Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

32 

 

iqtisadi və siyasi amillərin qarşılıqlı təsirinin “normal” və ya  “optimal” nəticəsi kimi 



nəzərə alan göstəricilər, ikincisi isə inkişafı əhalinin həyat keyfiyyəti baxımından ölçən 

göstəricilər. 

 

Birinci qrup göstəricilər üzrə ən mühüm tədqiqatlardan biri 2000-ci ildə BMT-



nin  Sosial  nkişaf  üzrə  Tədqiqat  nstitutu  (UNR SD)  tərəfindən  aparılmışdır.  Bu 

tədqiqat  inkişafın  ən  məqbul  göstəricisinin  seçilməsi  və  inkişafın  müxtəlif 

səviyyələrində bu göstəricilər arasında əlaqələrin təhlili ilə əlaqədar idi.  lk dövrdə 73 

göstərici təhlil olundu, lakin yalnız 16 göstərici seçildi. Bu göstəricilər aşağıdakılardır: 

1.

  Həyat avamiyyəti müddəti 



2.

  20000 və daha çox əhalisi olan məntəqələrdə yaşayan əhalinin sayı 

3.

  Heyvani mənşəli zülalın adambaşına gündəlik istehlakı 



4.

  btidai və orta təhsilə başlamanın kombinə olunmuş göstəricisi 

5.

  şə daxil olma əmsalı 



6.

  Otaq başına düşən əhalinin sayı 

7.

  Hər 1000 nəfərə qəzet sirkulyasiyası 



8.

  Elektrik, qaz, su və s. sahələrdə məşğul iqtisadi fəal əhalinin xüsusi çəkisi 

9.

  Hər kişi kənd təsərrüfatı işçisinə düşən kənd təsərrüfatı məhsulu istehsalı 



10.

 Kənd təsərrüfatında məşğul yaşlı kişi əməyinin xüsusi çəkisi 

11.

 Elektrik istehlakı, adambaşına kilovatt 



12.

 Polad istehlakı, adambaşına kq 

13.

 Enerji istehlakı, adambaşına kömür ekvivalenti kq 



14.

 Emaledici sənayedə istehsal olunmuş ÜDM-ün xüsusi çəkisi 

15.

 Adambaşına xarici ticarət, ABŞ dolları ilə 



16.

 Ümumi iqtisadi fəal əhalinin tərkibində əmək haqqı alanların xüsusi çəkisi 

Yuxarıda  göstərilənlərin  əsasında  mürəkkəb  sosial  inkişaf  indeksi  işlənib 

hazırlandı.  Bu  indeks  üzrə  ölkələrin  təsnifatı  adambaşına  ÜMM  göstəricisi  üzrə 

təsnifatdan fərqləndi. Məlum oldu ki, inkişaf indeksi və adambaşına ÜMM göstəricisi 



33 

 

arasında  korellasiya  əlaqəsi  inkişaf  etmiş  ölkələrdə  inkişaf  etməkdə  olan  ölkələrə 



nisbətən  daha  sıxdır.  Həmçinin  belə  bir  nəticəyə  gəlindi  ki,  adambaşına  ÜMM 

göstəricisi  5500ABŞ dollarından  yuxarı olan ölkələrdə  sosial inkişaf iqtisadi inkişafa 

nisbətən daha sürətlə gedir.  nkişafı sosial, siyasi, iqtisadi amillərin qarşılıqlı təsirinin 

nəticəsi  kimi  qiymətləndirən  digər  tədqiqat  .Adelman  və  S.Morris  tərəfindən  həyata 

keçirilmişdir.  Onlar  74  inkişaf  etməkdə  olan  ölkəni  aşağıdakı    40  göstərici  əsasında 

təsnif etmişlər: 

1.

  Ənənəvi kənd təsərrüfatı bölməsinin miqyası 



2.

  Dualizmin miqyası 

3.

  Urbanizasiyanın miqyası 



4.

  Əsas sosial strukturun xarakteri 

5.

  Yerli orta təbəqənin əhəmiyyəti 



6.

  Sosial hərəkətliliyin miqyası 

7.

  Savadlılığın səviyyəsi 



8.

  Kütləvi informasiya vasitələrinin əhatədairəsi 

9.

  Mədəni və antik eynicinslilik dərəcəsi 



10.

 Sosial gərginliyin səviyyəsi 

11.

 Təbii fertillik göstəricisi 



12.

 Dünyagörüşünün modernləşmə dərəcəsi 

13.

 Milli inteqrasiyanın səviyyəsi və milli bütövlük hissi 



14.

 Siyasi hakimiyyətin təmərküzləşmə dərəcəsi 

15.

 Demokratik institutların nüfuzu 



16.

 Siyasi müxalifətin və mətbuatın azadlıq dərəcəsi 

17.

 Siyasi partiyaların rəqabətqabiliyyətlik səviyyəsi 



18.

 Siyasi partiya sisteminin predominant bazisi 

19.

 Fəhlə hərəkatının nüfuzu 



20.

 Ənənəvi elitanın siyasi nüfuzu 




34 

 

21.



 Hərbi qüvvələrin siyasi nüfuzu 

22.


 nzibati səmərəlilik dərəcəsi 

23.


 qtisadi inkişafda lider şəxsiyyətin rolu 

24.


 Siyasi sabitliyin səviyyəsi 

25.


 Adambaşına ÜMM göstəricisi 

26.


 Adambaşına ÜMM göstəricisinin artım tempi 

27.


 Milli təbii resurs ehtiyatlarının bolluq səviyyəsi 

28.


 Ümumi investisiya qoyuluşları əmsalı 

29.


 Sənayenin modernləşmə səviyyəsi 

30.


 1950-ci ildən sonra sənayeləşmə dərəcəsində dəyişikliklər 

31.


 Kənd təsərrüfatının təşkilinin xarakteri 

32.


 Kənd təsərrüfatında texnikanın modernləşdirilməsi səviyyəsi 

33.


 1990-cı ildən sonra kənd təsərrüfatında məhsuldarlıqda irəliləyişlərin miqyası 

34.


 Fiziki kapitalın adekvatlıq dərəcəsi 

35.


 1950-ci ildən sonra fiziki kapitalda irəliləyişlərin miqyası 

36.


 Vergi sisteminin səmərəlilik dərəcəsi 

37.


 1950-ci ildən sonra vergi sistemində irəliləyişlərin miqyası 

38.


 Maliyyə institutlarının səmərəlilik dərəcəsi 

39.


 nsan resursları sferasında irəliləyişlərin miqyası 

40.


 Xarici ticarətin strukturu 

Tədqiqat  dövründə  sosial  və  siyasi  dəyişənlərlə  iqtisadi  inkişaf  səviyəsi  arasında 

qarşılıqlı  asılılıq  təhlil  edildi  və  müəyyən  əhəmiyyətli  göstəricilərlə  iqtisadi  inkişaf 

səviyyəsi arasında çoxsaylı korellasiya əlaqələri tapıldı. Bu tədqiqatın əsas çatışmayan 

cəhəti odur  ki, burada  inkişaf  insan  rifahına nisbətən daha  çox  struktur dəyişiklikləri 

baxımından  qiymətləndirilir.  Bu  və  digər  çatışmamazlıqları  aradan  qaldırmaq  üçün 

inkişafı  əhalinin  əksər  hissəsinin  ehtiyaclarının  təmin  olunması  və  ya  əhalinin  həyat 

keyfiyyəti baxımından qiymətləndirən tədqiqatlar həyata keçirildi. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə