Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   ...   28

11 

 

Beləliklə,  dünyanın  kəşfi  və  dəniz  yollarının  intensivləşməsi  Qərbi  Avropanın 



inkişafına geniş vüsət verirdi. Beləki, o vaxt quru yollarla daşınan yükdaşımalar 2 dəfə 

artdığı  halda,  dəniz  daşımaları  5-10  dəfə  çoxalmışdı.  1500-1700-cü  illərdə  xarici 

ticarətin həcmi 3-5 dəfə, o cümlədən Şərq və Qərb ölkələri ilə 15 dəfə artmışdır. 

Bütün bunlara baxmayaraq, qeyd edilən kimi Avropada qiymətli metallar – qızıl 

və  gümüş  (ticarəti  genişləndirmək  üçün)  kifayət  etmirdi.  Ona  görə  də  Asiya 

bazarlarına rəqabət qabiliyyətli mallar çıxara bilmirdilər. Şərq ölkələrində işçi qüvvəsi 

ehtiyatı da güclü idi. Demoqrafiya amilinin üstün olması fərdi ustalığın – qabiliyyətin 

inkişafına zərurət yaradırdı. 

Geniş  coğrafi  kəşflər  və  müstəmləkə  siyasətinin  artması  nəticə  etibarilə 

beynəlxalq əmək bölgüsünə və dünya bazarının yaranmasına səbəb olmuşdur. Belə ki, 

dənizçilikdən  istifadə  dünyanın  ayrı-ayrı  hissələri  ilə  əlaqə  saxlamağa  imkan  verirdi. 

Müstəmləkə sahibkarlığı isə həmin ucqar yerlərdən təsərrüfatçılıq kimi istifadə etməyə 

zəmin yaradırdı. Beləliklə, bu iki cəht beynəlxalq mübadilənin genişləndirilməsi üçün 

ə

sas təşkil edirdi. 



Elə  həmin  dövrlərdə  dünya  təsərrüfat  əlaqələrinin  artması  beynəlxalq  kreditin 

meydana gəlməsinə səbəb olmuşdur. 

Kəşf  olunmuş  torpaqlardan  Avropaya  külli  miqdarda  qızıl  və  gümüş 

gətirilmişdir.  XVI  əsrdə  Avropada  qızıl  ehtiyatı  təqribən  550  tondan  –  1192  tona, 

gümüş ehtiyatı isə 7 min tondan – 214 min tona çatmışdır. Cəmi sərvətin və məhsuldar 

kapitalın  quruluşunda  da  dəyişikliklər  baş  verirdi.  XI-XIII  əsrlərdə  canlı  əmək  əsas 

götürüldüyü  halda,  XVI  əsrdə  o,  əsas  kapitalla  əvəzlənirdi,  nəqliyyat  vasitələrinin, 

energetikanın  inkişafına  üstünlük  verilirdi.  Bütün  bunlar  məhsuldar  qüvvələrin 

inkişafına zəmin yaradırdı. 

Ş

imali-Qərbi  Avropada  hər  nəfərə  düşən  ÜDM  1000-1300-cü  illərdə  50-60%, 



1300-1500-cü illərdə 5-10%. 1500-1800-cü illərdə isə 45-55% artmışdır. Qeyd etmək 

lazımdır ki, bunlara baxmayaraq, hələ XV əsrdə də hər nəfərə düşən ÜDM-ün həcminə 




12 

 

görə  Avropa  dövlətləri  qabaqcıl  Şərq  dövlətlərindən  (xüsusilə  Çindən)  geri  qalırdı. 



Müəyyən  mülahizələrə  görə  1500-cü  illərdə,  digər  mülahizələrə  görə  isə  XVI  əsrin 

ikinci yarısından Qərb iqtisadi inkişaf baxımından Şərqə çatmış və onu qabaqlamışdır. 

O vaxtdan da üstün mövqeyi öz əlində saxlayır. 

XVI əsr Qərbi Avropanın iqtisadi tarixində dönüş dövrü olmuşdur.  lkin kapital 

yığımı  əsri  başlanmışdır.  Kəndlilər  torpaqlardan  qovulur,  müstəmləkə  talançılığı 

güclənir,  sənayenin  inkişafında  gözə  çarpacaq  nailiyyətlər  əldə  edilirdi.  Sənayenin 

inkişafı toxuculuq sənayesində özünü daha çox büruzə verirdi. Əvvəllər Florensiyada, 

sonra  ngiltərədə manufaktura əsasında yun parça istehsalı artırdı. Bu əmək bölgüsünə 

və  əl  ilə  işləyən  texnikaya  əsaslanan  müəssisələr  adi  sənətkarlığa  nisbətən  əmək 

məhsuldarlığını xeyli  artıra bilmişdilər.  ri  istehsal  yaratmaq  üçün  çoxlu  işçi qüvvəsi 

lazım  gəlirdi  (xırda  sənət  sexləri,  emalatxanaları  öz  müstəqilliklərini  saxlamağa 

çalışırdı). 

Ona görə də kəndli torpaqları zorla onların əlindən alınırdı. Bundan əlavə onlar 

müharibələr,  müstəmləkəçilik,  qul  ticarətindən  istifadə,  dəniz  quldurluğu  və  s. 

vasitəsilə öz iqtisadi vəziyyətlərini gücləndirirdilər. 

span  müstəmləkəçiləri  Latın  Amerikasını  zəbt  edərək  yerli  əhalini  pis  günə 

salırdılar.  Eyni  ilə  Şimali  Amerika  müstəmləkəçiləri  də  XVII  əsrdə  orada  yaşayan  2 

milyonadək  hinduları  var-yoxdan  çıxarırdı.  Hindu  tayfalarını  məhv  etdikdən  sonra 

Afrikaya  üz  tutmuşdular.  XVI  əsrdə  kapitalist  istehsalı  üçün  böyük  əhəmiyyət  kəsb 

edən qul ticarəti başlamışdı. Qullardan istifadə etməklə plantasiya (tarla) təsərrüfatları 

yaradılırdı.  1870-ci  ilin  məlumatına  görə  Afrikadan  Amerikaya  10  mln.  qul 

gətirmişdir.  1680-1775-ci  illərdə  britaniyalılar  Afrikadan  Vest-Hind  ticarət 

kompaniyasına 3 mln. qul gətirmişdilər.  

Qərbin  bəzi  ölkələri  (Britaniya,  spaniya,  Fransa,  Hollandiya  və  s.)  üçün  o 

dövrdə  dəniz  quldurluğu  da  böyük  əhəmiyyət  kəsb  etmişdir.  Əsasən  müstəmləkə 

ölkələri talan edilirdi.  




13 

 

lkin  kapital  yığımı  ilə  bağlı  tədbirlərdə  himayədarlıq  siyasəti  də  diqqəti  cəlb 



etməyə bilməz. Burada, xüsusilə, qeyd etmək lazımdır ki,  ngiltərə heç də azad bazarla 

ticarət  ağalığına  nail  olmamışdır.  A.Smitin  sonralar  yaranan  Fritrederçilik  ideyası 

Britaniya 

sənaye 


kapitallarını 

və 


iqtisadi 

siyasətçilərini 

o  qədər 

də 


maraqlandırmamışdı.  Rəqabətdə  qalib  çıxmaq  üçün  hər  cür  vasitələrdən  istifadə 

edilmişdi. 

Belə  ki,  XVI-XVII  əsrlərdə  xaricdən  gələn  hazır  məmulatlara  çox  yüksək 

gömrük  haqqı  müəyyən  edilirdi.  Ərzaq  məhsulları  xammalının  ixracı  qadağan 

edilmişdi.Bu tədbirlər 1820-ci illərədək qüvvədə qalmışdır. Məsələn, pambıq parçadan 

olan  mallara  tədbiq  edilən  gömrük  rüsumu  onun  dəyərinin  75%-i,  kətan  parçaya  isə 

183% tətbiq edilirdi. 

Beləliklə,  yığılmış  müəyyən  vəsait  Qərbin  bəzi  ölkələrində  xarici  ticarətin 

inhisarlaşmasına  zəmin  yaradırdı.  Britaniyada  Afrika  və  Yaxın  Şərq  ilə  olan  bütün 

ticarəti  Ost-Hindin,  Türkiyənin  və  Afrikanın  ticarət  kompaniyalarının  əlində 

cəmlənmişdir.  

Həmin Ost-Hind kompaniyasının XVII əsrdən 1813-cü ilədək əsasən Hindistan 

və Çin ilə ticarət etmək hüququna malik idi. Bütün XVIII əsr ərzində Hindistanın bəzi 

torpaq  sahələrini  zəbt  etmişdir.  Aydındır  ki,  əlavə  gəlir  əldə  etmək  üçün  vəsait  də 

xərcləmək lazım gəlirdi. Odur ki, XVI-XVIII əsrlər məhsuldar xərclərin artırılması ilə 

də  səciyyələnə  bilər.  Həmin  vaxtlardan  bayram  günlərinin  sayı  azaldılmış,  illik  iş 

saatlarının  sayı  artırılaraq  2700-2800  saata  çatdırılmışdır  (XVII-XVIII  əsrlərdəki 

2400-2600 saata qarşı). 

XVIII əsrin axırlarına Qərb ölkələri iqtisadi inkişaf səviyyəsinə görə artıq Şərqi 

1,6-1,8 dəfə ötmüşdür. Bəzi mülahizələrə görə isə hər nəfərə düşən məhsulun həcminə 

görə Qərb ancaq XIX əsrin əvvəllərinə Şərqə çata bilmişdir. 

Deməli, belə qənaətə gəlmək olar ki, Şərqin inkişaf etmiş ölkələrində hərtərəfli 

istehsal  sahələri  mövcud  olmuşdur.  Alqı-satqı,  muzdlu  əmək  münasibətlərini 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə