Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   2   3   4   5   6   7   8   9   ...   28

 

vardı.  Hətta  bir  çox  ideyalar  vaxtı-zamanı  qabaqlayırdı.  Bir  çox  ideyalar  isə  sosial-



iqtisadi şəraitin geriliyi üzündən həyatda tətbiq oluna bilmirdi. Hər halda ən qədim və 

qədim təsərrüfatçılıq sistemi uzun bir tarixi keçsə də əsasən natural və qapalı xarakter 

daşıyırdı. 

Belə  bir  tarixi  dövrü  Avropa  dövlətçiliyi  keçməmişdi.  Onlar  Şərq  dövlətləri 

üçün ucqar hesab edilirdilər. 

Birinci  min  illiyin  ilk  dövrlərində  Şərq  ölkələrinin  iqtisadi  inkişaf  səviyyəsi 

Qərbi Avropa ölkələrindən 1,5-2 dəfə artıq idi. XI - əsrdə (1980-ci ilin qiymətləri ilə) 

hər  nəfərə  düşən  ÜDM  Çində  600-700  dol.,  Hindistanda  550-650  dol.,  Misirdə  470-

530 dol. təşkil edirdi. Başqa bir göstərici də maraqlıdır. Çində o dövrdə əhalisi 2 min 

nəfərdən çox olan şəhərlərdə cəmi əhalinin 20%-i, müsəlman ölkələrində isə 15-20%-i 

yaşadığı halda, Qərbi Avropa dövlətlərində bu göstərici 11-13%-dən artıq deyildi. Bu 

da onu göstərir ki, həmin dövrlərdə Şərq ölkələrində şəhərlərin sayı və inkişafı Qərb 

dünyasından çox-çox irəlidə olmuşdur. 

stehsalın  inkişaf  səviyyəsinə  görə  Çinin  o  vaxtkı  nailiyyətlərini  Avropa 

dövlətlərinin  orta  əsrin  son  dövrləri  ilə  müqayisə  etmək  olar.  Belə  ki,  XII  əsrin 

ə

vvəllərinə  Çində  dəmir  əridilməsi  1640-cı  ildə  ngiltərədəkindən  2,5-5  dəfə,  XVII 



ə

srin  əvvəllərinə  bütün  Avropadan  yenə  bir  o  qədər  artıq  olmuşdur.  Şərqin  Qərbə 

nisbətən  üstünlüyü  intellektual  səviyyə  cəhətdən  də  gözə  çarpırdı.  Savadlılıq 

səviyyəsinə  görə  Şərq  Avropadan  8-20  dəfə  irəlidə  idi.  Avropa  b.e.ə.  VIII  əsrdəki 

klassik Roma imperiyasının səviyyəsindən aşağı idi. 

V  əsrin  axırlarına  Roma  imperiyasının  süqutundan  sonra  Qərbi  Avropada  tam 

aqrar və  natural  təsərrüfatçılığın  əsasını  təşkil edirdi.  Şərq icmalarından  fərqli  olaraq 

sənətkarlıq  hər  ailə  çərçivəsində  inkişaf  edirdi.  Bu  da  müəyyən  dərəcədə  icmalar 

arasındakı  daxiliəlaqənin  zəifləməsinə  səbəb  olurdu.  Qərbi  Avropada  iqtisadi 

fəaliyyətin canlanması üçün çoxlu yüzilliklər lazım gəlirdi. 




 

Şə



rq  sivilizasiyasının  inkişaf  etdiyi  rayonlarla  müqayisədə  Qərbi  Avropa  daha 

az təbii imkanlara malik olduğu halda, coğrafi vəziyyətinə görə daha əlverişli şəraitdə 

idi.  Köçəri  tayfaçılıqdan  uzaq  idi.  VII-VIII  əsrlərdə  iqlim  şəraiti  dəyişirdi,  istiləşmə 

baş verirdi. Bu şərait müəyyən epidemiyaların yayılmasını azaltmış, təsərrüfatçılıq və 

demoqrafik inkişafa zəmin yaratmışdır. 

Bu  kimi  irəliləyişlər  sosial  irəliləyişlərə  də  imkan  verirdi.  cma  əkinçiliyi 

dağılırdı.  VIII  əsrdə  aqrar  və  hərbi  islahat  nəticəsində  o  vaxt  mövcud  Frank 

imperiyasında kəndlilərin çoxu kral hərbiçilərindən şəxsi asılılığa məruz qalmışlar. Bu 

hərbiçilər sonralar torpaq vərəsəçiliyi ilə feodallara çevrilirdilər. 

Sənətkarlığın  inkişafı  XI  əsrdə  sənətkarlığın  əkinçilikdən  ayrılmasına,  feodal 

şə

hərlərinin  yaranmasına  səbəb  olmuşdur.  Bu  da  əmtəə  istehsalını  gücləndirmişdir. 



Texnikada  müəyyən  təkmilləşdirmələr  baş  verirdi.  Toxuculuq  dəzgahlarının 

təkmilləşdirilməsi  nəticəsində  o  vaxt  mövcud  olan  Flandriyada

1

  VI  əsrdə  əmək 



məhsuldarlığı  3-5  dəfə  artmışdır.  Kənd  təsərrüfatındakı  (VI  əsr)  ikisahəli  sistemdən 

üçsahəli sistemə keçilməsi genişlənmişdir. 

XII  əsrdə  Şimali-Qərbi  Avropada  kənd  təsərrüfatında  ağır  kotan  tətbiq edilirdi 

ki, bu da torpağın bir neçə dəfə təkrar şumlanmasına son qoymuşdur. Yenə XII əsrdə 

(əvvəllər romalılar tərəfindən düzəldilmiş) su dəyirmanları yayılmışdır. 

Deməli,  mülayim  qurşaq  şəraiti  avropalıları  müəyyən  təcrübələr  keçirməyə 

vadar etmişdir. Tropik və təbii münbitlik şəraitinə malik olan Şərq və Latın Amerikası 

isə təşəbbüskarlıqdan qalmışlar. 

Beləliklə, XI-XIII əsrlərdə Qərbi Avropada əməyin enerji ilə silahlanması 2 dəfə 

artmış  və  Çini  ötmüşdür.  Kapital  yığımı  prosesi  həyata  keçirilməyə  başlamış,  kənd 

təsərrüfatı məhsulu 1,5-2,6 dəfə, sənaye istehsalı 1,1-2,8 dəfə artmışdır. 

XI-XIII əsrlərdəki əlverişli şərait və inkişaf XIV əsrdə ekoloji, sosial-iqtisadi və 

siyasi  böhranla  əvəzlənmişdir.  qlim  şəraiti  dəyişmiş  –  daha  soyuq  və  rütubətli 

                                                            

1

Flandriya – o vaxt Qərbi Avropada vilayət, sonralar Fransaya, Niderlanda və Belçikaya birləşiblər. 




10 

 

olmuşdur ki, bu da taxılın məhsuldarlığını azaltmışdır. Aclıqlar, yoluxucu müharibələr, 



üsyanlar, dini cəzalar artmışdır, əhali təqribən 30% azalmışdır. 

XV  əsrin  ikinci  yarısından  iqlim  şəraitinin  nisbətən  yaxşılaşması  ilə  bəzi 

ölkələrdə iqtisadi inkişaf artırdı. Zəif də olsa, hər halda ardıcıl olaraq silah təkmilləşir, 

comərd atlılar, rəiyyət piyadaları və s. yaranırdı, dəniz işi təşkil olunurdu. 

XIII  əsrdə  Flandriyada  sənət  şəhərləri  yaranırdı.  Orada  demək  olar  ki,  Avropa 

üçün yun parça istehsal olunurdu. Yun  ngiltərədən gətirilirdi. 

XIV əsrdə  taliyanın şimalında Venesiya, Genuya, Florensiya sənaye və ticarət 

mərkəzinə  çevrilmişlər.  Bu  mərkəzlərdə  istehsal  olunmuş  mahud  və  ipək  parçalar, 

ş

üşə, silah və s. bütün Avropaya satılır və Şərq ölkələrinə də tələbat oyadırdı. Venesiya 



tacirləri öz bazarlarında Şərq malları da satırdılar. 

Beləliklə,  bazar  münasibətləri  genişlənirdi.  Bazar  münasibətlərinin  inkişafında 

XV-XVII  əsrlərdəki  bir  çox  coğrafi  kəşflər

2

daha  böyük  rol  oynamışdır.  Bu  da 



həmçinin ticarət yollarının, ticarət kapitalının da artmına yol açmışdır. Şərq mallarının 

istehlakçıları  ərəb,  türk  və  italyan  inhisarlarının  Avropaya  mal  gətirməsi 

vasitəçiliyindən  azad  olmağa  çalışırdı. Bu  həmçinin  Avropada (XV  əsr) sürətlə  artan 

sənaye və ticarətin müqabilində qızıl və gümüşün az olması tələbindən də irəli gəlirdi. 

O vaxt artıq metal pullara olan sitayış artırdı. 

Böyük  coğrafi  kəşflər  həmçinin  müstəmləkə  hökmranlığı  sisteminə  də  zəmin 

yaratmışdır.  XVI  əsrdə  okeanın  arxasındakı  torpaqlarda  ilk  müstəmləkə  imperiyaları 

yaranırdı. Portuqaliya və  spaniya 1494-cü ildə onların arasındakı müqaviləyə əsasən, 

okeanın o tayındakı torpaqları öz müstəmləkəsi hesab etmişdilər. Müstəmləkə bölgüsü 

meridian  xətti  ilə  Atlantik  okeanından  keçirdi.  Qərb  tərəfə  olan  müstəmləkələrin 

hamısı  spaniyanın,  Şərq  tərəfə  olanlar  isə  Portuqaliyanın  hesab  edilmişdir  (Roma 

papası bu müqaviləyə təminat vermişdi). 

                                                            

2

1498-ci ildə Vasko de Qammanın ekspedisiyası Hindistan sahilinə çıxmışdı. 1492-ci ildə Xristofor Kolumbun 



ekspedisiyasl Amerika sahilinə çıxmışdı. 1519-1521-ci illərdə Fernando Maqellan ilk çox geniş səyahətə çıxmışdı və s. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə