Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

46 

 

qtisadi  inteqrasiyanın  təkmilləşdirilməsinin  digər  mühüm  istiqaməti 



regiondaxili  valyuta  məzənnəsi  tənzimlənməsinin  real  əsaslara  dayanmasıdır.  Əks 

halda bu ticarət sarpmalarına səbəb ola bilər. 

Bölgədaxili  ticarət  və  ödəmə  problemlərinin  həllinin  ən  qısa  yolu  isə  regional 

səviyyədə maliyyə qurumlarının yaradılmasıdır. Belə ki, müştərək maliyyə təşkilatları 

blokdaxili  ticarətdə  mənfi  saldosu  olan  ölkələrin  ixracının  kreditləşdirilməsində 

mühüm  rol  oynaya  bilərlər.  Bu  baxımdan  digər  bir  üsul  kimi  tədiyyə  ittifaqından 

istifadə oluna bilər. 

nteqrasiya  prosesləri  digər  əməkdaşlıq  formalarından  həm  də  geri  dönməz 

xarakterdə  olması  ilə  seçilir,  yəni  obyektiv  şərtlər  yetişdikcə  mərhələlər  üzrə  inkişaf 

gedir. Ona görə də inteqrasiyanın təkmilləşdirilməsinin istiqamətlərindən biri də tarif 

siyasəti  ümumiləşdirildikdən  sonra  mərhələdə  istehsal  amillərinin  sərbəst  hərəkətinin 

təminininə əsaslanan ümumi bazarın təşkili ilə bağlı bütövlükdə iqtisadi qanunvericilik 

və  siyasətin  unifikasiyasıdır.  Çünki  hər  bir  üzv  ölkə  özünə  uyğun  spesifik  siyasət 

yeritsə,  bu  regional  inteqrasiya  proseslərini  təhlükə  altına  qoya  bilər.  Digər 

təkmillşdirmə  istiqamətlərindən  biri  üzv  ölkələr  arasında  rəqabət  səviyyəsinin 

artırılmasıdır. Yalnız aktiv rəqabət mübarizəsi böyük həcmdə yeni ticarət yarada bilər. 

Regional iqtisadi inteqrasiyanın dünya  ticarətindən də  (yalnız blokdaxili deyil) 

fayda  götürməsini  təmin  etmək  üçün  “qapalı”  regionalizm  mövqeyindən  məsələlərə 

yanaşmamalı,  “açıq”  regionalizm  prinsiplərinə  əsaslanmaq  lazımdır.  Ümumiyyətlə, 

inteqrasiya  proseslərinin  təkmilləşdirilməi  intiqamətləri  bu  proseslərlə  əlaqədar 

problemlərin sayı qədər çoxsaylıdır. 

 

 



 

 

 



 


47 

 

2.3. Dünya iqtisadiyyatının formalaşması və inkişafında nəqliyyatın yeri və rolu 

 

Nəqliyyat bəşər cəmiyyətinin inkişaf tarixində mühüm rol oynayan faktorlardan 



biridir. Nəqliyyatın  inkişafı  cəmiyyətin  inkişafı  ilə əlaqəli  olmuş,  istehsal  sahələrinin 

inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri olmuş, 

daim  təkmilləşmiş  və  formalaşmışdır.  Nəqliyyatın  inkişafında  və  onun  sahələrinin 

formalaşmasında  tarixən  yer  kürəsinin  ayrı-ayrı  regionlarının,  dəniz  və  okeanların 

öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən 

irəli  gələrək  nəqliyyatın  ayrı-ayrı  sahələrinin  inkişafına  daim  diqqət  artırlırdı.  Əgər 

cəmiyyətin  inkişafında  maddi  nemətlər  istehsalı  üçün  məhsuldar  qüvvələrin  inkişafı 

zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün nəqliyyatın sahələrinin 

inkişafı tələb olunurdu. Bu səbəbdən də istehsalın primitiv alətlərdən istifadə olunduğu 

dövrlərdə əsas daşıyıcı  vasitə at, öküz, araba hesab edilirdisə, istehsal sahələrinin ən 

yüksək  səviyyədə  inkişaf  etdiyi  texnika  əsrində  istehsal  olunmuş  məhsulların  ölkələr 

arasında  daşınma  tələbatına  cavab  verə  bilən  və  dünya  iqtisadiyyatının 

formalaşmasında  daha  aktiv  iştirak  edən  nəqliyyatın  yeni  mütərəqqi  sahələri  inkişaf 

etmişdir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  dünya  nəqliyyatının  formalaşmasında,  ayrı-

ayrı  dəniz və  quru yollarının  müəyyən  olunmasında görkəmli  səyyahların  çox  böyük 

xidmətləri  olmuşdur.  Xüsusilə  dünya  dəniz  yollarının  açılmasında  Avropanın 

dənizsahili ölkələrində dənizçiliyin inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər 

qazandıqları  təcrübələr  əsasında  dünyanın  müxtəlif  ölkələrinə  səyahət  etmiş  və  yeni 

dəniz  yollarının  açılmasında  nailiyyətlər  qazanmışdılar.  Ümumiyyətlə,  dünya  dəniz 

nəqliyyatının  inkişafında  avropa  səyyahlarının  xidməti  əvəzolunmazdır.  Hələ  orta 

ə

srlərdə  dünyanın  avropa  ölkələri  ərazisində  yerləşən  adalara,  dəniz  yolu  açmaq  və 



həmin  adalarda  yerləşən  təbii  sərvətləri  istehsal  dövriyyəsinə  cəlb  etmək  məqsədilə 

rland  səyyahlarının  böyük  xidmətləri  olmuşdur.  raland  səyyahı  Svyatac  Brendanın 

VI əsrdə Amerikan sahillərinə yelkənli qayıqlar vasitəsilə səyahəti dəniz nəqliyyatının 



48 

 

inkişafından  xəbər  verirdi.  IX  əsrin  əvvəllərində  Normand  səyyahı  Erik  Rıjiy 



Ş

otlandiya,  X  əsrin  sonunda  isə  ngiltərəyə  dəniz  yolunun  açılması  üşün  öz 

səyahətlərini başa çatdırırlar. 1002-ci ildə isə Torfin Karlsefni adlı  sland Səyyahı 150 

nəfərdən  ibarət  ekspedisiya  ilə  slandiyan  Amerikanın  şimal  şərq  sahillərinə  gələrək 

yeni  dəniz  yollarının  açılmasına  nail  olur.  1291-ci  ildə  Vilvadi  qardaşlarının 

Hindistana  olan  dəniz  yolunu  müəyyənləşdirmək  məqsədilə  Cənubi  Afrikanın 

sahillərinədək gələrək, cənub dəniz yolunun açılması ilə yanaşı, cənubi Afrikanın şərq 

hissəsi  haqda  tam  məlumatlar  əldə  olunur.  Artıq  XIII  əsrdə  Portuqaliya  səyyahı, 

dənizçi  Henrix  Atlantik  okeanından  gələrək  Cəbbəlütariq  boğazı  vasitəsilə  Aralıq 

dənizinə daxil olur. Bu dövrdən başlayaraq materiklərin daxili dənizlərə yeni yolların 

açılması  başlanılır.  Eyni  zamanda  Afrikanın  şimal  ərazilərinə  dəvə  karvanı  vasitəsilə 

daxil  olaraq  buranın  təbii  sərvətləri  haqqında  avropalılara  ilkin  məlumatlar  çatdırılır. 

Henrixə qədərki dövrdə dəniz nəqliyyatı haqda təcrübələr olsa da, gəmiçiliyin inkişafı 

texniki  cəhətdən  çox  aşağı  səviyyədə  idi.  1640-cı  ildən  sonra  Portuqaliya  dənizçiləri 

sistematik  olaraq  Hindistanadək  dəniz  yollarının  açılmasında  böyük  təşəbbüs 

göstərirlər.  XV  əsrin  əvvəlində  dünya  dəniz  yolunun  kəşfində  böyük  xidməti  olan, 

xüsusi  dənizçilik  məktəbi  keçmiş  görkəmli  şəxslərdən  biri  də  Xristofer  Kolumb 

olmuşdur. Onun əsas məqsədi Avropa ilə Asiya arasında, Hindistanadək böyük dəniz 

yolunu müəyyənləşdirmək idi. 1492-ci ildə kiçik heyətdən ibarət dəstə ilə  spaniyanın 

Paloe  limanından  Hind  okeanına  yeni  dəniz  yolunu  kəşf  etmək  məqsədilə  səyahətə 

çıxır. 

20  oktyabr  1492-ci  ildə  indiki  Kubanın  sahillərinə  gəlib  çıxır.  Buranın  isti 



iqlimə malik olduğunu görən Kolumb həmin yerləri Vestindiya adlandırır. Əslində isə 

Kolumb yeni torpaqlar kəşf edir, dünya iqtisadiyyatına böyük töhvələr verən sonradan 

Amerika  adlanandırılan  ərazilər  idi.  Dünya  dəniz  yollarının  kəşfində  böyük  xidməti 

olan  şəxslərdən  biri  Fernando  Magellan  olmuşdur.  Avropa  ölkələrinin  tərəqqisi  və 

dünya  iqtisadiyyatında  aparıcı  mövqe  tutmaq  üçün  dünya  ölkələrinə  gedən  dəniz 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə