Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   10   ...   28

20 

 

3.



  Üçüncü  qrup  ziddiyyətlər  “qərb”  və  “şərq”  ölkələri  arasında  olan 

ziddiyətlərdir. 

“Qərb”  ölkələri  dedikdə,  yenə  də  inkişaf  etmiş  sənaye  ölkələri,  “şərq” 

dedikdə, isə keçmiş sosializm sistemi ölkələri nəzərdə tutulur. 

Bu  ziddiyyətin  əsas  məzmunu  ondan  ibarətdir  ki,  dünya  sosialist  sisteminin 

dağılmasındakı həmin ölkələr nisbətən qapalıhəyat tərzi keçirdikləri halda, hazırda fəal 

surətdə dünya bazarına çıxamağa çalışırlar, A -yə daxil olurlar. Sənayecə inkişaf etmiş 

ölkələr isə bu kimi ölkələrin rəqabətə qoşulmasına maneəçilik göstərirlər. 

4.

  Dördüncü qrup ziddiyyətlər yeni sənaye ölkələri ilə inkişaf etmiş ölkələr 



arasında olan münasibətlərə aiddir. Bəzi yeni sənaye ölkələri dünya bazarında öz nüfuz 

dairələrini artırmağa çalışırlar. Həmin ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında 

da müəyyən ziddiyyətlər mövcuddur. 

Onu  da  qeyd  etməliyik  ki,  bütün  bu  kimi  ziddiyyətlər  heç  də  dünya 

təsərrüfatının bütövlüyünü pozmur, əksinə daha yeni nailiyyətlərə gətirib çıxarır: 

-

  Daha  böyük  –  ümumdünya  əhəmiyyətli  korporasiyaların  yaranması  baş 



verir.  TMK  və  TMB-lar  ümumdünya  təsərrüfatının  əsas  quruluş  elementlərinə 

çevrilirlər; 

-

  Rəqabətlərin kəskinləşməsi ümumdünya əməkdaşlığına çevrilir; 



-

  Ümumdünya  təsərrüfatı  keyfiyyətcə  yeni  beynəlmiləlləşmə  səviyyəsinə 

qalxa bilir. Bu da, əsasən, iki istiqamətdə baş verir: 

a)

  Vahid qlobal bazarın yaranması; 



b)

  Regional iqtisadi inteqrasiya blokunun yaranması. 

 

 

 




21 

 

1.3.



  Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv 

ə

sasıdır. 

B M-in  formalaşması  və  inkişafının  əsasında  nə  üçün  məhz  beynəlxalq  əmək 

bölgüsünün  durduğunu  aydınlaşdımaq  üçün,  fikrimizcə,  ilk  növbədə  BƏB-in  özünün 

mahiyyətini  araşdırmaq  lazımdır.  Bu  sahədə  çoxsaylı  fikirlər  olsa  da,  ən  ümumi 

şə

kildə demək olar ki, BƏB əməyin ictimai ərazi bölgüsünün ən yüksək forması olub 



bu  və  ya  digər  əmtəə  növləri  üzrə  ölkələr  arasında  daimi,  qarşılıqlı  faydalı 

ixtisaslaşmaya  və  onların  istehsalın  nəticələri  ilə  müəyyən  səviyyədə  nisbətlərində 

mübadiləsinə  əsaslanır.  BƏB  əmtəələr,  xidmətlər,  biliklərlə  beynəlxalq  mübadilənin, 

ölkələrin inkişaf səviyyəsindən və ictimai quruluşundan asılı olmayaraq onlar arasında 

istehsal,  elmi-texniki,  ticarət və  digər  növ əməkdaşlığın  obyektiv  əsasıdır.  BƏB  ölkə 

daxilində  və  onlar  arasında  əmək  bölgüsünün  nəticəsidir.  əmək  bölgüsü  dedikdə, 

burada konkret əməyin ayrı-ayrı hissələrə bölünməsi nəzərdə tutulur. 

BƏB-in tarixən birinci məqsədi əmək məhsuldarlığının yüksəldilməsi olmuşdur. 

qtisadi  və  sosial  tərəqqinin  əsası  olan  əmək  məhsuldarlığının  yüksəldilməsi  zərurəti 

həmişə  BƏB-in  hərəkətveriri  qüvvəsi  kimi  çıxış  etmişdir.  Çünki  ölkədaxili  əmək 

bölgüsü  yolu  ilə  məhsuldar  qüvvələrin  inkişafı  ilə  əlaqədar  ölkə  daxilində  hər  hansı 

sahədə istehsal olunan məhsul müəyyən həddən sonra daxili tələbi üstələyir. Nəticədə 

rentabelliyi saxlamaq,  durğunluğun qarşısını almaq üçün  müəssisələr  xarici  bazarlara 

çıxırlar. Beynəlxalq rəqabətdə ölkələr (onların müəssisələri) üstünlüklərə malik olduğu 

sahələrdə  qalib  gəlir,  üstünlüklərə  malik  olmadıqları  sahələrdə  isə  məğlub  olurlar  və 

müvafiq  sahələr  istiqamətində  beynəlxalq  səviyyədə  ixtisaslaşırlar,  digərindən imtina 

edirlər. Beləliklə, ölkələrin bu və ya digər sahələr üzrə BƏB-də ixtisaslaşması əvvəlcə 

B M-in ilk forması olan beynəlxalq ticarətin, BƏB-in dərinləşməsi isə sonradan B M-

in  qalan  formalarının  təşəkkülünə  səbəb  olur,  onların  inkişafı  üçün  ilkin  ünsürlər 

yaradır. 




22 

 

BƏB  ölkələrin  milli  istehsal  xərcləri  beynəlxalq  xərclərə  nisbətən  minimal 



səviyyədə olan əmtəələrin istehsalı üzrə uzunmüddətli ixtisaslaşma prosesi nəticəsində 

meydana  çıxmışdır.  Bu  nöqteyi-nəzərdən  BƏB-in  əsas  funksional  təyinatı  ondan 

ibarətdir  ki,  o  ayrı-ayrı  ölkələr  arasında  möhkəm  iqtisadi  əlaqələr  qurmaqla  onların 

ümumi əmək bölgüsünün strukturunun formalaşdırılmasına səmərəli təsir göstərir. Bu 

onunla əlaqədardır ki, BƏB ölkələrə öz səylərini onların ən əlverişli istehsal şərtlərinə 

malik olduğu sahələrdə cəmləşdirməyə imkan verir. Odur ki, müxtəlif ölkələri BƏB-də 

iştiraka  sövq  edən  ən  əsas  məqsədlərdən  biri  də  artıq  istehsal  xərclərinə  qənaət 

etməkdir. 

Ölkələr  yerli  istehsal  xərcləri  beynəlxalq  xərclərdən  baha  olan  əmtəələrin 

istehsalından  imtina edib onları  idxal etməklə  əlavə  mənfəət  qazanırlar.  Ona görə də 

tam  əminliklə  demək  olar  ki,  BƏB  istehsalın  effektivliyinin  artırılması  məqsədinə 

xidmət  edir,  ictimai  əməyə  qənaət  edilməsi  vasitəsi  kimi  məhsuldar  qüvvələrin 

səmərəli yerləşdirilməsi və istifadəsinin əsas aləti rolunu oynayır. 

BƏB-də  iştirak  edən  ölkə  mövcud  naddi  və  mənəvi  potensialı  daha  optimal 

şə

kildə  istifadə  etməyə,  dünya  üzrə  elm  və  texnikanın  ən  yeni  nailiyyətlərini  qısa 



müddətdə  tətbiq  etməyə,  iqtisadiyyatın  restruktrizasiyasını  sağlam  şəkildə  həyata 

keçirməyə, əhalinin tələbini daha dolğun və rəngarəng şəkildə ödəməyə, milli strateji 

maraqları reallaşdırmağa imkan əldə edir. 

Bu  səbəbdən  də  qeyd  etmək  olar  ki,  məhz  BƏB  bütün  planet  miqyasında 

səmərəli  beynəlxalq  iqtisadi  münasibətlərin  qurulmasının  ilkin  maddi  şərtini  təşkil 

edir,  milli  iqtisadiyyatların  vahid  dünya  təsərrüfatında  birləşdirilməsinin  əsasında 

durur. 

Ona  görə  də  hər  bir  ölkənin  beynəlxalq  iqtisadi  münasibətlərdə  iştirakı 



məsələsini  araşdırarkən  nəzərə  almaq  lazımdır  ki,  istənilən  dövlətin  burada  iştirakını 

obyektiv səbəbi beynəlxalq səviyyədə əmək bölgüsü və mübadilədir. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə