Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   ...   28

17 

 

iqtisadiyyatlar  əsasən,  hərbiləşdirməyə  yönəldilirdi,  işğal  olunmuş  torpaqlar  talan 



edilirdi. 

1913-1929-cu  illərdə  dünya  üzrə  ÜDM-in  həcmi  1,1  dəfə  artmışdır.  Rusiyada 

1922-ci  ildə  sənaye  məhsulunun  həcmi  1913-cü  ildəkinin  13%-nə,  kənd  təsərrüfatı 

məhsulu isə 55%-nə bərabər olmuşdur. 

1920-1930-cu  illərdəki  iqtisadi  böhranlar  nəticəsində  inkişaf  etmiş  sənaye 

ölkələrində  istehsalın  həcmi  18%  azalmışdır.  1929-1932-ci  illərdə  ABŞ-da  ümumi 

məhsul  28%,  sənaye  məhsulu  44,7%,  Fransada  25,6%,  Almaniyada  40,8%, 

Britaniyada 11,4% azalmışdır. Aydındır ki, belə şəraitdə ixracın həcmi də azalmışdır. 

2.

 

kinci  dünya  müharibəsindən  sonra  “dünya  sosialist  təsərrüfat  sistemi” 



yaranmışdı.  Dünya  təsərrüfatının  sosial  strukturunda  dəyişiklik  baş  verirdi.  Bu 

sistemin  ölkələri  tamam  başqa  sosial-iqtisadi  əsasda  inkişaf  edir,  istehsalın 

kollektivləşdirilməsi,  mərkəzdən  idarəçilik,  sənayenin  dövlətləşdirilməsi  və  s. 

hökmran  olurdu.  Xarici  iqtisadi  münasibətlərin  əlaqələndirilməsinə  sinfi  baxımdan 

yanaşma  vahid  dünya  təsərrüfatı  dairəsini  daraldırdı.  Müxtəlif  ictimai  sistemə  malik 

olan  dövlətlər  arasındakı  təsərrüfat  əlaqələrində  qarşıdurmalar,  yarışlar  özünü 

göstərirdi.  Belə  bir  şəraitdə  qeyri-sosialist  sistemi  ölkələrinin  qarşılıqlı  əlaqələri 

güclənirdi. 

kinci  dünya  müharibəsi  illərində  ABŞ  Qərbi  Avropanın  dirçəlməsinə  kömək 

edirdi.  “Marşal  planı”  deyilən  plan  hazırlanırdı  (1944-cü  ildə  ordu  generalı,  1947-

1949-cu  illərdə  ABŞ-ın  dövlət  katibi  C.K.Marşal(1880-1959)  ikinci  dünya 

müharibəsindən  sonra  Avropanın  dirçəlməsi  və  inkişafı  üçün  Amerikanın  iqtisadi 

köməkliyi barədə təşəbbüs irəli sürmüşdür). Bu planın həyata keçirilməsində 17 dövlət 

(o cümlədən Qərbi Almaniya) iştirak etmişdir. Onlar həmçinin Qərbi Avropada ABŞ-

ın  hökmranlığının  möhkəmləndirilməsi  məsələsini  də  qoyurdu.  1951-ci  ildə  bu  planı 

dəyişərək  “Təhlükəsizliyin  qarşılıqlı  təmin  edilməsi”  adlandırmışlar.  Burada  artıq 

iqtisadi və hərbi köməklik edilməsi nəzərdə tutulurdu. 



18 

 

Bütün  bunlara  baxmayaraq  sosializm  sisteminin  təsiri  altında  müstəmləkə 



sistemi  dağılmağa  başlayırdı.  1960-cı  illərin  ortalarına  müstəmləkə  sisteminin  ləğv 

olması  ilə  böyük  bir  qrupdan  ibarət  inkişaf  etməkdə  olan  ölkələr  beynəlxalq  həyata 

müstəmləkə kimi deyil, müstəqil dövlətlər kimi daxil oldular. Bu şərait dövlətlərarası 

ə

laqələrin  xarakterini  dəyişirdi.  Hər  halda  həmin  inkişaf  etməkdə  olan  dövlətlərin 



daxili  problemləri,  iqtisadi  gerilikləri  onları  öz  “köhnə  ağalarından”  asılı  vəziyyətdə 

saxlamaqdadır.  Həmin  ölkələrə  çoxlu  kapital  ixracı  həyata  keçirilir  və  çoxtərəfli 

köməkliklər göstərilir. 

3.

  1950-1980-ci  illərdə  ABŞ  və  digər  sənaye  ölkələrinin  iqtisadi  inkişaf 



səviyyəsində  yaxınlaşma  müşahidə  olunmağa  başlamışdır.  1955-ci  ildə  sənayecə 

inkişaf etmiş altı ölkənin ümumi daxili məhsulu ABŞ-ın ÜDM-in 74%-nə, 1970-ci ildə 

isə 114%-nə bərabər olmuşdur. 

4.

  XX  əsrin  son  onilliklərini  dünya  təsərrüfatının  inkişafında  yeni  dövr 



hesab etmək olar. Həminn dövrdə Şərqi Avropa ölkələri və keçmiş Sovetlər  ttifaqının 

sosial  quruluşunda  köklü  dəyişikliklər  baş  vermişdir.  Qərb  dövlətlərinin  iqtisadi  və 

siyasi quruluşuna yaxın sistemin yaranması formalaşır. Dünya təsərrüfatı yeni inkişaf 

mərhələsinə  daxil  olur,  daha  vahid,  bütöv  bir  xüsusiyyət  kəsb  edir.  Burada  sənayecə 

inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin milli iqtisadiyyatları və hazırda 

keçid xarakterinə malik iqtisadi sistem ölkələri əks olunur və qlobal dünya təsərrüfatı 

formalaşır. 

Hazırki müasir dünya təsərrüfatı, əsasən, özünün qlobal miqyasına görə; bazar 

iqtisadiyyatının  prinsiplərinə  əsaslanmasına  görə;  obyektiv  iqtisadi  beynəlxalq  əmək 

bölgüsünə və istehsalın daha çox beynəlmiləl xarakterinə görə fərqlənir. Bütün iqtisadi 

proseslərin  beynəlmiləlləşməsi  nəticəsində  dünya  təsərrüfatının  aşağıdakı  strukturları 

formalaşmışdır: 

1.

  Əmtəə və xidmətlərin dünya bazarı; 



2.

  Dünya kapital bazarı; 




19 

 

3.



  Dünya iş qüvvəsi bazarı; 

4.

  Beynəlxalq valyuta sistemi; 



5.

  Beynəlxalq kredit-maliyyə sistemi və s. 

Qeyd  etmək  lazımdır  ki,  bundan  əlavə  beynəlmiləlləşmə  informasiya 

sahəsində,  mədəniyyət,  elmi-tədqiqat  konstruktor  işləri  sahəsində  də  inkişaf  etdirilir. 

Vahid elmi-informasiya məkanı formalaşır. 

Beləliklə,  dünya  təsərrüfatının  yaranması  heç  də  sakit,  ictimai  tərəqqinin 

nəticəsi kimi  meydana gəlməmişdir. Burada XVI əsrdəki coğrafi kəşflər, qul ticarəti, 

zorakılıq, milyonlarla adamların fiziki məhv edilməsi, lokal və dünya müharibələri və 

bu kimi proseslər də xarakterik olmuşdur. 

Onu  da  qeyd  etməliyik  ki,  dünya  təsərrüfatının  müasir  şəraitində  bir  çox 

qlobal  problemlərin  həllində  dünya  dövlətlərinin  ümumi  gücünün  səfərbər  edilməsi, 

beynəlxalq həyatın qlobal prinsiplərlə tənzim edilməsi daha geniş xarakter alır. 

Dünya  təsərrüfatındakı  bu  bütövlük  və  vahidliklə  yanaşı  müəyyən  daxili 

ziddiyyətlər də mövcuddur. Bunlardan: 

1.

  qtisadi  inkişafdakı  üç  mərkəz  və  dünyanın  üç  regionu  arasında  olan 



ziddiyyət.  Burada  Qərbi  Avropa,  ABŞ  və  Yaponiya  və  eləcə  də  NAFTA  (Şimali 

Amerika Azad Ticarət Zonası), A  və Asiya-Sakit Okean  qtisadi Əməkdaşlıq (1989-

cu ildə yaradılıb, 21 ölkəni özündə birləşdirir) ölkələrinin dünya bazarı uğrunda gedən 

rəqabət mübarizəsi nəzərdə tutulur. 

2.

  kinci  qrup  ziddiyyət  “şimal”  və  “cənub”  ölkələri  arasında  olan 



ziddiyyətdir. 

“Şimal” dedikdə, inkişaf etmiş sənaye ölkələri, “cənub” adı altında isə inkişaf 

etməkda olan ölkələr nəzərdə tutulur. Burada olan ziddiyyətlərin əsas məzmunu ondan 

ibarətdir ki, inkişaf etməkdə olan ölkələrin bəziləri (ilk növbədə yeni sənaye ölkələri) 

bir  çox  iqtisadi  göstəricilərə  görə  inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  çatmışlar  və 

bununla da dünya təsərrüfatında müəyyən mövqe tutmağa çalışırlar. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə