Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

67 

 

görə,  innovasiya  prosesində  amillər  üzrə  xərclərə  milli  iqtisadi  sisteminin  ümumi 



fəaliyyət  mexanizmi  fonunfa  yanaşılmalıdır.  Başqa  sözlə,  hər  iki  tərəf  arasında 

qarşılıqlı  münasibət  və  asılılıq  aksiomatik  məzmunda  götürülməlidir.  Məhz  bu 

aspektdən  əsas  determinantların  coğrafi  müstəvidə  qarşılıqlı  əlaqəsi  və  multiplikator 

effektinə, istinad etməklə “özü inkişaf edən” sistemin formalaşdırılmasına çalışmalıdır. 

Həqiqətən də, qloballaşma  prosesi  “milli rombun”  əhəmiyyətini xeyli  yüksəldir.  Ona 

görə ki, bu prosesdə intellektual potensial ön plana çıxır ki, bu, müasir iqtisadiyyatın 

ə

sas resursu hesab edilir. Lakin bu resursun inkişafı yalnız xarici əlaqələrin sıxlığı və 



intensivləşdirilməsi və qlobal sistemə inteqrasiya olunması vasitəsi ilə mümkün deyil. 

Başqa  sözlə,  dünya  bazarında  ölkəyə  rəqabət  üstünlüklərinə  sahib  olan  intellektual 

resurs  milli  və  mənəvi-mədəni  dəyərlərdən  kənarda  inkişaf  edə  bilməz.  Fikrimizcə, 

problemin  məhz  bu  prizmadan  qoyuluşu  hər  şeydən  əvvəl,  onunla  izah  olunur  ki, 

iqtisadiyyatın  qloballaşması  və  sosial  inkişafı  müxtəlif  motivlər  sisteminə  söykənir. 

qtisadi  qloballaşmanı  kapitalın  hərəkətini  sürətləndirən  və  yeni  ideyaların  tətbiqini 

təmin edən vahid qlobal maliyyə və informasiya  məkanının formalaşması və inkişafı 

prosesi  kimi  qəbul  etməyən  bir  sıra  tədqiqatçılar  qeyd  etdiyimiz  uyğunsuzluğu  hətta 

mənafe  qrupları  arasındakı  ziddiyyət  kimi  xarakterizə  edir  və  böhran  təzahürlərinin 

məhz bu ziddiyyətdən qaynaqlandığını göstərirlər. 

Qloballaşma  kürəsəl  xarakterli  proses  kimi  milli  sosial-iqtisadi  münasibətlərin 

qarşılıqlı asılılığını, əlaqə və bağlılığını gücləndirməklə qlobal səviyyəli vahid sistem 

formalaşmışdır.  Başqa  sözlə,  milli  mənsubiyyətindən  asılı  olmayaraq  hər  cür  sosial, 

siyasi və iqtisadi fəaliyyət qlobal xarakter kəsb etməyə başlayır. 

Bir  çox  alimin  qloballaşma  prosesinin  neoliberalizmə  söykəndiyi  haqda 

fikirlərini doğru  hesab etmək  olar.  Qeyd  edilən elmi  istinad sözsüz ki,  iqtisadi  fikrin 

dəyişməz  liberal  qanunundan  qaynaqlanır.  Qeyd  etmək  lazımdır  ki,  neoliberal 

qloballaşma modeli F.Xayekin, M.Fridmanın əsərlərində eləcə də BVF, ÜTT və  ƏT-

nin  praktiki  fəaliyyətində  geniş  şəkildə  tətbiq    və  şərh  olunmaqdadır.  Məlumdur  ki, 



68 

 

neoliberalizm iqtisadi fikirdə inkişafı başlıca olaraq 1970-ci illərdən başlayan və nəticə 



etibarı  ilə  real  sonluqla  yekunlaşmayan  yeni  Beynəlxalq  iqtisadi  qaydalara  keçid 

cəhdləri  ilə  səciyyələnir.  Qeyd  edilən  “qaydaların”  yaranmasında  başlıca  məqsəd 

ondan  ibarət  idi  ki,  beynəlxalq  təşkilatlar  inkişaf  etməkdə  olan  ölkələrin  tərəqqisi 

naminə  resursların  ədalətli  bölgüsünü  reallaşdırmağa,  təmin  etməyə  və  həyata 

keçirməyə imkan verəcək yeni qaydalar və tənzimləmə mexanizmini formalaşdırsınlar. 

Bunun  əksinə  olaraq,  inkişaf  etmiş  qərb  ölkələri  əsas  vurğunun  neoliberal  inkişaf 

modelinin  üzərinə  düşməsini  təmin  edə  bildilər.Müasir  qaloballaşmanın  neoliberal 

modelinin əsas cəhətlərini aşağıdakı kimi sıralamaq mümkündür: 

1)

  sərt  monetar  əsaslara  istinad  etməklə  ölkənin  təsərrüfat  mexanizminin 



tənzimlənməsinin sürətlənməsinin sürətli homogenləşdirilməsi; 

2)

  əsas tənzimləyici kimi kor-təbii bazar proseslərinin götürülməsi; 



3)

  milli  müstəqilliyin  aradan  qaldırılması  müvəffəqiyyətin  əsas  amillərindən 

biri keyfiyyətində qəbul olunur; 

4)

  iqtisadi proseslərdə dövlətin rolu minumum səviyyəyə endirilir. 



Beləliklə,  nəzərdə  tutulur  ki,  neoliberal  modelin  qərarlaşması  istehsalın 

effektivlik  səviyyəsinin  görülməmiş  dərəcədə  yüksəlməsinə  və  bütövlükdə 

bəşəriyyətin maddi rifahının yaxşılaşmasına səbəb olacaqdır. 

Qeyd  etmək  lazımdır  ki,  qloballaşmanın  neoliberal  modelinə  yanaşmada  iki 

aspekti bir-birindən fərqləndirmək zəruridir. Belə ki, sırf nəzəri qayda-qanunlarla real 

praktika  arasında  kəskin  uyğunsuzluq  mövcuddur.  Bu  da,  əksər  hallarda  ikili 

standartların  meydana  çıxmasına  səbəb  olur.  Araşdırmalar  göstərir  ki,  yuxarıda 

göstərilən  ikili  standartlar  inkişaf  etmiş  Qərb  ölkələrinin  praktikasında  geniş 

yayılmışdır. Belə ki: 

1)

  son 20 il ərzində ÜDM-in dövlət büdcəsi tərəfindən bölüşdürülən payı sabit 



olaraq qalmışdır. 


69 

 

2)



  əhalinin  sosial  müdafiəsi  sferasında  dövlətin  funksiyaları  qismən  ixtisara 

düşmüş  və  xarici  iqtisadi  fəaliyyətdə  açıq  şəkildə  hiss  olunan  liberallaşma 

getməkdədir 

3)

  bazar konyukturasının təsirin qismən azaldılmasına baxmayaraq, dövlət yerli 



sahibkarların rəqabət qabiliyyətini yüksəltmək üçün güclü fəaliyyət göstərir. 

Bu  fəaliyyət,  əsasən,  infrastrukturun  inkişafı,  rəqabəti  stimullaşdıran  vergi 

sisteminin formalaşması və s. sferalarda, xüsusilə, nəzərə çarpır. 

Ümumiyyətlə, iqtisadiyyatda dövlətin yeri və rolu baxımından Qərb ölkələrində, 

onun funksiyaların ixtisası deyil, daha güclü mövqelər (dünya bazarında ) əldə etmək, 

qazanmaq istiqamətində aktiv fəaliyyəti müşahidə edilməkdədi.  

Qloballaşma  prosesinin  bütövlükdə  dünya  iqtisadiyyatının  sabit  və  davamlı 

inkişafına  təsiri  əslində  ziddiyyətli  xarakter  daşıyır.  Belə  ki,  əvvəla,  dünya 

iqtisadiyyatının  sistemli  inkişafı  qlobal  səviyyədə  iqtisadi  maraqların  optimal  və 

ə

dalətli 



uzlaşdırılmasını 

tələb 


edir. 

Ə

ks 



təqdirdə 

qlobal 


tərəqqinin 

biristiqamətliliyindən  yayınmaq,  yaxa  qurtarmaq  mümkün  olmayacaqdır.  Eyni 

zamanda,  beynəlxalq  iqtisadi  münasibətlərin  müasir  durumu  hər  hansı  bir  optimallıq 

və ədalətliliyin real olmadığını açıq şəkildə əks etdirməkdədir. Sözsüz ki, fundomental 

mahiyyət  kəsb  edən  problemin  həllinə  nail  olmadan  qloballaşma  prosesini  yalnız 

pozitiv  çalarda  qiymətləndirmək  düzgün  mövqe  hesab  edilə  bilməz.  kincisi,  qeyd 

olunan  şəraitdə  dünya  iqtisadiyyatının  sabit  inkişafına  əngəl  törədən  başlıca 

təhlükələrdən  biri  inkiaf  etməkdə  olan  ölklələrin  birtərəfli  asılılığının,  bağlılığının 

getdikcə  güclənməsindədir.  Bir  çox  mənbədə  də  şərh  edilən,  sözügedən  təhlükə, 

ə

sasən, üç istiqamətdə təzahür edir: 



1)

  nkişaf  etməkdə  olan  ölkələrdə  inkişafın  ekstensiv  xarakteri  və  texnoloji 

planda Qərb ölkələrindən mütləq asılılığın formalaşması; 

2)

  Sosial-iqtisadi  inkişaf  prosesində  xarici  investisiyaların  həlledici  əhəmiyyət 



daşıması; 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə