Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

61 

 

3.2. Dünya iqtisadiyyatının tənzimlənməsi problemləri 

Ümumdünya  iqtisadi,  siyasi  və  mədəni  inteqrasiya  prosesi  kimi  qloballaşma 

müasir iqtisadi-elmi fikrin ən aktual prosesləri içərisində əsas yer tutur. Bir çox iqtisadi 

və siyasi mənbələrdə qloballaşma beynəlxalq əmək bölgüsü sistemi, iqtisadi və siyasi 

münasibətləri ilə bağlı olan milli təsərrüfatlar kimi başa düşülən dünya təsərrüfatının 

dünya bazarına biləşməsi və onlarn transmilliləşdirmə və regionlaşdırma prosesi kimi 

şə

rh  edilir.  Bu  problemə  istər  tarixi,  istərsə  də  elmi-metodoloji  yanaşmada  fikir 



müxtəlifliyi xarakterikdir. 

Tarixçilər  bu  prosesi  kapitalizmin  inkişaf  mərhələlərindən  biri,  politoloqlar 

demokratik  təşkilatların  yayılmasına  dayaq,  iqtisadçılar  isə  maliyyə  bazarının 

transmilliləşdirilməsi  hesab  edirlər.  L.Klayn  qloballaşmaya  faktiki  olaraq  dünya 

ticarətinin  liberallaşmasının  yeni  mərhələsi  kimi  baxır.  Açıq  iqtisadiyyatlı  quruluşa 

mənsub ölkələr  artıq  çoxdan bəri  öz  üstünlüklərinin proteksionist kursu tutan ölkələr 

qarşısında  isbatlamışlar.  Bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  idxalı  yerli  istehsalla 

ə

vəz  edən  iqtisadi  siyasət  həyata  keçirməklərinə  baxmayaraq,  çox  qısa  bir  zaman 



kəsiyində bu siyasətin etibarsızlığının şahidləri oldular; belə ki, bu qrupda mövqelərini 

günü-gündən  möhkəmləndirən  ölkələr  açıq  iqtisadiyyatlı,  əsasən  də  sənayecə  inkişaf 

etmiş  ölkələrdən  nə  qədər  geridə  qaldıqlarını  müşahidə  edirlər.  Amma  bu  nəticələrə 

baxmayaraq, azad ticarət – qloballaşmanın yalnız bir aspektidir. Onun başqa resursları 

və aspektləri üzrə çoxsaylı baxışlar və baxış bucaqları hələ də dominantlıq edirlər. 

A.Teyt  isə  qloballaşmanı  “beynəlxalq  ticarətin  miqyasının  artması  və  nəinki 

ə

mtəə mübadiləsinin, o cümlədən də xidmətləri və kapitalın ölkələrarası miqrasiyasını 



həyata  keçirmək  üzrə  beynəlxalq  ticarətin  nüfuz  dairəsinin  qlobal  səviyyədə 

genişlənməsini  şərtləndirən  ölkələrarası  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  asılılığı 

şə

rtləndirən bir proses” kimi görür. 




62 

 

Yeni  informasiya  texnologiyalarının  yaranması  məhz  təsərrüfat  davranışları 



normasının  ötürülməsi  imkanlarının  genişlənməsi  və  dərinləşməsi  ilə  bağlıdır. 

Məlumdur  ki,  onlar  hər  şeydən  əvvəl  kütləvi  informasiya  vasitələrinin  alətləri  kimi 

çıxış edir və bu da öz növbəsində istifadəçilərin (istehlakçıların) mədəni  səviyyəsinin 

yüksəlməsi  ilə  Paralel  getmir.  Şübhəsiz  ki,  sonuncu  birincini  üstələyə  bilməz  və  ya 

ə

ksinə.  Kütləvi  axınlı  istehsal  prosesində  avtomatik  istehlak  və  mədəni  davranışın 



formalaşmasında  kütləvi  təfəkkürün  mühüm  rolunu  ön    plana  çıxarır.  Bu  da  öz 

növbəsində XX əsrin çox spesifik atributudur. 

D.Vəliyevə görə: “Qloballaşma sərt rəqabət münasibətləri şəraitində davam edir. 

Bu  sərt  qanunlara  uyğunlaşa  bilənlər  surətlə  inkişaf  edir,  uyğunlaşmayanları  isə 

udurlar.  Qlobal  proseslərə  uyğunlaşa  bilməyən  ölkələr  üçün  iqtisadiyyatın  daha  çox 

beynəlmiləlləşməsi,  onlar  üçün  milli  iqtisadiyyatı  tənzimləmə  qabiliyyətinin  daha  da 

azalmasına yola açır. Bu ölkələrdə bir çox iqtisadi proseslərin qlobal təbiəti ilə onların 

milli təsərrüfat çərçivəsində tənzimlənməsi arasında uyğunsuzluq artıq” 

M. ntriliqeytora  göə  “dünya  iqtisadi  birliyinin  həyat  tərzlərinin  və  preferensial 

dəyər ölçülərində keyfiyyət dəyişikliklərinin baş verməsi ilk növbədə dünya təsərrüfat 

ə

laqələrinin  qloballaşması  ilə  əlaqədardır  və  bu  zaman  ərazi  fərqlilikləri,  siyasi, 



informasional  proseslər  müasir  və  perspektiv  qlobal  inkişafını  təyin  edir.  Dövlətlər 

zəngin ölkələr klubuna birləşməyə cəhd edirlər və onlarla birlikdə dünya istehsalında 

öz  layiqli  yerlərini  tutmaq  üçün  hər  şeyə  hazırdırlar  və  bu  istiqamətdə  bəzi  ölkələr 

ciddi  cəhdlərlə  sözün  həqiqi  mənasında  mübarizə  edirlər”.  M. ntriliqeytor 

qloballaşmaya  beynəlxalq  rəqabətin  təkamül  forması  kimi  baxmaqla,  bu  prosesi 

ə

nənəvi  xarici  iqtisadi  əlaqələrin  yeni  spesifik  forması  kimi  qəbul  etməyi  və  bu 



kompleks amilləri aşağıdakı, son dövrlərdə daha da intensiv təmayüllər kimi çıxış edən 

proseslərlə uzlaşdırmağı təklif edir: 

1) texnoloji proseslər; 

2) ticarətin liberallaşması və iqtisadi libberallaşmanın digər formaları; 




63 

 

3)  yeni  kommunikasiya  vasitələrinin  tətbiqi  əsasında  təşkilatlanma  dairəsinin 



genişlənməsi, dərinləşməsi; 

4) bazar iqtisadiyyatının və sərbəst ticarətin vahid standartları; 

5)  ünsiyyətin  ənənəvi  formasından  kommunikativ  formaya  keçidi  (XX  əsrin 

ikinci yarısından etibarən mədəni inkişafın xüsusiyyətlərinin nəzərə alınması ilə) 

Qloballaşmanın  tam  mənası  ilə  dərk  olunması  və  onun  təsir  və  hərəkət 

mexanizmlərinin  çoxaspektli  baxışlarının  ümumiləşdirilməsi  üçün  aşağıdakı  sualı 

cavablandırmaq  lazımdır  -  əvvəlki  ənənəvi  mübarizə  üsulları  cari  yenidənqurulan 

dünya düzəninin formalaşmasında nə qədər inqilabı rol oynamışdır? Məsələni məhz bu 

aspektdən  dəyərləndirsək  qloballaşmanın  apoloqetləri  arasında  iki:  revolyusional  və 

evolyusional  münasibətdə  spektiv  yanaşan  bir  sıra  nəzəriyyəçilər  də  mövcuddur. 

Onların  antiqlobalistik  mövqedə  durması,  fikrimizcə,  özünəməxsus  şəkildə 

mövqelərinin  qorunmasına  və  “nisbi  ədalətin”  mümkünləşdirilməsinə  xidmət  edir. 

Təməl  prinsiplərin  qiymətləndirməsi  əsasında  baxışların  qarşılaşdırılması  müəyyən 

determinal  fərqliliklərlə  seçilsə,  xüsusiləşsə  və  ya  fərdiləşsə  də  müəyyən  sistemlilik 

tapmaq mümkündür və təsnif etmək üçün aşağıdakı cədvələ müraciət etmək zəruridir. 

Cədvəl 3.1 

Qloballaşmaya əsas yanaşmaların müqayisəli xarakteristikası 

Yanaşmanın 

prinsipial əsasları 

Revolyusional 

(inqilabi) yanaşma 

Evolyusional 

(təkamül) yanaşma 

Spektik yanaşma 

Yeni: 

Qloballaşma  dövrünün 

başlaması 

Qloballaşmanın 

ə



yüksək səviyyəsi 



Ticarət 

bloklarının 

yaranması, 

ə

vvəlki 



dövrlərdən  fərqli  olaraq 

qlobal  idarəetmənin  daha 

da zəifləməsi 

Ə

sas çalarlar: 

Qlobal 

kapitalizm, 



qlobal 

miqyasda 

idarəetmə 

ntensiv  və  ekstensiv 

qloballaşma 

Dünya 


1890-cı 

illərə 


nisbətən  daha  az  qarşılıqlı 

asılılıqdadır 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə