Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix05.06.2018
ölçüsü0,67 Mb.
#47493
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

58 

 

“Ümumdünyəvi  fəlakətlər”dən  qaçmağın  mümkün  olmadığı  ideyalarının 



meydana  çıxması  ilə  hər  halda  bu  fəlakətlərə  yol  verməməyin  mümkün  olması 

ideyalarının meydana gəlməsi arasında cəmi bir neçə il keçmişdir. Lakin bu heç də o 

demək  deyildir  ki,  cəmiyyətin  həyati  təminat  vəzifələri  avtomatik  surətdə  həll 

olunacaqdır.  əlbəttə  bu  istiqamətdə  müəyyən  ciddi  daxili  cə  xarici  ziddiyyətlər, 

çətinliklər  mütləq  özünü  biruzə  verəcəkdir  və  biruzə  verməkdədirlər.  Qlobal 

problemlərin həlli yolları kimi göstərilə bilər: 

-

  Dünya təsərrüfatının və əhalisinin təbiətin bəxş etdiyi əmək predmetləri ilə 



sənaye və kənd təsərrüfatı xammalı ilə təmini; 

-

  nkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin istehsal aparatlarının ciddi 



keyfiyyət dəyişikliyi; 

-

  Qərbin sənayeləşmiş cəmiyyətlərində “həyat ukladınıın” transformasiyası, 



orada  yeni  dəyərlər  orientasiyasının,  sosial-mədəni  prioritetlər  sisteminin 

yaradılması. 

Başqa  sözlə,  qlobal  və  digər  əhəmiyyətli  iqtisadi  problemlərinin  həllinə 

yönəlmiş iqtisadi artım strategiyası və “yeni şərtlərini” işləyib hazırlamaq və yaratmaq 

bu “yeni şərtlər”-ə daxildir. 

Dünyada  ərzaq  çatışmamazlığı  probleminə  yanaşmada  D.Qaborun  qrupu  dörd 

“fundamental qarşılıqlı əlaqədə olan yanaşmanı” irəli sürür: 

-

  Qismən doğuma nəzarət vaasitəsilə ərzağa tələbin artmasını saxlamaq; 



-

  Gəlirlərin və ərzağın aclıq çəkənlərin xeyrinə bölgüsünə nail olmaq; 

-

  ərzaq istehsalını artırmaq; 



-

  kənd  təsərrüfatı  təsərrüfatı  bitkilərinin  yığılması,  saxlanması  və  emalı 

zamanı ifrat itkiləri azaltmaq. 

Bu  tövsiyyələrə  əməl  olunması  müəlliflərə  çox  problematik  görünür.  Belə  ki, 

kasıbların xeyrinə bölgü radikal siyasi dəyişiklikləri tələb edir. 



59 

 

Beləliklə,  60-70-ci  illərdə  futuroloqların  bədbin  proqnozları  özlərini 



doğrultmadı  və  onların  iqtisadi  artımı  yavaşıtmaq  və  hətta  dayandırmaq  haqında 

təkliflərinin  əsassızlığı  üzə  çıxmışdır.  Əslində  davamlı  iqtisadi  inkişafın  özü  qlobal 

problemlərin həllinin əsas elementlərindən biridir. 

Qlobal  problemlərin  həlli  vəzifəsi  bütün  B M  sisteminin  modernləşdirilməsi 

vəzifəsi ilə sıx qarşılıqlı əlaqədədir. Qlobal problemlərin həlli üçün onların prioritetini 

müəyyən edən ilkin şərtləri dəqiq müəyyənləşdirmək lazımdır: 

-

  dünya  iqtisadiyyatının  inkişafı  üçün  müəyyən  şərtlər  tələb  olunur.  Bu 



mənada  xərclərin  azaldılması  əhəmiyyətli  ilkin  şərt  hesab  oluna  bilər. 

Məsələn, hər il silahlanmaya demək olar ki, 1 trilyon dollar pul xərclənir, 

bütün tədqiqatlar və sınaq işlərinin isə ¼ -i hərbi məqsədlərə aparılır.  lk 

baxışdan aydın olur ki, bu qədər külli miqdarda vəsait səmərəli sərf olunsa 

qlobal problemlərin həlli üçün tələb olunan resurslara ehtiyacı da ödəmək 

olardı. 


-

  Hər  hansı  bir  subyekt  üçün  iqtisadi  imkanların  bərabərliyini  və  iqtisadi 

sabitliyini təmin etmək zəruridir. 

-

  Ekoloji problemlər sahəsində hərtərəfli işlər görülməli və daha əhəmiyyətli 



qərarlar qəbul olunmalıdır.  lk növbədə üç aktual məsələ həll olunmalıdır: 

a)  dövlət  hakimiyyətinin  yuxarı  sferalarında  və  hökümət  və  sənaye 

dairələri  arasında  qarşılıqlı  əlaqə  sahəsində  ekoloji  düşüncə  tərzi  daxil 

olmalıdır;  b)  “reaksiya  göstərmək  və  müalicə  etmək”  prinsipi  irəlicədən 

görmək və qarşısını almaq strategiyası ilə əvəz olunmalıdır; c) ən vacib və 

xüsusilə  kəskin  ekoloji  problemlərin  həlli  üçün  təxirəsalınmaz  tədbirlər 

görülməlidir.  Məsələn,  planetin  iqliminin korlanması.  Bu  problemin  həlli 

ə

həmiyyətli dərəcədə energetika sferasından, xüsusən də təhlükəsiz enerji 



növlərindən  istifadə  üzrə  müxtəlif  layihələrin  işlənib  hazırlanması, 

alternativ  mənbələrin  tapılmasından  və  s.  asılıdır.  Meşələrin  məhv 




60 

 

olunması  məsələsi  xeyli  kəskindir  –hər  əkilən  yeni  ağaca  bu  gün  on 



kəsilən  ağac  düşür.  Meşə  və  onun  bərpası  olmasa  Yer  Kürəsi  oksigen 

ehtiyatını bərpa edə bilməz, ozon təbəqəsinə zərər dəyə bilər və s. 

-

  Qlobal  problemlərin  həlli  istiqamətində  beynəlxalq  əməkdaşlığı 



möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. 

Qlobal  problemlərin  həlli  istiqamətində  müəyyən  qlobal  iqtisadi  strategiyaya 

ehtiyac vardır. Bu strategiyaya aşağıdakı elemenlər daxil ola bilərdi: 

-

  Etibarlı  və  qeyri-inflyasion  iqtisadi  artıma,  işsizliyin  səviyyəsinin 



azalmasına kömək edə biləcək siyasətin işlənib hazırlanması; 

-

  Sabit əmtəə mübadiləsi və dünya bazarlarına daha açıq çıxışı təmin edən 



tədbirlərin qəbul edilməsi; 

-

  Daha ədalətli əmtəə qiymətlərinin qoyulması və saxlanılmasına yönəlmiş 



siyasətin işlənib hazırlanması; 

-

  Avrasiya ölkələrinin və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının 



diversifikasiyasını stimullaşdıran tədbirlərin qəbul edilməsi; 

-

  Avrasiya  ölkələrinin  və  inkişaf  etməkdə  olan  ölkələrin  xarici  borc 



yüklərinin  azaldılması  məqsədilə  daha  qətiyyətli  tədbirlərin  həyata 

keçirilməsi; 

-

  Asiya, Afrika və Latın Amerikasının bütün iqtisadi cəhətdən geri qalmış 



ölkələrinin inkişafı üçün ayrılan yardım və əməkdaşlığın gücləndirilməsi; 

-

  əməkdaşlıq metodlarının zənginləşdirilməsi. 



Beləliklə,  bəşəriyyətin  bu  günü  və  gələcəyi  üçün  təhlükə  törədən  qlobal 

problemlər  öz  təxirəsalınmaz  həllini  gözləyir  və  bu  istiqamətdə  bütün 

dövlətlərin kollektiv səyini tələb edir. 

 

 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə