Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

49 

 

yollarının tam aydın olması tələb edilirdi. Bu məqsədlə F.Magellan 1519-cu ildə Qərb 



ilə Şərq arasında olan dənizyollarını müəyyənləşdirmək üçün dünya səyahətinə çıxır. 

Bu  səyahət  dövründə  F.Magellan  bütün  Atlantik,  Hind,  Sakit  Okeanda  olan  dəniz 

yollarını  müəyyənləşdirir,  Avropa  ölkələrinin  iqtisadiyyatına  təsir  göstərən  və 

xammalla zəngin olan ölkələrə çıxış yolu olduğunu müəyyənləşdirir. Tarixdə ilk dəfə 

olaraq  dünya  səyahəti  adlandırılan  Magellanın  səyahəti  ümumilikdə  dəniz  yollarının 

formalaşmasının əsasını təşkil edir. Bundan sonrakı dövrlərdə də müxtəlif səyyahların 

dəniz  yollarının  açılmasında  böyük  xidmətləri  olmuşdur.  Lakin  bu  sadəcə  olaraq 

intibah  dövründə  dünya  iqtisadiyyatına  təsir  göstərə  bilən  yeni  dəniz  yollarının 

açılması  dünya  ərazisi  haqqında  tam  məlumat  verilməklə,  ölkələrin  iqtisadiyyatına 

təsir göstərə bilən təbii resursların yerləşdiyi ərazilərin müəyyən olunmasında mühüm 

ə

həmiyyət  kəsb  edirdi.  Dünya  iqtisadiyyatının inkişafında və dünya ölkələri  arasında 



ə

laqələrin  yaradılmasında  quru  yollarının  müəyyən  olunması  da  mühüm  əhəmiyyətə 

malik idi. Qədim zamanlardan başlamış sənayeləşmə dövrünə qədər yer kürəsinin quru 

ə

razilərinə  müxtəlif  səyyahların  getməsi,  ayrı-ayrı  regionlara  çıxış  yollarının 



müəyyənləşdirilməsi  haqqında  məlumatlar  toplanılmaqla  yanaşı,  mühüm  xammal 

ehtiyatlarının  yerləşdiyi  ərazilər  haqqında  tam  təsəvvür  yaranırdı.  Quru  yollarının 

müəyyən olunması dəniz yolları qədər çox çətinliklərlə başa gəlirdi. Hələ bizim eradan 

ə

vvəl yaşamış (425-485 bizim eraya qədər) Heradot ilk səyyah kimi dünyanın bir çox 



ölkələrinə  səyahət  etmiş.  Getdiyi  yolların  sadə  sxemini  tərtib  etmişdir.  Heradotdan 

başlayaraq  sonrakı  dövrlərdə  yaşamış  və  dünyanın  müxtəlif  ərazilərinə  və  ölkələrinə 

ə

n  çətin  şəraitdə  piyada  və  dəvə  karvanları  ilə  getmiş  səyyahlar  üçün  Heradotun 



səyahətləri  böyük  məktəb  olmuşdur.  Heradot  yaşadığı  dövrdə  Cənubi  taliya,  Kiçik 

Asiya,  Həbəşistan,  ran,  Aralıq  dənizi,  Qara  dəniz  hövzəsi  ölkələrində  olmuş,  bu 

yerlərin təbii sərvətləri haqqında yazdığı “Tarix” əsərində ətraflı məlumatlar verir. O 

dövrün  görkəmli  tədqiqatçı  alimlərindən  biri  Çin  səyyahı  Çjan  Syan  Çin  ilə  digər 

ölkələr  arasında  əlverişli  yolların  olmasını  müəyyənləşdirmək  üçün  mərkəzi  Asiya, 



50 

 

Amudərya  və  Sırdərya  hövzəsi  ölkələrinə  gəlir.  lk  dəfə  Mərkəzi  Asiyada  keçilməz 



yolların və cığırların adı Çjan-Syanın adı ilə bağlıdır. 

Yer  kürəsinin  quru  ərazilərinin  öyrənilməsində,  ölkələrarası  yolların  müəyyən 

olunmasında  böyük  xidməti  olan  səyyahlardan  biri  də  Marko-Polo  olmuşdur.  O, 

Avropa  ölkələrindən  başlamış  Mərkəzi,  Şərqi  və  Cənubi  Asiya  ölkələrinə  və  ran 

körfəzi sahillərinə gələrək bütün bu ərazilərdə olan yolların xəritəsini tərtib edir. 

XIV-XV əsrlərdə dünya ölkələri ərazisinə cığır açan görkəmli Ərəb səyyahı  bn 

Abu  Abdullah  Məhəmməd  olmuşdur.  Onun  birinci  səyahəti  24  il  çəkərək,  olduğu 

Həbəşistan,  Ərəbistan,  Mesapatomiya,  Suriya,  Kiçik  Asiya,  Krım,  Rusiyanın  cənub 

rayonlarında, Orta Asiyada, Çində, Hindistanda, Qərbi və Mərkəzi Sudanda olmuşdur. 

Olduğu yerlərin xəritəsini tərtib etməklə yol məlumatlarını geniş şəkildə vermişdir. 

Orta əsrlərdə şərq ölkələrinə yol açan və öz nailiyyətləri ilə tarixdə iz qoymuş 

səyyahlardan  biri  də  Afanasi  Nikitin  olmuşdur.  O,  əsasən,  Xəzər  dənizinin  sahilləri 

ran,  Hindistan,  Türkiyə  ərazilərində  olmuş  bu  ölkələri  əlaqələndirə  bilən  mühüm 

yolları  qeydə  almışdır.  Afanasi  Nikitinin  səyahəti  1466-1474-cü  illəri  əhatə  edir.  Öz 

səyahətinin  əsas  hissəsini  dəvə  karvanları  vasitəsilə  həyata  keçirmişdir.  Xəzər 

sahillərinə səyahət edərkən indiki Abşeron yarımadasına, o cümlədən Bakıya gəlmiş, 

burada  yanar  qazları  görmüş,  Şərqin  möcüzəsi  adlandırmışdır.  Səyahəti  müddətində 

ölkələr  arasında  əlaqələr  yaradan  mühüm  yolların  sxemini  tərtib  edir.  Bu  cəhətdən 

Afanasi  Nikitin  quru  yolların  açılmasına  şərait  yaradan  səyyah  kimi  tarixə  daxil 

olmuşdur. 

Aparılan  təhlildən  aydın  olur  ki,  bütün  əsrlərdə  yolların  hərtərəfli  öyrənilməsi 

bəşər  cəmiyyətini  daima  narahat  etmişdir.  Bütün  tarixi  dövrlərdə  ayrı-ayrı  ölkələrin 

öyrənilməsi  istər  nəqliyyat  baxımından,  istərsə  də  ölkələrin  təbii  sərvətlərinin 

öyrənilməsi baxımından dünya ölkələrinin iqtisadi inkişafına təsir göstərən ən mühüm 

amillər hesab edilmişdir. Dünya ölkələrinin iqtisadi inkişafında tədqiq edilmiş hər bir 

ə

razinin  təbii  iqtisadi  şəraitinin  müəyyən  olunması  və  bu  əsasda  həmin  resursların 




51 

 

istehsal  dövriyyəsinə  cəlb  olunması  üçün  məhsuldar  qüvvələrin  inkişafı  dövrün 



tələblərinə  cavab  verəcək  səviyyədə  formalaşırdı.  Dünya  iqtisadiyyatının  inkişafında 

XIX  əsrin  axırları  və  XX  əsrin  əvvəllərində  məhsuldar  qüvvələrin  təsir  dairəsi  daha 

intensiv  hal  almağa  başlamışdır.  Xüsusilə  dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş 

Avropa  ölklərində 

ngiltərə,  Fransa,  Almaniya, 

taliya  və  digər  ölkələrdə 

sənayeləşmənin sürətli inkişafı ölkələrarası iqtisadi əlaqələrin yaradılmasında mühüm 

rol oynayan nəqliyyatın əvvəlki, primitiv formasında yeni sənaye dövrünün tələblərinə 

uyğun  şəkilldə  inkişafını  tələb  edirdi.  Kapitalizmin  sürətli  inkişafı  istehsal  olunmuş 

məhsulları  dünyanın  ayrı-ayrı  ölkələrinin  bazarlarına  çıxarılması  və  reallaşdırılması 

üçün  daha  səmərəli  yolların  müəyyənləşdirilməsini  tələb  edirdi.  Bu  baxımdan  istər 

dəniz yollarından, istərsə də quru yollarından səmərəli istifadə olunmala dünya ölkələri 

ilə iqtisadi əlaqələrin təkmilləşməsinə və inkişafına zəmin yaranırdı. 

XX  əsrdə  dünya  iqtisadiyyatının  inkişafında  bir  sıra  sosial-iqtisadi  amillərlə 

yanaşı nəqliyyat faktoru mühüm rol oynamışdır. Dünya ölkələrinin təbii resurslarından 

istifadə  etmək  üçün  əvvəlki,  primitiv  nəqliyyatdan  fərqli  olaraq  ölkələrarası  iqtisadi 

ə

laqələrin  inkişafında  mühüm  rol  oynayan  dəmir  yolu  dəniz  nəqliyyatı,  avtomobil 



nəqliyyatı,  boru  kəmər  və  hava  nəqliyyatının  inkişaf  etdirilməsi  iqtisadi  inkişafa 

müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha səmərli istifadə etmək məqsədilə və 

dəniz  yollarının  qısa  məsafələrdən  keçməsini  təmin  etmək  üçün  yeni  kanalların 

çəkilməsi diqqət mərkəzinə yönəldilmişdir. Bu məqsədlə Aralıq dənizi ilə Hind Okeanı 

hövzəsi  ölkələri  ilə  daha  qısa  məsafələrdən  keçməklə,  yüklərin  daşınmasını  təmin 

etmək  üçün  Süveyş  kanalının  çəkilməsi,  Şimali  Amerikanı  Mərkəzi  və  Cənubi 

Amerika  ilə  iqtisadi  əlaqələrini  daha  səmərəli  yollarla  təşkil  etmək  üçün  Panama 

kanalımım çəkilməsi, Xəzər dənizi, Qara dəniz hövzəsi ölkələrini əlaqələndirən Volqa-

Don  kanalının  çəkilməsi  beynəlxalq  nəqliyyat  əlaqələrinin  yaradılmasında  mühüm 

ə

həmiyyət  kəsb  etmişdir.  XIX  əsrin  ortalarında,  1869-cu  ildə  Süveyş  kanalının 



istifadəyə verilməsi Aralıq dənizi ilə Qırmızı dəniz vəHind Okeanı arasında əlaqələrin 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə