Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

23 

 

BƏB-in  nəzəri  əsaslarının  formalaşdırılmasında  “müqayisəli  istehsal  xərcləri”, 



yaxud  “müqayisəli  üstünlüklər”  nəzəriyyəsi  klassik  siyasi  iqtisadın  ən  vacib 

nailiyyətləri hesab olunur. 

Müqayisəli  üstünlüklər  nəzəriyyəsinin  əsasında  müxtəlif  coğrafi,  iqlim 

mühitində  yerləşən  ölkələrin  iqtisadiyyatları  arasında  təbii  fərqlərin  mövcudluğu 

ideyası qoyulmuşdur. 

Müqayisəli  üstünlüklər  nəzəriyyəsi  bu  və  ya  digər  əmtəə  üzrə  BƏB-də 

ixtisaslaşmanın  ölkələrin  digər  ölkələrə  nəzərən  mütləq  üstünlüklərə  malik  olduğu 

zaman deyil, hətta belə üstünlüklərin olmadığı zamanda da mümkünlüyünü sübut edir. 

Beləliklə,  bu  və  ya  digər  əmtəələrin  istehsalı  ilə  əlaqədar  çəkilən  xərclərin 

müqayisəsi  belə  bir  fikir  söyləməyə  əsas  verir  ki,  hər  hansı  ölkənin  onun  üçün  tələb 

olunan bütün əmtəələri istehsal edilməsindənsə, BƏB-də iştirak etməklə onun üçün ən 

az  xərclərlə  başa  gələn  əmtəələrin  istehsalı  üzrə  ixtisaslaşması  məqsədəuyğundur. 

stehsalın həmin əmtəələr üzrə ixtisaslaşması daha sonra bütün digər zəruri məhsulları 

mübadilə yolu ilə, B M vasitəsilə xarici bazarlardan artıqlaması ilə əldə etməyə imkan 

verəcəkdir. 

Bununla  belə  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  yarandığı  dövrdən  məhdud 

xarakter  daşıyırdı.  Çünki  onun  prinsipləri  yalnız  müstəqil  dövlətlər  tərəfindən 

reallaşdırıla  bilərdi,  müstəmləkə  və  asılı  dövlətlər  iri  kapitalst  ölkələri  tərəfindən 

iqtisadi  təzyiqlərə  məruz  qalırdılar.  Ona  görə  də  həmin  ölkələrdən  müqayisəli 

üstünlüklər  nəzəriyyəsinin  prinsiplərinin  həyata  keçirilməsindən  danışmaq  real 

deyildir. Eyni zamanda müqayisəli üstünlüklər nəzəriyyəsinin bəzi çatışmazlıqları var 

idi ki, onlara aşağıdakıları göstərmək olar: 

-

 

Nəzəriyyədə  əmək  və  kapital  resurslarının  beynəlxalq  yerdəyişməsi, 



istehsalın ixtisaslaşması istiqamətində dövlətin təsiri nəzərə alınmır; 

-

 



Nəzəriyyədə  “istehsal  miqyas”  effekti  və  nəqliyyat  xərcləri  nəzərə 

alınmır. 




24 

 

Ə



gər müqayisəli üstünlüklər nəzəriyyəsində digər faktlar, o cümlədən nəqliyyat 

amilini də  nəzərə  alsaq,  nəzəriyyə  bir  qədər  mürəkkəb xarakter  alacaqdır. Lakin  real 

beynəlxalq  iqtisadi  münasibətlərə  qoşulmağa  cəhd  edən  təsərrüfat  subyektləri  qeyd 

edilən  amilləri  nəzərə  almadan  qarşılıqlı  faydalı  əlaqələr  qura  bilməzlər.  Belə  ki, 

Avropada  yerləşən  ölkə  müəyyən  məhsulun  istehsalında  Şimali  Amerikada  yerləşən 

ölkəyə  nisbətən  istehsal  xərclərinə  görə  müqayisəli  üstünlüklərı  malik  olduğu  Latın 

Amerikası  ölkələrinin  bazarında  tədavül  xərclərini  də  nəzərə  alaraq,  həmin  Avropa 

ölkəsi  Şimali  Amerika  ölkəsinə  nəzərən  müqayisəli  üstünlüklərə  malik  olmaya  da 

bilər. Qeyd edilən fərziyyə Şimali Amerika ölkəsinin daxili bazarı üçün də doğrudur, 

yəni  Avropa  əmtəəsi  oraya  çatdıqda  tədavül  xərclərinə  görə  yerli  istehsala  nisbətən 

rəqabətqabiliyyətli olmaya da bilər. Məhz bu faktor nə üçün BƏB-də və B M-də eyni 

bir əmtəə qrupunun istehsalı, ixracı üzrə əksər hallarda bir neçə ixtisaslaşmış ölkənin 

iştirak edə bilməsini izah edir. 

Yuxarıda  qeyd  edilənləri  nəzərə  almaqla  bərabər,  sonradan  müqayisəli 

üstünlüklərə  yeni  elementlər  də  əlavə  olundu.  Onlara  misal  olaraq,  işçilərin  ixtisas 

səviyəsi,  ölkələr  arasında  əmək  haqqında  olan  fərqlər  və  s.  göstərmək  olar.  Bunları 

nəzərə  almaqla  XX  əsrin  əvvəllərində  isveçli  alimlər  Eli  Hekşer  və  Bertil  Olin  iki 

istehsal amilinə kapitalın və əməyin istifadə olunduğu BƏB modeli işləyib hazırladılar. 

Onların  modelinin  əvvəlki  nəzəriyyələrdən  fərqi  ondadır  ki,  əgər  A.Smit, 

D.Rikardo BƏB və B M probleminə yalnız ölkələrin təbii, iqlim fərqlərinə əsaslanan 

eyni  əmtəənin  istehsalına  çəkilən  müxtəlif  əmək  sərfi  aspektindən  yanaşırdılarsa, 

burada artıq qeyd etdiyimiz kimi iki ayrı-ayrı istehsal amilinin (mahiyyət etibarı ilə isə 

çoxsaylı amillərin) həmin proseslərə təsiri öyrənilir. 

Onların  fikrincə  əmək  resurslarının  çox, kapital  resurslarının az  olduğu ölkələr 

ə

məktutumlu məhsulların istehsalında, kapital resurslarının çox, əmək resurslarının az 



olduğu  ölkələr  isə  kapitaltutumlu  əmtəələrin  istehsalında  müqayisəli  üstünlüklərə 


25 

 

malik olacaqlar. Bir sözlə Hekşer-Olin nəzəriyyəsi BƏB və B M-in aşağıdakı inkişaf 



qanunauyğunluğunu təyin etməyə imkan verir. 

Beynəlxalq  iqtisadi  əlaqələrin  istənilən  iştirakçısı  o  əmtəələri  ixrac  edir  ki, 

onların istehsalında intensiv istifadə olunan istehsal amilləri ilə həmin ölkə digərlərinə 

nisbətən daha yüksək səviyyədə təmin olunmuşdur. Və əksinə o əmtəələti idxal edir ki, 

onların istehsalında intensiv istifadə olunan istehsal amilləri ilə həmin ölkə digərlərinə 

nisbətən daha yüksək səviyyədə təmin olunmuşdur.  

II  Dünya  müharibəsindən  sonra  BƏB-in  emprik  modellərinə,  o  cümlədən 

Hekşer-Olin  nəzəriyyəsinə  də  maraq  artdı.  Bu  modellər  hərtərəfli  analiz  olunmağa 

başlandı.  Rus  mənşəli  amerikan  iqtisadçı  Vasiliy  Leontyev  ABŞ-ın  1947-ci  il  idxal-

ixrac  əməliyyatlarını  ciddi  təhlil  etdi.  Həmin  tədqiqatın  ABŞ-ın  kapitaltutumlu 

ə

mtəələr  ixrac  edib,  əməktutumlu  əmtəə  idxal  edən  ölkə  mövqeyini  bir  daha 



təsdiqləyəcəyi  gözlənilirdi.  Lakin  Leontyev  tamam  əksinə  olan  münasibətlər  aşkar 

etdi.  Onun  Hekşer-Olin  nəzəriyyəsinə  zidd  olan  bu  nəticəsi  “Leontyev  təzadı”  adını 

aldı.  ABŞ  ixracının  nə  üçün  əməktutumlu  olmasını  izah  etmək  məqsədilə  Leontyev 

belə  bir  fərziyyə  irəli  sürdü  ki,  bir  adam/il  amerikan  əməyi  xarici  ölkələrin  3 

adam/ilinə  bərabərdir.  Leontyev  ABŞ  işçisinin  əmək  məhsuldarlığının  belə  yüksək 

olmasını onların xarici işçilərə nisbətən daha yüksək ixtisas səviyyəsi ilə izah edirdi. 

O,  statistik  olaraq  sübut  edirdi  ki,  ABŞ-ın  ixrac  etdiyi  əmtəələr  onun  idxal  etdiyi 

ə

mtəələrə  nisbətən  daha  yüksək  ixtisas  səviyyəsi  tələb  edir.  Bundan  əlavə  ABŞ-da 



ixtisaslı  işçilərin  sayı  digər  ölkələrə  nisbətən  çox  olduğundan  onların  hazırlığına 

çəkilən xərclərin də kapitalı qoyuluşları kimi qəbul olunmasını təklif etdi. 

ABŞ idxalının kapitaltutumlu olması isə bununla izah edilirdi ki, onun idxalının 

ə

sas hissəsi istehsalın külli miqdarda kapital qoyuluşları tələb edən hasilat sənayesinin 



məhsullarıdır.  Eyni  zamanda  əməktutumlu  sahələri  xarici  rəqabətdən  qoruyan, 

beləliklə də əməktutumlu əmtəələrin idxalının qarşısını alan amerikan idxal tariflərinin 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə