərini zəruri məhsullarla 

təmin edirdi. Onların arasındakı daxili əlaqələrin möhkəmliyi xarici aləmdən asılılığı 

aradan qaldrırdı. 



 

Bu  cür şərq icmaçılığı şəhərlə kənd  arasındakı əmək  bölgüsünün və  əmtəə-pul 



münasibətlərinin inkişafına maneçilik törədirdi. 

Az-çox  Çində  və  Hindistanda  müəyyən  dövlətçilik  sistemi  özünü  göstərirdi. 

Torpaq  vergisi  (qismən  də  pul  formasında)  dövlətlə  xüsusi  və  icma  əkinçiliyi 

arasındakı münasibətlərin əsasını təşkil edirdi.  ri torpaq sahiblərinin ödədikləri renta 

ə

mtəə  forması  kimi  şəhər  əhalisini  təchiz  edirdi.  Osmanlı  imperiyasında,  randa 



şə

hərlə  kənd  arasındakı  mübadilə  münasibətləri  genişlənirdi.  Burada  ticarət-sələm 

kapitalı  müəyyən  rol  oynayırdı.  Lakin  əmtəə-pul  münasibətləri  o  qədər  də  sistemli 

deyildi.  Torpaqların  icarəyə  verilməsi  sahibkarlıq  xarakteri  daşımırdı.  Ona  görə  də 

vahid təsərrüfat mexanizmi yarana bilmirdi. 

Natural təsərrüfatı üstünlük təşkil edirdi. Bəzi ölkələrdə ticarət və sənətkarlıqla 

olan  məşğuliyyətə  çox  laqeyd  baxılırdı.  Hindistanda  sənətkarlar  aşağı  təbəqəyə  aid 

edilirdi. Mərkəzi hakimiyyətin himayədarlığı olmadığına  görə sənətkarlıq  inkişaf edə 

bilmirdi. 

Ə

srlərdən-əsrlərə  eynitipli  əmək  alətləri  hazırlanması  davam  edirdi.  Əməyə 



qənaət edə biləcək yeni alətlər hazırlanmırdı. 

Beləliklə,  Şərq  cəmiyyətlərində  bu  kimi  şərait  sosial-iqtisadi  inkişafa  zəmin 

yarada bilmirdi. 

Müəyyən  geriliklərə  baxmayaraq,  ən  qədim  iqtisadi  sistem  uzun  müddətə 

zəncirvari ardıcıllqla inkişaf edirdi. Yeni ideyalar yaranırdı, istifadə edilir, texnologiya 

az-çox  təkmilləşirdi.  Hazırki  vaxtadək  qalmış  bəzi  möhtəşəm  dövlət  qurğuları, 

ibadətxanalar o dövrün yüksək tikinti texnikasından xəbər verir. Bunlardan “Dünyanın 

yeddi  möcüzəsi”ni  misal  çəkmək  olar,  o  cümlədən,  Misir  piramidaları.  B.e.ə.  280-ci 

ildə  skəndəriyyədə  yaradılmış  120  m.  hündürlüyündə  dəniz  fənəri  (məşəli)  və  s.  o 

dövrün çox böyük nailiyyətlərindən xəbər verir. Möhtəşəm su kanalları çəkilmişdi, su 

anbarları,  bəndlər  düzəldilmişdir.  Suyun  verilməsi  xüsusi  qurğu  (mancanaq)  vasitəsi 

ilə  həyata  keçirilirdi.  Riyaziyyat,  fizika,  astranomiya  sahələrində  böyük  nailiyyətlər 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə