Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

52 

 

yaradılmasına əlverişli təsir göstərirdi. Həmin kanal vasitəsi ilə ildə yüktutumu 20-30 



mln.  ton  olan  4mindən  çox  gəminin  hərəkətinə  şərait  yaradılır.  Sonrakı  illərdə 

gəmilərin intensiv hərəkətini təmin etmək üçün kanalın bir neçə metr dərinləşdirilməsi 

və  genişləndirilməsi  üçün  işlər  görülür.  Süveyş  kanalı  vasitəsilə  Avropa  və  Asiya 

ölkələri  arasında  yüklərin  daşınması  üçün  həmin  ölkələrin  iqtisadi  inkişafına  təsir 

göstərməklə, külli miqdarda səmərəsiz nəqliyyat xərclərini aradan qaldırılmasına şərait 

yaratdı.  qtisadi  göstəricilərlə  desək,  Süveyş  kanalı  istifadəyə  verilməmişdən  əvvəl 

Ukraynanın  Odessa  limanından  Hindistanın  Bombey  limanına  gəmilər  Aralıq 

dənizindən  Cəbbəlütariq  boğazından  keçməklə  Afrika  sahilləri  boyunca  11878  mil 

məsafə qət edirdisə, Süveyş kanalı istifadəyə verildikdən sonra həmin kanal vasitəsilə 

gəmilərin  Bombey  limanına  getməsi  üçün  4198  mil  məsafə  qət  etməklə,  əvvəlki, 

daşınmaya nisbətən 7690 mil və yaxud məsafəni 65% qısaltmış oldu. Həmin daşınma 

göstəricilərinə  müvafiq  olaraq  Genuya  –  Bombey  limanları  arasında  10576  –  4478  -

6098 mil (yaxud 53%), Marsel – Bombey limanları arasında 9824 – 4573 – 5251 mil 

(yaxud 54%), London – Bombey limanları arasında 10721 – 6260 – 4461 mil (yaxud 

41%), Hamburq – Bombey limanları arasında 11028 -4461 mil (yaxud 40%), London 

– Kəlküttə limanları arasında 11597 – 7945 – 3652 mil (33%), Liverpul –  okohama 

limanları arasında 14436 – 11113 – 3323 mil (yaxud 24%) məsafəni ixtisar etmiş oldu. 

XX  əsrin  90-cı  illərində  bu  kanal  vasitəsilə  350  mln.  tondan  çox  dünyanın  müxtəlif 

ölkələrinə yüklər daşınmışdır. Amerika ölkələri arasında dəniz nəqliyyatı ilə yüklərin 

daşınmasının  səmərəliliyini  yüksəltmək  məqsədilə  1904-1914-cü  illərdə  Panama 

kanalının çəkilməsi başa çatdırılır. Panama kanalının uzunluğu 82 km, eni isə 150-305 

m,  dərinliyi  18  metrdir.  llik  yük  dövriyyəsi  170  mln.  ton  km  təşkil  edir.  Panama 

kanalının istifadəyə verilməsi Amerika ölkələrarası iqtisadi əlaqələrinin səmərəliliyini 

təmin  etməklə  yanaşı,  Avropa,  Asiya  ölkələri  arasında  dəniz  nəqliyyatı    vasitəsilə 

yüklərin  səmərəli  yollarla  daşınmasını  təminn  etməklə  ölkələrin  iqtisadi  inkişafına 

təkan  verdi.  Panama  kanalının  istifadəyə  verilməsi  Amerika  ölkələri  arasında  xeyli 




53 

 

miqdarda səmərəsiz dəniz yollarının ixtisar olunmasına şərait yaratdı. Məsələn, Nyu-



York – San-Fransisko arasənda məsafə əvvəlki Magellan boğazından keçən daşınmada 

13170 mil təşkil edirdisə, Panama kanalından istifadə nəticəsində 5263 mil təşkil etdi 

və  əvvəlki  daşınmaya  nisbətən  7844  mil  (yaxud  60%)  məsafə  ixtisar  olundu.  Eyni 

iqtisadi göstəricilərə müvafiq olaraq: Nyu-York – Vankuver 13907 – 6050 – 7857 mil 

(yaxud 56%); Nyu-York – Volparanso 8337 – 4627 – 3710 mil (yaxud 45%); Liverpul 

–  San-Fransisko  13507  –  7930  –  5577  (yaxud  41%);  Liverpul  –  Vankuver  14317  – 

8717 – 5600  (yaxud 39%);  Nyu-York –  okohama  13042  –  9700  – 3342  mil  (yaxud 

26%); Nyu-York – Sidney arasında Afrika kruqundan keçməklə 13051 – 9692 – 3359 

mil (yaxud 26%); Nyu-york – Şanxay arasında Süveyş kanalından keçməklə 12324 mil 

məsafə qət olunurdusa, Panama kanalından keçməklə həmin məsafə 10584 mil təşkil 

etməklə  1740  mil  (yaxud  14%)  məsafə  ixtisar  olunur.  Eyni  zamanda  Ag  dəniz  ilə 

Baltik  dənizi  arasında  Baltik  kanalının  (uzunluğu  227  km)  çəkilməsi  Avropa 

ölkələrində  yüklərin  həmin  kanal  vasitəsilə  birbaşa  dünya  okeanına  çıxmasına  şərait 

yaratmaqla, bir neçə dəfə yükləmə və boşaltma əməliyyatlarını aradan qaldırır. Dəniz 

nəqliyyatında təkmilləşmə  işlərinin aparılması  dünyanın bir  çox ölkələrində  fəaliyyət 

göstərən  daxili  su  yollarında  nəqliyyat  kimi  istifadə  olunmasına  şərait  yaradır. 

Aparılan hesablamalara görə dünya ölkələri üzrə daxili su yollarının uzunluğu 550 min 

km təşkil edir. XX əsrin 90-cı illərinə qədər dünyada daxili su yollarının uzunluğuna 

görə  keçmiş  SSR   birinci  (uzunluğu  123  min  km),  ikinci  yeri  Çin  (110  min  km), 

üçüncü yeri ABŞ (41 min km), dördüncü yeri Braziliya (31 min km) tutmuşdu. Digər 

Avropa ölkələrinin də daxili su yollarından geniş şəkildə istifadə olunmaqla, minlərlə 

işçi  qüvvəsinin  çalışması  üçün  əlverişli  şərait  yaranmışdı.  Məsələn,  Volqa-Don 

kanalının  (uzunluğu  101  km)  istifadəyə  verilməsi  daxili  yükdaşınmanı  və  s.  daha  da 

intensivləşdirirdi. Artıq XX əsrin ortalarında sənayenin sürətli inkişafı əsasında dünya 

nəqliyyat  sisteminin  formalaşmasına  hərtərəfli  zəmin  yaranırdı.  Dünya  ölkələrində 

istehsal olunmuş məhsulların ölkələr arasında daşınmasını təmin etmək üçün yuxarıda 




54 

 

qeyd olunan nəqliyyat sahələri ilə yanaşı, dəmir yolundan, avtomobil nəqliyyatı, boru-



kəmər  və  hava  nəqliyyatı  sahələrindən  geniş  miqyasda  istifadə  olunurdu.  stehsal 

sahələrinin  inkişafı  nəqliyyat  sahələri  üzrə  yükdaşınmanın  xüsusi  çəkisini  nə  qədər 

artırırdısa,  eyni  zamanda  nəqliyyatın  inkişafı  məhsuldar  qüvvələrin  formalaşmasına, 

ə

razinin təbii və əmək resurslarının inkişafına intensiv təsir göstərirdi. Artıq XX əsrin 



90-cı  illərində  dünya  ölkələri  ərazisində  nəqliyyatın  kompleks  inkişafı  öz  əksini 

tapmışdır.  2000-ci  ildə  bütün  dünya  ölkələri  ərazisində  ümumi  dəmir  yollarının 

uzunluğu  1250  min  km,  avtomobil  yollarının  uzunluğu  24000  min  km,  daxili  su 

yollarının  uzunluğu  550  min  km,  boru  kəmər  nəqliyyatının  uzunluğu  1500  min  km, 

hava yollarının uzunluğu isə 8000 min km təşkil etmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə