Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

29 

 

etməklazımdır ki, əməyin xüsusi növlərə bölünməsi, praktiki olaraq sonsuz davam edə 



bilər.  Odur  ki,  yaranmış  vəziyyətdən  çıxış  elmtutumlu  hazır  məhsullar  istehsalında 

beynəlxalq  əmək  bölgüsünü  daha  da  dərinləşdirməklə  EOÖ-i  həmin  proseslərə  cəlb 

etmək və B M-i bu yeni əsaslar üzərində qurmaqdan ibarətdir. 

Digər müstəqil ölkələr kimi respublikamız da getdikcə BƏB və onun vasitəsilə 

B M sisteminə daha ciddi şəkildə qoşulur. Lakin, Azərbaycanın BƏB-də öz mövqeyini 

müəyyənləşdirməsi  prosesi  kifayət  qədər  mürəkkəb,  ziddiyyətli  və  bir  çox  hallarda 

ə

saslandırılmış formada həyata keçirilir. 



Bu cəlbolunma prosesinin respublikamız üçün eyni zamanda həm pozitiv, həm 

də  neqativ  aspektləri  vardır.  Pozitiv  tərəf  ondan  ibarətdir  ki,  indi  Azərbaycan  ona 

lazım  olan  bir  sıra  məhsulları  dünya  bazarından  milli  istehsal  qiymətlərindən  daha 

ucuz  qiymətə  ala  bilir.  Həmçinin  öz  əmtəələrinin  ixracı  zamanı,  əgər  beynəlxalq 

qiymətlər daxili qiymətlərdən yüksəkdirsə əlavə gəlir də əldə edir. 

Keçən əsrin 90-ci illərinin sonundan etibarən Azərbaycanın idxal və ixracından 

istehsal  amillərinin  olduqca  arzuolunmaz  nisbəti  formalaşmışdır.  xracda  xammal, 

ixtisassız əmək üstünlük təşkil etməyə başlamışdır. Həmçinin Azərbaycanın ixracında 

ekoloji nöqteyi-nəzərdən əlverişsiz sahələrin payı stabil olaraq artır.  

BƏB-də bu cür iştiraka belə beynəlxalq ixtisaslaşmaya mövcud keçid dövrünün 

yaratdığı  ağır  iqtisadi  şəraitlə  haqq  qazandırmaq  mümkün  olsa  da,  qeyd  edilən 

vəziyyət  Azərbaycanın  perspektiv  mənafelərinə,  onun  dünya  iqtisadiyyatında  oynaya 

biləcəyi rola və potensial imkanlarına heç cürə uyğun gəlmir. 

SSR -nin  dağılmasından  sonra  Azərbaycan  ixracı  yanacaq-enerji  xammalına 

ə

saslanmaqda  davam  edir.  Belə  ixtisaslaşma  həqiqqətən  də  Azərbaycanda  mövcud 



olan izafi istehsal faktorlarının obyektiv qanunauyğun ixracını əks etdirir. Lakin əsas 

səyləri  izafi  resursların  ixracına  yönəldən  dövlət  mövcud  izafi  istehsal  amillərinin 

intensiv  istifadə  edilməsi  zəruriliyinə  lazımi  diqqət  yetirməmişdir.  Faktiki  olaraq, 

Azərbaycan  Hekşer-Olin  nəzəriyyəsinin  “ölkə  izafi  faktorların  intensiv  istifadə 




30 

 

olunduğu  əmtəələri  ixrac  edir”  postulatını  inkar  etmişdir.  Bu  postulata  əsasən, 



respublikamız təbii resursları, ixtisassız və ixtisaslı işçi qüvvəsi kimi iqtisadi faktorları 

deyil, istehsalında həmin faktorların intensiv istifadə olunduğu hazır əmtəələrin ixracı 

üzrə ixtisaslaşmalı idi. 

Təəssüf  ki,  hazırda  ölkəmizdə  bunu  müşahidə  etmək  mümkün  deyil. 

Azərbaycanın  müasir  beynəlxalq  ixtisaslaşması  üçün  neft,  qazdan  əlavə  qara,  əlvan 

metallurgiya, ilkin kimyəvi emal kimi aşağı texnologiyalı və ekoloji cəhətdən təhlükəli 

sahələr  xarakterik  hal  almışdır.  Bu  sahələrin  ölkə  ixracında  ümumi  payı  90%-dən 

artıqdır. 

Respublikamızın  potensialını  nəzərə  alaraq  söyləmək  olar  ki,  Azərbaycanın 

BƏB-də  əsas  iştirak  istiqamətləri  elmtutumlu  məhsulların  (cihazqayırma, 

maşınqayırma,  kimyəvi  emalın  sonrakı  mərhələləri,  neft-kimya,  aczaçılıq  və  s.) 

istehsalı olmalıdır və onun beynəlxalq iqtisadi münasibətlərinin əsas məğzini də həmin 

məhsullarla mübadilə təşkil etməlidir. 

Ona  görə  də  Azərbaycanın  BƏB-də  iştirakının  obyektiv  zərurət  olduğunu 

göstərməklə bərabər yaddan çıxarmamalıyıq ki, bu proses ilk növbədə respublikamızın 

milli  iqtisadiyyatının  səmərəlilik  səviyyəsinin  yüksəldilməsinə  xidmət  etməli,  onu 

təmin etməlidir. Azərbaycanın müasir BƏB və B M sisteminə cəlb olunmasında əsas 

şə

rt  “burada    iştirak  respublikanın  milli  maraqlarına  və  iqtisadi  təhlükəsizliyinə  nə 



dərəcədə cavab verir?” kriteriyası olmalıdır. 

 

 



 

 

 




31 

 

II FƏS L: DÜNYA ÖLKƏLƏR N N  QT SAD   NK ŞAF SƏV YYƏS  VƏ 



NTEQRAS YANIN DƏR NLƏŞMƏS  

2.1.  Dünya  ölkələrinin  iqtisadi  inkişaf  səviyyəsi  və  dünya  iqtisadiyyatının  əsas 

göstəriciləri 

 

Dünya iqtisadiyyatının subyektləri kimi çıxış edən ölkələr sosial iqtisadi inkişaf 



səviyyələrinin müxtəlifliyi ilə fərqlənirlər. Bu səbəbdən ölkələrin inkişaf səviyyələrinə 

görə təsnifatı zəruriyyəti meydana çıxır. Bunun üçün ilk növbədə sosial-iqtisadi inkişaf 

səviyyəsini ölçən göstəriciləri işləyib hazırlamaq tələb olunur. 

 

qtisadi  inkişaf  çoxamilli  proses  olub  həm  ölkənin  təsərrüfat  müxanizminin 



təkamülünü,  həm  də  iqtisadi  sistemlərin  bu  əsasda  dəyişməsini  əks  etdirir.  qtisadi 

inkişafın səviyyəsini və dinamikasında hansı proseslərin getməsindən, bu zaman milli 

iqtisadiyyatın  strukturunda  hansı  dəyişikliklərin  baş  verməsindən  ölkənin  həyatında 

çox şey asılıdır. Lakin iqtisadi inkişafın çoxamilliyi onu hər hansı yeganə bir göstərici 

ilə tam qiymətləndirməyə imkan vermir. 

 

Ə



nənəvi olaraq  bu sahədə əsas göstərici kimi adambaşına ÜMM göstəricisindən 

istifadə  olunur.  Bu  göstərici  ölkələrin  beynəlxalq  təsnifatının  əsasına  qoyulur.  Ona 

ə

sasən  ölkələr  inkişaf  etmiş  ölkələr  və  inkişaf  etməkdə  olan  ölkələr  qruplarına 



bölünürlər. Lakin bu göstəricinin işlədilməsi bir sıra məlum prolemlərlə bağlıdır. Belə 

ki,  adambaşına  ÜMM  göstəricisi  ev  təsərrüfatında  məşğul  olanların  əməyi  də  daxil 

olmaqla qeyri-bazar (qiyməti müəyyən olunmayan ) istehlak malları istehsalını nəzərə 

almır  və  sərvət,  gəlir  bölgüsü  anlayışlarını  özünə  daxil  etmir.  Buna  görə  də  bu 

göstəricinin  çatışmamazlıqlarının  aradan  qaldırılması  və  ona  alternativ  və  ya 

tamamlayıcı  mürəkkəb  göstəricilərin  işlənib  hazırlanması  üzrə  çoxsaylı  tədqiqatlar 

aparılmışdır. Alınmış göstəriciləri 2 qrupda birləşdirmək olar. Birincisi inkişafı sosial, 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə