Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   ...   28

14 

 

bilirdilər.XIX  əsrin  əvvəllərinədək  Avropa  bazarına  ancaq  ədviyyat,  bəzək  əşyaları 



deyil, hazır məhsullar da göndərirdilər. Avropanın  pambıq parça məhsulları Hindistan 

və Çin məhsulları ilə rəqabətə girə bilmirdilər. 

XVIII  əsrdə  Britaniyada  manufakturadan  maşın  texnikasına  əsaslanan  fabrik 

sisteminə keçməklə qüvvələr nisbətində daha da kəskin fərq yaranmağa başlamışdır. 

Məhz  bu  dövr  sənaye  çevrilişi  və  yaxud  sənaye  inqilabı  dövrü  adlanır.  lk 

fabriklər  pambıq  parça  sənayesi  üzrə  yaranmışdır.  Mahud  manufakturası  dövlətin 

nəzarətində  olduğu  üçün  yeni  texnologiya  tətbiq  etməkdə  müəyyən  maneəçiliklər 

vardı.  Gənc  pambıq  parça  sənayesi  isə  bu  maneəçilikdən  azad  idi.  Sənaye  inqilabı 

digər sahələri də əhatə edirdi. Metallurgiya sahəsində mexanikləşmə artırdı. Dəmir və 

çuqundan  polad  alınması  sürətlənirdi.  1784-cü  ildə  (C.Uatt)  buxar  maşının  kəşfi, 

sənaye və nəqliyyatda geniş tətbiqi böyük əhəmiyyət kəsb edirdi.  

Texniki çevriliş təsərrüfatlarda köklü dəyişikliklər yaradırdı. Britaniyada olduğu 

kimi  Şimali  Amerikada  da  fabrika  istehsalına  keçilirdi.  Avropanın  kontinental 

hissəsində isə aqrar iqtisadiyyat üstünlük təşkil edirdi. 

Maşın və buxarın tətbiqi əmək bölgüsünü  milli çərçivədən kənara çıxarırdı.  ri 

sənaye  artıq  daxili  bazardan  deyil,  beynəlxalq  bazardan  asılı  olurdu.  Qapalı,  yerli 

bazarın əvəzinə beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi ilə bir millətin digərindən 

asılılığı meydana gəlirdi. Xarici ticarət sürətlə artırdı. 1720-1820-ci illərdə dünya üzrə 

ixracın həcmi 2,4 dəfə artmışdır. 

Qərbi  Avropanın  və  Şimali  Amerikanın  nisbətən  sürətli  inkişafı  Qərblə  Şərq 

arasındakı qarşılıqlı münasibətlərdə öz əksini tapmışdır. XIX əsrdə Şərq artıq Qərblə 

üz-üzə dayana bilmirdi. 

 

 

 



 


15 

 

1.2.



  Dünya iqtisadiyyatının inkişaf xüsusiyyətləri və mərhələləri. 

Beynəlxalq  iqtisadi  münasibətlər  vahid  dünya  təsərrüfatı  sisteminin  tərkib 

hissəsi olduğuna görə, onun öyrənilməsi də qanunauyğun olaraq dünya təsərrüfatının 

formalaşması problemlərinin şərhi ilə başlanır. 

Dünya təsərrüfatı uzun bir tarixi prosesin inkişafı nəticəsində bərqərar olmuş və 

formalaşmışdır.  Bu  proses  tarixi  qanunauyğunluqların  nəticəsi  kimi  bütövlük  təşkil 

etməklə yanaşı, həm də ayrı-ayrı mərhələlərdə yaranan iqtisadi münasibətləri də əhatə 

edir. Aydındır ki, ayrı-ayrı mərhələlər daha yadda qalan, böyük əhəmiyyət kəsb edən, 

keyfiyyət cəhətləri ilə fərqlənən hadisə və prosesləri özündə əks etdirir. 

Hər  halda  bu  mərhələlər  bütöv,  vahid  bir  varlığın,  prosesin  müəyyən  bir 

hissələridir. Bu mərhələləri daha uzun və yaxud qısa dövr üçün fərqləndirmək o qədər 

də nəzəri əhəmiyyət kəsb etmir. 

1.

 

Qeyd etməliyik ki, bir çox tədqiqatçılar dünya təsərrüfatının yaranmasının 



ilk  mərhələsini  Roma  imperiyası  (b.e.ə.  VIII-VI  əsrlər)  dövrünə  aid  edirlər.  O  vaxt 

Roma  imperiyasi  bütün  Apenin  yarımadasını  ( taliyanın  yarısı  qədərdir),  taliyanı, 

Avropanın bir çox hissəsini, Şimali Afrika sahillərini, Misir, Kiçik Asiyanı, Suriya və 

s. əraziləri əhatə edirdi. Həmin mərhələdə ölkələr arasında ticarət əlaqələri yaranırdı. 

2.

 

kinci  mərhələ  XV-XVI  əsrlərdəki  coğrafi  kəşflərlə  əlaqələndirilir.  Bu 



kəşflər nəticəsində beynəlxalq ticarətin inkişafına zəmin yaranırdı. Natural təsərrüfatı 

ə

vəz edən beynəlxalq ticarət daha böyük əhəmiyyət kəsb edirdi. Lakin həmin dövrün 



dünya  iqtisadiyyatı  yenicə  yaranırdı,  məhdud  idi,  ancaq  tacir  kapitalının  hərəkəti 

dairəsində idi. 

3.

 

Üçüncü mərhələ XIX əsrin sonu ilə XX əsrin əvvəllərini əhatə edir. 



Bu  mərhələdə  sənaye  çevrilişindən  sonra  kapitalizmdən  inhisarçı  kapitalizmə 

keçilkməsi baş vermişdir. 




16 

 

XX  əsrin  əvvəllərində  kütləvi  istehsalın  inkişafı  dünya  bazarından  dünya 



təsərrüfatına keçilməsinə zəmin yaratmışdır. Bu mərhələdə işçi qüvvəsinin hərəkəti və 

ə

mtəə  mübadiləsi  ilə  yanaşı,  kapitalın  hərəkəti  də  artırdı.  Bu  isə  beynəlxalq  istehsal 



ə

laqələrini genişləndirirdi. 

4.

  Dördüncü  mərhələ  XX  əsrin  başlanğıcı ilə  XXI  əsrin  başlanğıcı  arasındakı 



dövrü əhatə edir. 

Dünya təsərrüfatının inkişafındakı bu mərhələ müasir dövr kimi səciyyələnir. 

Bütövlükdə  bu  mərhələ  beynəlmiləlləşmə  prosesinin  inkişafı  ilə,  beynəlxalq 

iqtisadi münasibətlər sistemində yenidənqurma mərhələsi olması ilə fərqlənir. 

Bu  mərhələdə  dünya  təsərrüfatının  inkişafı  beş  əsas  amilin  təsiri  altında 

dəyişilir: dinamik iqtisadi artım; iqtisadi fəaliyyət dairəsində və əmək məhsuldarlığının 

yüksəldilməsində  ticarət  siyasətinin  liberallaşdırılması,  intensiv  elmi-texniki  tərəqqi, 

imperializmin müstəmləkə sisteminin dağılması. 

Bu mərhələdə dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələrin rolu meydana 

çıxır. Dünya sosializm və kapitalizm sistemində beynəlxalq iqtisadi münasibətlər daha 

da  güclənir.  Bu  sistemlər  arasındakı  əlaqələr  genişlənir.  Milli iqtisadiyyatların dünya 

birliyinə  cəlb  edilməsi  prosesi  artır,  beynəlxalq  təşkilatlar  sistemi  yaranır,  dünya 

təsərrüfat  əlaqələrinin  tənzimlənməsi  zərurət  təşkil  edir,  beynəlxalq  şirkətlərin 

fəaliyyəti genişlənir. 

Müasir  dünya  təsərrüfatı  sistemi  daha  çox  sənaye  çevrilişləri  ilə  xarakterizə 

edilir.  Bir  çox  iqtisadçılar  dünya  təsərrüfatının  inkişafında  XX  əsrin  özünü  də 

müəyyən dövrlərə ayırırlar. Bunlar aşağıdakılardır: 

1.

 



1920-1930-cu  illər.  Həmin  dövrdə  dünya  təsərrüfatında  böhranlar 

müşahidə  olunmuşdur.  Ayrı-ayrı  ölkələr,  regionlar  arasında  iqtisadi  əlaqələri  qeyri-

sabit  olmuş,  inteqrasiya  əlaqələri  zəifləmişdir.  Bu dövr  öz  başlanğıcını  birinci  dünya 

müharibəsi  vəRusiya  sosialist  inqilabının  dalğalarından  götürmüşdür.  Milli 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə